Mirzə Fətəli
Axundov və mətbuat
“XX əsr
Azərbaycan xalqının oyanma dövrüdür. Bu vaxta qədər
gah İranın, gah da Rusiyanın təsiri altında
qalmış, soyulub soğana dönmüş Azərbaycan
yavaş-yavaş özünə gəlmiş, keçən əsrdə
M. F. Axundov və H. Zərdabi ənənələri üzərində
möhkəmlənmiş ... bu proses durmadan irəliləmişdi”.
Bu möhkəmlənmə və irəliləmə daha
çox özünü mətbuatla əks etdirmişdi. O, mətbuatımızla
ki, ədəbi-ictimai fəaliyyət növü kimi
yaranmasının və
formalaşmasının ilkin mərhələsi XIX əsrə
təsadüf edir.
Doğrudur,
mətbuatımızın ilk bünövrəsini qoyanlardan
söz düşəndə “Əkinçi”nin
yaradıcısı Həsən bəy Zərdabi yada
düşür. Lakin Həsən bəydən əvvəl də
ziyalılarımız mətbəə yaratmaq, qəzet acmaq təşəbbüsü
ilə bir necə illər calışmışlar. Xüsusən
də ədəbiyyatımızda dramaturgiyanın əsasını
qoymuş, maarifpərvər in-san Mirzə Fətəli
Axundovun təşəbbüsləri, bu sahədəki fəaliyyəti
Azərbaycan ziyalılarının fəallaşması və gələcək fəaliyyətləri üçün stimul
yaratmışdır. O zaman Tiflisdə çap olunan
rusdilli qəzetlərlə əməkdaşlıq etməsi
Azərbaycan ziyalısının yetişməsində və
milli mətbuatının yaranmasında çox böyük
rol oynadı. M.F.Axundövrün
müəllimi M.Ş.Vazehlə 1840-cı ildə mətbəə yaratmaq təşəbbüsünü
də mətbuat sahəsində atılan ilk addımlarla
bağlamaq lazımdır. İctimai
fikir tariximizdə əvəzsiz
xidmətləri olan M.F.Axundovun bu sahədə
özünəməxsus yeri var.
O, “elm və maarif bütün xalq arasında,
aşağıdan tutmuş
yuxarıya qədər, varlıdan tutmuş yoxsula qədər
istisnasız olaraq hamının
arasında yayılmalıdır”
prinsipini mətbuatdan da tələb edirdi. 1872-ci ildə
Mirzə Yusif xana
yazdığı məktubunda isə satirik mətbuatın əhəmiyyətini qeyd edən M.F.Axundov ümumən XIX əsr
Azərbaycan
jurnalistikasının və
publisistikasının formalaşmasında silinməz iz buraxdı.
“Əkinçi”
(1875-1877) qəzetinə qədər Azərbaycanda ana dilində qəzetçilik ənənəsi
zəif olsa da, publisistika sahəsində müəyyən
addımlar atılmışdı. Tədqiqatçı alim
Nazim Axundovun yazdığı kimi, Azərbaycanda “Əkinçi”yə
qədər “elmi, ictimai-siyasi, ədəbi, tarixi publisistika S.Ə.Şirvani,
A.Bakıxanov xüsusən də M.F. Axundovun fəaliyyəti
sayəsində əvvəl rus mətbuatı vasitəsilə
Qafqazda, sonra Rusiyada və Qərbi Avropada şöhrət
qazandı.
Azərbaycan bədii
publisistikasının inkişaf yolundan danışarkən
Mirzə Fətəli Axundovun məslək dostları və
“iranlı müasirləri”nin bu sahədəki fəaliyyətini
qeyd etməmək olmaz. Bunlardan biri Mirzə Yusif xandır. Mirzə
Yusif ictimai-siyasi islahatın məhz islam dini çərçivəsində
mümkün olması ideyasını müdafiə edir-di. Bu
ideya onun “Yek kəlmə” əsərində ətraflı
şərh olunur, ona görə də Mirzə Fətəli
Axundovun kəskin tənqidinə məruz qalırdı.
M.F.Axundov Azərbaycan bədii
publisistikasına yeni demokratik məzmun gətirdiyi kimi onu janr
cəhətdən də zənginləşdirmişdir. Onun
ictimai-siyasi, bədii-publisistik məqalələri, məktub və
açıq məktubları, ədəbi-tənqidi məqalələri,
icmal və polemik söhbətləri, resenziyaları bu
janrların klassik nümunəsi hesab olunur.
Bu dövrdə XIX əsrin
ortalarından başlanan maarifçilik hərəkatı
inkişafın ən yüksək mərhələsinə
çataraq məzmun və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoydu. Maarifçilik hərəkatı
ilə yeni siyasi görüşlər arasında
yaxınlıq olduğun-dan
bir növ onların
sintezindən yaranan ortaq
mövqelər meydana gəlirdi.
Bunun
nəticəsi idi ki, XIX əsrin
ikinci yarısında Azərbaycanda maarifpərvər ziyalıların
çoxalması ictimai fikrin
inkişafına öz
müsbət təsirini göstərdi. Xalqı gerilikdən xilası etmək üçün çalışan görkəmli ziyalı H.Zərdabi uzun illər çəkdiyi
bir çox çətinliklərə baxmayaraq 1875-ci il iyulun
22-də “Əkinçi” qəzetinin
nəşrinə başlamaqla Azərbaycanda milli mətbuatın
əsasını qoydu.
“Əkinçi”nin fəaliyyətinə
böyük önəm verən M.F.Axundov qəzetdə “Vəkili-naməlumi-millət”
imzası ilə məqalələr dərc etdirdi. Hələ
əməkdaşlıqdan əvvəl H. Zərdabiyə məktub
göndərərək ona qəzetin fəaliyyəti ilə
bağlı bir sıra məsləhətlər də verir:
“Sizin qəzetinizin əsas məziyyətlərindən biri
ifadənin gözəlliyi, ibarələrin zərifliyi və
aydınlığı, orfoqrafiyanın
düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz
başqa məsələlərlə yanaşı, Azərbaycan
yazısını düzgün olmayan ifadələrdən təmiz-ləməyə
çalışmalı, bu dildə yazan bütün adamlar
üçün nümunə olmalıdır... Mən sizin qəzetlə
əməkdaşlıq etməkdən boyun
qaçırmıram. Qəzetinizin proqramını mənə
göndərin”
Səmimi
ehtiram və sədaqətlə, Sizin
Mirzə Fətəli Axundzadə
21 aprel 1875-ci il, Tiflis şəhəri.
Beləliklə,
“Əkinçi”nin fəaliyyətə başlanmasında və
fəaliyyət göstərməsində M.F.Axundovun əməyi
danılmazdır. Təkcə maarifçilik ideyalarının təbliği ilə kifayətlənməyən
M.F.Axundov “Əkinçi”də “Con Stüart Mill azadlıq
haqqında” adlı məqaləsində söz, mətbuat,
fikir azadlığı ideyasını təbliğ edərək
yazırdı: “Əgər cəmiyyət öz fərdlərinə
fikir azadlığı verməsə və onları
ata-babanın və övliyanın qərar verdikləri
şeylərlə kifayətlənməyə və bunlardan kənara
çıxmamağa və ağıllarını mədəniyyət
işlərində işlətməməyə məcbur edərsə,
bu surətdə fərdlər yer əkən, məhsul toplayan
və hər bir işi düşünmədən və fikir
vermədən görən avtomat olarlar və onlar dəyirman
atlarına bənzərlər”.
Demokratik
cəmiyyət, azad vətəndaş, azad mətbuat
uğrunda Azərbaycan zi-yalıları əsrlər boyu
qanlı-qadalı mübarizələr aparıb. “Tarixən
Şərq ədəbiyyatına Füzuli kimi məşhur
parlaq ulduzlar vermiş Azərbaycan ədəbiyyatında
artıq XIX əsrin əvvəllərində modernləşmə
başlayır. Böyük
novator Mirzə Fətəli Axundzadə anlaşıqlı
xalq dilində yazdığı ölməz əsərləri
ilə Azərbaycan cəmiyyətinə yeni təkan verir”- fikrini söyləyən
M.Ə.Rəsulzadə M.F.Axundov yaradıcılığın
çox böyük önəm verirdi.
Mütəfəkkir
alim, böyük filosof M.F.Axundov hər bir əsərində
təkidlə qeyd edirdi ki, vətəndə azadlıq, fikir
azadlığı, siyasi azadlıq olmadan xalqda yüksək vətənpərvərlik
ruhunu yaratmaq olmaz. O, təbliğ edirdi ki, azad yaşamaq insanın təbii
haqqı, təbii hüququdur”.
Axundova
görə, “Tam azad iki növ azadlıqdan ibarətdir; biri ruhani azadlıqdır, o biri
cismani azadlıqdır”. M.F.Axundov ruhani azadlıq dedikdə fikir azadlığı, vicdan azadlığı, mətbuat
azadlığı və s. nəzərdə tutaraq tam ruhani
azadlığın əsas
şərti fikir azadlığı olduğunu xüsusi olaraq
vurğulayırdı.
Çünki fikir
azadlığı cismani
azadlığa da şərait yaradır. O, cismani azadlıq
dedikdə isə istismarın cəmiyyətdə olan maddi bərabərsizliyini
və siyasi hüquqsuzluğunun məhv edilmə-sini nəzərdə tuturdu. Cəmiyyətin inkişafı və tərəqqisi
üçün söz və fikir azadlığına çox
böyük fikir verən Axundov bunun üçün ağıllı və nəcib hökmdarın hakimiyyətə gəlməsini məşhur “Kəmalüddövlə
məktubları” adlı fəlsəfi-siyasi
əsərində dönə-dönə
xatırladırdı. O, yaşadığı dövrün eybəcərliyinə
qarşı mübarizəyə
qalxaraq bütövlükdə türk və islam dünyasını söz, fikir azadlığına səsləyirdi.
Professor
Ş.Hüseynov demiş: “M.F.Axundov qətiyyətlə
inanırdı ki, onun həmvətənləri həmişə
kor-koranə yaşamayacaqlar, köhnə təsəvvürlərini
dəyişəcəklər, qorxubilməz bir qəhrəmanlıqla sivilizasiya yolunu seçəcəklər”.
Deməli,
bu gün “xalqımızın bir millət kimi
formalaşıb öz müstəqil
dövlət-çiliyini bərpa etmək yolundakı,
müasir tarixi qələbəsində M.F.Axundovun da
şübhəsiz çox böyük, inkaredilməz payı
vardır”.
Mətbuatın
M.F.Axundovun fəaliyyətinə təsiri haqqında M.Ə.Rəsulzadə fikrini belə şərh edirdi ki: “Əkinçi”
adlı qəzet Axundzadənin ədəbi
görüşünə siyasi bir istiqamət verdi”. Bu istiqamət
Azərbaycan jurnalistikasının və publisistikasının
inkişafına, ideya-sənətkarlıq cəhətdən
zənginləşməsinə səbəb oldu. M.F.Axundovun
yolunu davam etdirən məsləkdaşları cəmiyyətin
yeni əsaslar üzərində qurul-ması ideyasını təbliğ
edərək, ümumi, ritorik mühakimələrdən, yeknəsəq
forma və priyomlardan qaçmış, bədii publisistikada
obraz, xarakter yaratmaq yolu ilə getmişlər
M.F.Axundovla
başlanan, N.Vəzirovla davam edən və XX əsrin əvvəlləri-ndə
M.Cəlil, M.Ə.Rəsulzadə, Üzeyir bəy, Ceyhun bəy
və digərləri tərəfindən da-vam etdirilən
publisistika milli özünüdərk prosesinin güclənməsində
mühüm rol oynamışdır. Bu gün milli müstəqilliyimizin
bərpa olduğu bir zamanda bu publisistikadan bəhrələnməyə
böyük ehtiyac duyulur.
Qərənfil Dünyamin
qızı,
BDU-nun Mətbuat tarixi kafedrasının
müəllimi, fəlsəfə
doktoru
Kaspi.-2012.- 17 iyul.- S. 12.