Gözü qapıda qalan Siyavuş Aslan... 

 

Onun dilinə ən çox iki ad gəlir: Ofeliya Aslan Nəsibə Zeynalova

 

APA-nın əməkdaşları Siyavuş Aslanla bir zamanlar yaxın dostu tərəf müqabili olmuş mərhum Hacıbaba Bağırovun doğum günündə görüşüblər. qədər qəribədir: dünyada olmayanın ad günündə o biri ilə görüş. Daha doğrusu, “trio”nun son nümayəndəsi, heç bir təqdimata ehtiyacı olmayan Siyavuş Aslanla...

Əslində onunla görüşməyi uzun müddətdir planlaşdırırdıq. Amma səhhəti ilə əlaqədar görüş heç cür alınmırdı. Nəhayət, dünən razılaşıb, yaşadığı evə getdik. Siyavuş Aslanın evi mərhum həyat yoldaşı, aktrisa Ofeliya Aslanın yaşadığı mənzilin bir otağından ibarətdir. Azərbaycan teatr kino tarixində əvəzsiz xidmətləri olan Siyavuş Aslanla görüşüb söhbətləşmək onu ayaq üstə görmək xoş idi. Bizi sakit baxışları ilə süzdükdən sonra ilk sualımızı cavbalandırdı: “Yaxşıyam, çox sağ olun. Həyat davam edir. Hər yaşda öz güzəranını yaşayıb, öz haqq-hesabını çürüdüb bu həyat. Kim istəyir yaxşılıqla, kim istəyir pisliklə yaşayır...”

Əslində bu görüşə müsahibə almaq üçün getmişdik, lakin janrı dəyişməli olduq. Xəstəlikdən dolayı bəzi suallarımıza ötəri cavab verir. Evində olduğumuz müddətdə bir neçə dəfə giriş qapısına gedib kiminsə gəlib-gəlmədiyinə baxır. Sanki kiminsə yolunu gözləyir. Əslində kimi gözlədiyini bilirdik. Çünki elə hey həyatdan köçmüş həyat yoldaşını soruşurdu: “Ofeliya haradadır?” oğlu Çingiz müəllim, baxıcısı Sədaqət xanım bu sualın həqiqi cavabını ona vermək iqtidarında deyillər, qəlbini incitmək istəmirlər. Desələr fayda?! Onsuz da ən çox iki ad dilinə gəlir: Ofeliya Aslan Nəsibə Zeynalova.

Demə, başqa gözlədikləri varmış. Baxıcısı Sədaqət xanım 7 aydır Siyavuş Aslanın yanında çalışdığını bu müddət ərzində aktyorun yanına heç bir həmkarının, dostunun gəlmədiyini deyir: “Bu insan hər gün kimisə gözləyir, insanların, dostlarının, yoldaşlarının yanına gəlməsini istəyir. Gün ərzində bir neçə dəfə gedib qapıya baxır, elə bil kimisə gözləyir. Çox az hallarda keçmişdən kimsə yadına düşür, kimisə soruşur. Ən çox soruşduğu Nəsibə Zeynalova Ofeliya xanımdır. Təəssüflənirəm bəzən inana bilmirəm ki, bu evdə canlı əfsanə yaşayır, amma yada düşmür. Yada salınmağa bu qədər ehtiyacı olduğu halda... Akademik Milli Dram Teatrından, dost deyib sinəsinə döyüb, televiziyada Siyavuş Aslandan ağızdolusu danışanlardan heç kim bu evə gəlməyib. 7 ay ərzində mən bu evə yalnız üç nəfərin gəldiyini görmüşəm, onlardan biri sizsiniz”.

Siyavuş Aslan isə özünü sındırmır, dostlarının ona tez-tez baş çəkdiyini deyir: “Dostlar hər yaşda çoxdur. Hər yaşın öz vaxtı var. Hər yaşda dost öz işini görür. Yanıma gəlirlər, hamısı gəlir...”

Sədaqət xanım deyir ki, bəzən o teatra getmək, kinoya çəkilmək istəyir: “Üzünü qırxdıqdan sonraqalstukumu ver, teatra gedəkya daAzTV-yə gedəkdeyir. sual verir: “Niyə məni kinoya çəkmirlər?”

Siyavuş Aslan Azərbaycan teatrının mövcud vəziyyətindən narazı deyil. “Bu gün Azərbaycan teatrının tənəzzülümü, inkişafınımı müşahidə edirsinizsualını belə cavablandırır. Teatrda gərək rejissor yetişdirsin. Teatr heç zaman üzü aşağı olmayıb, teatr üzü yuxarıdır həmişə elə olacaq”.

Bir az incik, küskün olan Siyavuş Aslan özünü televizordan seyr edir. Bəzən özünü görüb tanıyır, bəzənsə sakitcə seyr edir o günləri xatırlayır. Onunla görüşümüzün Hacıbaba Bağırovun doğum gününə təsadüf etdiyini yada salıb, uzun illər birgə çalışdığı bu insanla keçirdiyi günləri soruşduq: “Hacıbabanın 80 yaşı olur. Ola bilərdi ki çox olsun, çox yaşamaq olardı. Amma əfsuslar olsun ki... İnsanlar müxtəlif cür olur, onların yaxşı ya pis tərəfi olur”.

Özünə baxmadığını, sağlamlığını qorumadığını etiraf edən Siyavuş Aslan fikrini belə ifadə edir: “Qoyurlar ki... Biri gəlir filan şey, o biri gəlir filan şey, filan şey. Həyatdan almaq istədiyim çox şey qalıb, amma əfsuslar olsun ki, almalı olduğunu ala bilmirsən, ona görə ... Yaxşılaşmaq istəyirəm, özümü qorumadım”. Sentyabrda görkəmli aktyorun 77 yaşı tamam olacaq. Gənclik illərində xoşbəxt həyat sürdüyünü deyən aktyorun gənclərə məsləhəti: “Xoşbəxt olmaq üçün həyatı zamanında dərk etmək lazımdır”.

Bir saat müddətində onu seyr etmək imkanımız oldu, müxtəlif obrazları, yaratdığı sənət əsərləri göz önümüzdə canlandı. Əslində Siyavuş müəllim danışmağı sevən insandır, sadəcə onu yormaq niyyətimiz yox idi. Bu müddətdə istər Sədaqət xanım, istərsə oğlu Çingiz müəllim Siyavuş Aslanın qayğıdan kənar qaldığından, dostlar tərəfindən unudulduğundan şikayətləndilər. O isə bu şikayətləri sakitcə dinlədi. Ya ötən illərə səyahət etdi, ya da o məqamda müdaxilə etmək istəmədi. Siyavuş müəllim bu gün sadəcə, həmin insanların ona baş çəkməsinə ehtiyac duyur: “Belə bir insana, bu cür münasibəti anlamaq qəbul etmək mümkün deyil. Onlardan heç yox, sadəcə, bura gəlib, onunla söhbətləşməsini istəyirik, heç kimin bir meyvəsini belə istəmirik. Onun gözü qapıda qalıb. Biz çox pis oluruq. Gəlib baş çəksinlər, maraqlansınlar. Bu gün o xəstədir, heç bir yerə gedə bilmir, axı siz gələ bilərsiniz, elə deyil? Bu insan iki yerdə işləyib, amma heç bir yerindən gəlib baş çəkmirlər. Hər dəfə məndənkim gəldi, kim vardeyə soruşanda pis oluram.Heç kim gəlməyibcavabını verəndə üzünü çevirir”.

Siyavuş Aslan isə baxıcısının bu iradınaözləri bilər...” deyərək köks ötürməklə cavab verir. “Mənə əsəbiləşir ki, “heç kimə demə, yanıma gələn yoxdur”. Amma bunu deməmək mümkün deyil, eşitdirmək lazımdır”. Bu sözlər Sədaqət xanımın sözləridir.

Siyavuş müəllim ayağa qalxır çəliksiz asta-asta addımlarla gəzir. Şəkər xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, çoxlu şirniyyat yeyir, evinin eyvanından şəhəri seyr edir. Məlum olur ki, sevimli aktyor xəstəliyinə rəğmən, adətindən indi geri qalmır, oğlu ilə tez-tez Dənizkənarı Milli Parkda gəzir, çay içir.

Siyavuş Aslan - səhhəti, yaddaşı dəyişsə , siması heç dəyişməyən, bir zamanlar adı dillər əzbəri olan, bu gün isə çoxları tərəfindən unudulan, biganəliyə düçar olan sənətkar. Amma o, sadəcə həmkarları tərəfindən unudula bilər. Biz tamaşaçılara isə adicə varlığı belə bəsdir... 

 

 

Kaspi.-2012.-14 iyun.-S.16.