Zamanı əsrlərlə
qabaqlamış düha
İntibah
dövrünün dahisi Leonardo da Vinçinin indiyədək
nümayiş olunmamış rəsmləri Bukinhem
Sarayında göstərilməyə başlayıb.
O,
dünyanın ən məşhur və dahi rəssamlarından
biri kimi tanınır. Lakin 24 rəsm da Vinçinin rəssam olmaqla
yanaşı, dahi alim olduğunu da göstərir.
Da
Vinçinin əsrlər əvvəl çəkdiyi rəsmlərdə
insan orqanizminin anatomik xüsusiyyətləri həddən
ziyadə dəqiqliklə göstərilib. Rəsmlərin əsrlər
əvvəl çəkildiyini nəzərə alsaq,
onların indiki ultrasəs müayinəsi və
elektromaqnit-rezonans tomoqrarafiyası vasitəsilə alınan nəticələrə
tam uyğun olması heyrət doğurur.
Əslində
bu, da Vinçi dühasına bir daha dəlalət edir.
Bundan başqa, da Vinçi insan orqanizmində
qan dövranı sistemini həddən ziyadə dəqiq təsvir
edib. Halbuki bu sisteminin tam və dəqiq təsviri yalnız 100
il əvvəl mümkün olub.
Maqnit-rezonans
tomoqrafiyası və radiodalğaların tətbiqi ilə
aparılan skanlaşdırma vasitəsilə əldə edilən
rəsmlər qədər dəqiq olan bu eskizlər da
Vinçinin təbabət sahəsində apardığı
araşdırmaların yaşadığı dövrü əsrlərlə
qabaqladığını göstərir.
24 rəsm
eyni zamanda Leonardonun yaşadığı Florensiyada illər
boyu xəstəxanalar və məktəblərdə
araşdırmalar apardığına, insan orqanizmini öyrənməyə
çalışdığına da dəlalət edir.
Leonardo
da Vinçi 1519-cu ildə dünyasını dəyişəndən
sonra onun eskizləri, rəsmləri və qaralamaları tam 400
il ərzində qapalı qalmış, faktiki olaraq dünya
üçün itirilmişdi.
Da
Vinçinin nümayiş olunan əsərlərinin
saxlandığı Britaniya kral kolleksiyasının kuratoru
Martin Kleytonun dediyinə görə, bu eskizlər səhiyyə
və təbabəti əsrlərlə qabaqlayıb.
Britaniya
kral kolleksiyasında da Vinçinin təqribən 600 eskiz və
qaralaması saxlanılır ki, onların 268-i anatomik təsvirlərdir.
Kaspi.-2012.-2 may.-S.13.