Köçfilmi naməlum məkanları fəth edir 

 

İspan və portuqal kinoprokatçıları onun televiziya və festivallarda nümayişini təşkil etməyə hazır olduqlarını bildiriblər

 

Tanınmış kinorejissor Rodion İsmayılovun “Köç” filmi VIII Beynəlxalq “Saratovskiye stradaniye” kino festivalında uğur qazanıb. Rusiya mətbuatı da azərbaycanlı rejissorun uğurunu yüksək qiymətləndirib. Belə ki, 30-dan çox ölkənin iştirak etdiyi festivalda “Köç” filmi “Territoriya” jurnalının “Naməlum məkanların mənimsənilməsi” mükafatına layiq görülüb.

 

Qeyd edək ki, Sankt-Peterburq Dövlət KinoTeleviziya Universitetinin kinorejissorluq fakültəsini bitirən R.İsmayılov 1997-ci ildə "Deboşir film-studiya"nı yaradıb və 1999-cu ilə qədər bu studiyanın baş direktoru olub.  2000-ci ildən 2005-ci ilə qədər "Nezavisimoye kino" fondunun prezidenti vəzifəsində çalışıb. Eyni zamanda, nasir, dramaturq, ssenari müəllifi, rejissorprodüser olan R.İsmayılovun filmoqrafiyasında 1994-cü ildə kurs işi kimi çəkdiyi qısametrajlı bədii "Matvey", 1998-ci ildə ekranlaşdırdığı tammetrajlı bədii "Jeleznaya pyata oliqarxa", 2001-ci ildə onun ssenarisi əsasında çəkilən "Novey kovçeq" filmləri var. 2001-ci ildə onun prodüserliyi ilə həmçinin "Nikolay Akimov" sənədli filmi çəkilib.

R.İsmayılov Rotterdamda (1999) keçirilən beynəlxalq kino festivalının (BKF) “Tiger Award” baş mükafatına, İsgəndəriyyə BKF-nin (Misir, 1999) “Ən yaxşı Avropa filmi” mükafatına, Venetsiya BKF (1998) çərçivəsində keçirilən kino tənqidi həftəsində “Film-kritik” jurnalının, Soçidə (1998) “Serebryanı qvozd” kinoforumunda “Ən yaxşı debüt”, “Kinotavr” BKF-nin (Soçi, 1998) FİPRESSİ mükafatına, Vıborqda (1998) “Avropaya pəncərə” festivalında ən yaxşı operator işinə görə mükafata və kino tənqidçilərinin mükafatına layiq görülüb. Onun mükafatlar kolleksiyasında 1999-cu ildə Sankt-Peterburqda keçirilən “Vivat, kino!” festivalında kino tənqidçilərinin və mətbuatın mükafatı, 1999-cu ildə Qatçinada keçirilən “Ədəbiyyat və kino” festivalında Böyük Münsiflər Heyətinin və kino tənqidçilərinin mükafatı da var.

RejissorKöçfilminin  Avropa tamaşaçısı üçüaxn lentə alındığını bildirib.  52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. Şəxsi vəsait hesabına çəkilən film bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş etdirilib. Belə ki,  film Kiyevdə gerçəkləşən Beynəlxalq kinofestivalda, Moskva beynəlxalq kino festivalında, Viborqda keçirilən “Avropaya pəncərə” rus kinosu festivalında, “İnsan və təbiət” Beynəlxalq Baykal festivalı və müsabiqələrdə uğurla iştirak edib. Bu ilin avqust ayında isə film XVII Film Festival “Della Lessiniakinofestivalı çərçivəsində nümayiş olunub.

 

Köç”ün ideyası

 

Azərbaycan onun qədim adət-ənənələrini özündə əks etdirən ekran əsərində Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbr məharətlə davam etdirirlər. Onların keçəcəyi yol uzun çətindir. Bu yolu yorğun susqun kişilərdən öncə dəfələrlə onların baba, ata qardaşları keçiblər...   

Filmin mahiyyəti ondan ibarətdir ki, ağır məişətə, təhlükələrdən sığortalanmayan peşə xüsusiyyətlərinə baxmayaraq çobanlar bu həyatı başqa bir ömür tərzi ilə dəyişmək istəyində deyillər. Müəyyən mənada dünyadan, sivilizasiyadan təcrid olunan çobanlar hər gün müxtəlif çətinliklərlə üzləşsələr , qismətlərindən incimirlər, başqa tale arzulamırlar.  

"Köç" filmi məcazi mənada yol barədə deyil, həm bu insanların seçdikləri məşğuliyyətə sədaqəti haqqındadır.

R.İsmayılov bildirib ki,  "Köç"ün yaradılması haqqında ideya  Sankt-Peterburqda eyniadlı hekayəsinin motivləri əsasında "Darvinin uşaqları" filminin çəkilişləri zamanı yaranıb. “O vaxt xatırladım ki,  Tovuz rayonunun Köhnəqala kəndində olan evimizin yanından həmişə qoyun-quzu sürüləri ilə birlikdə çobanlar keçərdi çobanların uzun məsafələri qət edib dağlarda elektrik enerjisi digər rahatlıqlar olmadan yaşaması çalışması haqqında film çəkmək qərarına gəldim. Bu ideyanı gerçəkləşdirməkdən ötrü mən Azərbaycanın rayonlarına yollandım. Ceyrançöldə bu cür insanları tapıb onlarla söhbət etdim, məişətlərinə bələd oldum çəkiliş qrupu ilə birlikdə onların keçdiyi yolu qət etdim. Onlar təəccüb edirdilər, inanmırdılar ki, biz yola çıxacağıq. Elə bilirdilər ki, biz bir gün olsun həmin çətinliklərə tab gətirə bilməyəcəyik. Lakin bizim bu niyyətdən dönmək fikrimiz yox idi. Biz bunu bacardıq Tovuzdan Daşkəsən dağlarına qalxdıq. Bu yol təxminən 170 kilometrdir. Əsas məqsəd çobanların mənzil başında necə yaşadıqlarını lentə köçürmək yox, onların bu yolu necə gedib başa çıxdıqlarını əks etdirmək idi. Prinsipcə çəkilən material pis alınmayıb, çünki bütünlüklə natura çəkilişləri üzərində qurulmuşdu. Məsələn, ilanlar qoyunları necə çalırlar, onlar isə yolda bu səbəbdən necə tələf olurlar s. natura çəkilişləri etmişik".

Rejissorun bildirdiyinə görə, İspaniya Portuqaliyadan olan kinoprokat işçiləri filmlə maraqlanaraq onun televiziya festivallarda nümayişini təşkil etməyə hazır olduqlarını bildiriblər. Ümid edirəm ki, film Azərbaycanda da maraqla qarşılanacaq Azərbaycan televiziyası ilə nümayiş etdiriləcək”. Rejissor əmindir ki, Moskva Kino Festivalı filmin son festival nümayişi olmayacaq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.- 2011.- 24-26 sentyabr.- S.6.