IV Qəbələ
Musiqi Festivalının proqramı
açıqlanıb
İyulun
24-dən etibarən start götürəcək IV Qəbələ
Musiqi Festivalının proqramı açıqlanıb. Festivalın
rəsmi saytının yaydığı xəbərə
görə, Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
ənənəvi olaraq keçirilən festivalda
dünyanın bir çox ölkəsindən musiqiçilər
iştirak edəcək. Bu festivalda dünyaca tanınmış
Royal Filarmonik Orkestrinin
konserti də təşkil olunacaq.
IV Qəbələ Musiqi
Festivalının ilk konserti
iyulun 24-də Azərbaycanın
dünya şöhrətli
musiqiçisi Müslüm
Maqomayevin 70 illik yubileyi ilə bağlı olacaq. Festival çərçivəsində
iyulun 25-də Üzeyir
Hacıbəyli adına Simfonik Orkestrinin konserti keçiriləcək. Konsertləri məşhur dirijorlar Rauf Abdullayev və Azad Əliyev idarə edəcək.
İyulun 26-da Fikrət Əmirovun
90 illik yubileyinin, iyulun 27-də vokal konsertinin keçirilməsi
planlaşdırılır. Eyni zamanda festivalda Bakı Musiqi Akademiyasının Orkestrinin
konserti keçiriləcək
və proqramda Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə
çıxış edəcək.
İyulun 28-də festival çərçivəsində
muğam konserti baş tutacaq. Konsertdə muğam ifaçıları
İlkin Əhmədov,
Arzu Əliyeva, Ehtiram Hüseynov səhnəyə çıxacaqlar.
Muğam ifaçıları
tarda Sahib Paşazadə,
kamançada Xəyyam
Məmmədov, qanunda
Təranə Əliyeva,
nağarada Emin Cəbrayılov, balabanda Mehman Nuriyev müşayiət edəcək.
İyulun
29-da maestro Niyazinin 100 illiyi,
iyulun 30-da Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Dmitri Yablonskinin, avqustun 1-də
Yuri Başmetin, avqustun
2-də Boris Berezovskinin konsertləri
keçiriləcək. İyulun 31-də və avqustun 3-də Qəbələdə dünya
şöhrətli Royal Filarmonik
Orkestri konsert verəcək. Konsertlərdə
Charles Dutoit, Lisa de La Salle, Mchal
Nesterowçz çıxış
edəcək. İyulun 5-də festival Murad Adıgözəlzadə,
Fərhad Bədəlbəyli
və Teymur Süleymanbəylinin çıxışları
ilə öz işini yekunlaşdıracaq.
Kaspi.-2012.- 17 iyul.- S. 16.