Tərcümə dil ənənələrini dağıtmamalıdır 

 

Gənc tərcüməçi Oktay Kazımov: “Tərcüməyə çox sadiq qalanda gözəllik, əsəri çox gözəlləşdirəndə isə orijinala sadiqlik itir”

 

Oktay Kazımov 1984-cü ildə Gürcüstanda anadan olub. Orta məktəbdə gürcü dilində təhsil alıb. 2001-ci ildə Tiflis Dövlət Universitetinin filologiya fakültəsinə, 2007-ci ildə isə həmin universitetinin magistratura pilləsinə daxil olub. O.Kazımov gənc olmasına baxmayaraq, Azərbaycan Gürcüstan ədəbiyyat dairələrində kifayət qədər tanınmış tərcüməçidir. Bakı səfəri zamanı O.Kazımovla qonaq olduğuAvropaotelində görüşüb, tərcümə işi barədə maraqlı bir söhbət etdik.

Oktay bəy, bu günə qədərki tərcümə fəaliyyətinizdən danışardıq, gördüyünüz işləri icmal kimi bilmək maraqlı olardı.

Mən həm gürcü, həm Azərbaycan dilinə bədii tərcümələr edirəm. Gürcü dilinə etdiyim tərcümələrin çoxu orta əsr Azərbaycan ədəbiyyataına aid nümunələrdir: Kişvəri, Həmidi, Qazi Bürhanəddin, İzzəddin Həsənoğlu, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaddəddin Nəsimi, Həqiri s. XX əsr Azərbaycan ədəbiyyatından Mikayıl Müşviq, Nəbi Xəzri, müasirlərdən Səlim Babullaoğlu,  Zərdüşt Şəfizadə, Günel Mövlud sənin şeirlərini tərcümə etmişəm. Nəsrə gəldikdə, ElçininBeş qəpiklik motosikl”, “Parisdə avtomobil qəzası”, “Talvar s. hekayələrini gürcü dilinə çevirmişəm. Gürcü ədəbiyyatından Azərbaycancaya əsasən XIX XX əsr nümayəndələrinin əsərlərini tərcümə etmişəm. Bu yaxınlarda iki pyes tərcümə etdim. Bunlardan biri Mirzə Fətəli AxundovunHekayəti Misyo Jordan” əsəridir. Əslində, Gürcüstanda indiyə qədər gərək M.F.Axundovun bütün pyesləri tərcümə ediləydi. Görünür, mədəniyyətimizin təbliğində müəyyən axsaqlıqlar var. Digər tərcümə etdiyim əsər isə Jalə İsmayılınOxşarlarpyesidir. Bu əsəri böyük həvəslə tərcümə elədim. O əsərin aktuallığı, pyesdə səsləndirilən ideyaların çoxu əbədidir.

  Tərcümələrinizdə yaradıcılığa üstünlük verirsiniz, yoxsa orijinala sadiq qalmağa?

Aristotel deyir ki, “Tərcümə qadına bənzəyir, gözəli vəfalı olmur, vəfalısı gözəl”. Bu fikri ilə filosof  gizli işarə edir ki, qızıl orta prinsipi var tərcümədə. Yəni tərcüməyə çox sadiq qalanda gözəlliyə, çox da gözəlləşdirəndə orijinala sadiqlik itir. Amma mən həddi aşmayaraq daha çox gözəlləşdirməyin tərəfdarıyam.

Hansı əsərləri daha yaxşı tərcümə edirsiniz, ümumiyyətlə, tərcümə prinsipiniz necədir?

Əgər əsər hətta sifariş olunubsa da mən özümü həmin mətndə tərcüməçi kimi görə bilmirəmsə, o əsəri tərcümə etmirəm. Gürcü dilinə  əsər tərcümə edəndə gürcü oxucusunu nəzərə alıram, əgər o əsər oxucuya heç bir ismarıc ötürməyə qabil deyilsə, o əsəri çevirmirəm. Bu prinsip Azərbaycan ədəbiyyatına da aiddir. Tərcümə zamanı azad seçim olanda daha yaxşı olur. Həm əsəri birbaşa tərcümə etmək olmaz, gərək müəyyən psixoloji mərhələlər keçəsən, öz ruhunu əsərin ruhuna yaxınlaşdırasan. Psixoloji hazırlıq olmasa, əsər insana yad görünür. Mən həmişə birbaşa orijinaldan tərcümə edirəm. Azərbaycanda tərcümələrin 80%-i vasitəçi dillərin köməyi ilə olur. Bu çox pis haldır, dildən-dilə qramatikalar dəyişir, qramatika isə hər xalqın düşüncəsinin  məhsuludur, onu xalq yaradıb. Əgər əsər doğma dilinə üçüncü dildən tərcümə edilibsə, deməli, bundan öncə həmin mətn iki dəfə dəyişib sənin oxuduğunla orijinal arasında təkcə dil-üslub fərqliliyi yox, həm təfəkkür fərqliliyi yaranıb. Amma Gürcüstanda demək olar ki, vasitəçi dildən tərcümə etmək ənənəsi yoxdur, heç buna həvəs göstərən nəşriyyatlar da tapmaq olmaz. Azərbaycan dilinə çevrilmiş əsərlərin çoxu rus dilindən tərcümə edildiyinə görə, dünya nəsri başdan-başa rus nəsrinə oxşayır. Bu da çox faciəvi haldır.

Hansı əsərləri tərcümə edə bilməmisiniz?

Məsələn, Səməd VurğununŞair, tez qocaldın sən?” şeirini tərcümə edə bilmədim, Eləcə Füzulinin ”Can vermə qəmi eşqə ki, eşq afəti candırrədifli qəzəlini. Çünki həmin qəzəl 15 hecalıdır, gürcü dilinə tərcümə edəndə 16 hecalı olur. 16 heca isə gürcü şairi Şota Rustavilinin şeirlərində daha çox rast gəlinir deyə, üslub oxşarlığı yaranır, qəzəl Füzulinin üslubuna sadiqliyini itirir. Eləcə , İmadəddin Nəsiminin  belə bir qəzəli var:

 

Sənsiz yediyim hər yesəm dər ilə qandır.

Gəl, gəl dodağın şərbətini canana qandır.

 

Bu qəzəlin xüsusi bir ritmi var, gürcü dilinə tərcümə edəndə o ritm metrika itir. İstəmirəm ki, çevirdiyim əsərə xələl gətirim. Tərcüməçi tərcümə etdiyi yazarın üslubunun qeydinə qalmalıdır. Tərcümə dil ənənələrini dağıtmamalıdır, əksinə, yaşatmalıdır.

Bildiyimizə görə, gürcü Azərbaycan mərsiyələrini tədqiq edirsiniz. Bu dini mətnlər arasında hansı fərqlər oxşarlıqlar var?

Gürcülər dini nəğmələrə himnlər deyirlər. Qədimdə bilirsiniz ki, himnlər allahların şəninə ucaldılırdı. Himnlərin kökü Davud peyğəmbərin məzmurlarından qaynaqlanıb. Sonra yavaş-yavaş xiristian dini öz himnlərini, öz ilahilərini yaratmağa başladı. Gürcülərin ilk ilahiləri tərcümələr idi. Gürcülər yəhudilərə xas ilahiləri tərcümə edə-edə öz orijinal himnlərini yaratmağa nail olublar. Hər himn mərsiyə deyil. Mərsiyə o zaman olur ki, onun kökündə təziyə dayansın. Məsələn, İsa peyğəmbərin çarmıxa çəkilməsi. Bu artıq bizim xalqın mərsiyələrinə oxşayır. Bildiyimə görə, Azərbaycanda Əliyar Səfərlidən başlayaraq mərsiyə janrı tədqiq olunmağa başlayır. Natiq Rəhimov Qumrinin mərsiyələrini Azərbaycanca çap etdirmişdi. O, ön sözdə yazmışdı ki, nəyə görə XIX əsrdə sevgi qəzəlləri ilə yanaşı mərsiyələr yazılırdı? Mən buna öz yazımda belə cavab vermişdim ki, yəqin onlar təkcə müqəddəslərə deyil, həm öz zəmanələrinə mərsiyələr deyirdilər. Çünki XIX əsrdə Azərbaycanın müstəqilliyi əlindən alınmışdı, xalq böyük faciələrlə üz-üzə idi. Oxşarlıqlar daha çoxdur. Çünki həm gürcü ilahilərinin, həm bizim mərsiyələrin məqsədi eynidir, çünki hər iki janr dindarlarda müqəddəslərə qarşı hüsnü-rəğbət oyatmaq məqsədi daşıyır. Məsələn, mərsiyələrdə deyilir ki, filankəsin başını kəsdilər s. Yəni baxmayaraq onlar müqəddəslər idilər, amma onlar da insan idilər. Bir sözlə, sənin canın ağrıya bilər, amma sən o mərhələyə çata bilərsən. Müqəddəslər o adamlardır ki, onlar Allahla dünya arasında vasitəçidirlər. Mərsiyənin bir məqsədi budur: yəni sən onların adından Allaha müraciət etsən, O, sənin müraciətini daha məqbul sayar. Azərbaycan mərsiyələri iki janrda olur, qəzəl qoşma janrında. Azərbaycan mərsiyələri qafiyəli olur, gürcü mərsiyələri isə yox. Onlar mərsiyələrini kilsədə oxuyurlar deyə, qafiyəli, ya qafiyəsiz, bərabər hecalı yaxud sərbəst hecalı olmasının heç bir əhmiyyəti olmur. 

 

 

Fərid Hüseyn 

 

Kaspi.-2012.-30 mart.- S.15.