Doğmalaşan ögey ata
Məcid Məcidinin “Ata” filmi
barədə...
Süjet
Atasını itirmiş Mehrulla şəhərə işləməyə
gedib. Anası, bacıları üçün
hədiyyələr alıb,
evə aparmağa xeyli pul qazanıb
və kəndə qayıdır. O, yolda
maşından düşən
kimi dostunun yanına gəlir. Dostundan aldığı ilk xəbər
isə çox dəhşətli olur.
– Mehrulla, bilirsən,
anan polis zabiti ilə evlənib.
Mehrulla hələ uşaq
olduğuna görə
(təxminən 14-15 yaş)
anasının bu hərəkətini faciə
kimi qarşılayır
və əsəbiləşərək
evə qaçır.
Amma gəlib öz evlərini boş görür. Çünki polis rəisi Mehrullanın anasını və bacılarını öz
evinə aparıb.
Mehrulla anasını bağışlaya bilmir, çünki:
a) Anası atasının xatirələrinə xəyanət
edib, başqa bir kişi
ilə evlənib və bacılarını
yad bir adamın
qoltuğunda saxlayır.
b) Onlar illərdir yaşadıqları evlərini
atıb polisin evinə köçüblər,
bununla da Mehrullanın ata evi kimsəsiz xarabaya çevrilib.
Mehrulla hər vəchlə polisə – ögey atasına ziyan vurmaq, onu
insan kimi məhv etmək haqqında düşünür. Mehrulla çoxlu
pul gətirib polisin üzünə çırpır ki, anam bu pullara
görə sənin olub, indi pullarını
al və anamı geri qaytar. Polis onu evinə
dəvət edir və təklif edir ki, Mehrulla
da onlarla birgə qalsın.
Polis yaxşı insandır
və Mehrullanın anasına və bacılarına öz ailəsi kimi baxır, onların qayğısına qalır. Mehrullanın bacısı ağır xəstə olanda həkimlərə çoxlu
pul töküb onu sağaldır. Amma Mehrulla ona düşmən
gözü ilə baxır.
Mehrulla uşaq iradəsinin diqtəsi ilə mübarizə aparır: həyətdə dərin
təndir düzəldir,
evlərini qaydaya salır ki, bacılarını qaçırdıb
gətirib öz yanında saxlasın. Belə də olur. Onları təndirdə gizlədir.
Amma mümkün olmur, polis gəlib qızları təndirdən çıxarıb
aparır.
Mübarizəsi yarımçıq qalan Mehrulla gecə vaxtı gəlib polisin həyətindəki
bütün gülləri
kökündən qırır.
Mehrulla xəstələnir
və anasıgil onu evinə aparırlar. Lakin Mehrulla bu dəfə polisə daha böyük ziyan vurmaq fikrinə
düşür. Gecə
vaxtı polisin tapançasını
götürür və
şəhərə qaçır.
Polisin tapançası oğurlanıb
deyə işdən çıxarmaq istəyirlər.
O, möhlət istəyib
şəhərə gəlir
ki, tapançasını
Mehrullanın əlindən
alıb təhvil versin. Polis Mehrullanı
tapır və tapançasını alır,
özünün də
kəndə gətirmək
üçün qolunu
qandallayır. Yolda polis su
içərkən Mehrulla
onun motosikletini götürüb qaçır.
Polis dağ yolları
ilə keçib onun qarşısına çıxır. Motosiklet xarab
olur və onlar çöl-biyabanda qalırlar. Dəhşətli vəziyyət yaranır.
Polis susuzluqdan və Günəşin gücündən tamam taqətdən düşür.
Elə bir vəziyyət yaranır ki, polis oğlu qədər sevdiyi Mehrullaya yalvarır ki, “qaç, canını qurtar, mən bu istidə gedə bilməyəcəyəm,
qoy ölüm”.
Mehrullasa
qaçmır, polis elə
bir hala düşür ki, artıq ölmək üzrədir. Özündən gedən polisi min dürlü zülmlə sürüyə-sürüyə bir xeyli gətirən
Mehrulla axır ki, vahəyə çatır və onun üzünə su vurur. Hər ikisi üzü üstə suya uzanırlar, amma özlərində deyillər.
Özündə olmayan polisin,
üzü üstə
uzandığına görə
cibindəki şəkil
suya düşür və suyun üzü
ilə yavaş-yavaş
üzüqoylu suya uzanmış Mehrullaya sarı gəlir. Mehrulla uzanıqlı vəziyyətdə
şəkli götürüb
baxır, şəkildəki
adamlar onun anası, bacıları və polisin özüdür. Film bu səhnə ilə sona çatır.
Filmin özəlliyi
Filmin özəlliyi ondadır ki, İran filmlərinə
xas az
aktyorla böyük ekran işi burada da öz
həllini tapıb. Film demək olar
ki, əsas qəhrəmanlardan ibarətdir.
İran mentaliteti filmdə öz əksini çox yaxşı tapa bilib. Şərq xalqları dünya mədəniyyətinin dili
ilə danışmaq
bəhanəsi ilə
filmlərinin çoxunu
Avropa estetikası ilə çəkirlər,
amma İran dünya film bazarına öz milli-mental dəyərləri ilə
girir. Filmin rejissoru Məcid Məcidi daim Şərq meyarlarını
üstün tutur, onun “İlahi rəng” və s. filmlərində də biz
bu düşüncə
sistemini görürük.
Bu film kontekstiv filmdir. Hadisələr biryönlü elementlə
açılır və
bu element digər hissələrə çıxış
qazanır. Mahiyyəti daha
dəqiq çatdırmaq
üçün seçilən
bu üsul maraqlıdır. Sanki bütün İran həyatından bir ailəni götürüb,
vahid fokusa yerləşdirib bütün
diqqətini o ailənin
taleyinə yönəldirsən.
Əslində, bu, düşüncəni
və sistemi dəqiqləşdirir və
cəmiyyətə ötürülən
mesaj da həmin ideoloji-estetik kanaldan süzülüb gedir.
Yozum...
Filmə
ailə kontekstində
yanaşsaq, məlum olacaq ki, bütün
ögey atalar qəddar olmur və cəmiyyətin beynində mənfi personaj kimi yer
alan ögey
ata, əslində, fərqli də ola bilir. Yəni insana
cəmiyyətin yaratdığı
düşüncə varlığı
kimi yox, fərd kimi yanaşmaq lazımdır.
Mehrulla və
polis niyə məhz ikilikdə – baş-başa
olanda bir-birini başa düşürlər? Çünki cəmiyyətdəki kənar
gözlər insanların
arasında daim sədd rolunu oynayır. Mehrullaya cəmiyyətin qınağı,
anasının nəzəri
belə polisi insan kimi çox
istəməyə mane olur.
Mehrulla polisin evində xəstə olanda anasını polislə bir yerdə görəndə fikirləşir
ki, mən bu otaqda xəstəyəm,
anamsa o biri otaqda polislə bir yatağa girir. Bir sözlə, Mehrullaya
həm ürəyinin,
həm də kənar nəzərlərin
diqtəsi mane olur.
Onlar ən əlacsız vəziyyətdə
bir-birini başa düşürlər. Bununla da: “İki bədbəxt
bir yerdə xoşbəxtdir” ideyası
gerçəkləşir, həyatiləşir. Vəziyyət Mehrullaya düşmən gözündə gördüyü
insanı atası qədər sevdirməyə
qadirdir. Situasiyanın diqtəsi Mehrullanın mənini açır.
P.S. Filmdə Məhəmməd
Kasıbi, Pərivəş
Nəzriyye, Həsən
Saqidi kimi tanınmış aktyorlar
yer alıblar. Ssenari müəllifləri Seyid Mehdi Şücai və Məcid Məcididir. Filmin musiqisini
isə Məhəmmədrza
Əliqulu yazıb.
Fərid Hüseyn
Kaspi.-2012.-7 fevral.-S.16.