ViktoriyaAlbert muzeyinə səyahət 

 

GözümŞeyx Səfi” xalçasını axtarır... Təbriz xalçaçılıq məktəbinin bu şah əsəri muzeyin incisi hesab olunur

 

London muzeylərinə ilk ziyarətim ViktoriyaAlbert (V&A) muzeyindən başladı. Hava yağışlı idi. Hərçənd yağış burada insanların həyat ritminə qətiyyən təsir etmir. İstər-istəməz sən də bu axara düşürsən.

Muzeyin binasına çatanda insan əlindən tərpənmək olmurdu. Dünyanın ən məşhur muzeyləri sırasında yer alan, tətbiqi-sənət nümunələri baxımından ən zəngin muzey sayılan Viktoriya və Albert muzeyi demək olar ki, hər gün ziyarətçiləri beləcə qəbul edib yola salır. Təkcə ona görə yox ki, bu muzeyə giriş azaddır. Londonun pullu muzeylərində də eyni insan axının şahidi oldum. Sadəcə bu muzey dünyanın nadir sənət nümunələrinin saxlanması baxımından əhəmiyyətlidir.  

Elə girişdəcə ziyarətçilərə təqdim edilən broşürlər, xəritələr muzeyə ilkin bələdçilikdə mühüm rol oynayır.

 

Dünya ölkələrinin tarixi mədəniyyəti

 

Viktoriya və Albert muzeyi 1852-ci ildə yaranıb və 1899-cu ildə kraliça Viktoriya ilə şahzadə Albertin şərəfinə adlandırılıb. 4 milyondan çox nadir eksponatı var. Bu eksponatları bircə-bircə görmək üçün ziyarətçilərə muzeyin 145 zalını gəzmək lazım gəlir. Buna isə əksər vaxt bir gün vaxt bəs eləmir.

Muzeydə bütün dünya ölkələrinin tarixi mədəniyyətini əks etdirən eksponatlar yer alıb. Keramik əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənləri heyran edir.

Birinci zalda Britaniya heykəltaraşlığı (1550-1600) nümunələri öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Alfred Turnerin “Ana və uşaq”, Vinfred Turnerin “Qaçan gənc”, Yacob Epsteinin “Yacob Kramerin portreti”, Avqust Kodinin Georq Vindhamın portreti”, “Dua edən oğlan” əsəri və s. əsərlər“i qarşısında hamı kimi mən də ayaq saxlayıram.

Digər zalda Avropa heykəltəraşlığının (1300-1600-cü illər) dini mövzudakı nümunələri nümayiş etdirilir. Ziyarətçiləri daha çox cəlb edən “İsanın çarmıxa çəkilməsi, ”Müqəddəs Məryəm”, “Xaş suyuna salınma” əsərləridir. V&A muzeyinin qalereyalarını gəzdikcə Avropa intibah dövrünün sənət nümunələri ilə tanış oluram.  Avropa qalereyasında İtaliya intibah dövrünün gözəl nümunəsi sayılan kolleksiya saxlanılır. Şərqi Asiya və İslam ölkələri mədəniyyəti nümunələri isə Şərq zalında nümayiş olunur.

4 min eksponatdan ibarət olan Britaniya qalereyasında İngiltərə və Avropa intibah dövrünün mədəniyyət nümunələri sərgilənir. Dünyada ən böyük keramika və çini qablar kolleksiyası hesab olunan kolleksiya da bu muzeydədir. Kolleksiyanın nümunələrinin sayı isə 75 mindən çoxdur.

Muzeyin moda və zinət əşyaları zalında 14 mindən artıq kostyum və geyim aksesuarları nümayiş etdirilir. Xüsusən orta əsrlərə aid paltarlar maraq doğurur. Həm də müasir dövrün Koko Şanel, İv Sen Loran, Pyer Karden kimi görkəmli modelyerlərinə məxsus olan kostyumları da eksponatlar sırasındadır. 

Zinət əşyaları şöbəsində ziyarətçilərin daha çox marağına səbəb olan qədim Misir, Yunanıstan və Romaya aid edilən 6 mindən çox qiymətli eksponat nümayiş olunur.

Mebel zalı da marağıma səbəb olur. Ümumiyyətlə, tək mənim deyil, elə əksər ziyarətçilərin maraqla baxdığı zallardan biri mebel zalıdır. Burada məşhur italyan skripka ustası Antonio Stradivarinin düzəltdiyi nadir skripka, çoxillik tarixə malik olan şüşə metaldan düzələn əşyalar, zəngin rəsm əsərləri kolleksiyası, 5 mindən çox fotoşəkil dünyada ən böyük incəsənət kitabxanası sərgilənib.

Muzeyin qərb hissəsində müxtəlif silah növləri, qızıl, gümüş əşyaları, qiymətli metallar fil dişindən hazırlanan məmulatlar, həmçinin orta əsrlərə aid edilən xeyli gümüş qab-qacaq saxlanılır.

Çin, Yapon, Koreya,  Cənubi Asiya ölkələrinin nadir sənət nümunələri muzeydə böyük maraqla izlənilir.

 

Haqqında çoxdan eşitdiyim xalça

 

Heç şübhəsiz, məni muzeyə çəkib aparan maraq sırasında Azərbaycan sənətkarlarının orijinal əsərlərini seyr etmək əsas yer tuturdu. Bunun üçün xəritədə İslam-Yaxın Şərq şöbəsini axtarıb tapıram. Muzeyin bu bölməsindəki ziyarətçilər arasında daha çox ərəblər, iranlılar, türklər gözə dəyir. Şərq bölməsi özünün nəfisliyi ilə seçilir. Bu zal muzeyin əhəmiyyətli zallarından biridir. Belə ki, burada 160 min eksponat nümayiş etdirilir. Ekspozisiyalarda yer alan bədii parça, tikmə, xalça, zərgərlik, saxsı digər sənət əsərlərini heyranlıqla izləyirəm. Tarixi baxımından Viktoriya Albert muzeyində toplanan sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır. İran, Orta Asiya, Misir, Suriya, Tunis digər ölkələrdən gətirilən bürünc gümüş qablar, piyalələr, Şah Təhmasibin qılıncı, Şah Qacarın hakimiyyət dövrünün sənət nümunələri s. qiymətli eksponatları bircə-bircə seyr edirəm.

Muzeydə saxlanılan xalq sənət nümunələrimizin içərisində ən mühüm yeri Azərbaycan xalçaları tutur. Öz bədii texnoloji xüsusiyyətlərinə görə fərqlənən xalçalar içərisində XVI əsr Təbriz xalçaları, XVI-XIX əsrdə toxunan Quba-Şirvan, Gəncə-Qazax Qarabağ xalçaları mühüm yer tutur. Bu xalçalar vaxtı ilə Qubada, Bakıda, Şamaxıda, Qazaxda Qarabağda toxunub.

GözümŞeyx Səfixalçasını axtarır. 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil xatirə kompleksinin məscidi üçün toxunmuş elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını. Xalça ziyarətçilərəƏrdəbil xalçasıadı ilə təqdim olunur. Muzey bələdçisi isə xalının daha çoxŞeyx Səfiadı ilə tanındığından xəbərsiz olduğunu bildirdi.

Təbriz xalçaçılıq məktəbinin şah əsərinə muzeydə nümayiş etdirilən əsərlər içərisində xüsusi diqqətin şahidi oluram. Böyük bir şüşə qutunun içərisində, xüsusi qayğı diqqətlə qorunurŞeyx Səfixalçası. Hətta deyərdim ki, uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 m2 olan xalça, nəinki Şərq İncəsənət bölməsinin, bütövlükdə Viktoriya Albert muzeyinin ən nadir incisi sayıla bilər. Xalça üzərində 2-3 il ən peşəkar xalçaçılar çalışıb. Xalçanın bəzəkləri gül-çiçək rəsmlərindən ibarətdir. Zəngin rəng çalarlarından  göz ayırmaq olmur. Xalının mərkəzində yerləşən qönçə Günəşi, onun ətrafında dairə şəklində düzülən xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş şüalarını əks etdirir. Həmin kompozisiyanın yuxarı aşağı hissələrində zəngin bəzəkli, qırmızı şəkəri rəngli qəndil təsviri vardır. Ətrafdakı saysız-hesabsız əlvan naxışlar kainatdakı ulduzların rəmzidir.

Şeyx Səfixalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Bəzi məlumatlara görə, xalçanı “Ziegler & Co.” adlı xalçaçılıqla məşğul olan bir şirkətə satıblar. Xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən başlanması barədə söhbətlər var. 1892-ci ildə Londonda “Vincent Robinson & Co.” şirkəti tərəfindən ticarət evində böyük bir xalça satışa çıxarılıb. Həmin xalça məhz Şeyx Səfi (Ərdəbil) xalçası olub. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulub. Xalçanın şöhrəti tezliklə Viktoriya Albert muzeyinin rəhbərliyinə çatıb. Muzeyin William Morris adlı dizayneri bu xalçanın möhtəşəm olmasını muzeyin rəhbərliyinə çatdırıb onun mütləq muzeydə olmasının vacibliyini qeyd edib.

Muzeyin xalçanı almaq üçün lazımi məbləğdə pulu olmadığı üçün rəhbərlik londonlulara müraciət edib. Xalçanın İngiltərədə qalması, muzeyə verilməsi üçün pullar yığılmağa başlanıb. Çox qısa müddət ərzində 2000 funt sterlinq məbləğində pul toplanıb xalça həmin dövrdə John Henry Middleton-un (1893-96-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyiViktoriya Albert” muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilib.

Qeyd edim ki, xalçanın digər tayı Los-Anceles şəhərindəki muzeylərdən birində nümayiş olunur. Xalçaların kompozisiyası, ornamentləri rəngləri eynidir. Bunlar hamısı onu sübut edir ki, xalçalar eyni bir eskiz əsasında işlənilib. Eskiz müəllifinin görkəmli ustad, Təbriz miniatür məktəbinin banisi, gözəl rəssam Sultan Məhəmməd olduğu güman edilir. Los-Ancelesdəkı xalçanın ölçüləri nisbətən kiçikdir ( 7,2 X 5,3 ). Xalçanın mərkəzində klassik ləçək turunc ornamenti təsvir olunur. Tam mərkəzdə 16 guşəli medalyon verilib. Medalyon günəşin, guşələr isə 16 planet rəmzi daşıyır.

Mükəmməl sənət incisinin heç olmasa, surətinin Azərbaycanda olması Heydər Əliyev Fondunu da düşündürüb. Belə ki, Fondun təşəbbüsü ilə əsərin üzü köçürülüb. Hazırda təkrar nüsxə Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir.

 

Məni valeh edən xidmət

 

Viktoriya Albert muzeyinin ziyarətçilərə göstərdiyi xidmətin mükəmməlliyinə söz ola bilməz. Bu, muzey işinin təkmil formasıdır. Eksponatları seyr etmək haqqında məlumat toplamaq üçün  muzeydə müasir texnologiyalardan istifadə olunur. Zalların divarlarında quraşdırılan interaktiv lövhələrdən eksponatları seyr etmək haqlarında məlumat almaq mümkündür. Bu xidmətdən əsasən yaşlı xəstə adamlar istifadə edirlər. Bütün zallarda oturacaqlar quraşdırılıb. Ziyarətdən yorulanlar oturub dincələ bilirlər. Muzeydə xeyriyyəçilik qutusu da qoyulub. Ziyarətçilər muzeyə kömək məqsədilə mərhəmətlərini əsirgəmirlər. Yığılan pullar muzeyin işinin daha da təkmilləşdirilməsinə yönəlir. Üstəlik muzeyin, kitab mağazası, hədiyyə mağazası, kafesi, internet otağı ziyarətçilərin xidmətindədir. Burada insanlar muzeyə sadəcə ekspozisiyaya baxmağa gəlmirlər. Həm sənət əsərlərindən zövq alır, həm dünyagörüşlərini zənginləşdirir, həm sözün həqiqi mənasında  istirahət edirlər. Muzey həftənin hər günü qapılarını ziyarətçilərin üzünə açır. Əslində təklif etdiyi xidmətlə insanları cəlb edərək həm gəlir götürür, həm onlara xoş anlar yaşadır. Muzey işinin qədər təkmil olduğuna Londondakı digər muzeyləri ziyarət edərkən şahid olacaqdım. 

 

 

Təranə Məhərrəmova

Bakı-London-Bakı 

 

Kaspi.-2012.-2 may.- S.11.