Otaq söhbəti
(Hekayə)
Şikəst
ər:
-
Hardaydın?
Qadın:
-
Çörək qazanmağa getmişdim.
Şikəst
ər:
-
Axı dedin çörək alıb gəlirəm?
Qadın:
-
Özün yaxşı bilirsən hansı çörəkdən
danışıram.
O,
çarpayısında qurcalanıb gözlərini tavana dikdi.
Heç nə demədi. Acı- acı
gülümsündü. Gözlərindən kədər
yağa- yağa “deməli, özümdən asılı
olmadan tale məni oğraşa çevirdi”
pıçıldadı.
Şikəst
ər:
-
Yadıma salmağa çalışıram ki, harada dəyyusluq
etmişəm ki, tale qarşıma çıxarır.
Arvadı
çıxardığı paltarını şkafa yerləşdirə-
yerləşdirə:
-
Çox istəyirəm ki, sağalıb ayağa durasan. Bir tərəfdənsə
istəmirəm. Çünki sağalıb ayağa duranda
saçımdan sürüyüb çölə atacaqsan.
Buynuzlu olmağa dözməyəcəksən.
Şikəst
ər:
- Elə
düşünmə. Sənin cəzanı göylər verəcək.
Əzabla öləcəksən.
Qadın:
- Sən
o günü görməyəcəksən. Dünyanın
yarısı fahişədir, əzabla ölsünlər də
hamısı.
Şikəst
ər:
-
Guya ki, hamısının taleyi sənə məlumdur.
Qadın:
-
Görürsən, çox arxayınlıqla
danışıram. Çünki bilirəm ki, sənin
şikəst ayağın heç vaxt yeriməyəcək.
Şikəst
ər daha dinmədi. Gözlərini saatın yellənən kəfkirinə
dikdi. Sonra başını aşağı saldı.
***
Xalaoğlu:
- Bəh-
bəh- bəh…Ə, sən uzanıb yenə dəm
alırsan?
İçəri
girən xalası oğlu pencəyini çıxarıb stulun
başından asdı.
Şikəst
ər:
-
Xalaoğlu xoş gəlmisən. Gəl səni qucaqlayım.
İşdən necə vaxt tapdın?
Xalaoğlu:
- Sənə
mənə canım qurban. Deyirsən yəni doğmaca
xalamoğluma bircə saat vaxt
tapmayacağam? – sonra arxaya çöndü:
- Gəlunbacı sizi görmədim,
necəsiz?
Gəlinbacı
“sağ ol” deyib mətbəxə keçdi.
Xalaoğlu
başını şikəst xalaoğluna daha da
yaxınlaşdırdı:
Xalaoğlu:
- Necəsən
qardaş? Yanağın qızarıb, deyəsən gəlinbacı
sənə yaxşı baxır.
Şikəst
ər:
- Hə,
gəlinbacın mənə yaxşı baxır,
başımın üstündən çəkilmir. Elə
hey ağlayıb özünü öldürür ki, sənin
dərdin mənə gəlsin.
Xalaoğlu:
-
Özünü niyə öldürür? O boyda Nikolay
Ostrovski kor ola- ola bütün günü kitab yazırdı.
Hə polad, hələ bərkiməmisən?
Gəlinbacı
bizim bacımızdır, sənə bir şey olsa heç
onu qoyarıqmı pis yollara düşsün?
…Arvadı
qızardı. Şikəst xalaoğlu isə “artıq pis
yollara düşüb sənin gəlinbacın, qeyrətinizə
itin ayağı” deyib qışqırmaq istədi.
Qışqırmadı. Çünki nə vaxtsa üzə
çıxacaqdı bunlar. Nə vaxtsa. Onda gəlinbacı
daha qırmızı xələt, qırmızı səndəlli
təzə gəlin kimi görünməyəcəkdi
onların gözünə.
Şikəst ər:
- “Pis yol” deyirsən. Pis yol nədir
axı?
Şikəst ər istəyirdi ki, xalaoğlu danışsın, arvadı
mətbəxdən eşitsin,
heç olmasa gec də olsa
düz yola qayıtsın.
Xalaoğlu:
- Pis yol də…Yəni pula görə Allahın əta etdiyi bədəni pula satmaq, ya da
qudurmuşluqdan əmlak
payını icarəyə
vermək. Hə, indi gəlinbacı
burda yoxdur, danışmaq olar.
….Xalaoğlu danışırdı. Şikəst ərin göz qapaqlarının ağırlığı
bütün bədənini
boşaltdı. Hərdənbir yarıqapalı gözünü
açır, “bədəni
satmaq günahdır” sözlərini eşidirdi.
Tez- tez eşidirdi. O uzaq, sakit, həm
də yaxın yuxudaykən uçurdu. Yeriyə bilmirdi, amma uçurdu. Qulaqları bir vücudun
içindən püskürən
qadın ahlarını
eşidirdi.
Gözlərini açdı. Xalaoğlu onun arvadını
çarpayıya uzatmışdı
və ətxallı bədənindən tər
tökülürdü. “Deməli bu
günü də gördüm”. Sonra pıçıldaşdılar.
Sonra xalaoğlu tez- tələsik geyinib çıxdı. Çıxmazdan
əvvəl kağız
pulların xışıltısı
və təngnəfəs
xalaoğlunun pıçıltısı
eşidildi:
- Ona yaxşı bax. İtdi- qurddu xalaoğludu.
Bu onun taleyi idi. Şikəst ayaqları hərəkətsiz
idi. Ata- anası öləndən
sonra 43 yaşında ayaqları qıc oldu. İndi pozğun arvadından
başqa bir kimsəsi yox idi ki, ona
baxsın.
Qonşusu gəldi. Ona ürək- dirək
verməyə. O da
arvadı ilə yatmağa gəlmişdi. Bilirdi bu nə ürək-
dirəkdir. Elə də
oldu. Onu yuxuya verib sarmaşdılar, bədənlərini
ilan kimi qıvrıltdılar. Sonra pıçıldaşma,
tələsik geyinmə,
yüngülvari öpüş
və kağız pulların xışıltısı.
Şikəst ər:
- Yola verdin?
Qadın:
- Yola verdim.
Şikəst ər:
- Fahişəsən.
Qadın:
- Bilirəm.
Vəssalam. Hər günün
eyni sözləri.
Tarix bu günü də bu ailəyə
qara mürəkkəblə
yazdı. Bir tərəfdə keyləşməkdən
çətinliklə çırpınan
ürək, o biri tərəfdə həzz alan bədən.
Qadın:
- Qonşu pis deyildi. Pulu da
yaxşı verdi.
Şikəst ər:
- Məni yandırırsan?
Qadın:
- Sən onsuz da yanmısan.
Şikəst ər:
- Yadına gəlir, toy günümüzdə güzgümüz
qızcığazın əindən
düşüb sındı?!
Qadın:
- Yadımdadır.
Şikəst ər:
- Onda hiss etdim ki, bizim qoşalı
taleyimiz alınmayacaq.
Yadına gəlir sənə
verdiyim qızılgüllərdən
biri sındı.
Qadın:
- O da yadımdadır.
Şikəst ər:
- Bildim ki, ömrüm
də sınacaq. O qız arxamca baxıb ağlayırdı.
Qadın:
- Hansı qız? Aha, deyəsən macaraların
haqda dingildəməyə
başlayırsan.
Şikəst ər:
- Papanində qalırdı.
Vurulmuşdu mənə. Mənsə onunla evlənmədim.
Hər gün kirayə qaldığım evə günəbaxan tumu gətirirdi. Çırtlayıb yeyirdik. Dedi “səni xoşbəxt edərəm”. Dedim “istəmirəm səni”. Sonra onu görmədim. Dedilər evə girib çıxmır. O evdən
köçəndəsə arxamca baxıb ağladı. Mənsə 18 yaşlı gicbəsər
onun ağlamasına güldüm. Görəsən indi o qız haradadır?
Qadın:
- İndi yəqin
kiminləsə mazaqlaşır.
Şikəst ər:
- O sənin tayın deyildi.
Qadın:
- İstəyirsən gətirim
yanına?! Ancaq gətirməzdən əvvəl gərək gedəsən bəy hamamına. İt iyi verirsən.
Yengəliyi də özüm
edərəm.
Şikəst ər:
- Həəəə…bu mənim taleyimdir.
***
….Sonra uşaqlıq
dostu gəldi. Söhbət yenə də qadın əxlaqından düşdü. Göz qapaqları
ağırlıq edirdi.
Yuxudaykən uçurdu, amma
yeriyə bilmirdi.
Qulaqları heç nə
eşitmirdi. Bu belə davam edə bilməzdi, qadın ahları, qadın iniltiləri eşitməli idi?! O
bunların heç birini eşitmirdi. Bəlkə elə doğrudan da yuxuya getmişəm?!
Gözlərini açdı. Uşaqlıq dostu çarpayısının
ucunda oturub ona baxırdı. Ürəyi çırpındı. Dostu arvadı
ilə bir yataqda deyildi. Arvadı da inildəmirdi.
Şikəst ər:
- Sənə hörmətim
artdı.
Uşaqlıq dostu:
Niyə? – deyə təəccübləndi.
Şikəst ər:
- Sən arvadımı çarpayıya uzandırmadın.
Uşaqlıq dostu:
- Başa düşmədim.
Şikəst ər:
- Hər gün biri gəlib onu çarpayıya uzandırır.
Uşaqlıq dostu:
- Ola bilməz, - deyə dostunun gözlərinə
qan doldu.
Şikəst ər:
- Hə…bu mənim
taleyimdir.
Uşaqlıq
dostu:
- Deməli
hər gün biri gəlib sənin arvadını
çarpayıya uzandırır? Bu nə deməkdir?
Uşaqlıq
dostu üzünü onun arvadına çevirib hirslə
ayağa durdu və saçından tutub sifətinə
yumruqlar, böyrəyinə təpiklər ilişdirməyə
başladı.
Uşaqlıq
dostu:
- Sən
özünü nə hesab edirsən vağzal pozğunu?
Satılmış fahişə.
Şikəst
ər rahatlandı. Arvadının qanlı sifətinə
baxıb gülümsündü. Əslində bunu o etməli
idi. Uşaqlıq dostu yeganə məxluq idi ki, onu beləcə
müdafiə etmişdi. Ən əsası o idi ki, o,
arvadını çarpayıya uzandırmamışdı. Bu
gün ən xoş gün idi. Bundan sonra onun müdafiəçisi
vardı: uşaqlıq dostu. İndi arvadı bilər ki, ərin
qulağı eşidə- eşidə bədən satmaq nə
deməkdir.
Şikəst
ər:
-
Dostum, gəl uşaqlıqdakı təki qucaqlayım səni.
Onun
gözləri şadlığından
yaşarmışdı. Elə bilirdi ki, Tanrı ona güc
verəcək, ayaqları yeriyəcək, o da dostunu
qucaqlayacaq. Ayaqlar isə yerimirdi. Çarpayısına dirsəklənib
sevincli göz yaşları içində az qala
qışqırırdı.
Şikəst
ər:
-
Dostum, sirdaşım, ürəyim, xatirələrim. Yaxın
gəl, sənin namuslu ürəyindən öpüm, onun
çırpıntısını eşidim.
Uşaqlıq
dostu onun arvadını təpikləməyə davam edir,
yumruqlayır, sillələyir, tüpürürdü.
Uşaqlıq
dostu:
-
Fahişə…deməli sənin aşnan mən ola- ola sən
gizlincə başqaları ilə yatırsan?
Şikəst
ər:
- Həəəə….Bu
mənim taleyimdir.
Azər Qismət
Kaspi.-2012.-25-27 fevral.-S.24.