Bizdə çəkilən
kinoların büdcəsinə Avropada klip çəkmirlər
Gənc ssenarist və
yazıçı Vüsal Nuru: «Kadra baxırsan, sözü
eşidirsən bilmirsən səhnəyə ağlayasan, ya
sözə güləsən, inanın ki, artıq bizdə
elmə məlum olmayan hiss yaranıb»
Vüsal
Nuru gənc yazıçı olmaqla yanaşı, həm də
ssenaristdir. Onun müxtəlif şeir və roman kitabları çap olunub. Ötən il V.Nuru “Ölülərin
göz yaşı” adlı qısa metrajlı film çəkib.
Büdcə qrup yoldaşlarımın arasında
yığıldı. Yaxın
vaxtlarda çap olunacaq “999” romanına bu ilin yayında
film çəkilməsi nəzərdə
tutulub. Vüsalla görüşüb müasir
Azərbaycan kinematoqrafiyasının
hazırkı durumu və problemləri barədə söhbət
etdik.
– Niyə Azərbaycan tamaşaçısı
milli kinolara inamını itirib?
– Biz kino çəkməyi ruslardan öyrənmişik,
amma kino çəkməyin mədəniyyətini
öyrənmək, onu
göstərmək yox,
anlatmaq məqsədi olduğu yaddan çıxıb. Elə bu səbəbdən də başqa ölkələrdən fərqli
olaraq Azərbaycanda kino məktəbi yaranmadı, məhz kino aktyorlarını yetişdirəcək bir universitet, bir fakültə bu gündə mövcud deyil. Anlamaq olar ki, sovetlər
dövründə texniki
təchizat yüksək
səviyyədə deyildi.
Nəticədə kino
mətbəxindən xəbərdar
olanlar həmin filmlərin nə qədər zəif çəkildiyini açıq-aydın
görür. Elə buna görə də Azərbaycan kinosu sərhədin kəndarına qədər
də gedə bilməyib. Təbii ki, adi tamaşaçı
bunları o qədər
də hiss eləmir. Burdan bir sual
doğur: Əgər bizim texniki təchizatımız
zəif idisə, bəs niyə Rus kinoları yüksək səviyyədə
alınırdı? Biz ki,
bütün texnikanı,
– obyektivlərin
alınmasından, işıqların
seçilməsindən tutmuş
kinolentlərin aşkarlanmasına,
hətta ilk nümayişinə
qədər Rusiyadan alırdıq.
– Bu gün də vəziyyət eyni cürdürmü?
– İnanın bu gün də
çox istedadlı, rejissorlarımız, operatorlarımız
var. Deyəcəksiniz indi
nə problem var?
Problem dəyişməyib. Yenə Azərbaycan kinosunun büdcəsi yoxdu. Bu sahəyə maraqlı olan şirkətlər, qurumlar
yaranmayıb. Dövlət
sifarişi ilə ildə bir neçə
film çəkilib təhvil
verilməlidir. Verilir də. Amma o kinolar da yüksək
sənət nümunələri
deyil. Əldə olan pulla rejissor
istədiyi səhnəni
tikdirə bilmir,
operator ona lazım olan 10 obyektivdən
3-nü ala bilir, işıqçı
hələ də Avropada istifadə olunan kinofulların üzünü görməyəb.
Onu da nəzərə
alaq ki, bizdə çəkilən
kinoların büdcəsinə
Avropada klip çəkmirlər.
– Bu gün dublyaj olunan filmlərin cansıxıcı
olması nəylə
əlaqədardır?
– Dublyaj, səsləndirmə bir otaqda mikrofon qarşısında oturub,
qulaqcıq taxıb ekrana baxaraq danışmaq prosesi deyil. Təəssüf ki, bizdə belədir. Çünki bu sahə də bizdə yenidi və səslər hələ çox xamdır. Səslərdən
tanımaq olur ki, dublyaja dəvət
olunanların əksəriyyəti
teatr aktyorlarıdır.
Xaricdə görüblər
ki, bu işlə
aktyorlar məşğuldu,
bizdə də elə eliyərlər. Amma bu işin
özəlliyi var axı. Aktyor qarşısındakı filmə
bir neçə dəfə baxıb özününküləşdirməli, onun yaşadığı
stersi, həyəcanı
yaşamalıdı, həmin
rolu içindən keçirtməlidir. Sonra gəlir mətn: Azərbaycan dilindən xəbərsiz olanlar mətni tərcüməni aktyorun
qarşısına qoyur.
Kadra baxırsan, sözü eşidirsən
bilmirsən səhnəyə
ağlayasan, ya sözə güləsən,
inanın ki, artıq bizdə elmə məlum olmayan hiss yaranıb.
– Bugünkü Azərbaycan filminin real imkanları hansı işləri görməyə
bəs edər?
– Elə prodakşınlar, televiziyalar
var ki, yeni
avadanlıqlar gətiriblər.
Məsələn, “Red ONE” deyilən
kamera. Bu kinolent səviyyəsində çəkən
rəqəmsal kameradı.
Bu kameranı Gürcüstandan
bütün avadanlığıyla
birlikdə günü
600 manata kirayə gətirirdilər.
Kinostudiyanın bu
gün də həmin kameradan yoxudu. Amma Avropada
həmin kamera bir neçə illərdi ki, arxa plana keçib.
Kadrın keyfiyyətli
alınması kameranın
obyektivindən asılıdı.
Amma bizim operatorlarımız Avropadakı
linzalı müasir obyektivləri ancaq internetdən görə bilir. Yəni real imkanlar normal vəziyyətdə
deyil.
– Bu gün kinoda kütlə psixologiyasından elitar psixologiyaya keçib, bəyənilmək mümkündürmü?
–Bəli. Bunun bariz nümunəsi Hollivuddu. Yəni müqayisəni Amerika və Avropa üzərində aparım.
Konkret Fransanı misal göstərək: Fransızlar bütün kinolarını elitar səviyyə üçün
hesablayır, konkret mövzuda cərəyan eləyən psixoloji hadisələr, sosial durumlar, düşündürücü
problemlər, xarakterlər
silsiləsi düşündürücü
komediya və s. Hətta elə kinoları var ki, sadə tamaşaçı
üst qatına gülür, elitar tamaşaçı alt qatı
düşünür.
Hollivud nə etdi? Partlayış
səhnələri, süjetsiz
hadisələr, yüngül
dedektiv, gözəl səhnələr, dinamik kadrlar kütləni özünə cəlb elədi və nəticədə Amerika kinosu Avropa tamaşaçısını
ələ aldı.
Azərbaycanda elitar səviyyədə
kino çəkən,
öz dəsti-xətti
olan və sözün həqiqi mənasında Azərbaycan
kinosuna yeni atmosfer, yeni xətt, yeni yanaşma tərsi gətirən rejissor var: Vaqif Mustafayev.
Onun çəkdiyi filmlər məhz elitar təbəqə üçündür. Sadə
tamaşaçı baxır,
bəzən suriallizmi,
absurd çalarları dərk
edə bilmir. Amma həmin kinolar bütün MDB ölkələrində ən
yüksək mükafatlar
alıb.
Fikir verirsinizsə Azərbaycanda
fantastik janrda kino yoxdu. Bunun
müxtəlif səbəbləri
var. Sovet dövrünün
senzurasından ancaq kolxoz, sovxoz, kəndli, sədr problematikası keçirdi.
Nəticə də ancaq bayağı kənd filmləri meydana gəldi və ancaq bu
sahəyə yönəldi
rejissorlar. Azərbaycanlılar
özlərinə baxdı
və kəndçi,
yazıq, kasıb olduğunu gördü. Bu
günə qədər
də çoxları
Çəbiş müəllimdi,
Məmməd Həsən
əmidi, Xudayar bəydi, öz torpağına didərgin
olan Nəbidi, Nəsimisini soyan həmin cahildi. Kino psixikaya təsir edən ən güclü silahdı. Heç vaxt bizə Rembo olduğumuzu göstərmədilər
ki, bilək qisası neçə alırlar.
– Bu gün yazılan ssenarilərin problemləri
nədən ibarətdir?
– Əvvəla hazır bir ssenarini qarşına qoyub, formasına baxıb düşünülən
hadisəni bu qəlibdə yazmaq hələ ssenari demək deyil. Açığını deyim
ki, mən ssenari yazmağı türklərdən öyrəndim.
İşlədiyim serialın
rejissoru Türkiyənin
tanınmış ssenaristlərindən
biriydi və mənim bəxtim onda gətirdi ki, o həm də öyrətməyə
paxıllıq eləmirdi.
Bütün təcrübəsini
qarşıma qoyurdu.
Bir də mən bu sahəyə aid olan müxtəlif ədəbiyyatlarla çox
ciddi şəkildə
məşğul oldum.
Elə ssenarilər var ki, onlar
təsadüfi adamların
əlindən çıxır.
Məsələn, veriliş
ssenarisi yazan adam, birdən-birə
serial yazır kino ssenarisinə girişir.
Bir neçə gün əvvəl bir televiziyanın rəhbəri
məni çağırdı
və ssenari yazmaq üçün ideya verdi. Üstəlik
də bərk-bərk
tapşırdı: “Bax
ha, hadisələri elə
qur ki, sosial
problemə toxunma”. “Bəs nə yazım?” “Bax, də, gör nə yaza bilərsən?.
Mən o ssenarini yazmadım, baxmayaraq ki, bu işə
elə də təfəkkür yandırmaq
lazım gəlməyəcəkdi
və bayağı bir şey çıxacaqdı
ortaya, altında da imzam. Kütləyə
göstəriləcək, amma
içində onların
dərdi-səri yoxdu.
– Sovet ənənələrini hələ
də müasir filmlərə tətbiq etmək nə dərəcədə doğrudur?
- Bu gün kino sahəsində
öz yerini tutmuş, kadrını qurmuş rejissor var. Məsələn, Cəmil
Quliyev, Eldar Quliyev, Rafiq Dadaşov, Yalçın Əfəndiyev və s. bu günə qədər onlar çəkdiklərin çəkiblər,
indi Eldar Quliyev durub kriminal
çəkə bilməz,
Rafiq Dadaşov qorxu filmi, Yalçın
müəllim fantastika
və s. Onları müasir texnikanı yaşlarıyla əlaqədar
bilmirlər,
bu heç lazım da deyil.
Sadəcə imkan vermək lazımdır və “çevir tatı, vur tatı” dan yaxamızı qurtarmalıyıq.
Fərid Hüseyn
Kaspi.-2012.-10 aprel.-S.12.