Azərbaycan tarixi ilə bağlı yeni faktlar üzə çıxıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutu Kürdəmir rayonunun Muradxan kəndində aşkarlanmış pul dəfinəsinin tədqiqi zamanı Azərbaycan tarixi üçün maraqlı olan yeniliklər üzə çıxarıb.

İnstitutun Numizmatika şöbəsinin müdiri Akif Quliyev çərşənbə axşamı Trend-ə deyib ki, dəfinədə ümumilikdə 1134 ədəd sikkə qeydə alınıb. Muradxan dəfinəsinə daxil olan pulların ən qədimi Əmir Teymurun ölümündən sonra, təqribən 14051410cu illər arasında Şirvanşah I İbrahim tərəfindən zərb olunduğu güman edilən anonim sikkədir. Dəfinənin tədqiqatı zamanı Şirvanşahlar dövründə pulların Şamaxı, Dərbənd, Bakı, Qəbələ və Ərdəbil şəhərlərində zərb olunduğu müəyyənləşdirilib.

Tədqiqatçı hesab edir ki, dəfinənin tədqiqatı zamanı ən maraqlı məsələ Ərdəbildə Şirvanşahların adından zərb edilən bir nüsxə pulun aşkarlanması olub.

Quliyev deyib iki, indiyədək elm aləmində belə bir fakt yox idi. Bu pulun aşkarlanması ilə Ərdəbil şeyxlərinin Şirvanşahlar dövlətinə hücum etməsinin səbəbləri də ehtimal kimi üzə çıxarılıb. Məlum olub ki, Şirvanşahlar dövləti tərəfindən Ərdəbil zəbt edilib və burada Şirvanşahların adından pullar zərb olunub. Bu da Ərdəbil şeyxləri ilə Şirvanşahlar dövləti arasında münasibətləri pisləşdirib.

Quliyevin sözlərinə görə, Ərdəbil şeyxlərinin Şirvanşahlara hücumlarının səbəblərindən biri bu dövlətin Ərdəbilə qarşı ərazi iddiası irəli sürməsi olub.

Tədqiqatçı deyib ki, 1382-1417-ci illərdə hakimiyyətdə olmuş Şirvanşah I Şeyx İbrahim Əmir Teymurun ölümündən sonra Cənubi və Şimalı Azərbaycan torpaqlarını birləşdirməyə çalışıb.

O, 1406-cı ildə Təbrizi də ələ keçirib. Lakin Cənubi Azərbaycan feodalları Şirvanşahlar dövlətinin tərəfində durmadığı üçün Şirvanşah I Şeyx İbrahimin Cənubi və Şimalı Azərbaycan torpaqlarını birləşdirmək cəhdi baş tutmayıb.

Quliyev bildirib ki, Azərbaycan tarixi üçün çox əhəmiyyətli olduğundan Muradxan dəfinəsinin kataloqu da hazırlanır. Bu kataloq Azərbaycan numizmatikası tarixində ilk nümunə kimi hər hansı bir dəfinənin bütövlükdə nəşr olunduğu ilk kitabalbom olacaq.

 

 

Kaspi.-2012.-2 may.- S.3.