“Disklərim dünyanın hər yerində satılır” 

 

Qoçaq Əsgərov: “Əcnəbilərin musiqimizə maraqları hədsizdir”

 

Gənc xanəndə Qoçaq Əsgərov Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin Birliyi” Beynəlxalq Müsabiqəsinin laureatı olub.

 

Müstəqil Dövlətlər Birliyinin Tarix-mədəniyyət İli çərçivəsində MDB-yə üzv dövlətlərin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulan müsabiqədə üç nominasiya üzrə seçim aparılıb.

Qoçaq Əsgərov qəzetimizə müsahibəsində bildirib ki, müsabiqənin qalibləri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun növbəti tədbirində təltif olunacaqlar.

 

Sevindirici xəbər

 

- Müsabiqənin şərtinə görə, orada yalnız beynəlxalq uğurları olan xanəndə təmsil olunmalı idi. Mənim göstəricilərim həmin müsabiqəyə uyğun gəldi. Mən həm müstəqil fəaliyyət göstərirəm, həm də Avropa dövlətlərinin müxtəlif kampaniyaları ilə əməkdaşlıq edirəm. Mənim disklərim İtaliyada, Avstraliyada, İngiltərədə işıq üzü görüb. Səmərqənddə keçirilən «Şərq bülbülləri» müsabiqəsində birinci yerə layiq görülmüşəm. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mənim haqqımda məlumatlar və disklərim həmin müsabiqəyə göndərilib və gərgin müzakirələrdən sonra laureat adını almışam. Bu xəbər mənim üçün çox sevindirici oldu.

- Bir neçə ay bundan əvvəl siz İtaliyada çıxan diskinizin təqdimatını keçirdiniz. Diskin davamı oldumu?

- Bu yaxınlarda Londonda diskim işıq üzü görəcək. Bütün dünya musiqiçiləri həmin SD-də yer alır. Azərbaycandan da mənim Alim Qasımovun bir ifası yer alacaq. Biz Amerikada olanda  Vaşinqton-post” qəzetinin keçmiş müxbiri «Montanada  muğam» adlı film çəkib. Bu film keçən ilin aprel ayında Los-Ancelesdə nümayiş etdirildi mükafat qazandı. Onlar sonradan yeni bir film çəkdilər.

- Filmin mövzusu barədədir?

- Film mənim haqqımdadır. Süjet xəttində Qarabağ hadisələri, balaca xanəndə Nizaminin taleyi haqqında danışılır. Ancaq sonradan bu uşaq səsini itirib. Mən müharibə vaxtı döyüşlərdə yaralanmış səsimi itirmişdim. Təxminən 10 il oxuya bilmədim. Filmdə mənimlə Nizaminin taleyi sanki müqayisə olunur. Bir növ Nizaminin faciəsi göstərilir. Filmin yaradıcı heyəti Bakıda olarkən görkəmli muğam ifaçılarından müsahibələr alıblar.

 

Əcnəbilərin marağı

 

- Əcnəbilərin milli  musiqimiz, xanəndələrimiz haqqında film çəkmələri onların milli musiqimizə sevgilərindən irəli gəlir, yoxsa ekzotika axtarışındadırlar?

- Bu ilin may ayında İtaliyadaMuğam - Azərbaycanın müqəddəs musiqisidiskimin təqdimatı keçirildi. Adım məşhur musiqiçilərin rəyi ilə yüzlərlə dünya musiqiçiləri arasında 2011-ci ilin 20-liyinə daxil edildi. AlmaniyanınDünya ritmləriadlı məşhur radio stansiyası isə diski bəyənməklə kifayətlənməyib, diskdəki «Bayatı Şiraz» təsnifini  Qlobal vise” verilişində səsləndirdi. Diski buraxan «Filmay» musiqi şirkətinın rəhbərinə «Mən italyan musiqisi ilə öz musiqimizi sintez etmək istəyirəm» deyəndə təəccübləndi. Dedi ki, “nədənsə Şərqdən gələnlərin hamısı Avropa musiqisi ilə qarışıq bir musiqi yaratmaq istəyir, ancaq bu, bizim üçün maraqlı deyil. Bizim üçün maraqlı olan sizin canlı ifanızdır, alətlərin səsidir”. Mən ümumiyyətlə, Avropa ölkələrində konsertlər verəndə salonda demək olar ki, azərbaycanlı olmur. Yeni Zelandiyada konsert verərkən təkcə türk cəmiyyətinin prezidenti zalda idi. Əcnəbilərin musiqimizə maraqları hədsizdir.

- Xaricdəki diaspora təşkilatlarımız sizin konsertləriniz zamanı hansı təbliğat işi ilə məşğul olurlar?

- Açığını deyim ki, mən diaspora səfirlik tərəfindən dəvətlər almıram. Biz Amerikaya gedəndə maliyyə tərəfdən Heydər Əliyev Fondu bizi dəstəklədi. Bizim ayrı-ayrı ştatlarda konsertlərimiz oldu. Los Ancelesdəki konsulumuz Elin Süleymanov bizə çox dəstək oldu. Mən heç bir ölkədə belə diqqətlə qarşılaşmamışdım. Mən adətən, avropalılar, müəyyən musiqi şirkətləri tərəfindən dəvətlər alır, festivallara qatılıram.

 

Əgər qonorar verilməyəcəksə...

 

- Azərbaycanda solo-konsert vermək sizə maraqlı deyil?

- Gənc xanəndələr arasında ilk dəfə  Filarmoniyada solo-konsert verən mən olmuşam. Ola bilsin ki, bu yaxınlarda diskimin təqdimatı ilə bağlı konsertim olsun. Ancaq işlərim həddən artıq çoxdur. Müəyyən səsyazmaları ayrı-ayrı musiqi kampaniyalarına göndərməliyəm. Hazırda 3 beynəlxalq layihə üzərində işləyirəm.

- Disklərinizin satışı necə həyata keçirilir?

- Mən Londonda olarkən «BBS» radiosunda «Dünya musiqi yolları» verilişinin yubileyində iştirak etdim. Onlar mənimlə əməkdaşlıq edirlər. Başqa ölkələrdən musiqi qrupları, məşhur insanlar  dəvət olunmuşdu. Həmin tədbirdə mənə çox cüzi qonorar verildi. Ancaq orada iştirak eləmək mənim üçün çox vacib idi. Təbii ki, disklər satıldıqca qonorar verilir. Mənim icazəm olmadan artıq diskimi buraxa bilməzlər. Əgər müqavilədə 5 min tiraj göstərilibsə, onlar bircə dənə artıq buraxa bilməzlər. Ancaq mən bu gün onlardan yüksək faizlər ala bilmirəm. Çünki mənim yalnız 2007-ci ildən Avropa ölkələrinə yolum açılıb.

- Bəs disklərin satışına ölkəmizdə maraq necədir?

- Buradakı studiyalardan da təkliflər almışam. Hətta, studiya rəhbərliyindən biri diskimi buraxmaq üçün 1000-1500 dollar pul istədi. Dedi ki, səni reklam edirik. Sözün düzü, mən təəccübləndim. Mənim disklərim bu gün dünyanın hər yerində satılır. Bu cür müqavilə mənə lazım deyil”- deyə cavab verdim.  Təsəvvür edin ki, mən Avstraliyaya, Yeni Zelandiyaya gedəndə Londonda çıxan diskim oradakı festivalda 30 dollara satılırdı. Mən orada  30 dollara satılan diski burada 3 manata sata bilmərəm. Əgər burada mənə qonorar verilməyəcəksə, üçün razı olum? Ona görə burada disk buraxmaq istəmirəm.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.-30 sentyabr.- S.13.