Bənövşə qoxusu 

 

Xocalıda bənövşə bitirmi?..

 

…366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhəri zəbt edildi. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdı. Şəhərdə yanğınlar baş verdi və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova büründü… Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.

Bu amansız qırğının nəticəsində 613 nəfər həlak oldu, o cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca həlak oldu və 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralandı… 1275 nəfər əsir götürüldü.  150 nəfər itkin düşdü… Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld. rubl dəyərində ziyan vuruldu…

20 il əvvəl, 1992-ci ildə baş vermiş bu məşum, ağlasığmaz faciənin qanlı rəqəmlərini hər il təkrar edirik.

«Blick» (Duysburq) qəzetində ermənilərin Qərbi Avropaya ünvanladıqları donor orqan və qan əməliyyatlarında şübhəli iştirakı barədə məlumat yayılmışdı. Bu «materiallar» Köln və Ştutqartın müalicə müəssisələrinə göndərilmişdi. Təsadüfi yoxlanışlar istintaqa gətirib çıxardı. Alman polis əməkdaşları Marvel Qalstyan adlı birisinin (Fransa), Sarkis Mnasakanov adlı başqa birisinin (yenə Fransa) izinə düşdü. Donor orqanlarının Ermənistandan gətirildiyi məlum oldu… Bu orqanlar böyrəklər, gözün buynuz təbəqəsi, ilik, qaraciyər və qandan ibarət idi…

Şübhələr ehtimal etməyə imkan verirdi ki, orqanlar erməni əsirliyində olan azərbaycanlılardan götürülüb. Şahidlərin söylədiklərinə görə, əksər əsirlərin ilikləri

çıxarılır, onlardan bəziləri kameraya gözsüz qayıdırdı. Ermənilər əsirlərindən qan verməyi tələb edir, qışın şaxtasında onları saatlarla bayırda qoyurdular… Əsirlərə üç günlərlə su verilmirdi. Erməni vəhşiliyinin həddi-hüdudu yox idi...

Onlar Yer üzünə sanki bəşəriyyətdən qisas almağa gəliblər. Onların bu cür vəhşiliyindən danışmağa adamın dili də gəlmir… Onlar «Böyük Ermənistan» uğrunda bu qisası sanki vaxtaşırı almalı və bəşəriyyətə özlərini tez-tez xatırlatmalı olurlar. Sonra isə bir müddət qandan doyur və sakitləşirlər…

Bu vəhşiliklər haqqında xarici mətbuatdan oxuyuruq:

«Krua l'Eveneman» jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

«Sandi Tayms» qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

«Faynenşl Tayms» qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

«Tayms» qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb.

«İzvestiya» (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilib. Kişilərin skalpları götürülüb.

«Faynenşl Tayms» qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalıb.

«Le Mond» qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.

«İzvestiya» (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

«Valer aktuel» jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olub): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Belə materiallar saysız-hesabsızdır.

Bahar gəlir. Bizim ölkənin baharı isə bir özgə aləmdir. Mərhələ-mərhələ, çərşənbə-çərşənbə gələn baharlar Xocalıda görünmür. Orada həmişə qışdır, fevralın 26-sı günüdür. Hər şey, insan ömrünün baharı da, yayı da, payızı da orada artıq bitib. Yalnız qış yaşayır orda. Qarlı-şaxtalı, insanların ocaqsız, ərzaqsız, isti paltarsız dayana bilmədikləri, soyuğuna tab gətirə bilmədikləri amansız qış. Üstəlik, güllə-baran edilən günahsız körpələrin, onların valideynlərinin qopub orada qalan haraylarının üstündən sükutla keçən qışorada daimi hökm sürür. Xocalının qarı ərimir, axıdılan qanların qırmızı boyadığı ağappaq qarıXocalıda bənövşə bitmir

Lakin bəlkə bitir. Onu sadəcə, biz görə bilmirik. Yurdumuzun əksər bölgələrində bənövşə bitir. Onun özünəməxsus qoxusu, görkəmi var. Lakin Qarabağ bölgəsinin bənövşəsinin başqa bir xüsusiyyəti var: onun qoxusu qışın oğlan çağında gəlir qədər qəribə olsa da, kiçik çillədə, qarlı-şaxtalı havada bir qoxu duyulur. bu qoxu elə bir vaxta təsadüf edir ki, hətta qarın altından boylanan qarçiçəyinin görünmədiyi zaman olur. Bu, fevral ayında baş verir. Lap elə Xocalı soyqırımı ərəfəsində… Sanki bu qoxu insanın bahara lap az qaldığını xatırladır.

Bəlkə torpağın oyanması, suyun səsini dəyişməsi, otların cücərməsi Xocalının lap elə həmin yerində - körpələrin qorxudan bağırlarının çatladığı, qadınların, qocaların amansız işgəncələrə məruz qaldığı, ərlərin güllələndikləri 20 il bundan əvvəl qana boyanmış elə həmin yerdə baş verir. Xəfif meh əsərək, orada bitmiş otları tərpədir.

Amma reallığa o zaman inanırsan ki, onu gözlərinlə görürsən

 

 

Zeynəb ƏLİQIZI 

 

Kaspi.-2012.-24 fevral.- S.2.