5 ildə Xocalı soyqırımı ilə
bağlı 50-yə yaxın ölkədə 1000-dən
artıq tədbir keçirilib
Bu il
də diaspor təşkilatlarımız tərəfindən
dünyanın onlarla ölkəsində
soyqırımının 20-ci ildönümü münasibətilə
tədbirlər keçiriləcək
Azərbaycanın
ən ağrılı problemlərindən biri, erməni hərbi
birləşmələrinin 1992-ci ilin fevralın 26-da törətdiyi
Xocalı soyqırımına hələ də dünya
birliyi tərəfindən lazımi qiymətin verilməməsidir.
Bu soyqırımının hüquqi qiymətini alması və cinayətkarların
cəzalanması istiqamətində Azərbaycan dövləti
ilə yanaşı, diaspor təşkilatları
da mübarizə aparır. Müstəqilliyimizin
bərpasından sonra təşkilatlanmış
formada, koordinasiyalı şəkildə fəaliyyət
göstərən Azərbaycan diasporu hər
il soyqırımının ildönümü münasibətilə, o cümlədən, ilin
digər vaxtları Xocalı soyqırımını dünya ictimaiyyətinə
çatdırır, baş verənləri
tarixi faktlarla nümayiş etdirir. Diaspor təşkilatlarının
bu istiqamətdə fəaliyyəti,
gördükləri işlər, keçirilən tədbirlər
haqqında Diasporla İş
üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci
ilin iyun ayının
5-də Bakıda keçirilən Dünya
Azərbaycanlılarının III Qurultayı münasibətilə
nəşr olunan “Qurultaya
hesabat” kitabında ətraflı məlumat
verilib. Belə ki, kitabda Dünya
Azərbaycanlılarının II Qurultayının keçirildiyi 2006-cı ildən III Qurultaya qədər olan
vaxtı əhatə edən məlumatlarda Xocalı
soyqırımı ilə bağlı diaspor
təşkilatlarımızın keçirdiyi
tədbirlər illər üzrə yer
alıb.
2006-cı
il: Xocalı soyqırımının 14-cü
ildönümü müxtəlif ölkələrdə qeyd
olunub
Xocalı
soyqırımının 14-cü ildönümünün
qeyd olunduğu 2006-cı ilin fevral ayında Azərbaycan
Türk Kültür Mərkəzinin təşəbbüsü
ilə Haaqada yerləşən Beynəlxalq İnsan
Haqları Məhkəməsinin qarşısında mitinq
keçirilib. Mitinqə Hollandiyada fəaliyyət
göstərən Azərbaycan və türk
diaspor təşkilatları
qatılıb. Polşada da bu ölkədəki
Azərbaycan səfirliyinin, Azərbaycan-Polşa Mədəniyyət
Assosiasiyasının, Azərbaycan-Polşa Mədəniyyət
Cəmiyyətinin, Demokratik Azərbaycan Təşkilatının
və Azərbaycan Mədəniyyət və İnformasiya
Mərkəzinin iştirakı ilə soyqırımı ilə
əlaqədar anım mərasimi keçirilib. Özbəkistanın
Daşkənd şəhərində “Azərbaycan Evi”, Azərbaycanlıların Milli-Mədəni
Mərkəzlərinin Assosiasiyası və Azərbaycan Gənclər
Təşkilatı bu ölkədəki
Azərbaycan səfirliyi ilə birlikdə
soyqırımına həsr olunmuş konfrans keçirib. Soyqırımının ildönümü
ilə əlaqədar, Türkiyədə də müxtəlif
tədbirlər keçirilib.
İstanbul-Azərbaycan Kültür və
Dayanışma Dərnəyi azərbaycanlı tələbələrin,
diplomatik korpusun
nümayəndələri və ictimai xadimlərin
iştirakı ilə İstanbulda
soyqırımının 14-cü ildönümünü
qeyd edib. Tədbir
Türkiyənin İzmir, İzmit,
Ankara, Adana və digər
şəhərlərində də təşkil olunub.
Kanadada Azərbaycan Təşkilatları Federasiyası tərəfindən
isə Xocalı soyqırımını əks etdirən,
soyqırımı haqqında məlumatların yer aldığı xüsusi
kart nəşr olunaraq
Kanadanın parlament və rəsmi
qurumlarına, həmçinin, bir çox ölkələrin parlamentlərinə,
beynəlxalq təşkilatlara göndərilib. Federasiya üzvləri Kanada
parlamentinin binası və Ermənistanın
Kanadadakı səfirliyi qarşısında ermənilərin
xalqımıza qarşı törətdikləri
soyqırımı və terror
aktlarınıa etiraz olaraq
mitinq də keçiriblər.
Almaniyanın Mayns şəhərində
isə “Soyqırımlar tarixi və Qərbin
erməni iddiaları” mövzusunda elmi-praktiki konfrans keçirilib. Almaniyanın bir
sıra nüfuzlu ictimai
xadimləri, habelə kütləvi informasiya
vasitələrinin nümayəndələrinin iştirakı
etdiyi konfransda
Xocalı soyqırımı haqqında həqiqətlər alman cəmiyyətinə
çatdırılıb.
2007-ci
il: Soyqırımına həsr olunmuş etiraz aksiyaları,
konfranslar, anım mərasimləri, sərgilər təşkil
olunub
Xocalı soyqırımının baş verməsinin 15 ili tamam olduğu 2007-ci il tarixində də diaspor təşkilatları silsilə tədbirlər keçirib. Bu tədbirlərə Heydər Əliyev Fondu xüsusilə dəstək göstərib. Belə ki, Fond soyqırımının 15-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin edib. Fondun keçirdiyi tədbirlərə diaspor təşkilatları da dəstək veriblər. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən soyqırımı aktı kimi tanınması üçün diaspor təşkilatlarımız Azərbaycanın səfirlikləri ilə birlikdə keçirilən tədbirlərdə Fond tərəfindən hazırlanan təbliğat vasitələrinin yayılmasında fəal iştirak ediblər. Kitabda bildirilir ki, Xocalı soyqırımı haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 2007-ci ildə dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil edilib. Belə ki, DİDK dəstəyi ilə Benilüks Azərbaycanlıları Konqresi Niderland Krallığının Haaqa şəhərində beynəlxalq konfrans təşkil edib, Amsterdam şəhərində böyük yürüş-mitinq keçirilib. Bununla yanaşı, Helsinki şəhərində Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti, Çexiyada fəaliyyət göstərən “Azəri-Çex” Cəmiyyəti, Almaniyanın Köln şəhərində Almaniya Azərbaycan Kültür Ocağı, Hedelberq şəhərində Azərbaycan Kültür Cəmiyyəti, Böyük Britaniyada London-Azərbaycan Gəncləri Klubu, Danimarkanın Hillerd şəhərində Azərbaycan-Danimarka Dostluq Cəmiyyəti, Parisdə Azərbaycan-Fransa Gənclik Assosiasiyası, Strasburq şəhərində “Azərbaycan evi”, İsveçin Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresi, Höteborq şəhərində İsveç-Azərbaycan Federasiyası, Norveçdə “Xəzər-Yanvar” dərnəyi, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Tallində “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi və digər ölkələrdəki diaspor təşkilatlarımız tərəfindən soyqırımına həsr olunmuş etiraz aksiyaları, konfranslar, anım mərasimləri, sərgilər və s. tədbirlər təşkil edilib.
2008-ci
il: Soyqırımı ilə bağlı dünyanın 60-dək
şəhərində tədbirlər təşkil olunub
Xocalı
soyqırımının 16-cı ildönümü ilə əlaqədar
isə 2008-ci ildə dünyanın 60-dək şəhərində
Azərbaycan diaspor təşkilatları tərəfindən
müxtəlif tədbirlər təşkil olunub. Fevralın
21-də Niderlandda fəaliyyət göstərən
Azərbaycan icma və birliklərinin dəstəyi
ilə “NED3” yerli televiziya
kanalında Azərbaycan haqqında 3 hissədən ibarət film nümayiş edilib. Filmdə Azərbaycanın təbiəti,
tarixi, inkişafı ilə yanaşı,
Xocalı soyqırımı, məcburi köçkün
və qaçqınlar haqqında süjetlər əks olunub. Fevralın 23-də Nyu-York
şəhərində Türk Mərkəzinin
binasında Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr olunmuş konfrans və fotosərgi keçirilib.
Azərbaycan və Türkiyə diplomatik
korpuslarının rəsmi nümayəndələri və ictimai xadimlərin iştirak
etdiyi tədbirdə Xocalı
soyqırımı, Dağlıq Qarabağ
münaqişəsi haqqında iştirakçılara ətraflı
məlumat verilib. Fevralın
24-də isə Haaqada Niderlandda
fəaliyyət göstərən Holland-Azəri-Türk Dərnəyinin
təşəbbüsü və Heydər Əliyev Fondu, Azərbaycanın Niderlanddakı səfirliyi,
DİDK-nin dəstəyi ilə
soyqırımı şəhidlərinə həsr olunmuş abidənin
açılışı olub. Qeyd edək ki, bu, Azərbaycanın xaricində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış ilk abidədir. Abidənin açılışı münasibətilə
keçirilmiş tədbirdən sonra diaspor təşkilatlarının
toplantısı keçirilib, o cümlədən, Heydər Əliyev Fondunun diaspor təşkilatlarına
göndərdiyi rəsm əsərlərindən ibarət sərgi
təşkil olunub.
Fevralın
25-də Vaşinqtonda soyqırımla
bağlı Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi,
Amerika-Azərbaycan Ticarət Palatası və Amerika
Azəbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı
ilə Ermənistan səfirliyi binasının
qarşısında piket keçirilib.
Aksiyada Vaşinqton, Merilend və Virciniyada fəaliyyət
göstərən azəri diaspor təşkilatlarının
nümayəndələri və tələbələr iştirak ediblər.
Fevralın 26-da isə, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin binasında Azərbaycan diasporunun fəal nümayəndələrinin iştirakı ilə keçirilmiş anım mərasimində diplomatlar, ictimaiyyət nümayəndələri, xarici media təmsilçiləri və digərləri iştirak ediblər. Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini Mayns, Brüssel şəhərində, Nyu-Yorkda, Kanadanın Toronto şəhərində də diaspor təşkilatlarımız tərəfindən anılıb, aksiyalar təşkil olunaraq soyqırımı törədənlərin cəzalandırılması tələb olunub.
2009-cu
il: “Xocalıya Ədalət” kampaniyası dünyanın 100-dən
artıq şəhərində aparılıb
Kitabda 2009-cu ilin Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeavnın təşəbbüsü
ilə 2008-ci ilin may ayından başlayan “Xocalıya ədalət”
kampaniyasının daha geniş vüsət aldığı
il kimi göstərilir. Bu kampaniya çərçivəsində
dünyanın bir çox
ölkələrində Xocalı soyqırımı ilə
bağlı həqiqətləri yaymaq məqsədilə
etiraz aksiyaları, elmi-praktiki
konfranslar və digər tədbirlər həyata
keçirilib. Azərbaycan diaspor
təşkilatlarının da fəal
şəkildə iştirak etdiyi kampaniya
dünyanın 100-dən artıq şəhərində təşkil
olunub. Bununla
yanaşı, Litvada slaptai.lt
internet saytında ermənilərin Azərbaycan
xalqına qarşı törətdiyi soyqırımı və
terror aktlarından bəhs edən “Erməni
terroru” sənədli filmi
nümayiş olunub.
Fevralın 20-də isə, Londonda parlament önündə
soyqırımının 17-ci ildönümünə həsr
olunmuş piket keçirilib. Piketdə faciəni törədənlərə
qarşı etiraz şüarları səsləndirilib,
soyqırımı ilə bağlı məlumat vərəqələri
paylanılıb. Fevralın 22-də “Qarabağ”,
“Odlar yurdu”, “Ərk”,
“Azərbaycan” cəmiyyətlərinin təşkilatçılığı
ilə Stokholmun mərkəzi meydanında
mitinq keçirilib.
Fevralın 23-da İçveçdə fəaliyyət
göstərən AFİ təşkilatı İsveç
parlamentinə ünvanlanmış müraciətlər qəbul
edib. Mürciətdə Xocalı
soyqırımı, eləcə də Qarabağ
münaqişəsinə dair həqiqətlər
yer alıb. Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzi fevralın 26-da
Berlində soyqırımının 17-ci ildönümü
münasibətilə anım mərasimi keçirib.
1992-ci il 26 fevral gününün dəhşətlərini əks
etdirən “Xocalı soyqırımı” adlı sənədli
film nümayiş etdirilib. Azəri diasporunun
təşkilatçılığı ilə fevralın 24-də
“Kanal Avropa”da (Düsseldorf),
fevralın 25-də TGRT-də (Franfurkt),
fevralın 27-də isə Foks TV-də
Xocalı soyqırımı ilə bağlı verilişlər
efirə gedib. ABŞ-da
da Azərbaycan diasporu
Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası təşkil edib.
Aksiyada Ermənistanın təcavüzkarlıq
siyasətini pisləyən şüarlar
səsləndirilib. Amerika azərbaycanlıları
beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına hüquqi və siyasi qiymət
verməyə çağırıblar.
2010-cu
il: Soyqırımının tanıdılması
üçün bütün vasitələrdən istifadə
edilib
Xocalı
soyqırımının 18-ci ildönümünün qeyd
olunduğu 2010-cu ildə soyqırımının daha mütəşəkkil
formada tanıdılması üçün Heydər
Əliyev Fondu xarici ölkələrdəki Azərbaycan icma və
birliklərini müvafiq məlumatlar və sənədlərlə
təmin edib. Əsas məqsəd
soyqırımının növbəti ildönümünün
yüksək səviyyədə qeyd
olunması və faciənin əsl mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılmasıdır. “Xocalıya ədalət”
beynəlxalq məlumat və təşviqat kampaniyası bu il ərzində də
aparılıb. Kampaniyaya uyğun olaraq,
dünyanın bir çox
ölkələrində etiraz
aksiyaları, elmi-praktiki konfranslar
və digər tədbirlər təşkil edilib.
2010-cu ilin fevralın 19-da Almaniyada
fəaliyyət göstərən AAKM tərəfindən internet vasitəsilə federal
parlament və Almaniya siyasi partiyalarının funksionerlərinə,
ictimai qurumlara, KİV,
QHT-lər, mədəniyyət və elm
xadimlərinə Xocalı həqiqətlərini əks etdirən
müraciət yayımlanıb.
Xocalı soyqırımı həqiqətlərini daha dəqiq şəkildə və tarixi faktlara söykənən sənədlər əsasında geniş Litva ictimaiyyətinə çatdırmaq, elmi, siyasi və akademik dairələrdə, həmçinin, din və mədəniyyət təşkilatlarında obyektiv rəylər yaratmaq məqsədilə AMEA-nın İnsan Hüquqları İnstitutunun hazırladığı “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI)” müxtəsər xronoloji ensiklopediyasından Litva dilinə tərcümə edilən geniş parçalar və soyqırımı faktlarının illüstrasiyalı görüntüləri internet saytlarında yerləşdirilib. Bununla yanaşı, İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Federasiyası və İsveç Azərbaycanlıları Konqresi tərəfindən Qarabağ Komitəsi yaradılıb. 27 fevral 2010-cu il tarixində Stokholmun Sergelstorq meydanında Qarabağ Komitəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı və Qarabağın işğalına etiraz mitinqi keçirilib.
2011-ci
il: Soyqırımı törədənlərin cəzalandırılması
üçün beynəlxalq ictimaiyyətə müraciətlər
qəbul olunub
Bu ildə də Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları tərəfindən tədbirlər keçirilib. Fevral ayı ərzində Ukraynanın Nikolayev şəhərində Xocalıda qətlə yetirilmiş insanların yad edilməsi, soyqırımı həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması məqsədilə tədbir keçirilib. Ukraynanın I kanalı tərəfindən Xocalı soyqırımı haqqında hazırlanan sənədli film nümayiş etdirilib. Simferopol şəhərinin mərkəzi kitabxanasında da Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Amerika-Azərbaycan Şurası tərəfindən ABŞ konqresmenlərinə Xocalı soyqırımından bəhs edən məktublar göndərilib. Şimali Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın Los-Ancelesdəki konsulluğu ilə birgə San-Fransisko şəhərində soyqırımına həsr olunmuş anım mərasimi keçirib. Mayamidə Florida Beynəlxaq Universitetində Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə isə azəri diasporunun üzvləri tələbə və müəllim heyəti qarşısında Xocalı soyqırımı haqqında məruzələrlə çıxış ediblər. “Xocalıya ədalət” kampaniyası çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində Türkiyə-Azərbaycan Dərnəyi və TSAM imzatoplama kampaniyası aparıb. Qazaxıstanda isə Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Astana və Almatı şəhərlərinin 11 vilayətində soyqırımının 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Eyni zamanda, İsraildə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan Knessetin deputatları, siyasi və ictimaiyyət təşkilatlarının rəhbərliyi, səfirlik və diplomatik nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Son 5 il ərzində diaspor təşkilatlarımız tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı aparılan işlərə nəzər yetirdikdə məlum olur ki, diasporumuz bu istiqamətdə dünyanın 50-yə yaxın ölkəsində aksiya, mitinq, elmi-praktiki konfrans, sərgi, ümumilikdə 1000-dən çox tədbir keçirilib.
Ukraynada
“Xocalı ayı” çərçivəsində tədbirlərə
Xarkov şəhərində start verilib
Diaspor təşkilatlarımız bu il də soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirməyə hazırlaşır. DİDK-dən qəzetimizə verilən məlumata görə, Xocalı faciəsinin 20-ci ildönümü münasibəti ilə dünyanın onlarla ölkəsində tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar, kütləvi aksiyalar keçiriləcək. Belə ki, Rusiyanın Moskva və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və AMOR-un təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş etdiriləcək: “Fevralın 26-da AMOR tərəfindən Moskvada “Xocalıya ədalət” çərçivəsində Rusiyanın ayrı-ayrı regionlarında soyqırmının 20-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil olunacaq. Xocalı faciəsinin ildönümü münasibəti ilə tədbirlər Ukrayna, Belarusiya, Estoniya, Litva, Latviya və Moldavada da baş tutacaq. İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub ki, artıq bu tədbirlərə Xarkovda start verilib.
Fevralın 25-də, həmçinin,
UAK-ın təşkilatçılığı ilə Kiyev
şəhərində soyqırımının 20-ci
ildönümünə həsr olunmuş anım mərasimi də
keçiriləcək.Ayın 26-da Minskdə Belarusiya Azərbaycanlı
İcmaları Konqresi, 27-də isə Kişinyov şəhərində
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı
ilə soyqırımı qurbanlarının xatirəsinə
həsr olunmuş tədbirlər keçiriləcək, yerli
KİV-də soyqırımı ilə bağlı materiallar
dərc olunacaq: “Fevralın 24-də Vilnüsdə Litva Azərbaycanlıları
Cəmiyyəti, fevralın 25-də Tallində “Aydan” Estoniya-Azərbaycan
Mədəniyyət Mərkəzi Azərbaycanın bu ölkədəki
səfirliyi ilə birgə soyqırımı
qurbanlarının xatirəsini anacaq. Avropanın
ayrı-ayrı ölkələrində, o
cümlədən, Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Niderland, Polşa,
Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək tədbirlərdə
bu ölkələrdəki azəri diasporu ilə yanaşı, türk,
yəhudi icmalarının, eləcə də adıçəkilən
ölkələrin ictimai-siyasi təşkilatlarının,
həmçinin, parlamentlərinin nümayəndələrinin
qatılacağı gözlənilir. Azərbaycanlı diasporunun Almaniyadakı Mərkəzi
Şurası tərəfindən soyqırımının
tanıdılması məqsədilə fevralın 10-dan başlayaraq, Berlində “Biz
sülh istəyirik” adlı silsilə rəsm
müsabiqələrinə start verilib. Fevralın 11-də
Almaniyanın Hamburq şəhərində
Saksen-Anhalt Əyaləti üzrə
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təşkilatçılığı
ilə soyqırımının 20-ci ildönümünə
həsr olunmuş boks
turniri keçirilib, yarışı
izləyən 600-dən artıq tamaşaçıya
Xocalı soyqırımı haqqında məlumat verilib. Maqdeburq şəhərində
fevralın 17-də Almaniya Sosial
Demokrat Partiyasının
toplantısında soyqırımına dair
məruzə təqdim olunub, fevralın
18-də soyqırımı qurbanlarının xatirəsinə
həsr olunmuş avtomobil
yürüşü keçirilib.
Fevralın 26-da isə alman
yazıçısı Rolf Kunşun alman dilində nəşr
olunmuş “Xocalı” kitabının təqdimat
mərasimi keçiriləcək”.
Diasporumuz
Avropa Komissiyasının önündə “Hamımız
xocallıyıq! Hamımız türkük!” deyəcək
Bu ayın 24-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin və Atatürkçü Düşüncə Dərnəyi Berlin-Brandenburq Cəmiyyətinin təşkilatçılığı ilə soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Qafqazda sülhün qorunması və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda konfransın da keçiriləcəyi qeyd olunan məlumatda bildirilir ki, fevralın 25-də isə Berlin-Bakı Qalereyası Bakı Pantomima teatrı ilə birgə Berlində soyqırımına həsr olunmuş foto və rəsm sərgisi təşkil edəcək, tamaşaçıların diqqətinə soyqrımından bəhs edən ədəbi-bədii kompozisiya təqdim edəcək: “Fevralın 25-də Berlində Azərbaycan Evi, Almaniya-Azərbaycan Həmrəylik Cəmiyyəti, AAKM birgə təşkilatçılığı ilə soyqırımının 20-ci ildönümü münasibətilə etiraz aksiyası baş tutacaq. O cümlədən, soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər Almaniyanın Drezden, Kassel, Hannover və Mayns şəhərlərində də keçiriləcək. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyəti də soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcək, bununla yanaşı, fevralın 22-də Londonda soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi təşkil edəcək. BAK tərəfindən isə, fevralın 22-də Amsterdamda azərbaycanlı uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən ibarət sərgi, fevralın 23-də Haaqada “Uşaq rəsm sərgisi” təşkil ediləcək. Fevralın 28-də BAK-ın təşkilatçılığı ilə Brüsseldə soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək. Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13.00-15.00 arasında keçiriləcək “İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi”ndə “Hamımız xocalılıyıq! Hamımız türkük!” şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən azəri və türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb”. Məlumata görə, fevralın 25-də İsveçin Malmö şəhərində İAK-nin təşkilatçılığı ilə soyqırımına həsr olunmuş konfrans, fevralın 26-da Stokholm şəhərində Azərbaycan Federasiyası İsveçin təşkilatçılığı ilə seminar keçiriləcək. Fevralın 26-da isə, AFİ tərəfindən Stokholmda soyqırımının 20-ci ildönümünə həsr olunmuş kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılıb: “Fevralın 26-da, həmçinin, ASAİF təşkilatçılığı ilə İngiltərə, Misir, İtaliya, Fransa, Niderland və Kanadada soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək. Fevralın 25-də Danimarka və Rumıniyada, fevralın 26-da Finlandiya və Macarıstanda soyqırımı qurbanlarının xatirəsi anılacaq. Fevralın 25-də Praqanın Sülh meydanında “Azəri-Çex” Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” çərçivəsində kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda da anım mərasimləri, konfrans və sərgilər təşkil olunacaq. Belə ki, fevralın 26-da Qazaxıstanın Astana şəhərində Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının təşkilatçılığı ilə “Xocalı soyqırımı-XX əsrin dəhşətli faciəsi” mövzusunda konfrans keçiriləcək”.
“Türkiyə
bunu tanı, unutma Xocalını” şüarları səslənəcək
Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə
tədbirlərin Türkiyənin bir sıra şəhərlərində
də keçiriləcəyi bildirilən məlumatda qeyd
olunur ki, fevralın 26-da İstanbulun Taksim meydanında
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin,
ASAİF, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin,
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının, Azərbaycan və Türkiyə
qeyri-hökumət təşkilatlarının, KİV
nümayəndələrinin iştirakı ilə ““Türkiyə
bunu tanı, unutma Xocalını” süarı ilə
izdihamlı yürüş-mitinqin keçirilməsi planlaşdırılıb.
“Fevralın 26-da Misirin
paytaxtı Qahirədəki Eyn-əş-Şəms
Universitetində Qahirə-Türk Araşdırmalar Mərkəzinin
Azərbaycanın Misirdəki səfirliyi ilə birgə təşkil
etdiyi konfrans, Dubayda BƏƏ-də fəaliyyət göstərən
“Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı
ilə elmi-praktiki
konfrans, Küveytdə “Vətənsevər”
Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı
ilə anım mərasimi keçiriləcək”-deyə
DİDK-dən bildirilib. Soyqırımının
20-ci ildönümü münasibətilə
tədbirlərin ABŞ-ın Nyu-York, Los-Anceles, San-Fransisko, Hyuston şəhərlərində də təşkil
olunacağı vurğulanan məlumatda
Amerikadakı diaspor təşkilatlarımızın
təşkil etdiyi tədbirlərdə türk, yəhudi və digər icmaların
nümayəndələrinin iştirak edəcəyi deyilir.
Bildirilir ki,
soyqırımı qurbanlarının xatirəsi Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və
Meksikada da yad ediləcək: “Fevralın
26-da Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi təşkilatı tərəfindən Sidney sakinlərinə əvvəlcədən
istehsal olunmuş
üzərində “Xocalı faciəsi-1992-ci il”
yazısı olan köynəklər paylanacaq, Azərbaycan-Yeni Zelandiya
Dostluq Cəmiyyəti tərəfindən
anım mərasimi keçiriləcək. Kanadanın Ottava, London və Kalqari şəhərlərində diaspor təşkilatlarımızın təşkilatçılığı
ilə soyqırımla bağlı anım mərasimləri baş tutacaq”. Fevralın
26-da soyqırım
qurbanlarının xatirəsi Meksikada fəaliyyət
göstərən Latın Amerikasındakı Azərbaycan
Assosiasiyası tərəfindən təşkil olunacaq anım mərasimində
anılacaq.
Asif NƏRİMANLI
Paritet.-2012.-21-22
fevral.-S.12-13.