Gənc aktrisa: “Birində
səhv etmək imkanı olur...
Asya
Atakişiyeva: ““Qayınana”da Afət xanımın qızı
olmaq öz doğma anamın qızı olmaq qədər dəyərli
və şərəflidir”
Müsahibim gənc olmasına baxmayaraq, kifayət qədər tamaşaçı
rəğbəti qazanan
Gənc Tamaşaçılar
Teatrının gülərüz
siması, uşaqların
və gənc nəslin sevimlisi Asya Atakişiyevadır. Asya teatrda fəaliyyət göstərməklə yanaşı,
televiziyada “Əsgər
anı“ verilişinin
aparıcısı və
“Qayınana” serialında
Rəna obrazının
ifaçısıdır. Teatrda öz
obrazları və səmimiliyi ilə seçilən aktrisa bizimlə söhbətində
gələcəyə dair
planlarından danışdı.
- Rejissorluq fakültəsini bitirsəniz
də, aktrisa kimi tanınırsınız.
Özünüz nə zamansa
tamaşa qurmağı
düşünürsünüzmü?
- Bəli, mən teatr rejissorluğu fakültəsini bitirmişəm.
Universitetdə oxuyarkən
öz diplom işim olan Edvard Olbinin “Heyvanxanada nə baş verdi”
əsərini hazırlamışdım.
Hətta
hazırladığım tamaşa
ilə “Gənc rejissorların tamaşaları”
adlı festivalda çıxış edib,
diplom əldə etmişəm. Tamaşanın hazırlanmasında Hüseynağa
Atakişiyevin rolu əvəzsiz idi. Onun mənə tələbə
zamanlarımda böyük
dəstəyi olub.
Həmin
zaman mən “Gənclər” teatrında
fəaliyyət göstərirdim.
Amma indi tamaşa hazırlamağı düşünmürəm,
hər şey göründüyü kimi
asan deyil. Tamaşanın ərsəyə
gəlməsi böyük
yaradıcılıq yolu,
təcrübə və
s. kimi bacarıq tələb edir. Tamaşa hazırlamaq, ona quruluş vermək çox çətindir.
Hələ ki mənə
həvalə olunan obrazları sevə-sevə
canlandırıram ki,
bu da mənə
kifayət edir.
- Teatr aktrisası olmaq daha maraqlıdır, yoxsa serial?
- Hər ikisi maraqlıdır. Hərəsinin öz yeri
var. Bilirsiniz, teatr aktrisası olmaq daha çətindir, çünki bir tamaşa üçün
uzun müddət məşq etmək lazım olur, nəhayətdə ortaya mükəmməl bir ifa çıxır və həmin ifanı həftənin müəyyən zamanlarında
yenidən canlandırırıq.
Ancaq serialda bir neçə
dubla artıq çəkilmiş olur.
Məncə, teatr aktrisası
olmaq daha çətindir. Teatr canlı
sənət olduğu
üçün səhnədə
səhv etmək imkanın olmur, əgər səhv edərsənsə, bunun ikinci dublu olmur.
Serialda isə belə imkan olur.
- Sizcə, müasir tamaşa necə olmalıdır?
- Hazırda teatrlarımızda
repertuarların çoxu
müasir tamaşalardır.
Ancaq tamaşaçıların zövqü
müxtəlif olduğundan
müasirlik anlayışı
onların özlərinə
və dünyagörüşlərinə
görə realizə
olunur. Hansı tamaşa tamaşaçının
zövqünü oxşayırsa,
həmin tamaşa onun üçün müasir tamaşa hesab olunur.
- “Qayınana”
serialının kadr arxasında hansısa maraqlı hadisələr baş verirmi?
- Serialda kadr arxasında
hər dəfə müxtəlif maraqlı hadisələr baş verir. O epizodları sözlə ifadə etmək mümkün deyil. Serial çəkilişi
zamanı baş verən məzəli hadisələri harasa qeyd etmək və ya yadda
saxlamaq qeyri mümkündür. Alınmayan kadrların
bir hissəsini serialın sonunda bir parça kimi verirlər.
- Əcnəbi
ölkələrdən heç
təklif alımısınızmı?
- Bəli, Türkiyədən
təklif gəlib. Ancaq onların qoyduğu şərtlərlə razılaşa
bilmədim. Həmçinin vaxt qıtlığı da var idi,
burda işlərimi yekunlaşdırıb gedə
bilmədim.
- “Qayınana”da
Afət xanımın
qızı olmaq elə də çətin deyil ki?
- Afət xanımın qızı olmaq öz doğma anamın qızı olmaq qədər dəyərli və şərəflidir.
- Teatrda fəaliyyət göstərirsiniz,
serialda oynayırsınız, veriliş
aparıcısısınız, üstəlik, reklama da çəkilirsiniz.
Bəs klipə necə, çəkilmək fikriniz varmı? Elə bir
təklif gəlsə, qəbul edərsinizmi?
- Əslində kliplərdə də
oynamışam. İllər öncə Hüseyn
Məmmədovun, Eyyub Yaqubovun,
Mətanət İsgəndərlinin kliplərində
rollarım olub. Bu, mənim
üçün sadəcə, maraq və təcrübə oldu.
Belə bir təklif yenə gəlsə,
təbii ki, qəbul edərəm.
- Daha çox uşaqlar tərəfindən
sevilirsiniz. Sizcə, bunun əsas səbəbi
nədir?
- Mənə
həmişə səmimi olduğumu deyirlər. Düşünürəm
ki, uşaqlar səmimiliyi
sevirlər. Yəqin ki,
oynadığım obrazların da burada təsiri böyükdür.
Oynadığım obrazlarda
uşaqların qəlbinə daha çox yol tapıram.
- Ən böyük arzunuz nədir?
-
Ən böyük arzum tanıdığım bütün insanları
və əsasən də ailəmi sağlam, xoşbəxt
görməkdir. Mənim üçün
sağlamlıq hər şeydən vacibdir.
Əgər sağlam olmasam,
öz işlərimin öhdəsindən
gələ bilmərəm və bu da mənim sevdiyim peşəyə
yiyələnməyimə mane olar. İnsanın canı sağlam
olmayanda, gözünə heç
nə görünmür.
- 10 ildən sonra
özünüzü harada təsəvvür etmək istərdiniz?
-
Ölkəmin tanınmış aktrisası olaraq
canlandırardım özümü. Tamaşaçılar
tərəfindən kifayət qədər sevilsəm, mənim
bəsimdir.
- Bəs dünyaca məşhur
olmağı istəmirsiniz?
-
Öz ölkəmin sevimlisi olmaq mənə hər şeydən
önəmlidir.
Xəyalə Rəis
Kaspi.-2012.-1-3 dekabr.-S.12.