İranlı kinematoqraflar
Azərbaycanda teleserial çəkir
“Aydın” və “Çaqqal nəfəsi”
adlı seriallarda tanınmış aktyorlarımız rol
alıb
Azərbaycanda
iki iri miqyaslı və peşəkar yaradıcı heyətin
iştirakı ilə teleserial çəkilir. Lent.az-ın məlumatına
görə, filmlərin hazılanması üçün
İranın məşhur kinematoqrafçıları – Babək
Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana
dəvət olunub. “Aydın” və “Çaqqal nəfəsi”
adlı çoxseriyalı filmlər çəkilişləri
tamamlandıqdan sonra yerli telekanalların birində
nümayiş olunacaq.
Serialları
çəkən “Kaspi Global” istehsalçı şirkətinin
rəhbəri Şamxal Həsənlinin Lent.az-a verdiyi məlumata
görə, “Aydın” filmi Cəfər Cabbarlının məşhur
“Aydın” əsərinin motivləri əsasında
hazırlanır. Filmin ssenarisi üzərində Nərgiz
Bağırzadə çalışır. Hazırda filmin
aktyor heyətinin seçimləri gedir.
Şirkət
rəhbəri onu da əlavə edib ki, “Çaqqal nəfəsi”
adlı ikinci serialda əməkdar artist Qurban İsmayılov,
Gülzar Qurbanova, Rasim Cəfərov və digər
tanınmış aktyorlar rol alıb. Ekran əsərində
tanınmış teleaparıcı Səxavət Nur da
debütünü edib. Kriminal melodram janrında olan serialin əsas
ana xətti bir neçə paralel süjet üzərində
qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi
bir qətl törətdiyi üçün həbsxanaya
düşmüş Nərgiz adlı gənc qadının (33-35
yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər
və keçmişdə biznes fəaliyyətiylə məşğul
olub, lakin kimlərsə tərəfindən şərlənib
həbsxanaya saldırılan Gülarə adlı yaşlı
qadının öz günasızlığını
sübut etmək yolunda apardığı mübarizəsi yer
alıb.
Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı
bəstəkar Hamid Sabet yazıb.
Qeyd edək ki, iranlı
kinematoqrafçılar Azərbaycan
tamaşaçısına sentyabr ayında “Nizami” kinoteatrında nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli
filmindən tanışdır.
Sözügedən film “Azərbaycanfilm”
kinostudiyası və
“Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan “Su başında durmuşuq, çinarla mən” filmi Qarabağ müharibəsi nəticəsində
yurd-yuvasından məcburi
köçkün düşmüş
insanların taleyindən
bəhs edir. Ekran əsəri on il bundan əvvəl
çəkilmiş “Sıfır
saatının qatarı”
sənədli filminin davamı kimi lentə alınıb.
Sənədli kino hekayətinin
ssenari müəllifi və rejissoru iranlı kino ustası Babək Şirinsifət, montaj edəni Mehdi Pərizad, Babək Şirinsifət, operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs
operatoru Qafur Şirinsifətdir.
Kaspi.-2012.-22 noyabr.-S.15.