Moskvanın qonağı- Məmməd
İsmayıl
Şair
Məmməd İsmayılın Moskvada çap olunan “Vmesto
pisma” – “Məktub əvəzi” kitabı rus şeirsevərlər
tərəfindən böyük maraqla qarşılanıb. Bir
neçə gün əvvəl həmin kitabın Moskvada təqdimat
mərasimi keçirilib. Bu təqdimat mərasimi sözün
tam anlamıyla şeirsevərlərin bayramına
çevrilib. Bunun əsas səbəblərindən biri
şairin dəyərli əsərlərini rus dilinə
çox önəmli tərcüməçilərin
çevirməsidirsə, o biri səbəbi təqdimat mərasimi
haqqında rus mətbuatında – “Literaturnaya qazeta”da və bir
çox internet saytlarında elan və məqalələrin
çıxması idi. O səbəbdən də istər
Marina Svetayevanın ev muzeyində, istərsə də “Millətlər
evi”ndə gerçəkləşən görüşlərə
təkcə Moskvadan deyil, Rusiyanın fərqli bölgələrindən
bir çox şeirsevər qatılıb. Bu görüşlər
haqqında həm Moskvada, həm də Azərbaycan mətbuatında,
xüsusən “525”də yazı və xəbərlər yer
alıb. Məmməd İsmayıl
yaradıcılığının Rusiyada doğurduğu əks-səda
barədə dolğun təəssürat yaratmaq
üçün Rusiya mətbuatında, internet saytlarında
yer alan maraqlı bir məqaləni – rus şairi Sergey Karatovun
“Moskvanın qonağı Məmməd İsmayıl“ adlı
yazısını oxucularımıza təqdim edirik.
Azərbaycan
şairi Məmməd İsmayıl Moskvaya Dardanel
boğazının sahillərində yerləşən
Çanaqqaladan-Türkiyədən gəlmişdi. O bu şəhərdə
yerləşən universitetin müəllimidir, Türk
filologiyasına, folkloruna, şeirinə aid kitabları
çap olunur, tələbələr arasında böyük
nüfuzu var və Türkiyənin görkəmli sənətkarları
onunla dostluq edirlər. Məmməd İsmayıl istər
Türkiyə, istərsə də Azərbaycan ədəbi
mühitində fəal bir şəkildə iştirak edir.
Şairin bir neçə görüşünü əhatə
edəcək Moskva proqramı da çox zəngin idi. Oxucularla
iki görüş, tərcüməçi və naşirlərlə
işgüzar görüşlər və təhsil illərinin
keçdiyi doğma yerlərlə yenidən üz-üzə
gəlmək!
Gəlişinin əsas məqsədlərindən biri də tərcüməçisi dahi rus şairi Yuri Kuznetsovun xatirəsinə və yaradıcılığına həsr olunmuş konfransda məruzə ilə çıxış etməkdi. Bu konfrans Maksim Qorki adına Ədəbiyyat İnsitutunda baş tutacaqdı. Yuri Kuznetsovla Məmməd İsmayılı qırılmaz yaradıcılıq əlaqələri bağlayırdı və mənə elə gəlir ki, Kuznetsov haqqında ən dəyərli xatirəni də bir başqası yox, məhz Məmməd İsmayıl yazmışdır.
Şairin yeni yayınlanan “Vmesto pisma” kitabının ilk təqdimat mərasimi M.İ.Svetayevanın ev-muzeyində gerçəkləşdi. Y.Kuznetsov, A.Kuşner və M.Sinelnikovun böyük bir sevgi ilə tərcümə etdikləri seçilmiş şeir və poemalardan ibarət olan bu kitab “İsoloq” nəşriyyatı tərəfindən çap edilmişdir. Ağzına qədər dolu olan salon Məmməd İsmayılı – bu böyük şairi Moskvanın necə sevdiyinin, onu necə tanıdığının və onu ən yüksək səviyyədə qəbul etdiyinin bir təsdiqi idi. Burada görüşün təşkilində xidmətləri olan, Moskvada yaşayan azərbaycanlı iş adamlarının da xidmətini unutmaq olmaz.
Görüşün aparıcısı şair, tərcüməçi Mixail Sinelnikov gecəni Yuri Kuznetsovun tərcüməsində Məmməd İsmayılın “Nar” (“Qranat”) şeirini oxuyaraq başladı. Bu şeiri yazıma bütünlüklə əlavə etməyi lazım bildim:
QRANAT
Otkuda on qranat? Otkuda
Eqo qustoy zernistıy znoy?
On svet, on malenğkoe çudo,
On soverşennıy şar
zemnoy.
Soşlisğ vnutri, tesnə svobodu,
Qnezdo v qnezdo, zerno v zerno,
Strana k strane, narod k narodu;
Vnutri eqo krasnım-krasno.
Porədok i stolpotvorenğe
Nebesnıx vstreç, zemnıx razluk.
O, gto zv¸zdnoe skoplenğe!
O, polnıy taynami sunduk!
Kakoy obc¸m
v neqo vmestils,
İ on ni l¸qok, ni təj¸l!
Koqda Novruzu on prisnils,
Novruz löbimuö
naş¸l.
Derju eqo, kak slovo
bratstva,
Razrezan nadvoe qranat
tekuçim lezviem Araksa,
İ poluşari qort.
Məmməd və Mixail, bu iki qədim
dost bir birini əvəz etməklə şeir və tərcümələri səsləndirərək
oxucu marağını
doğrultdular.
Kosmik Tədqiqatlar İnstitutunun
direktoru L.M.Zelyonıy,
ünlü şair
Viktor Qofman, görkəmli
avanqardçı rəssam
Yevgeni Landin, şair Evgeni Taqan (Kuznetsov) görüşə gələnlər
arasında idilər. Ünlü şair və tərcüməçi Gennadi
Kalaşnikov Məmməd
İsmayılın özünün
də çox bəyəndiyi bir şeirini səsləndirdi.
Ədəbiyyatşünas və tənqidçi, filoloji elmlər doktoru, “Literaturnıe znakomstva” jurnalının baş redaktoru Lola Zvonaryeva dedi ki, bütün həyatı boyu Azərbaycan şairlərinin
müxtəlif nəsillərinin
nümayəndələri ilə
görüşüb və
onların hamısı
Məmməd İsmayıl
yaradıcılığının alovlu pərəstişkarları
olduğunu açıqca
söyləyiblər. Məmməd İsmayıl onların idealı, dühasıdır
və belə olaraq da qalmaqdadır.
İnquşetiyadan gəlmiş ədəbiyyatşünas
Məryəm Yandiyeva xalqların yalnız coğrafi cəhətdən
yox, həm də mənəvi cəhətdən yaxın
olduğunu dilə gətirdi, dedi ki, bu yaxınlıq
ali qonağımızın
şeirlərində özünü
göstərməkdədir. Tacik dilindən tərcümələr
edən Xurşidə
Xanrakulova Moskva meriyasının mədəniyyət
məsələlərilə məşğul olan əməkdaşıdır. Onun bir vəzifəsi də paytaxtdakı diaspor problemlərini yoluna qoymaqdır. Xurşidə xanım Rus ədəbiyyatında tərcümə məktəbinin
təcrübəsindən danışaraq
dedi ki, elə bu təcrübə
də milli respublikalardakı istedadlı
sənətkarların Rusiyaya
çıxış tapmasına
və şöhrət
qazanmasına səbəb
olur. Qeyri-adi istedada malik
olan Məmməd İsmayıl da bu sıradadır. Moskvada yaşayan istedadlı azərbaycanlı şairə
Afaq Şıxlı qeyd etdi ki,
Məmməd İsmayılın
qələmindən çıxan
sevgi şeirləri onunçün hər zaman Azərbaycan poeziyası üfüqlərində
ulduz-bələdçi olub
və hər zaman da belə
qalacaq.
Şair İlham Bədəlbəyli
Məmməd İsmayılın
parlaq və miqyaslı bir şəxsiyət olduğunu
söylədi, bildirdi
ki, bu uca
keyfiyyətlərinə görə
də o özünü
bir şair və naşir kimi təsdiq etmişdir.
Mən isə görüşə gələnlərə
Aşxabaddakı İlham
alleyası haqqında
məlumat verdim. Bugünkü
Aşxabadda Şərqin
bütün ünlü
şair və mütəfəkkirlərinin abidələri
bir xiyabanda yanaşı düzülüb
və Məmməd İsmayılın özünəməxsus
istedadından söz açaraq dedim ki, bəlkə haçansa sənətsevər
türkmənlər bu
xiyabanda Sədinin, Nizaminin, Nəvainin, Füzulinin, Mahtumqulunun heykəlləri sırasında
Məmməd İsmayılın
abidəsinə də
yer verəcəklər.
Bu sözlərim hörmətli qonağımızın
etirazına səbəb
olsa da, salonda böyük bir canlanma yaratdı.
Təqdimatı keçirilən kitabı
aldıqdan və onda “Qoymayın dünyanı adiləşməyə“ şeirinin tərcüməsini görəndən
sonra bu gözlənilməz qarşılaşmadan
çaşqına döndüm.
İş burasındadır ki, bu görüşdən
çox əvvəl evimdə arxivimi qaydaya salarkən haçansa, yəqin ki, səksəninci illərin əvvəllərində
Məmməd İsmayılın
kitabına yazdığım
məqalə qarşıma
çıxmışdı. Məqalə elə belə də adlanırdı: “Qoymayın
dünyanı adiləşməyə”.
Bu gözəl şeiri
Mixail Sinelnikovun tərcüməsində olduğu
kimi təqdim edirəm:
NE DAYTE MİRU STAT OBIKNOVENNIM
Pustğ
soxranət, kak sneqovıe qorı,
Svo¸ siənğe i serdça, i vzorı,
Nesite qruz löbvi, pust slovo ssorı
Mej vas ne vstanet,
ne sklonit k izmenam.
Ne znayte v utolene utolenğ,
Nautro posle svadbı – otdalenğ.
Ne dayte miru stat obıknovennım.
Tma v svete est,
i tğma zernitsə svetom,
Nad qorem – radost,
qorı – nad ravninoy...
A noç i den v kakoy-to miq sredinnıy
Razluçenı luçahims rassvetom.
Pust radosti luçits vdoxnovene –
Teç¸t
vino qorəçee po venam,
İ pust peçal ne uluçit mqnoven,
Ne dayte miru stat obıknovennım.
Rastaöt lğdı ot nejnosti paləhey,
Resniüı zadrojat, kak vetvi v çahe,
Dva rodnika otkrıv dlə poüeluə.
Jivite je
löbvi prekrasnım plenom,
Meçta, i volnus, i vzısku, –
Ne dayte miru stat obıknovennım!
Bilmirəm hansı səbəbdən
mənim o məqaləm
zamanında çap olunmadı. Sovet hakimiyyəti zamanında
belə yazıları
çap etdirmək elə də asan deyildi. Və indi o məqaləyə yenidən baxıb onu çap etdirməyi düşünürəm.
“Əlyazmalar yanmır” – deyənlər
yanılmayıblar. Doğrudur, zaman
bu məqalənin vərəqlərinə öz
sarı əlini çoxdan çəkib.
Bunu deməkdə məqsədim
odur ki, qonağımızı mən
sadəcə Ədəbiyyat
İnsitutundan tanımıram,
hətta onun haqqında məqalə də yazmışam.
Və söylədiyim bu hadisə niyə əvvəllər olmamışdı,
indi bu görüş
ərəfəsində qarşıma
çıxdı, bunu
anlamaq çətindir.
Məni dinləyənlər bəlkə
heç söylədiklərimə
inanmayacaqlar da. Çıxış edənlərin hamısı
Məmməd İsmayıl
poeziyasının müasir
mərhələdə yüksək
və dərin mənəvi dəyərlərə
sahib olduğundan söz
açdılar. Məmməd İsmayıl şeir dilinin gözəlliyi və obrazlılığı
ilə çağdaş
mərhələdə Azərbaycan
ədəbiyyatının inkişafına
böyük təsir göstərir.
Həm Azərbaycan, həm də Rus dillərində
səslənən şeirlər
bütün auditoriyaya
sözün həqiqi
mənasında bu böyük söz ustadının əsərlərindən
eyni şəkildə
həzz almağa imkan verdi.
Moskva, 18 fevral 2012
Sergey KARATOV
Kaspi.-2012.-3-5 mart.- S.15.