Dünyanın tanıdığı Tolstoy 

 

 Lev Tolstoyun kötükcəsi Vladimir Tolstoy 2 ay əvvəl Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə məsləhətçisi təyin edilib. Dörd ay əvvəl isə o, böyük yazıçının ev muzeyinin – «Yasnaya Polyana»nın direktoru idi.

V.Tolstoy «Rossiyskaya qazeta»ya müsahibəsində ulu babası haqqında, o cümlədən, mədəniyyətin müdafiəsi və məmurların “dəhlizləri” barədə danışıb.

Dahilərin dahisi

- Məşhur tarixçi Vladimir Muravyov iddia edir ki, «Daha çox kimi sevirsən, Tolstoyu, yoxsa Dostayevskini?» sualı rus mədəniyyətinin özəyidir.

- Mən də fikirləşirəm ki, elədir. Əlbəttə, bunlar fərqli insanlardır. Mən deyərdim ki, daha çox Tolstoyu sevən adamlar öz uşaqlıqlarını açıqlıqda keçiriblər. İnsan evdən çıxır və torpağı, dənizi, çayı, səmanı görür. Evdə oturan adamın isə başqa psixologiyası olur. Belələrində dünyaya və sağlamlığa məhəbbət üstünlük təşkil edir. Mən əlbəttə, Dostoyevskini çox sevirəm. Bu insan şəxsiyyətinin qaranlıq tərəflərini bir yerə toplamaq, insan psixikasının qaranlıq labirintlərinin dərinliklərinə baş vurmaqdır. İncildəki işıq isə sondadır. Amma Tolstoy işığa daha tez yol tapır.

- Siz ilk dəfə Lev Tolstoyuvaxt oxumusunuz?

- Uşaqlıqda. Ancaq uşaqlar üçün oxu kitabı kimi o zaman Tolstoy mənə çatmadı. Onun nağılları mənə sərt göründü. İnək şüşəni yeyirölür, uşaq gavalının çəyirdəyindən boğulur, onu canavarlar yeyirs. Mən bir dəfə xəstələnmişdim. Atam mənə ulu babamın «Mənim xatirələrim» və Tatyana Kuzminskayanın «Mənim evdə və Yasnaya Polyanadakı həyatım» kitablarını gətirdi. Bu memuarlar məndə qeyri-adi hisslər yaratdı. Mən babamdan oxudum: «Yasnaya Polyana, bu işıqlı adı sənə kim verib?» sözlərini oxuyan kimi qeyri-adi sevinc hissləri məni sardı. Dərhal sağaldım. Sanki kitab mənə cənnəti nişan verdi. Mən Tolstoyla maraqlanmağa başladım. O məni bir insan kimi cəlb elədi.

- O evdə ailənin Allahı sayılırdı?

- Yox, doğmaları hamısı ona yumorla yanaşırdı. Başqa cür dəli olmaq olardı. Əlbəttə, nə vaxt ki, onu dünyəvi dahi, özünü isə onun gələcək nəsli sayırsan, onda qəlbin qürur hissi ilə döyünür. Özünü Tolstoyun kötükcəsi saymaq məsuliyyətlidir. Heç bir nəsil divarda yalnız onun portretlərini saxlamayıb. Ailə fotoalbomunda babamın, ulu babamın və atamın şəkilləri yer alıb. Hamı onları sevir, xatırlayır.

- Sizin eviniz nə ilə fərqlənirdi?

- Bu taxta evi babam mühacirətdən qayıdandan sonra tikib. Nənəm Olqa Mixaylovna orada mehriban bir ailə ocağı yaratmışdı. Böyük kitabxanası, daimi qonaqları, maraqlı söhbətlər, kart oyunları. Bizim ailəmizdə böyük məhəbbət vardı. Mən elə bir mühitdə böyümüşəm ki, orada hamı səni, sən isə hamını sevirdin. Bu cəhətdən mənim bəxtim gətirmişdi.

- İndi Tolstoy sizə nə ilə maraqlıdır?

- Tam səmimi olaraq Tolstoyun nəsli kimi yox, bir oxucu kimi onu dahilərin dahisi hesab edirəm. Əgər onun qüsursuz incilərini – «Anna Karenina», «Kazaklar», «Hacı Murad»ı dırnaqdan çıxartsaq belə, yenə də ən yüksək səviyyədə dayanar. İlk gündəliyindən sonrakı yazılarına qədər hamısı sərt qələmlə və açıq yazılıb. Onun pyesləri həmişə sosial əhəmiyyətli və müasirdir. Heç zaman Qərbdə də dəbdən düşmür. Tolstoy ədəbi priyomlardan yerli-yerində istifadə etməyi bacarırdı. Onun son dövrlərindəki nağılları ədəbi axtarışlardan daha çox sadə dili ilə fərqlənirdi. Sonra isə Hemenquey bu dildə yazıb.

- Tolstoyun dahiliyi ilə bağlı sizin şəxsi nəzəriyyəniz varmı?

- Ailə mühiti, təmiz qan, zadəgan ailəsinin kübarlığı, genetik kodun kombinasiyası, Volkonski, Trubinski vasitəsilə Puşkinlə, Çaadayevlə əlaqə. Onun xüsusi obrazları və onlardakı böyük sirr hələ də tam açılmayıb. Bu sirrə onun uşaqlıq illərinin acı mühiti, yaşyarımlıq körpənin anasını, doqquz yaşında atasını itirməsi, analıq mehrinin, ata qayğısının çatışmaması, yetim, inadkar, özünü sevən, emosional, inamsız olmasını da əlavə etsək... Sonra həyatın bütün xırdalıqlarına qeyri-adi maraq: otlar necə böyüyür, qadınların həyəcanı, uşağın böyüməsi, atların hissiyyatı və s. Onu rahat buraxmırdı. Çünki bunların özündə həqiqət vardı. Mənə elə gəlir ki, o, həm də onunla qeyri-adi idi ki, özünə ən həyəcanlı sualları veribonlara cavab axtarıb. Bu cavablarla mübahisə etmək də olar. Amma əsas olan budur ki, onun cavablarının heç biri insanı küncə dirəmir. İnsanı özünü intihara təhrik etmir, əksinə, ona çıxış yolunu göstərir. Qafqazdakı hərbi hissədəki darıxdırıcı və eyni rəngli günlərdən sonra istedadlı müəllifin demək olar ki, anonim povesti yazılır. Mən əminəm ki, əgər o itsəydi və ya tənqid olunsaydı, dünya Lev Tolstoy kimi yazıçını tanımayacaqdı.

- Bəs onda xoşunuza gəlməyən nədir?

- Lev Nikolayeviçlə bizim çox fərqli yumor hisslərimiz var. Məsələn, mənə uşağı zənbilə qoyub onu qaranlıq bir yerə daşımaq əyləncəli görünmür. Mənə elə gəlir ki, Tolstoy şəfqət hissindən uzaq olub. Ən sevimli qızları Mariya və Aleksandranı heç vaxt öpməyib. Ailədən təkcə Maşa atasına arxadan yaxınlaşıb ovucu ilə onun kürəyinə toxuna bilərdi. Bu, onlar üçün ən böyük nəvaziş idi. Bəlkə ondakı şəfqət hissi anasının ölümü ilə bağlı erkən yaşlarından itmişdi.

- Belə bir fikir var ki, istənilən soykök mədəni yüksəlişə can atır. Tolstoy soykökü hara can atır?

- Amma bizim Rusiyada bu mədəni yüksəlişə müdaxilə etdilər, onun qarşısını aldılar, onu məhv etdilər.

- Amma sizə müdaxilə etmədilər.

- Bu, xoşbəxtlikdən oldu. Əgər babam mühacirətə getməsəydi, biz də olmazdıq. Əgər mühacirətdən qayıtmasaydı da biz dəqiq yox idik. Bu iki addım bizi yaratdı və bizim soykökümüzün inkişafına təkan verdi. Xaricdəki qohumlarımız görkəmli, gözəl insanlardır. Biz onları çox sevirik. Onlar nədəsə bizdən yaxşıdırlar, amma onlar - özgədirlər.

- Fərq nədədir?

- Məncə Rusiya Tolstoyları xoşbəxtdirlər və inamlıdırlar. Çünki bu özəkdən qidalanırlar. Amma bizdən ən xoşbəxtləri Yasnaya Polyanada olanlardır. Heyf ki, babam İlya Tolstoyun gündəliyi yandı. Atam onu mənə ölümündən bir qədər əvvəl göstərmişdi. 1937-ci ildə Rusiyada terrorun ən qızğın vaxtında Tissa çayının sahilində oturaraq Yuqoslaviyanı çox sevdiyini yazmışdı. Sonra isə «Mən nəvələrimin Rusiyada doğulmasının tamamilə mümkünsüz olduğunu başa düşürəm, lakin bunu çox arzulayıram» - deyə yazmışdı. Amma görürsünüz ki, onun kötükcəsi Yasnaya Polyanadadır. Həyat elə gətirdi ki, mənim oğlanlarım da burada doğuldular.

İnkişaf direktoru

- Amma siz Yasnaya Polyanaya gəlməyi planlaşdırmırdınız?

- Hə, mən buna planlaşdırmırdım. 1990-cı illərdə eybəcərliklər haqqında məqaləmdən sonra mənə muzeydə direktor olmağı təklif etdilər. Bircə an belə düşünmədən razılaşdım.

- Prezidentin mədəniyyət üzrə məsləhətçi vəzifəsinə təyinatınızdan sonra həyat yoldaşınızın muzeyə rəhbərlik etməsi o qədər də müsbət qarşılanmayıb.

- Bilirsinizmi, bizim 1990-cı illərdəki pleyadaedirdi? Muzeyin işlərini təsadüfi adamlardan qoruyurdu. Mən arvadımı ona görə muzeyə qoydum ki, ürəyim sakit olsun. “Təki özümünkü olsun” deyə qoymadım, o, burada yetişmiş kadrdır. Biz muzeyi 1990-cı illərin ortalarında bir yerdə tikmişik. O, işə 10 gün başlayandan sonra gəldi. Yaxşı universitet təhsilli, Parisdə yaşamaq üçün perspektivləri olan Katya məni və Yasnaya Polyananı seçdi. Mən Katyanı orada qoyaraq muzeyi başqalarının zəbtindən qorudum. Bilirsiniz biz Tolstoy muzeyini MoskvadaYasnaya Polyanadakı ilə birləşdirəndən sonra nə qədər ovçu tapıldı? Təsəvvür edin, nə qədər insan ticarət meydanı və icarə obyekti kimi buranı nişana götürdül...

 

- Muzey işini öyrəndikcə əvvəlki jurnalist peşənizlə fərqi hiss edirdinizmi?

- Əlbəttə, o, ayrı aləm idi. O, başqa ritm, özünə başqa baxış, başqa hisslər tələb edirdi. Jurnalistikada ümumi şey yeganədir: sonsuz əlaqələr və münasibətlərin qurulması. Müzeydə isə heç kəs ani hücum etmir. Mən həmişə öz təcrübəmi əvəzləyirəm. Müasir muzey mühafizə, tədqiqat və inkişaf deməkdir. Yalnız bu xüsusiyyətləri özündə birləşdirən insanlar muzeyə rəhbərlik edə bilərlər. Heç kəs məni inandıra bilməz ki, onun ştatında kifayət qədər ideal qoruyucular, tədqiqatçılar və piar mütəxəssisləri var.

- Amma sizin haqqınızda daha çox «inkişaf direktoru» deyə yazırlar.

- Mən 1994-cü ildə Yasnaya Polyanaya perspektiv planlarla gəlmişdim. Bu planlar 2010 və 2028-ci illəri əhatə edirdi. Əlbəttə, planlar korrektə olunur, hansılarsa həyata keçmir. Ancaq ümiddən düşməmək, məqsədə doğru getmək lazımdır. Fikrimcə, muzey direktorları təkcə mədəniyyət və milli ruha malik olmurlar. Bizim cəmiyyətimizdə dəyərlərin qiymətləndirilməsi hələlik başda qoyulan piramidaya oxşayır. Müasir Rusiyanın zəifliyi də elə bundadır – istənilən külək bizi silkələyir. Bunun üçün möhkəm bünövrə olmalıdır. Bunun üçün bizdə yeganə əsas tarixi mədəni irsimizdir.

- Amma indi güclü maddi-maraqlar üstünlük təşkil edir.

- Mənim belə maraqlarım yoxdur. Ac, geyimsiz deyiləm, başımın üzərində dam var. Dünyanın hər yerində yaşamaq üçün uşaqlarımın imkanları var. Tolstoyun bu mövzuda yazıları çoxdur. Amma bir fikrini olduğu kimi xatırlayıram: «İnsan var-dövlətinin, rütbəsinin, pulunun, əzələlərinin böyüməsinə çalışır. Amma bircə şeyə cəhd etmək lazımdır: xeyirxahlığın çoxalmasına”. Bu, xoşbəxtliyin reseptidir. Əminəm ki, uşaqlarım qonşu meşədə gəzinti, öz aralarında ünsiyyət zamanı və ağıllı kitablardan özlərinə xoşbəxtlik tapacaqlar. Parlaq hadisələr də yaxşıdır, amma bunun üçün Maldiv adalarına getməyə cəhd etmək vacib deyil. Böyük Novqoroda da gedib xoşbəxt qayıtmaq olar.

Hakimiyyətin dəhlizləri

- Siz prezidentin məsləhətçisi kürsüsü ilə muzey direktoru kürsüsünü əvəzlədiniz. Bu, yenə başqa həyatdır?

- Bu, üçüncü dünyadır. Bunun öz mühiti, insanlarla münasibət sistemi var. Yaxşı işləmək üçün gərginlik, hər şeyi yaxşı etmək bacarığı tələb olunur. Bu, ümumiyyətlə, mənim prinsipimdir. Həm jurnalistikada, həm muzey işində, həm də şəxsi həyatda. Mən ümumiyyətlə, heç nəyi itirməməyə çalışıram. Məqalələrimin o vaxtkı qəhrəmanları hələ də mənə zəng vururlar. Mənim belə xarakterim var, yox, bu, kolleksiya toplayan deyil, sadəcə, göbələkləri zənbilə yığmaq mənim xoşuma gəlir.

- Yasnaya Polyananı atmaq hər şeylə maraqlanmaq motivi deyildi ki?

- Mən prezidentin mədəniyyət məsələləri üzrə məsləhətçisi olmağa ona görə razılıq verdim ki, mədəniyyətə olan münasibəti gücüm çatdığı qədər dəyişdirməyə kömək edim. Mən buna görə çox narahatlıq keçirirəm. Son 25 ildə mədəniyyətin öz mövqeyini itirdiyini müşahidə edirəm. Bircə dəfə də heç bir qanunda, kodeksdə müdafiə olunmayıb. Ölkədə mədəni dəyərlərlə bağlı yaranan təhlükəni görürəm. Mədəniyyət təhsildən, təbiəti mühafizədən ayrıla bilməz. Birtamah maraqları olmamalıdır. Ölü nöqtədən olsa belə işə təkan verə biləcək qərarların qəbulundan qorxmaq lazım deyil.

- Tamahkarlıq maraqları başadüşüləndir. Bəs qorxu nədən ola bilər?

- Məsələn, göstərilən problemlə bağlı məmura məktub gəlir. O hiss edir ki, burada hansısa marağı gizlətmək olar. Onun özünün bu problemi həll etməyə imkanı səlahiyyəti olsa da, məktubu əlaqədar təşkilatlara ötürür. Görürsünüzmü, qədər maraqlar yaranır. Dəstəyi ən azı 10 dəfə qaldırmaq, zəngləşmək, dəqiqləşdirmək, hətta, lazımi yerə getmək, baxmaq, nəhayət, hamısını bir yerə yığmaq problemi həll etmək, bir-birinin üstünə qalamamaq. Bütün bunlar üçün cəhd lazımdır, qorxaqlıq yox.

- Konkret hansı işləri sınaqdan keçirdiniz?

- 4 ay ərzində bir neçə praktik işləri götürdüm. Hansı ki, indiyədək heç kim onlara toxunmayıb. zaman ki, görməyə başlayırsan, başqalarının hərəkətsizliyini, ehtiyatlılığını, qorxaqlığını onlara olan təsirləri hiss edirsən. Bu, hakimiyyətin dəhlizlərində istənilən anda «sağ ol», «xudahafiz» sözlərini eşitməyə hazır olmalısan.

Mənə deyirlər ki, idealistsən, romantiksən. Həm bazarın amansız qanunları olduğunu xatırladırlar. Əgər mən öz qarşıma görmək məqsədi qoymasaydım, yəqin ki, gəlməzdim. İkincisi, burada məyus olan kimi ümid edirəm ki, Katya məni geriyə qəbul edər.

 

Tərcümə etdi:

Təranə Məhərrəmova

Kaspi.-2012.-15-17 dekabr.-S.16.