“START” film festivalı başladı 

 

26 noyabrda Nizami Kino Mərkəzində VIII “START” Gənclərin Beynəlxalq Film Festivalının mətbuat konfransı keçirildi. Bildirildi ki, festival 28-30 noyabr tarixlərində Bakıda Gənclər İdman Nazirliyi, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Film festivalı istedadlı yaradıcı gənclərin II Respublika toplantısı çərçivəsində həyata keçirilir.

Hər il mütəmadi olaraq gerçəkləşən festivalda bu il Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukraniya, Serbiya, İslandiya, Qazaxıstan s. ölkələrin gənc rejissorları iştirak edəcək. Festivala 20 ölkədən 250-dən çox film göndərilib. Müsabiqə proqramına animasiya, bədii sənədli film növlərini əhatə edən 87 film daxil edilib. Müsabiqəyə təqdim olunan yerli əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat almış kinematoqrafçılar kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bu münasibətlə festivalın direktoru Fehruz Şamıyev mətbuat işçilərini festival barədə bilgiləndirdi. Konfransda onunla bərabər, kinorejissor Elxan Cəfərov, İlqar Safat ekspert jurnalist, publisist İlhamiyyə Rza mətbuat işçilərinin suallarını cavablandırdı.

Fehruz Şamıyev ötən illərə nisbətən bu ilki festivalın yalnız tələbə film festivalı olmayacağını, 35 yaşa qədər olan gənclərin filmlərinin müsabiqəsi olduğunu qeyd etdi: ”Qafqazın ən böyük qısametrajlı film yarışması olan “Start” film festivalı bu il 2 proqram əsasında həyata keçirilir. FestivaldaYerliBeynəlxalqmüsabiqə proqramı olduğundan, jüri üzvləri bu proqrama əsasən seçilib: “Düşünürəm ki, bu müsabiqənin özü həm festivala olan diqqəti, həm kinematoqrafçıların bu sahəyə olan marağını artıracaq”.

İlhamiyyə Rza bu festivalda iştirak etdiyi üçün məmnun olduğunu bildirdi: ”1991-ci ildə gənclərimizin kino günü keçirilirdi. Mən həmin günlər üçün film hazırlamışdım. O zaman belə festivalların keçirilməsi çox nadir hallarda baş verirdi. Ancaq indi yaxşı ki, gənclərin özünü göstərməsi üçün belə festivallar təşkil olunur. Belə festivallarda gənclərin özünü realizə etmək imkanı yaranır. Ümid edirəm ki, sondakı nəticələr bizim hamımızın gözləntilərimizlə üst-üstə düşəcək”.

Elxan Cəfərov belə festivallar sayəsində gənclərimizin bu sahəyə marağının artmasının müşahidə olunacağını qeyd etdi: ”Belə festivalın keçirilməsi gənc rejissorlarımızın özlərini inkişaf etdirməsi üçün çox önəmlidir”.

Qeyd edək ki, münsiflər heyətinin üzvləri sənətdə öz sözlərini demiş 5 yaradıcı xanımdan ibarətdir: Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova, iranlı rejissor Təhminə Milani, İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberq.

F.Şamiyev münsiflər heyətinin qadınlardan ibarət olduğuna aydınlıq gətirdi: “VIII “START” film festivalı Qəmər Almaszadəyə ithaf olunub. O, Şərqin ilk qadın kino rejissoru kimi tarixə düşüb”.

Festivalda müəlliflərin ekran əsərləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film-Qran Pri” uğrunda yarışacaq.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2012.-27 noyabr.-S.16.