XX əsrdə ilk anadilli qəzetimiz - “Şərqi-Rus

 

   Ötən yüzilliyin əvvəlində Azərbaycan ictimai fikrinin inkişafında xüsusi yeri olan mətbu orqanlardan biri Şərqi-Rusqəzetidir. Qəzetin ilk nömrəsi 1903-cü il 30 mart (yeni təqvimlə 12 aprel) tarixində Tiflisdə Məhəmmədağa Şahtaxtlının naşirliyi redaktorluğu ilə işıq üzü görüb.

  

   1891-ci ildə Tiflis qubernatorunun sərəncamı ilə azərbaycanlı oxucuların yeganə anadilli mətbu orqanıKəşkülqəzetinin nəşri dayandırılandan sonra dövrün ziyalıları Azərbaycan dilində yeni bir qəzet çıxarmaq üçün çalışırlar. Ancaq heç bir nəticə hasil olmur. Bu təşəbbüsdə olanlardan biri Məhəmmədağa Şahtaxtlı idi.

   Naxçıvanda şəhər məktəbini, Tiflisdə gimnaziyanı bitirdikdən sonra Peterburqda alman dilini öyrənmiş, Almaniyanın Leypsiq Universitetinin fəlsəfə, tarix hüquq fakültəsində təhsil almışdı. Sonra Parisdə Şərq Dilləri Məktəbində mühazirələr dinləyir, fransız ingilis dillərini mükəmməl öyrənir. Eyni zamanda türk, ərəb, rus fars dillərini bilirdi.

   Məhəmmədağa Şahtaxtlı xeyli səy göstərdikdən sonraŞərqi-Rusqəzetinin nəşrinə icazə alır. Naxçıvanın Şahtaxtlı kəndindəki ata mülkünü sataraq Tiflisə köçür. Burada bir mətbəə alır qəzetin ilk nömrəsi çapdan çıxır. Birinci nömrədə qeyd olunmuşdu ki, “Şərqi-Ruscəmiyyət işlərinə ədəbiyyata məxsus çərşənbə, cümə bazar günləri çıxan bir türk qəzetidir.

   Digər anadilli mətbu orqanlarımız kimi, bu qəzetin başlıca məqsədi türk-müsəlman əhalisini maarifləndirmək olur. Məhz buna görə qəzetin səhifələrində dünyəvi elmlərlə bərabər, ana dili qadın azadlığı ilə bağlı maraqlı yazılar dərc olunur. Çox keçmir, “Şərqi-Rusqəzeti dövrün mütərəqqi fikirli ziyalılarını - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi başqalarını öz ətrafında cəmləşdirir.

   Onu da qeyd edək ki, Həsən bəy ZərdabiKəşkülqəzeti iləŞərqi-Rusqəzeti arasında keçən 13 ili (həmin vaxtlarda ana dilimizdə mətbuat orqanı olmayıb) Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırıb. Bu nəşrin səciyyəviliyi onun ilk gündəlik Azərbaycan qəzeti olmasında idi. Görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin ilk mətbu əsəriŞərqi-Rusda dərc edilmişdi. Lev Tolstoyun yaradıcılığından Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində işıq üzü görüb. “Şərqi-Rus”un Azərbaycan mətbuatında ən layiqli xidmətlərindən biri Ömər Faiq Nemanzadə Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri üzə çıxarması olub. Xüsusilə C.Məmmədquluzadənin bir jurnalist yazıçı kimi püxtələşməsində M.Şahtaxlının böyük xidməti danılmazdır.

   1904-cü ilədək (262 nömrə) qəzetin redaktoru M.Şahtaxtlı, 1905-ci il 15 yanvaradək (392-ci nömrəyədək) isə C.Məmmədquluzadə olub. Onu da deyək ki, ilk vaxtlar M.Şahtaxtlı məslək qələm dostları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə başqaları tərəfindən dəstəklənir. Ancaq zaman keçdikcə müəyyən fikir ayrılıqları ilə bağlı münasibətlər dəyişir. Milli mətbuatın məqsəd vəzifələri barədə fikirlərində ziddiyyətlər ortaya çıxır. Belə ki, qəzet Hacı Zeynalabdin Tağıyevin Tiflisdə bir müsəlman məktəbini himayəyə götürdüyünü, ancaq sonradan köməklik göstərmədiyini tənqid edir. Buna da redaktorun məslək qələm dostları etiraz edirlər. Qəzet isə buna cavab olaraq daha kəskin yazı dərc edir, onlarıHacı Zeynalabdinin qələm qoçularıadlandırır. Professor Vilayət QuliyevÜç aqilin davasıyazısında bu haqda maraqlı məlumatlar verib.

   Həmin yazıya cavab olaraq Əhməd bəy Ağayev qəzetin səhv addım atdığını qeyd edir: “Belə qəzetin ilk oxucuları artıq o qədər ziyalıdır ki, qovğalı yazılardan heç bir zövq almırlar. O qədər həssasdırlar ki, qovğa rubrikaları onlarda, sadəcə, ikrah doğurur”.

   Qeyd edək ki, bu intriqaların arxasında şəxsi maraqlar durmayıb. Onlar, sadəcə, “Şərqi-Rus”un tutduğu yolun yanlış olduğunu qeyd ediblər. Məqsəd ancaq ümumi işə xidmət olub. Maraqlıdır ki, sonralar hər şey öz qaydasına düşür. M.Şahtaxtlı özü ümummilli maraqlar naminə şəxsi iddialarından çəkinir, qəzet vasitəsilə səhvini etiraf edir. Ə.Topçubaşov qələm dostunun bu etirafını təqdirlə qarşılayır.

   Şərqi-Rusqəzetinin sonuncu nömrəsi 15 yanvar 1905-ci il tarixdə çap olunub. Beləliklə , Azərbaycan mətbuatının Tiflis dövrü bu qəzetlə başa çatır...

   Onu da deyək ki, M.Şahtaxtlı Rusiya imperiyası daxilində yaşayan milyonlarla türkün milli-mədəni inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdandır. Böyük maarifçilər Mirzə Fətəli Axundzadə Həsən bəy Zərdabinin, İsmayıl bəy Qasprinskinin başladığı yol Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı başqa ziyalılarımızın işıqlı əməlləri ilə davam etdirilib. Məhəmmədağa Şahtaxtlı 1919-cu ildə Bakıya gəlir. Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak edir. Sovet hakimiyyəti illərində ilk professor adını alan azərbaycanlıdan biri olur. 1931-ci ilin dekabrın 12-də, ömrünün ixtiyar çağında - 85 yaşında vəfat edir.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 13 aprel.- S. 15.