“O qəhvəyi gözlər” Rotterdamda 

 

İsveçrəli rejissorun Azərbaycan haqda çəkdiyi film nüfuzlu festivalda təmsil olunur

 

Tarixi-etnoqrafik janrda Azərbaycan mədəniyyətini dünyaya tanıdan filmlərə böyük ehtiyac var. Bu cür filmlər bədii keyfiyyəti ilə yanaşı, həm də təbliğata, mədəniyyətimizin dünyaya tanıdılmasına xidmət edir. Dünya kinosu və mədəniyyəti kontekstində Azərbaycan haqqında filmlərin olması vacibdir. Bu gün təkcə öz rejissorlarımız yox, başqa ölkələrin rejissorları və kino adamları da coğrafitarixi baxımdan da Azərbaycana maraq göstərirlər. Yaxın vaxtlarda Azərbaycan ərazisində çəkilmiş türk, rusgürcü filmləri də buna əyani sübutdur.

Azərbaycanda film çəkmək üçün həm uyğun tarixi, həm də təbiət zənginlikləri  tapmaq olar. Siyasi-strateji cəhətdən də Azərbaycan rejissorlar üçün böyük imkanlar açır. Bütün bu əlaqələr həm də film şirkətləri və mərkəzləri arasında münasibətləri qaydaya salır, möhkəmləndirir.

Buta” İncəsənət Mərkəzi də beynəlxalq əlaqələrini möhkəmləndirməkdə davam edir. Belə ki, “Buta”nın dəstəyi ilə Azərbaycan haqqında çox maraqlı film çəkilib. Film “O qəhvəyi gözlər” (“He was a giant with Brown Eyes”) adlanır. Filmi məşhur isveçrəli rejissor Eylin Xofer çəkib. Film Rotterdamda keçiriləcək beynəlxalq kino festivalında nümayişə çıxarılacaq. Qeyd edək ki, Rotterdam Kino Festivalı dünyanın ən say-seçmə festivallarından sayılır. “O qəhvəyi gözlər” film birinci dəfə həmin festivalda nümayiş etdiriləcək. Böyük kino zalları olan Rotterdam Kino Festivalı təkcə film seçimlərinə görə yox, həm tamaşaçı sayına görə bütün ölkələrin marağındadır. Belə ki, hər il bu festivala 350 000 tamaşaçı qatılır. Filmlər müxtəlif zallarda izlənilir. Seçilən filmlər isə heç təsadüfi olmur. Böyük tamaşaçı marağını nəzərə alaraq yalnız seçmə filmlər festivala qatıla bilir.

Xatırladaq ki, “He Was a Giant with Brown Eyes” filmiEylinin çəkdiyi ilk tammetrajlı filmdir. Filmin mövzusu olduqca maraqlıdır. Bu filmdə sadə Azərbaycan ailəsində dünyaya göz açmış iki bacının taleyindən - onların ata-anasının boşanması ananın bacılardan biri ilə köçüb İsverçrəyə getməsi onların həyatının tamam-kamal dəyişməsindən söhbət açılır. Sadə strukturu olan bu ekran işinin tərbiyəvi ibrətamiz motivləri var. Film Bakıda ölkəmizin dağlıq regionlarındakı kəndlərdə çəkilib. Filmdə olduqca maraqlı canlı təbiət mənzərələri əks olunub. Filmə baxan ekspertlər belə rəy veriblər ki, İsveçrə rejissorunun bu vaxta qədər yad olduğu, heç vaxt görmədiyi bir xalqın mentaliletini əks etdirə bilmə bacarığı Azərbaycan dünyagörüşünü bu dərəcədə çatıra bilməsi insanı heyrətləndirir.

Filmin rejisssoru Eylin Xoffer hazırda böyük kino şirkətlərinin birində çalışır. O, rejissor kariyerasından əvvəl bir sıra jurnallarda jurnalist baş redaktor kimi çalışıb. O, əsasən, qısametrajlı filmlərin çəkilişi ilə məşğul olur. Onun rejissoru olduğu filmlər onlarla beynəlxalq festivalda böyük uğurlar qazanıb. Həm Eylin 2004-cü ildə bütün dünya üzrə yüzlərlə perspektivli kino istehsalçılarını birləşdirən Berlinale Talent Campus adlı yaradıcılıq akademiyasında iştirak edib.

Filmin uğurlu ekran işi olduğunu qeyd edənButaİncəsənət Mərkəzinin direktoru Nəsib Priyev mətbuata açıqlamasında ekran işinə böyük önəm verdiyini vurğulayıb: “Biz həmişə kino sənəti ilə məşğul olmaq arzusunda olmuşuq. Buna görə bu filmi dəstəkləmək üçün bizə verilən fürsətdən heç cürə imtina edə bilməzdik. Axı bu, adi bir kino deyil, bizim doğma Azərbaycan haqqında çox gözəl keyfiyyətli, üstəlik, isveçrəli rejissor tərəfindən çəkilmiş bir filmdir. Bizə xoşdur ki, Azərbaycan qərb mədəniyyətinin nümayəndələrində getdikcə daha böyük maraq doğurur.”

Rotterdam kino festivalından sonra “O qəhvəyi gözlərfilmi Azərbaycan kinoteatrlarının birində göstəriləcək.

 

 

Fərid Hüseyn   

 

Kaspi.- 2012.- 2 fevral.- S. 16.