Bütün dövlətləri qayğılandıran problem 

 

İnsanlar pestisidlərin təhlükələri və insan səhhətinə təsiri risklərindən xəbərdar deyil

 

İnkişaf etməkdə olan ölkələrdə köhnəlmiş, lazımsız və qadağan olunmuş pestisid anbarları ətraf mühitinsan sağlamlığına ciddi zərər vurmaqda davam edir. Bütün dövlətləri qayğılandıran bu problem Azərbaycan üçün də aktualdır. Hazırda dövlətin bu sahədə gördüyü işlər sırasına maarifləndirmənin gücləndirilməsi də daxildir.  

 

Uşaqların iştirakı ilə baş verən və ölümə aparan qəzalar

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, kənd ərazisindəki pestisid tullantıları fermer fəaliyyəti və zərərvericilərin qarşısının alınması ilə əlaqədar intensivya qeyri-intensiv şəkildə yerinə yetirməyə başladığı zaman yığılıb qalır. Xüsusilə tropik ərazilərdə yerləşən şəhər sakinləri də evlərinə nüfuz edən pestisid tullantısı və çirklənmiş konteynerlərin təsirinə məruz qalır. Bir çox insanlar pestisidlərin təhlükələri və insan səhhətinə təsiri risklərindən xəbərdar deyil. Xüsusilə uşaqların iştirakı ilə baş verən qəza halları geniş yayılıb və belə hallar adətən ölümlə nəticələnir. Az miqdarda olan pestisidlə əlaqədar tullantının idarə olunmasında iştirak edən insanlar üçün bələdçilik mövcud deyil. Buna görə də təhlükəli kimyəvi maddələr adətən həm kənd, həm də şəhər ərazilərində, bələdiyyələrin tullantı sahələrinə və hətta uşaqların oyun meydançalarına sahibsiz şəkildə atılır.

Bir çox ölkələrdə ümumi təcrübəyə çevrilən çirklənmiş konteynerlərdən məişətdə təkrar istifadə edilməsi də sağlamlıq üçün digər bir təhlükəni yaradıb. 1994-cü ildə FAO, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) iri tonnajlı köhnəlmiş pestisidlərin istifadədən kənarlaşdırılması üçün rəhbər qaydalar toplusunu işləyib hazırladı. Eyni zamanda, idarə heyəti az miqdarda olan istifadəyə yararsız pestisid anbarlarının, pestisidlə əlaqədar tullantıların və çirklənmiş konteynerlərin istifadədən kənarlaşdırılması üçün rəhbər qaydaların işlənib hazırlanmasını tövsiyə etdi. O zamandan etibarən köhnəlmiş anbarların qarşısının alınması və istifadədən kənarlaşdırılması haqqında Niderland hökuməti tərəfindən maliyyələşdirilən FAO layihəsi bu məsələni prioritet hesab edir.

 

İnkişaf etməkdə olan ölkələrdə pestisidlərdən asılılıq problemi

 

Nazirlikdən qeyd edilib ki, bütün pestisidlər bəzi və ya bütün canlı orqanizmlər üçün zəhərlidir: ”Onlar məhsul bitkiləri və digər faydalı resurslar üçün təhlükə yaradan spesifik bitkilər və ya heyvanların qarşısını almaq, məhv etmək və ya nəzarət etmək məqsədilə hazırlanıb. Halbuki, faydalı həşəratlar və ya məhsul bitkiləri də pestisidlərə məruz qalarsa, onlar da məhv olur və heyvandarlıq təsərrüfatı və vəhşi təbiət və ya insanlar hətta az miqdarda pestisidlərin təsirinə məruz qalmaqla belə xəstələnir və ya ölür”. Son 40 ildə dünyada pestisidlərin istehsalı və istifadəsi artıb. 1996-cı ildə qlobal pestisid bazarı 30560 milyon ABŞ dollarına çatıb. Pestisid satışının artması sənayeləşmiş ölkələrdə azalsa da, inkişaf etməkdə olan ölkələrdə sürətlə artmaqda davam edirbu regionlarda pestisidlərdən asılılıq səviyyəsi də artmaqda davam edir. Pestisidlər üzərində etibarlıq səviyyəsi artmaqda davam etdiyindən pestisid tullantılarının təhlükəsi ilə bağlı problemlər də yaranır. Belə ki, ölüm və zəhərlənmə hallarının əksəriyyəti pestisid tullantıları və konteynerlərinin düzgün daşınmamağı nəticəsində baş verirpestisid konteynerlərinin ərzaq və su üçün təkrar istifadəsinə dair ümumi təcrübəsi buna misal ola bilər. Çox az sayda yerlimili icra orqanları, pestisid təchizatçıları və ya digər təşkilatlar pestisidlərin son istifadəçiləri üçün adekvat dəstək göstərir. Bəzi məsləhətlər məhsulun etiketiyaxud normativ qanunvericilikya rəhbər qaydalar vasitəsilə çatdırılır, amma bu məsləhətlər pestisidlərin son istifadəçilərinə nadir hallarda çatdırılır və hətta bu edildikdə belə, onlara qeyri-münasib və çətin şəkildə əməl edilməsi tendensiyası yaranır.

 

Təkrar istifadə olunan boş plastik nəyə yol açır?

 

İnsanlar adətən boş plastikya metal konteynerlərini yanacaq və hətta ərzaq və suyun saxlanılması məqsədilə təkrar istifadə edir. Bu hal hətta bu konteynerlərdən kimyəvi maddələrin bütün izlərini kənarlaşdırmaq mümkün olmadıqda belə baş verir. Digər təhlükəsiz hallar lazımsız pestisidlər və konteynerlər qeyri-münasib şəkildə istifadədən kənarlaşdırıldığı zaman yaranır. Məsələn, bir sıra təchizatlar və mili icra orqanları tullantı pestisidlərin və boş konteynerlərin basdırılması və ya yandırılmasını tövsiyə edir. Halbuki basdırılmış kimyəvi tullantı maddələri torpağı çirkləndirir və qrunt suları səviyyəsinə çatır. Amma yandırılan pestisidlər və konteynerlər isə yüksək səviyyədə zəhərli tüstüləri ətrafa buraxır. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində pestisidlər baha başa gəlir və onların əldə edilməsi çətin olur. Boş konteynerlərə də yüksək qiymət verilir və həmçinin digər istifadəçilər üçün təkrar emal edilir. Bunun nəticəsində köhnəlmiş pestisidlərin və konteynerlərin sahibləri onların bəyan edilməsi və yaxud istifadədən kənarlaşdırılmasına könülsüz yanaşır. Beləliklə də məhsulların köhnəlmiş və ya istifadəyə yararsız olmağı bəyan edilən zaman onların keyfiyyəti olduqca pisləşir və təhlükəsi artır. İcra orqanları və pestisid təchizatçıları təhlükəli tullantı məhsullarının istifadədən kənarlaşdırılması üçün stimullaşdırılır. Halbuki, pestisidlə əlaqədar tullantı və boş konteynerlərin pestisidlərdən istifadə müddətində yığılıb qalmaqda davam edəcək. Tullantı ilə əlaqədar olan təhlükələrin buna görə də tək bir istifadədən kənarlaşdırılma əməliyyatı zamanı aradan qaldırılması mümkün olmur və tullantı və uzunmüddətli həlli yollarının təmin olunmağı istiqamətində səylər göstərilməlidir.

 

Tullantının basdırılması uyğun seçim variantı deyil

 

Köhnəlmiş məhsullara yüksək səviyyədə zəhərli olmağı və ətraf mühitə ciddi təsir göstərməsi səbəbindən qadağan edilmişya ciddi şəkildə məhdudlaşdırılmış bir çox pestisidlər daxildir. İşarələnmiş konteynerlərdə transfer edilmiş etiketlənməmiş məhsullar və pestisidlər yanacaq, təmizləyici məhsullar və hətta içki məhsulları kimi digər maddələrlə səhv düşə bilər. Axan konteynerlər və ətrafa axıdılan pestisidlər zərərli buxarlar yarada bilər və ərzaq, paltarmebel kimi digər materiallarla əlaqəyə girər bilər. Belə bir əlaqə çox qısa müddətdə də olsa belə, insanlarayaxud heyvanlara qarşı ciddi səhiyyə problemləri yarada bilər.

Pestisidlə əlaqədar tullantının basdırılması uyğun seçim variantı deyil. Basdırılmış pestisidlər öz konteynerlərindən ətrafdakı torpağa axa bilər və iri sahələri çirkləndirmək üçün ətrafa səpələnə bilər. Sızan pestisidlər lay sularını, çayları, gölləri və hətta dənizi çirkləndirə bilər. Suda olan pestisidlər su aləmini məhv edə bilər. Həmin sudan içməli su kimi istifadə etdikdə insanheyvanat aləminə, suvarmaya yuyulma məqsədləri üçün istifadəyə ciddi ziyan dəyə bilər. Bunun əksi olaraq, əgər sahələrdə basdırılarsa, daha geniş torpaq sahəsi nəticədə çirklənmiş vəziyyətə düşə bilər. Açıq şəraitdə yandırılan pestisidlər natamam yanma nəticəsində özlərindən sonra zəhərli çöküntülər yaradır. Bu səbəbdən də pestisidlə əlaqədar tullantı və boş konteynerlərin məhv edilməsi üçün onların açıq şəraitdə və ya sobalarda yandırılması tövsiyə edilmir. Pestisidləri heç zaman çaylara, bulaqlara, göllərə, drenaj kanallarına və yaxud digər su hövzələrinə axıtmaq olmaz. Hətta bir neçə millimetr ölçüyə malik pestisid balıqları və digər suda yaşayan orqanizmləri məhv edə bilər və iri həə içməli və suvarma təyinatlı suyu çirkləndirə bilər. Pestisidlərin sudan kənarlaşdırılması olduqca bahalı və mürəkkəb bir işdirbu, bəzi hallarda mümkün olmur.

 

Pestisidlərin istehsalı, idxalı, paylanması

 

Bəs problemi necə həll etməli? Pestisidlə əlaqədar tullantının təhlükəsiz şəkildə idarə olunması istifadədən kənarlaşdırılması qanunvericilik orqanları, pestisid distributorları təchizatçıları tərəfindən təmin edilməli əlaqələndirilməlidir. Pestisid istifadəçilərini dəstəkləyən onlara məsləhət verən digər təşkilatlar isə kənd təsərrüfatı məsələsi üzrə məsləhət səhiyyə reklam xidmətləri qeyri-hökumət təşkilatları, kənd təsərrüfatı kollecləri məktəblərinin bu işdə böyük rolu var. Hökumətlər onların qurumları, o cümlədən, kənd təsərrüfatı, səhiyyə, ətraf mühit təhsil nazirlikləri pestisidlərin istehsalı, idxalı, paylanması istifadəsinin nizamlanmasına dair öhdəlik daşıyır. Bu öhdəliklər pestisidlə əlaqədar tullantı məhsullarının, o cümlədən, adətən nəzarətdən qalmış boş konteynerlərin idarə edilməsi məsələsinin daxil edilməsi ilə genişləndirilməlidir. Pestisid təchizatçıları effektiv idarəçilik sistemlərinin qaydasında olduğuna təminat verməlidir. Bu idarəçilik pestisidin istehsalındakı, paylanması istifadəsindəki, o cümlədən, idarə olunmağındakı bütün mərhələləri əhatə etməlidir.

Yerli pestisid distributorları məhsulun idarəçiliyində fəal iştirak etməli pestisidlə əlaqədar tullantı boş konteynerlərə dair problemlərin təhlükəsiz şəkildə həlli yolları ilə təmin edilməlidir. Pestisidlərin iriya kiçik ölçüdə olub-olmadığı haqqında qərar vermək yalnız onların tərkibindəki kimyəvi maddələrin miqdarına görə deyil, həm də onların sağlamlıq və ətraf mühitə vurduğu təhlükəni nəzərə alaraq qərar vermək lazımdır. ÜST pestisidləri onların “sağlamlığa kəskin riskinə”, yəni nisbətən qısa müddət ərzində birdəfəlik və ya çoxdəfəlik məruz qalma hallarına müvafiq olaraq təsnif edib. Bütün pestisid məhsulları FAO pestisidlərin etiketlənməsi üzrə yaxşı təcrübələr haqqında rəhbər qaydalara müvafiq olaraq etiketlənməlidir. Etiket pestisidin təhlükə reytinqini sözlə, simvollarlamüvafiq rəng kodları ilə göstərilməlidir. Əvvəllər etiketlənməmiş vaxtı keçmiş və köhnəlmiş pestisidlər ÜST təsnifat sisteminə müvafiq olaraq həddindən artıq təhlükəli olduğu göstərməlidir. Köhnəlmiş və ya lazımsız pestisidlərin iri həə və yaxud kütlə halında olmağı məsələsinə, inkişaf etməkdə olan ölkələrdə çoxlu miqdarda köhnəlmiş və əlaqədar pestisidlərin atılmasına dair FAO-nun rəhbər qaydalarına müvafiq aparılmalıdır.

 

 

Hazırladı: Həqiqət İSABALAYEVA

 

Kaspi.- 2011.-29 sentyabr.- S.12.