Millət vəkilindən ensiklopedik
kitab
Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin tanınmış
tədqiqatçısı, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor
Rafael Hüseynovun “İmzamız.
Sənət düşüncələri” adlı yeni kitabı işıq üzü görüb.
“Elm və təhsil”
nəşriyyatında nəfis
tərtibatla buraxılmış
800 səhifəlik bu kitab Azərbaycan mədəniyyətşünaslığına
layiqli töhfə sayıla bilər.
Kitaba yazdığı
“Bizliyimiz” adlı ön sözdə müəllif Azərbaycanın
zəngin incəsənətini,
onun şah əsərlərini, bu sərvəti yaratmış
parlaq sənətkarları
millətin və ölkənin tarixə həkk olunmuş imzası kimi qiymətləndirir.
Fundamental tədqiqatın “İzimiz” adlandırılmış
birinci fəslində Azərbaycan rəssamlığının
keçdiyi tarixi yol araşdırılır,
XX əsrdə formalaşıb
yüksək inkişaf
mərhələsinə çatan
müasir boyakarlığımızın
3 mühüm mərhələni
adladığı göstərilir.
Azərbaycanın qaya rəssamlığı,
Qobustan təsvirləri,
süjetli divar rəsmləri və freskalar mədəniyyəti,
orta əsr kitab miniatürçülüyü
geniş məxəzlər
dairəsini cəlb etməklə yeni baxış bucağından
təqdim edilir.
Alimin yeni kitabı müəyyən
mənada bir sənətşünaslıq ensiklopediyası
təsiri oyadır. Əsərdə
milli kinomuzun 100 ildən artıq olan macəralı inkişaf yolu, ozan-aşıq, qopuz-saz sənətimizin 1300 ildən
uzun zaman məsafəsi adlamış
tükənməz irsi,
yaşı on min illərlə
ölçülə biləcək
rəqslərimiz, tarixi
xalqımızın tarixi
qədər qədim olan milli oyunlarımız
və xalq meydan teatrı ənənələri müfəssəl
şəkildə izlənilir,
əlvan illüstrasiyalar,
çoxsaylı arxiv sənədləri əsasında,
cəlbedici formada təqdim edilir.
Monoqrafiyanın
“Zirvələr” adlı fəslində Azərbaycan musiqi
tarixində mərhələ olan, yaradıcılıqları
məktəbə, cərəyana çevrilmiş
böyük nümayəndələrindən bəhs edilir.
Kitabda
tarixi əhəmiyyət kəsb edən çoxlu fotolar da
verilib ki, onların böyük hissəsi ilk dəfə
çap olunur
Tanınmış
alimlər, akademik Vasim Məmmədəliyev və AMEA-nın
müxbir üzvü Cəfər Qiyasinin redaktoru olduğu bu əsər
həm sənətşünaslar, həm tarixçilər,
elmi ictimaiyyət, həm də geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
Kitabının elektron versiyası da hazırlanıb.
Kaspi.-2012.-5-7 may.-S.13.