Bakıda Puşkinin doğum günü qeyd edilib 

 

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 213-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə bu gün şairin abidəsi önündə mərasim keçirilib.

Mərasimdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İH başçısının birinci müavini Xalidə Bayramova və digər şəxslər çıxış ediblər. Natiqlər iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Puşkinin doğum günü və digər tədbirlərin mühüm rolu olduğunu bildiriblər. Tədbirdə Səbail rayonunun orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri, şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, şairin əsərlərini Azərbaycan və rus dillərində səsləndiriblər. 

 

 

Kaspi.-2012.- 7 iyun.-S.15.