Dövrləri
birləşdirən məkan
Böyük Britaniyanın və
dünyanın ən möhtəşəm muzeyindən reportaj
Britaniya
Muzeyi – tarixi kolleksiyalarla zəngin olan məkan. Böyük Britaniyanın və dünyanın ən möhtəşəm muzeylərindən
biri. İngilislər belə bir muzeylərinin
olması ilə fəxr edirlər. Gələn qonaqlara da ilk növbədə bu muzeyi ziyarət
etməyi tövsiyə
edirlər. Britaniya Muzeyi ziyarətçilərinə
Luvr zənginliyi nümayiş etdirməsi ilə fəxr edir. Ona görə
də dünyanın hər yerindən gələn insanlar muzeyin ziyarətçisinə
çevrilir. Təkcə
keçən il muzeyi 5 milyon nəfər ziyarət edib.
Muzey Londonun mərkəzi küçələrindən birində
- Holbornda yerləşir.
Muzeyə ekskurs edərkən mənim üçün ən maraqlısı möhtəşəm
muzeyin tarixini vərəqləmək oldu.
Unikallığı ilə diqqəti cəlb edən muzey binasının sahəsi 6
hektardan çoxdur. Möhtəşəm bina
1723 - 47-ci illərdə tikilib.
Eksponatların binaya köçürülməsi, tərtibatın
hazırlanması üçün
xeyli illər lazım olub. İlk muzey təsis edildiyi dövrdə bina Montaqyo (Montagu House ) adlandırılıb.
Əvvəlcə Qədim
Misir, Qədim Yunanıstan, Assuriya və bir çox
digər ölkələrin
müzakirə zalı
kimi fəaliyyət göstərib. Muzey fəaliyyətə başlayandan İngiltərənin
ən mühüm mədəni mərkəzlərindən
birinə çevrilib.
1881-
1883-cü illərdə muzeyin
kolleksiyalarına flora və
fauna, geoloji və paleontoloji kolleksiyalar da daxil olub.
Eksponatların get-gedə
zənginləşməsini nəzərə alaraq Təbiət Tarixi Muzeyi adlandırılan
yeni spesifik bina da ucaldılıb.
Muzey həmçinin fəaliyyəti
dövründə hücumlara
məruz qalıb. Belə ki, II Dünya müharibəsi illərində
muzeyin bütün eksponatları ərazidən
evakuasiya edilib. Muzey binası hava uçuşlarından
çoxsaylı ziyan görüb. Bir neçə zal, həmçinin oxu zalının da hissələri dağıdılıb.
Uzun illər müddətində muzey özünün tikintisini
və ekspozisiyalarını
bərpa etməyi bacarıb.
“Ziyarətiniz burdan başlanır”
Muzeyin həyətində böyüklü-kiçikli
yüzlərlə insan
toplanıb. Bu qələbəliyin
iştirakçıları sırasında daxil olarkən muzeyin həyətinin böyüklüyünə
və tərtibatına
heyran qalmamaq olmur. Yamyaşıl, tarixi abidələrlə zəngin həyətdə
“Ziyarətiniz burdan başlanır” adı ilə bələdçi
kitablar, xəritələr
təqdim olunur. Bir az aralıda
isə multmedia bələdçi xidməti
fəaliyyət göstərir.
Muzeyə daxil olana qədər bu xidmətlərdən yararlanıb artıq ilkin və əhəmiyyətli
informasiyalar qazanmaq mümkündür.
Muzeydə 94 qalereya və
müxtəlif dövrləri
birləşdirən 7 milyondan
artıq eksponatla tanış olmaq mümkündür.
Muzey özündə
10 bölməni birləşdirir
və bizim eradan əvvəl,
Misir, yunan, Roma, Britaniya, orta əsrlər, İntibah, şərq, numizmatika və Britaniya kitabxanasından təşkil
edilib. Muzeydə müxtəlif dövrlərə
aid edilən mədəniyyət
nümunələri, antik
abidələr, orta əsr dövrlərini əhatə edən, hətta İntibah dövrünün də nümunələrinə rast
gəlmək mümkündür.
Ekspozisiyalarda fransız və
ingilis krallarının
əşyaları, Yapon
qılıncı, Çin
sikkələri, Babil çapı, İslam keramika nümunələri
saxlanır.
Qədim
Misir kolleksiyası isə muzeyin nadir nümunələrindəndir. Misir
ümumiyyətlə, dünyada
ən nəhəng kolleksiyaya malik ölkələrdən hesab
edilir. 66 mindən artıq eksponatı var. Ən mühüm sayılan nümunə yeni çarlığın
(bizim eradan əvvəl XVI – XII əsr)
monumental heykəlidir. III Tutmesə
aid edilən qranit baş, III Amenxotə aid edilən iki qara rəngli qranitdən olan fiqur, onun heykəlinin
nəhəng başı
(təxminən bizim eradan əvvəl 1400- cü ildə), II Ramzesə aid edilən heykəl, daşdan tabut, yonulmuş allahlar və s kimi əhəmiyyətli, qədim mədəniyyətə
aid edilən parçalar
maraqla seyr edilir.
Zallardan
birinin girişində
Rozetta daşı qoyulub. Həmçinin V Ptolemeyin şərəfinə
mətn də yazılıb. Qara rəngdə bazaltdan ibarət olan pilitə 1799-cü ildə
fransız əsgəri
Rozetta tərəfindən
tapılıb. Əlyazmaların
sayəsində iki dəfə başqa sistemlə yazılan Misir mətninin yunan dilinə tərcüməsi mümkün
olub. Jan Fransua Şampalyon 1822-ci ildə Misir heroqliflərinin mənasını aydınlaşdırıb.
Misir kolleksiyasında 800 sənəddən
ibarət olan papiruslar saxlanılır. Burada bütün dünyanı ədəbiyyatın
yaradıcıları ilə
tanış edən yazılar vardır. Xüsusi dini ayinlər, himnlər, miflər, təbii traktatlar, tarixi faktlarla əlaqədar əlyazmalar, həmçinin
işgüzar və şəxsi əhəmiyyət
daşıyan yazılar,
hüquqi dəyərə
malik sənədlər
də olduqca çoxdur. Muzeydə Ölülər kitabı
adlandırılan magiya
kimi vurğulanılan
kitab da nümayiş etdirilir. Həmin kitabda 180-dən artıq baş qeydə alınıb. Ən yaxşı obrazlar miniatür, hadisə və şəkillərlə göstərilib.
Yaxın Şərqin qədimliyi
Növbəti zal Yaxın Şərq sivilizasiyalarının
qədimliyini əks etdirir. Xüsusən Şumer,
Akkad, Vavilonya, Assuriya,
Urartu, Fələstin,
Finikya, Qədim İran və s. kimi yerlərin bizim eradan əvvəl
V-VII əsrinə aid edilən
nümunələri ziyarətçiləri
ayaq saxlamağa məcbur edir.
Assuriyanın özünəməxsus olan monumental relyefləri ən gözəl mədəniyyət nümunələri
sayılır. Daşdan
olan panellər Assuriya çar sarayının bəzək
nümunəsi kimi interyerdə mühüm rol oynayır. Süjetlərdə çoxsaylı
döyüşlər və
hərəkət səhnələri
yer alıb. Allahların şərəfinə
olan ritual səhnələr
də yetərincədir.
Bu bölmə dünyada
ən çox mətnlərdən ibarət
olan kolleksiyanı özündə birləşdirir.
Hətta eramızdan əvvəl III – I minilliyə
aid olan Mesopotamiyanın
bütün həqiqətləri
də bu muzeydə əks olunub.
Egey xalqına məxsus olan və bizim
aradan əvvəl III
– II minilliyə aid edilən
abidələrə də
muzeydə rast gəlmək mümkündür.
Həmçinin Roma xalqının
da müxtəlif nümunələri muzeydə
sərgilənir. Yunan
klassikası xüsusi
maraq doğurur. Muzeydə ziyan çəkən 17 heykəl
də var. Muzeyin numizmatika bölməsi müxtəlif
ölkələrin və
epoxaların qəpik və medallarından ibarətdir. Qədim Yunan, qədim Roma, qədim Fars və s. mədəniyyətlərin də
kolleksiyasına burada rast gəlmək mümkündür. Hətta
kral IV Georginin də kolleksiyası burada nümayiş etdirilir.
Muzeydə zooloji, botanika, coğrafiya və minerallaşma haqqında məlumatlara və etnoqrafik kolleksiyaya rast gəlmək olur.
Britaniya
Muzeyinin kitabxanası da çox məşhurdur.
Həmişə kitab
oxumaq üçün
müraciət edənlərin
sayından asılı
olaraq 1854 – 1857-cü illərdə
böyük həə
və dairəvi formaya malik olan
oxu zalı tikilib. Bu kitabxana dünyanın 15 ən gözəl kitabxanası arasında yer alıb. Qiraət zalı muzeyin həyətində oxucuların
ixtiyarına verilib.
“Həcc: İslamın ürəyinə
səyahət”
Britaniya
muzeyi təkcə qədim sərgilərlə
məhdudlaşmır. Muzey
mütəmadi olaraq müxtəlif mövzularda
tədbir və sərgilər təşkil
edir. Londonda olduğum günlərdə
metro stansiyalarda Britaniya
Muzeyində
açılışı keçirilən “Həcc:
İslamın ürəyinə
səyahət” sərgisi
barədə reklamlara
da rast gəldim.
Həmin sərgi ilə də muzeydə tanış oldum. Fotosərgi müxtəlif ölkələrdən
dini borclarını yerinə yetirmək üçün yola düşən zəvvarlara
həsr olunmuşdu. Sərgidə Həccin əsrlər boyu necə dəyişdiyini izləmək maraq doğururdu. İnformasiyalarda
qeyd olunmuşdu ki, “bu sərgi bütün
dünyadan olan ziyarətçilərə Həccin
tarixini və əhəmiyyətini daha dərindən başa düşməyə imkan
yaradacaq”. Sərginin keçirildiyi zalda isə ardı-arası kəsilməyən ziyarətçilər
İslamın ürəyinə
səyahətdən imtina
etnmirdilər.
Niyə məhz London?
Muzeydə müşahidə etdiyim
maraqlı məqamlardan
biri də məktəblilərin ekspozisiyalara
marağı oldu. Azyaşlı məktəblilər muzeyin daş döşəməsi
üzərində oturaraq
ziyan dəyən heykəllərin rəsmini
çəkirdilər. Müəllimlərinə
yaxınlaşıb bu
marağın səbəbini
soruşanda izah etdi ki, muzeydə
dərs keçmək
məktəblərdə proqramın
əsas hissəsidir. Şagirdlər,
tələbələr Londonun
bütün muzeylərində
dərs keçir, tarixlərinə yaxından
əyani bələd olurlar. Bu dərslər onların yaddaşına yazılır.
Muzeyi ziyarət edərkən ayrı-ayrı xalqlara məxsus sənət əsərlərinin niyə
məhz London muzeylərində
toplanmasını da düşündüm. Yazılanlara
görə, təkcə
Britaniya muzeyinin deyil, ümumiyyətlə
Birləşmiş Krallığın
bütün muzeylərinin
eksponatları müəyyən
dövrlərdə mübahisə
və tənqid obyektinə çevrilib.
Bu tənqidlər bu gün də davam edir. Bu, ilk növbədə kökü
digər xalqlara uzanan incəsənət nümunələrinə aiddir.
Məsələn, Misirə aid “Rozetta
daşı”nı, Nigeriyaya
aid bürüncü, Yunanıstana
aid Parfenonun mərmər heykəli buna misaldır. Adı çəkilən
ölkələr müəyyən
müddətdən bir
Britaniya muzeyindən oğurlanmış incəsənət
nümunələrinin onlara
qaytarılmasını tələb
edirlər. İş ondadır ki, bütün bu mübahisələr heç
bir halda London muzeylərinin
nüfuzuna təsir etmir. Mən Britaniya Muzeyində bunun bir daha
şahidi oldum.
Təranə Məhərrəmova
Bakı-London-Bakı
Kaspi.-2012.-3 may.-S.11.