20 ilin şöhrəti
Ramiz Əzizbəyli «Bəxt üzüyü»nün
yubileyinə hazırlaşır
Fevralın 7-də “Nizami” kino mərkəzində “Bəxt üzüyü” filminin ekranlara çıxmasının 20 illiyi münasibətilə 20 illiyi münasibətilə təntənəli tədbir keçiriləcək. Tanınmış dramaturq Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilən film 20 ildir ki, kinosevərlərin rəğbətini qazanmaqda davam edir.
Filmin
quruluşçu rejissoru və senari müəllifi Ramiz Əzizbəyli
filmin yubileyi ilə yanaşı sənətə gəlişinin
55 illiyini də qeyd etməyə hazırlaşır.
«Bəxt üzüyü» kino-hitə
çevrildi
- Necə bilirsiniz, «Bəxt
üzüyü» filmi mili kinematoqrafiyamızda hansı yeri
tutur?
-
Bunu söyləməyə bir qədər çətinlik
çəkirəm. Daha doğrusu, bu bir qədər təvazökarlıqdan
uzaq olar. Çünki insan özü haqqında söz deyə
bilməz. Bununla belə, mənə elə gəlir ki, kino
ictimaiyyətinin bu 20 il ərzində çəkilən filmlərə
baxıb onlara qiymət verəndən sonra, bu nəticəyə gəlmək
olar ki, Azərbaycan xalqı bu filmi mili kinomuzun uğuru kimi dəyərləndirir.
Mən də bununla fəxr edirəm. 20 ildir ki, fasiləsiz
olaraq ölkə ekranlarından düşməyən filmin bu
cür dəyərləndirilməsi mənə xoşbəxtlik
gətirir. 20 ildən çoxdur ki, film ekranlarda daim
nümayiş olunur, kino-hitə çevrilib. Elə film var ki,
öz ömrünü 1 və ya 2 il yaşayır. Ancaq bu
film 20 ildir ki, xalqın məhəbbətinə səbəb
olub. Bu mənada böyük fəxarət hissi keçirirəm.
- Azərbaycan kino tarixində səhnə
həllini tapan əsərlərin sonradan kino
versiyasının üzə çıxması ilə
bağlı faktlar olsa da, o qədər də çox deyil. «Bəxt
üzüyü» də vaxtilə uğurlu səhnə taleyi
yaşayan əsərlərdəndir.
Əsərin kino versiyasını, yoxsa tamaşanı
daha çox dəyərləndirirsiniz?
- Bu filmin tamaşa kimi də uğurlu
taleyi olub. Ancaq ola
bilərdi ki, film çəkiləndə bədii
ekran əsəri kimi tamaşadan zəif alınardı. Amma həqiqət budur ki, mən bu
tamaşanı filmə
çevirmişəm, kino
versiyasını yazmışam.
Tamaşaçılar da bilir ki, bu film tamaşadan
qat-qat üstün məhəbbət qazanıb.
Bunun da bir neçə
sirri var ki, onları kinorejissor kimi özümə aid edirəm.
Kino versiyası tamaşa versiyasından qat-qat üstün olub.
Mənim öz ideyam
- Sonradan əsərin kinossenarisini yazmaq haradan ağlınıza gəldi? Hətta, fikirlər var
ki, bu ideya
filmdə baş rolu oynayan Afaq
Bəşirqızına məxsus
olub.
- Necə deyildiyini, necə yazıldığını
deyə bilmərəm,
amma tamamilə səhv fikirdir. Bu ideya mənə
sifariş verilməyib
ki, oturub üzərində işləyim.
Bu, mənim öz
ideyam olub. Filmdə tanınmış, xalqın
sevimli aktyorlarından
istifadə etmişəm.
Hansı
ki, həmin aktyorların çoxu tamaşada da oynayır. Filmin uğuru da ondan ibarət olub. Bəli, aktyorların da
müəyyən rolu
olub. Amma ideya kimi öz ideyamdır. Mən heç kəsin ideyasını qəbul edib özümünküləşdirə
bilmərəm. Özgəsinin ideyasını nə qədər həyata keçirsən də, bu, doğma ideya olmadığından
yaxşı alınmaz.
Mənə elə gəlir
ki, filmin uğurunun ən əsas səbəblərindən
biri bu olub
ki, həm özümə doğma olan ideya olub,
həm də öz ideyam idi. Film buna
görə də uğur qazanıb.
- Həm də film o zaman üçün çox nadir hallarda olan sponsor filmi olub.
- Əgər film nazirliyin
sifarişi ilə çəkilsəydi, bəlkə
də belə olmayacaqdı. Ancaq özüm istədiyim
və öz ideyam əsasında çəkdiyim üçün
nəticə uğurlu
alınıb.
- Bildiyim qədər film uğurlu festival taleyi yaşayıb, çoxlu mükafatlar qazanıb.
- 1991-ci il fevral
ayının 7-də Heydər
Əliyev Sarayında filmin təqdimatı keçirildi. Bütün biletlər satıldığından
filmə baxmaq istəyən tamaşaçılar
inanın ki, sarayın şüşələrini
sındırmışdılar. Sarayın pillələri tamaşaçılarla
dolu idi. Filmin ilk nümayişi böyük
anşlaqla keçdi.
1992-ci ildə film rejissor
tapıntısına görə
Afrika, Asiya və Latın Amerikası ölkələrinin
festivalında xüsusi
diploma layiq görüldü. 1993-cü ildə
isə film Azərbaycan
filmlərinin 2-ci festivalında
rejissor işinə görə Tamaşaçı
Rəğbəti Mükafatı
qazandı. Bu, festivallarda ən şöhrətli nominasiya
sayılır. Sonra film «Qızıl
çıraq» mükafatına
layiq görülüb.
2005-ci ildə konkret olaraq bir assosiasiyanın
respublika üzrə keçirdiyi sorğuda «Bəxt üzüyü» filmi rejissor işinə görə birinci yerə layiq görüldüyü
üçün «İlin
adamı» seçildim.
Onu da deyim ki,
bu nominasiyaya müxtəlif sahələr
üzrə 40 nəfər
layiq görülür.
«Bəxt üzüyü»
müstəqillik əldə
etdiyimiz dövrdə ən geniş tamaşaçı rəğbəti
qazanmış film olmaqla
bərabər, «Ən
çox gəlir gətirən film» nominasiyası
üzrə də mükafat qazanıb. Peşəkar Kinorejissorlar Gildiyasında
bu uğur dəfələrlə qeyd
olunub. İndiyədək istehsal olunan
filmlər arasında ən çox gəlir gətirən məhz «Bəxt üzüyü» filmi olub. Hər dəfə də
rejissorun əməyi qeyd olunur. Bunlar kifayət qədər ciddi uğurlardır.
Rejissor kimi başqa filmlər də çəkmişəm. Ancaq
bu film mənim həyatımda ali
yer tutur.
Fevralın 7-də «Nizami» kino mərkəzində
«Bəxt üzüyü»
filminin 20 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu yubileyi ona görə qeyd edirlər ki, ekran əsəri
bu illər ərzində öz şöhrətini itirməyib.
Eyni səviyyədə xalqın
məhəbbətinə səbəb
olub.
Əsas rejissordur
- Bəs nə üçün elə bir uğurlu
filmdən sonra yaradıcılığınızda durğunluq yarandı? Daha uğurlar təkrarlanmadı?
- Bunun obyektiv və subyektiv səbəbləri var və mən onları açıqlaya bilmirəm. Ola bilər
ki, bundan sonra mənim uğurlu filmim olmasın. Bu, yaradıcılıqdır. Uğur bir dəfə
olar və 15 il olmaya
bilər. Və yaxud 15 il
ardıcıl olaraq uğur qazanıla bilər. Amma bilmirəm, o filmdən
sonra niyə mənə çəkməyə
film verməyiblər? Şikayət etmirəm, amma
məni kino çəkməyə qoymurlar.
- Bir dəfə demisiniz ki, sizi
kinodan gülə-gülə
yola salıblar.
- İndi də elə gülə-gülə
yola salırlar.
- Əgər
yenidən film çəkməli
olsanız, köhnə
kollektivə üstünlük
verərsiniz?
- Hansı kollektiv? Kollektiv söhbəti yoxdur. Hər hansı film olursa-olsun, onun zəifliyi də, uğurlu cəhəti də bilavasitə bir insandan asılıdır
– kinonun rejissorundan.
Mən demirəm, aktyorun rolu yoxdur. Ona qalsa hər
bir sürücünün
də rolu var. Amma ailənin xoşbəxtliyinin təminatçısı
yalnız ailənin
başçısıdırsa, kinoda da belədir.
Yəni birinci şəxs yerində olsa, hər şeyi düzüb-qoşsa, deməli,
maraqlı nəticə
alınacaq. Təkcə aktyorların
oyunu ilə uğur qazanmaq olmaz. Kinorejissorların əzmini qırmaq
istəyən qüvvələr
dərk edə bilmirlər ki, bu sahə bilavasitə
rejissorundur. Əgər
rejissor olmasa, bu iş alınan
deyil.
- Ümumiyyətlə,
bu gün kino çəkmək maraqlıdır?
- Kino çəkmək həmişə
maraqlıdır. Kino bumu həmişə var. Bunun üçün kinorejissorların əzmi lazımdır.
- 55 il
yaradıcılığınız dövründə ən çox yadınızda qalan nədir?
- Ən çox
yadımda qalan sənətimə məhəbbətimdir. Nə qədər
qüvvələr olur
olsun, mən bu sənəti çox sevirəm. Çünki bu sənətin
nə demək olduğunu dərk edirəm, mahiyyətini bilirəm. Ona görə də
bu sənətdən dönmürəm. Mənim üçün
bu sənətdə ən güclü şey elə bu sənətin dəyəridir.
Təranə Məhərrəmova
Kasi.-2012.- 1 fevral.- S.9.