Beləliklə ... 

 

Bəli, beləliklə, biz bu xoşbəxt yaşamımızda mühüm iki gün də yaşadıq. 5-6 noyabr. Azərbaycan teatr tarixində mühüm hadisə kimi yadda qalacaq: II Beynəlxalq Teatr Konfransı...

Beləliklə, Azərbaycan Respublikasının Prezdentinin Sərəncamından irəli gələn bu konfrans Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi mühüm işlərdən biri kimi təstiqini tapdı.

Beləliklə, nə baş verdi?...

Çox hazırlıqdan sonra konfrans işinə başladı. Rəsmi açılışdan sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Dünən, bu gün, sabah” Azərbaycan milli teatr sənətinin elektron bazasının təqdimatı oldu. Təqdimatdan sonra müxtəlif ölkələri təmsil edən qonaqlar öz mühüm çıxışlarını edərək, konfransın işinə qoşuldular.

Beləliklə, konfransın bu quru hissəsi (çıxışları nəzərdə tuturam) mənə heç bir şey təqdim və təbliğ etmədiyi üçün günün sonunu səbirsizliklə sizin diqqətinizə çatdırmaq istəyirəm.

Beləliklə, Qadın intizarı...

Monotamaşa. Bir qadının hekayəsi. Mən görməsəydim, inanmazdım ki, başqa bir kəsin hekayəsi mənim üçün bu dərəcə də maraqlı ola bilər.

Mən bu tamaşadan çox mühüm faktları diqqətinizə çatdırmaq istəyirəm. Ancaq qəribədir ki, yaza bilmirəm. Qadının səhnədə yaşamını, hisslərini sizə o səviyyədə çatdıra bilməyib, vicdan əzabı çəkmək istəmirəm.

Bu səhnə oyunu Rus Dram Teatrının səhnəsində böyük istedada malik aktrisa Tembi Mtşalinin ifasında gerçəkləşib, tamaşaçılara təqdim olundu. TamaşaFarber Foundry production” sənət qurumunun istehsalıdır.

Qısa olaraq qurumun mahiyyəti haqqında. “Farber Foundry”, “Farberin emalatxanası” 2004-cü ildə təşkil olunub. Yael Farber özü həm dramaturqdur, həm aktrisadır, həm rejissor. Bu xanımın emalatxanası, ilk növbədə, dramaturqlar üçün nəzərdə tutulmuşdu. Lakin emalatxana bir qurum olaraq bu gün özündə Yael Farberin Cənubi Afrika dünyanın digər sənətçilərilə birlikdə hazırladığı tamaşaları birləşdirir. “Farberin emalatxanasıMonreal (Kanada) ilə Yohannesburq (Cənubi Afrika) arasında bir sənət körpüsü rolunu oynayaraq sərhədlərəyoxdeyir. Yael Farberin tamaşaları elə tamaşalardır ki, onlar yer kürəsinin hər bir guşəsini dolaşıb. Post-aparteid dövründə Cənubi Afrikanın teatr həyatında onun çox uğurlu işləri sənət bilicilərinin prodüserlərin diqqətini özünə çəkir. Məhz bu məqamdaFarberin emalatxanasıbir qurum kimi təşkilatlanmaq imkanı qazanır. Yael Farberin tamaşaları ya şəxsi şahidlik yaşantılarının təcəssümüdür, ya klassikanın mövzü plastika qatında yeni həllidir. Lakin hər iki halda onun tamaşaları seyrçiyə şans verir ki, bu səhnə oyunları vasitəsilə Cənubi Afrikanın aparteiddən əvvəl sonrakı sosial-siyasi həyatının olaylarına nüfuz edə bilsin.

Qadın intizarıtamaşası Tembi Mtşalinin həyat faktlarına söykənən pyesinin səhnə təcəssümüdür. Dramaturq rejissor Yael Farber burada da öz düşüncə üslubuna sadiq qalıb şəxsi şahidlik yaşantılarını səhnə dilinə uyğunlaşdırıb.

Tamaşa bir həyat sərgüzəştinə əsaslanır, dəhşətli hadisələrdən boy atıb böyüyür bir Zulus qızının tarixçəsini danışır: bu qız hələ uşaqlıqdan valideynlərindən ayrı düşüb, müxtəlif səbəblər ucbatından hər gecə qorxa-qorxa da olsa, qəsəbəyə reydlər eləyib 1976-cı ildə Souyetoda uşaqların ölüm düşərgəsində olub ... bu qaniçən rejimdən, ehtimal etmək olar ki, qaçıb...

Beləliklə, ağır günlərin, pulsuzluğun, kasıblığın, bir parça çörəyin acısını yaşayan qadının hər addımın da bədbəxtliyin bir nişanəsi var. Akrisa (Tembi Mtşali) bu prosesi matəm kimi deyil, sevgi ilə yaşayır. Tamaşa müddətində uşaqlıq dövründən başlanan həyat hadisəsi onun özünün analıq dönəminə qədər maraqlı gerçəkliyi əhatə edir. Cənubi Afrikanın ümumi görüntüsünü bir qadının həyatında, bir günlük işində xırdalıqlarına qədər həssas görükdürən rejissor əsərin mahiyyətini dəqiq seyrçiyə çatdırır. Zəif məxluq kimi dəyərləndirilən qadın övladını təmin etmək üçün hər əzabı göz önünə alır. Alçalır, əyilir, əzilir, buna baxmayaraq analıq hissi Qadının varlığında hər bir zaman yüksək pillədə cəsarətlə dayanır.

Mən bu tamaşaya baxdıqca, çox bəsit bir fikri anladım. Dünyanın bütün anaları eynidir. Analar milliyətindən, mənsubiyyətindən, dilindən asılı olmayaraq fərqlənmirlər. Lakin tərəddüd etdim... Daha doğrusu, bəlkə bütün qadınlar eynidirlər. Yerə-görə sığmayan sevgiləri, heç kəsə bənzəməyən nuru, qarşılarında heç bir qüvvənin dayana bilməyəcəyi cəsarətləri ilə.

Qadın intizarıtamaşası bir qızın kədərli yaşantılarından danışsa da, Cənubi Afrikaya olan sevgiylə dolu idi. Tamaşa boyu Afrika folklorundan, rəqs nəğmələrindən yararlanan yaradıcı heyətin vasitəsilə biz Rus Dram Teatrının səhnəsindən Cənubi Afrikaya səyahət etdik. İçimizdə sevgi və minnətdarlıq hissi ilə.

Beləliklə, konfransın ikinci günü. Seminarlar, çıxışlar, müzakirələr və...

Tamaşa: “Vağzal heç yerə getmir”.

Əslində səhnə tərtibatında vağzal işarələnibsə, demək orada miskin, yazıq bir insanın həyat tarixçəsi var. Demək orada bizə bir ya iki aktyorun vasitəsilə cəmiyyətdən ayrılmış, qopmuş, bəlkə qoparılmış bəndələrin vağzala qədər sürüklənmiş kədərli yaşam hekayəti var.

Əgər dayanacaq tərk edilmirsə, demək, ora heç dayanacaq deyil, bəlkə ... Nədir? Sığınacaqdır, tənhalıqdır. Dəmir yolunun köhnə, miskin bir dayanacağı. Bu dayanacağa gələnlər daha heç yerə gedə bilmirlər, eləcə oraya bağlanıb qalırlar. Lap yaxından isə qatarlar sanki miskin stansiyanı fitə basıb əlçatmaz arzular kimi, ilğım kimi uzaqlardaəriyirlər”. Bu stansiya xəyal dayanacağıdır: xəyallarda hara desən getmək mümkündür, kiminlə istəsən rəqs etmək mümkündür. Gerçəklikdə isə qadağalar imkansızlıqlar.

Bu pyes janr etibarilə absurddur ekzistensional Avropa dramının ən yaxşı nümunələri üslubunda yazılıb. Bir gün bu miskin dayanacağa elə dayanacağın özü qədər miskin kasıb, zavallı tənha iki sərnişin gəlir. onlar bir-birinə nağıl kimi ümid qanadlarında qatarlardan, qatarla gəzintidən, işıqlı dayanacaqlardan, dayanacaqlardakı adamlardan danışırlar: danışırlar təsəvvürlərini romantik bir ovqata kökləyirdilər. Gerçəklikdə isə bu miskin dayancaqdan heç bir tərəfə yol yoxdur. Sən demə, bu miskin dayanacaq, əslində, kimsəsiz tənhaların, yurdsuz-yuvasız insanların bir sığınacağıdır... Əlini həyatdan üzmüş zavallılar üçün acı bir yalandır...

Vağzal heç yerə getmirtamaşası fransız ekzistensionalizminə bir reveransdır. Təsadüfi deyil ki, tamaşanın partiturasında tanınmış fransız bəstəkarı Yan TyöseninAmelikinofilminə yazdığı saundtrek bir refren kimi səsləndirilir. Työsenin musiqisi bu tamaşada sanki sosial təminatdan məhrum, özünə yer tapa bilməyən, vağzallarda, dayanacaqlarda gecələyən miskin zavallıların himninə bəlkə özünəməxsus lirikMarselyeza”sına çevrilir. Työsenin musiqisi şanson ənənələrinə söykəndiyi üçün tamaşaya səmimiyyət, sərbəstlik, küçə romantikası gətirir. Tamaşacanlı teatrestetikasının prinsiplərində bir ərəb coşqusu ilə oynanılır. ...

Beləliklə, bu tamaşadan mənalı bir fikir almadan, vağzaldan boşluğa yuvarlanıb, Gənc Tamaşaçılar Teatrının tamaşa zalından çıxaraq foyesi vasitəsilə yenidən qayıdıram konfransa...

Yəqin ki, çox sadə bəsit bir sual var: bu konfransın Azərbaycan teatr düşüncəsində reallığında əhəmiyyəti nədir?

Yəqin ki, bu suala sadə bəsit bir cavab da var: böyük vəsaitlər zəhmətlər hesabına başa gələn konfransda danışdılar, biz eşitdik. Lakin biz sadəcə eşitmək istəmirik, həm danışmaq istəyirik. Dünyaya, xalqlara, içimizdən kənara olan hər bir nöqtəyə... İnanıram ki, bizi eşitmək istəyənlərin sayı az deyildir...

 

 

Aygün Süleymanova,

teatrşünas

 

Kaspi.-2012.-17-19 noyabr.-S.9-11.