Avropanın musiqi bayramı finala
çatdı
57-ci “Eurovision” mahnı müsabiqəsinin
bir ildir davam edən və getdikcə yüksələrək
kulminasiya həddinə çatan həyəcanına bu gecə
Bakıda son qoyulacaq
Odlar
Yurdu Azərbaycan bu il dünyanın ən nüfuzlu musiqi
yarışması olan “Eurovision” mahnı müsabiqəsinə
ev sahibliyi edir. Hazırda bütün dünyanın musiqisevərləri
qonaqpərvər Azərbaycan xalqının dostluq məşəlinin
başına toplaşıb. "Eurovision-2012" mahnı
müsabiqəsi "Öz məşəlini
alovlandır" ("Light your fire") şüarı
altında insanları bir araya gətirib. Bu məşəlin
işığı müsabiqənin 42 ölkəni təmsil
edən nümayəndələri, dünyanın hər yerindən
gələn qonaqlar və jurnalistlər də daxil olmaqla
hamını məftun edib. Paytaxtımızın möhtəşəm
ünvanlarının birində - Bayraq meydanında yerləşən
"Baku Crystall Hall"da keçirilən müsabiqə təşkilatçılıq
səviyyəsinə görə də qeyri-adiliyə imza
atıb.
“Azərbaycan,
sən möhtəşəmsən” fikirlərini müsabiqənin
iştirakçısı olan həm yerli
tamaşaçılar, həm də xarici qonaqlar ürəkdən
dilə gətirirlər. Onlar "Eurovision-2012"nin təşkilatçılıq
səviyyəsini hətta digər ölkələrdə
keçirilən yarışmalardan daha üstün qiymətləndirirlər.
Azərbaycan paytaxtının gözəlliyi və qədimliyi,
milli mətbəximizin sözəgəlməz dadı və ləzzəti,
insanların qonaqpərvərliyi, mehribanlığı onları
məftun edib.
Onlar
Azərbaycanın bir ev sahibi kimi qonaqlarına göstərdiyi
lütfkarlıqdan, diqqətdən, qayğıdan, ehtiramdan
danışırlar. Müsabiqənin birinci yarımfinalı
zamanı "Baku Crystal Hall"un 18 ölkənin
bayrağı rəngində işıqlandırılması
– müsabiqə tarixində ilk
dəfə nümayiş olunan şounun "Crystal Hall"a
qeyri-adi bir gözəllik və möhtəşəmlik bəxş
etməsi elə əsas yarışma başlamamışdan
öncə müsabiqənin qeyri-adi keçəcəyindən
xəbər verib. Qonaqlar "Baku
Crystal Hall"u isə
müasirliyi ilə unikal bir tikili
adlandırıblar. Əcnəbi jurnalistlər söhbətləri
zamanı bildirirlər
ki, Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi möhtəşəmliyi ilə
uzun müddət yaddaşlardan silinməyəcək.
Portuqaliyalı telejurnalist Pedro Souza ölkəmizdə
olduğu günlərdə
yaşadığı gözəl
anları belə ifadə edir:
“"Eurovision" mahnı müsabiqəsinin keçirildiyi
arena dünyada gördüyüm
ən möhtəşəm
kompleksdir. Bütün bunlardan sonra
rahatlıqla söyləyə
bilərəm ki, ölkəniz təkcə
musiqi yarışmalarına
deyil, eyni zamanda digər böyük beynəlxalq yarışlara da ev sahibliyi etməyə
layiqdir”. İsveçli
jurnalist Stefan Erikssonun
fikirləri də maraqlıdır: Bir çox mahnı müsabiqəsinin iştirakçısı
olmuşam, lakin belə bir təşkilatçılığın
ilk dəfədir ki şahidiyəm. Hər şey möhtəşəmdir.
Təşkilatçılıq isə daha da gözəldir. Elə düşünürəm ki,
"Crystal Hall" dünyanın ən böyük konsert zallarından biridir. Müsabiqə çərçivəsində
səhnədəki işıq
effektləri, ölkəniz
haqda videoçarxlar və sonda qavaldaşda
ifa edilən Azərbaycan folklor sənəti – heyrətamizdir”.
Dünyanın nüfuzlu mətbuat orqanları müsabiqəyə
geniş diqqət ayırıblar. Məsələn,
İngiltərənin “The Independent” qəzetində dərc olunmuş məqalədə
deyilir: “Bakının
hava limanı yarışın reklamı
ilə al-əlvan bəzədilib. Eyni şeyi Azərbaycanın
paytaxtındakı hər
bir avtobus və ya taksiyə,
eləcə də bir çox binalara aid etmək olar. Xüsusi olaraq müsabiqə
üçün inşa
olunmuş 25 min yerlik konsert zalı vaxtında təhvil verildi və onun açılışında
ölkə prezidenti şəxsən iştirak
etdi. Heç bir gün axşam xəbərləri
bu hadisə (“Eurovision
2012” mahnı müsabiqəsi)
haqqında coşğun
süjetsiz keçmir”.
Rekord sayda tamaşaçı
Mətbuat Mərkəzində digər
ölkələrdə keçirilən
müsabiqələrə nisbətən
jurnalistlərin sayının
çoxluğu isə
bu yarışmaya dünyada marağın çox böyük olmasından xəbər verir. “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalını "Bakı
Kristal Zalı"nda rekord
sayda tamaşaçının
izləməsi də yarışmaya olan böyük maraqdan xəbər verir.
“Eurovision” mahnı müsabiqəsinin
təşkilati rəhbəri
Sietse Bakker də bunu etiraf edib:
“Müsabiqənin gec saatlarda keçirilməsinə
baxmayaraq, insanların
bu şouya böyük marağının
şahidi olduq”.
Müsabiqənin icraçı rəhbəri
Yan Ola Sand 1-ci yarımfinaldan sonra keçirilən mətbuat konfransında həm “Crystall Hall”u, həm də müsabiqənin builki Mətbuat Mərkəzini bənzərsiz adlandırıb:
““Eurovision” müsabiqəsi Azərbaycanda ilk dəfə
keçirilir və bu müsabiqədə 42 ölkə təmsil olunur. Azərbaycan 2008-ci ildən müsabiqədə
yüksək səviyyəli
ifaçılarla təmsil
olunur. İlk dəfədir ki,
“Eurovision” yeni tikilmiş
bir məkanda keçirilir. Bu məkan heç bir sınaqdan çıxmayıb, məşqlər
və şoularla bu məkan sınaqdan
keçir”.
Möhtəşəm final həyəcanı
Artıq ölkəmizdə keçirilən
“Eurovision-2012” mahnı müsabiqəsinin
bütün finalçıları
məlumdur. Hazırda paytaxt Bakıda
57-ci “Eurovision” Mahnı Müsabiqəsinin
final həyəcanı yaşanır.
Belə ki, 1-ci yarımfinalın nəticələrinə
görə, Rumıniya,
Moldova, İslandiya, Macarıstan,
Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya, İrlandiya təmsilçiləri finala
vəsiqə qazanıblar.
İkinci yarımfinalın
nəticələrinə görə
isə, Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta, Türkiyə
nümayəndələri finala
çıxıblar. Finala
birbaşa vəsiqə
ev sahibi
kimi Azərbaycana və böyük beşlik ölkələri
olan Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniyaya verilib. Finala vəsiqə qazanan bütün iştirakçılar
finalda çıxış
etməkdən qürur
duyduqlarını bildiriblər.
Mayın
26-da «Baku Crystal Hall»da keçiriləcək
finala vəsiqə qazanmış 26 ölkənin
çıxış ardıcıllığı
isə belədir: Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya,
Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç,
Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna, Moldova.
Qeyd edək
ki, ölkəmizi müsabiqədə Səbinə
Babayeva “When the Music Dies” mahnısı
ilə təmsil edəcək. Təmsilçimiz səhnəyə 13 nömrə altında çıxacaq.
Azərbaycanın yenə də
müsabiqənin favoriti
olmasını söyləyənlər
isə saysız-hesabsızdır.
Bu gün gecə
möhtəşəm müsabiqənin
final həyəcanı sona
yetəcək. Təkcə qalib ölkənin
təmsilçisi deyil,
müsabiqənin bütün
iştirakçıları, eləcə də qonaqlar Azərbaycandan ən xoş təəssüratlarla ayrılacaqlar.
“Öz məşəlini
alovlandır” şüarı
ilə möhtəşəm
müsabiqəyə layiqincə
ev sahibliyi
edən ölkəmizdən
qəlblərinə bəxş
edilən əbədi
odla gedəcəklər.
Gedəcəklər ki,
bir də Odlar Yurduna qayıtsınlar!
Təranə Məhərrəmova
Kaspi.-2012.-26-28 may.-S.12.