Həsən bəy Zərdabi ilə
bağlı yeni sənədlər
tapıldı
O, «Oğuz-Qəbələ-Bakı»
su kəmərinin marşrutunu
hələ 1899-cu ildə müəyyənləşdirmişdi
Moskva
Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət
şöbəsini elmlər namizədi alimlik dərəcəsi
ilə bitirən, çoxsahəli və çoxşaxəli
elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi harada,
hansı sahədə işləməsindən asılı
olmayaraq doğma Azərbaycanın inkişafı, tərəqqisi
yolunda müstəsna xidmətlər göstərmişdir. O,
su problemləri ilə bağlı Azərbaycanda
qarşıya çıxan bir çox qlobal məsələlərin
elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə
xalqına öz dəyərli ideya, təklif və tövsiyələrini
vermiş, Bakı Şəhər Dumasında real təkliflərlə
çıxış etmiş, bu sahədə əsərlər,
elmi məqalələr yazmış və onların mətbuat
səhifələrində dərc olunmasına nail olmuşdur.
Həsən
bəy Zərdabinin elmi irsinə, ictimai-siyasi fəaliyyətinə
nəzər yetirdikdə onun Azərbaycanın inkişafı,
tərəqqisi, kənd və şəhər sakinlərinin
yaşayış, mədəni-məişət, sosial şəraitinin
yaxşılaşdırılması sahəsindəki fədakarlığı,
tarixi xidmətləri gözümüz qarşısında
canlı bir xatirə kimi görünür. Zərdabi Bakı
Şəhər Dumasının üzvü olaraq fəaliyyət
göstərdiyi dövrdə həmişə mürtəce
qüvvələrlə üz-üzə gəlmişdir.
Burada müxtəlif sahələr üzrə komissiya sədri
və komissiya üzvü kimi çalışan Həsən
bəy zəhmətkeş xalqın mənafeyinin müdafiəçisi
və onun hərtərəfli inkişaf etməsinin
carçısı olmuşdur.
Həsən bəy Zərdabini maraqlandıran ən qlobal məsələlərdən biri Azərbaycanın su problemi olmuşdur. O bu məsələyə mühüm dövlət işi olaraq çox ciddi fikir vermişdir. Onun su məsələləri ilə bağlı «Torpaq, su və hava» əsərini, «Əkinçi» və «Kaspi» qəzetlərində dərc olunan bir sıra məqalələrini, o cümlədən «Íóæäà â âîäå â Âîñòî÷íîì Çàêàâêàçüå» («Êàñïèé» (¹114), 2 èþíÿ 1899 ã. (116), 4 èþíÿ 1899 ã.), «Áåçâîäüå» («Êàñïèé» (135), 27 èþíÿ 1899 ã.), «Ê ñåëüñêîõîçÿéñòâåííîìó êðèçèñó» («Êàñïèé» (¹ 210), 30 ñåíòÿáðÿ 1899 ã.), «Àðòåçèàíñêèå êîëîäöû» («Êàñïèé» ¹60 1900 ã.), «Ïî ïîâîäó âîäâîðåíèÿ ïåðåñåëåíöåâ íà Ìóãàíëû» («Êàñïèé» (¹276), 22 äåêàáðÿ 1899 ã.), «Âîäíîå äåëî â ãîðîäå Áàêó» («Êàñïèé» (¹147, 149, 150), 1900), «Ê âîäíîé ýïîïåå» («Êàñïèé» (¹70), 28 ìàðòà 1901 ã.), «Ê ðàçâÿçêå âîäíîé ýïîïåå» («Êàñïèé» (¹102), 1901), «Ê âîïðîñó îá óñòðîéñòâå ãîð. Øåìàõa» («Êàñïèé» (¹77), 5 àïðåëÿ 1902 ã.), «Ê âîäíîé ýïîïåå» («Êàñïèé» (¹100), 8 ìàÿ 1902 ã.), «Ê âîïðîñó î ïîëèâêå óëèö è ðàçâåäåíèå ñàäîâ â ãîð. Áàêó» («Êàñïèé» (¹161), 26 èþëÿ; (¹162), 27 èþëÿ 1902 ã.), «Ê íóæäàì Bîñòî÷íîãî Çàêàâêàçüÿ» («Êàñïèé» (¹15), 1903 ã.), «Ãîðîäñêèå äåëà» («Êàñïèé» (¹41,44,48),1903 ã.), «Îá omñòàëîñòè Âîñòî÷íîãî Çàêàâêàçüÿ», «Åù¸ îá omñòàëîñòè Âîñòî÷íîãî Çàêàâêàçüÿ» və digər məqalələrini oxuduqca fikirləşirsən ki, fitri istedad, dərin elmi bilik sahibi olan Həsən bəy nə qədər vətənini, xalqını sevən, onların təsərrüfat dərd-sərlərinin, sağlamlıqlarının qayğısına qalan olmuş, xalqının tərəqqi etməsi yolunda yorulmaq bilmədən bu sahədə aparılan işlərə kortəbii qaydada səsləndirilən təkliflərə qarşı tənqidi çıxışları (eyni zamanda Bakı Şəhər Dumasının iclaslarında), elmi-təcrübi tövsiyələri, dəyərli təklifləri ilə xalqı üçün tarixdə misli görünməmiş izlər qoymuşdur.
Bu
yolda həmişə acı sözlərə, təhqirlərə
məruz qalan və məhkəmə məsuliyyətinə cəlb
edilən, hədə-qorxu altına alınan Həsən bəy
bütün bunlara məhəl qoymadan Dumanın iclaslarında
Azərbaycanın su təchizatı ilə bağlı
çox mühüm aspektlərə toxunur, onun həyata
keçirilməsi məqsədilə inadkarlıq göstərir.
Çıxışlarında
həmişə suvarma suyu və içməli su məsələləri
ilə bağlı elmi, nəzəri, hüquqi və təcrübi
işlərin ədalətli surətdə həyata
keçirilməsi barədə dedikləri Dumanın
protokollarında öz əksini tapmışdır.
O,
eyni zamanda elmi əsərlərində təbii-təsərrüfat
sahələrinin suvarılması, susuzluqdan cadar-cadar olan
torpaqların suya olan tələbatının aradan
qaldırılması məqsədilə suvarma
kanallarının çəkilməsinin vacibliyini, su
ehtiyatlarından istifadə olunması yollarını göstərmişdir.
Bununla yanaşı kənd əhalisinin, o cümlədən
Bakı şəhərinin içməli suya olan tələbatının
təmin olunması üçün texniki şərtlərə,
normalara əməl olunmasının zəruri olduğunu
bildirmişdir.
Həsən
bəyin yuxarıda qeyd olunan məsələlərlə
bağlı Bakı Şəhər Dumasının
iclaslarında haqq səsini çar hökumətinin məmurları
daima boğmağa çalışmış, onu fikrindən
daşındırmaq istəmişlər. Dumanın
iclaslarında onun iştirakı ilə baxılan, müzakirə
olunan məsələlərlə bağlı, Bakı Şəhər
Dumasının üzvü olan Zərdabiyə iclas
keçirildikdən sonra rəsmi məktublarla müraciət
olunaraq, qaldırdığı, tələb etdiyi, müdafiə
etdiyi məsələlərdə
günahlandırılmış, Dumanın tərkibindən
üzr istəməsi tələb olunmuş, əks təqdirdə
məhkəmə məsuliyyətinə cəlb
olunacağı ilə ona hədə-qorxu gəlinmişdir.
Bu
millət fədaisi isə heç bir vaxt mübarizəsindən,
inadından dönməmiş, ömrünün sonunadək
alovlu çıxışları ilə, elmi əsaslarla,
praktiki dəlillərlə onları narahat bir vəziyyətə
salmışdır.
Azərbaycan
Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivində Həsən bəy Zərdabi
irsi ilə bağlı araşdırmalar apararkən ona
ünvanlanan belə məktublardan bir neçəsi ilə
oxucularımızı tanış etmək yerinə
düşərdi. Nümunə üçün 29 sentyabr
1900-cü il tarixli 8428 nömrəli və 9 avqust 1901-ci il
tarixli məktubları diqqətə çatdırırıq
(F. ¹ 653. s.1. iş 2).
Tarixi
bir fakt olaraq qeyd etmək lazımdır ki, Həsən bəy
Zərdabinin Bakı Şəhər Dumasında komissiya
üzvü kimi fəaliyyəti dövründə mürtəce
qüvvələrin təsiri ilə Zuqulbanın çirkli su
mənbələrindən Bakı şəhər əhalisinə
içməli su adı ilə çəkilişi
planlaşdırılan kəmərin tikintisinə millət fədaisi
qəti etiraz səsini ucaltmış və həmin məsələnin
reallaşmasına imkan verməmişdir.
Həsən
bəy Zərdabi «Vodnoe delo v qorode Baku» («Kaspiy» (¹147, 149, 150),
1900) adlı məqaləsində və bu kimi digər məqalələrində,
eyni zamanda Bakı Şəhər Dumasının
iclaslarında Azərbaycanın, o cümlədən Bakı
şəhərinin su təchizatı məsələləri
ilə bağlı çox ciddi aspektlərə toxunur, onun həyata
keçirilməsi yolunda əlindən gələni edirdi.
Millət
fədaisi Həsən bəyin səsləndirdiyi ideyalar bu
gün müstəqil Azərbaycan Respublikasında öz
müsbət səmərəsini verməkdədir. Bunun əyani
sübutu olaraq əsrin ən qlobal layihələrindən biri
olan «Oğuz-Qəbələ-Bakı» su kəmərinin paytaxt
Bakı şəhərini içməli su ilə təmin etməsi
faktını göstərmək olar.
Hesab
edirəm ki, Azərbaycanın su problemləri ilə
bağlı Həsən bəyin göstərmiş olduğu
gərgin əməyini, misilsiz xidmətlərini qiymətləndirmək,
onun xatirəsini əbədiləşdirmək
üçün ölkədə tikintisi başa
çatdırılan nəhəng sosial obyektlərdən
birinə Zərdabinin adının verilməsi təqdirəlayiq
hal olardı.
Həsən
bəy Kür çayı boyunca yerləşən kəndlərdə
əhalinin su təchizatının
yaxşılaşdırılması üçün sahillərdə
sutoplayıcı dambalar tikilməsini, hovuzlar
yaradılmasını, kəhriz və artezian quyuların
qazılmasını məsləhət bilmişdir.
Zərdabi
«Şərqi Zaqafqaziyada suya ehtiyac» adlı məqaləsində,
kanallar çəkməklə Kür düzənliyinin təbiətini
dəyişdirməyin tamamilə mümkün olduğunu qeyd
etmişdir. O, ilk dəfə olaraq Mingəçevir
kanalının çəkilməsi zərurətini və
onun başlanğıc yerini müəyyən etmişdir. Bu
kanalların çəkilməsinin böyük əhəmiyyət
kəsb etməsini, ölkənin təbiətini dəyişdirəcək
rolunu və bunun nəticələrini göstərən Həsən
bəy Zərdabi yazırdı: «Belə suvarma
kanallarının çəkilməsi Kür vadisinin
fizionomiyasını dərhal dəyişdirər, indi zəhərli
ilanlar məskən salmış olan və vəhşi ceyran
sürülərinin sürətli ayaqları ilə
qaçışdığı, köçərilərin
qazmaları ətrafında özlərinə kölgəlik
tapdığı, yayda dağlara uzaqlaşdığı yerlərdə
çöllər yaşıllaşar, bağlar laləzar
olar, indiki köçəri həyat sürülən yerlərdə
əmək həyatı qaynamağa başlar, günün
gündüz çağı təhlükə əmələ
gətirən və xalqı soyub talayan quldur dəstələrindən
bir əsər qalmaz”.
Həsən
bəy insanın təbiəti dəyişdirmə qabiliyyətinə
böyük inamla yanaşır: “Nə vaxta qədər
Kür bizə ana deyil, acıqlı ögey ana olacaqdır? Onu
cilovlamaq, özümüzə tabe etmək, öz istədiyimiz
vaxtda əkinlərimizi suvarmağa və gübrələməyə
məcbur etmək vaxtı çatmamışdırmı?”
(“Kaspi” qəzeti, 1899, ¹ 114).
Zərdabi
vətəninin bütün təbii imkanlarını nəzərdən
keçirir və onlardan istifadə etmək yolları
haqqında düşünürdü: “Acıqlı Araz əsrlər
boyu gözləyir ki, nə vaxt onun sahilində yaşayan fərasətsiz
adamlar onun sularını ona yapışıq olan Muğan
çölünə çəkib oranı suvaracaq və
yaşamaq üçün əlverişli edəcəkdir”
(“Kaspi” qəzeti, 1889, ¹ 210).
Zərdabi
“Kaspi” qəzetində hələ 1899-cu ildə
yazdığı məqalədə gələcəyin Mingəçevir
hövzəsinin ideyasını vermişdir: “Bu cür suvarma
kanallarının başlanğıcı keçmiş Mingəçevir
poçt stansiyasına yaxın dağlar ola bilər. O, zərurət
tələb etdiyi qədər sahildən çəkib düzənliklərə,
çölə və beləliklə, məcraya qədər
çata bilər. Əlbəttə, müxtəlif topoqrafik
xüsusiyyətlər kanalların həm
başlanğıcını, həm də istiqamətini dəyişdirə
bilər, ola bilsin ki, kanal əvəzinə bir neçəsi
tələb edildi, bunlardan hər birinin özünün
xüsusi başlanğıcı, xüsusi rayonu olsun. Bir
sözlə, Kür çayı sahili boyu, Bakı, Yelizavetpol
quberniyalarında uzunluğu 500 verst olan ümumi suvarma sistemi
meydana çıxa bilər” (“Kaspi” qəzeti, 1899, ¹114).
Zərdabi
elə bil ki, keçmiş Sovet hakimiyyəti illərində
yaradılmış Mingəçevir “dənizini”, ondan
çəkilən kanalları, bu kanalların
suvardığı tarlaları özü əvvəlcədən
görə bilmişdi. Onun nəcib arzuları ancaq yarım əsrdən
sonra çiçəklənməyə başladı.
Həsən
bəy Zərdabi yazır ki, meşələr su mənbəyi
olub, bulaq və çay sularını çoxaldır, səthi
su axımını azaldaraq eroziyanın
qarşısını alır. O, “Bakı quberniyasının
Quba qəzasında meşələrin suqoruyucu əhəmiyyəti
haqqında” adlı məqaləsində göstərir ki, Quba
qəzasındakı 12 çaydan 5-i
başlanğıcını dağ çəmən, 7-si isə
dağ meşə qurşağından götürür.
Dağ-çəmən zonasındakı çayların əsas
yatağının uzunluğu 131 verstdir, onların ümumi
uzunluğu 515 verstə çatan 94 qolu vardır. Bunlardan fərqli
olaraq, dağ-meşə zonasında ümumi uzunluğu 133
verstə çatan 7 çayın 24 qolu vardır ki, bu
qolların da ümumi uzunluğu 129 verstdir. Çay şəbəkəsi
sıxlığından fərqli olaraq çəmən
zonasında 19 bulaq olduğu halda, meşə zonasında 58
bulaq vardır. Deməli, meşə zonasında çəmən
zonasına nisbətən çayların ümumi uzunluğu
384 verst və 2.5 dəfə az, bulaqların sayı isə 49
bulaq və ya 3.6 dəfə çoxdur.
Göründüyü
kimi, Zərdabi çayların, bulaqların yerini və məsafələrini
(uzunluğunu) göstərməklə, onların
uçotu-inventarizasiyasını aparan, bunların coğrafi
yerləşmə səbəbini elmi əsaslarla çox
düzgün izah edən yerşünas-yerquruluşçusu
olmuşdur.
Həsən
bəy Zərdabi 1899-cu ildə “Kaspi” qəzetində,
“Zaqafqaziya bozqırlarının meşələşdirilməsi”
mövzusunda dərc etdirdiyi məqaləsində
yazırdı: “Təəssüf ki, bizim vilayətin tarixi,
xüsusən onun topoqrafiyası naməlum qaranlıqlarla
örtülüdür və ona görə qədimdə
meşələrimiz barəsində ətraflı
danışmağa mümkünatımız yoxdur. Lakin
Muğan, Mil, Kür, Şirvan və Şirvan-Kür
bozqırlarında köhnə suvarma kanalları, qədim
şəhər və kəndlərin qalıqları, eləcə
də Mil düzünün bəzi yerlərində indiyədək
qalmış bir sıra ağaclar onu göstərir ki, burada həyat
vaxtı ilə bulaq kimi qaynayırdı, ucaboy ağaclar
bitirdi”.
Həsən
bəy Zərdabinin sözügedən məqaləsinə diqqət
yetirdikdə görürük ki, susuzluqdan əsrlər boyu əziyyət
çəkən Azərbaycanın düzən zonalarında
da o, yerquruluşu mütəxəssisi, təbiətşünas,
torpaqşünas bir alim olaraq dərin tədqiqat,
uçot-inventarizasiya işləri ilə məşğul
olmuş və özünəməxsus mütəxəssislik
səriştəsi ilə Mil, Muğan, Şirvan
düzünün qədim keçmişdə meşə ilə
örtülü olmasını geoloji dəlillərlə
sübut etməyə çalışmışdır.
Həsən
bəy Zərdabinin Azərbaycanda suvarma kanallarının
çəkilməsi, içməli su mənbəyinin
yaradılması zərurəti ilə bağlı 130-140 il
bundan öncə verdiyi ideyalar, elmi təkliflər və
tövsiyələr bu gün müstəqil Azərbaycan
Respublikasında uğurla həyata keçirilməkdədir.
Azərbaycan
Respublikası Prezidentinin «Azərbaycan Respublikasında su təchizatı
sahəsində idarəetmənin təkmilləşdirilməsi
haqqında» 11 iyun 2004-cü il tarixli Sərəncamı
dövlət başçısının bu sahəyə olan
böyük qayğı və diqqətinin təzahürü
olaraq islahatların aparılması və idarəetmə
strukturunun təkmilləşdirilməsi istiqamətində həyata
keçirilən işlərin daha da sürətləndirilməsinə
geniş şərait yaratmışdır.
Həmin
Sərəncama müvafiq olaraq su təchizatı sisteminin
yaxşılaşdırılması istiqamətində
aparılan islahatlar və təkmilləşdirmələr
çərçivəsində Abşeron Regional Səhmdar Su
Cəmiyyəti «Azərsu» Səhmdar Cəmiyyətinə
çevrilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin
«Bakıkanalizasiya» İstehsalat Birliyinin və Dövlət
Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş «Azərsukanaltəmir»
və «Azərkəndsutəchizat» İstehsalat Birliklərinin
respublikanın şəhər və rayonlarındakı
müəssisə və təşkilatları onun tabeliyinə
verilmişdir.
Azərbaycan
Respublikasında müvafiq olaraq yuxarıda qeyd olunan idarə,
müəssisə və təşkilatlarla yanaşı Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti, onun tabeçiliyində olan Azərbaycan Elmi-Tədqiqat
Su Problemləri İnstitutu tərəfindən müasir
ekoloji problemlər olaraq hazırda su ehtiyatlarından kompleks
şəkildə səmərəli surətdə istifadə
olunması sahəsində işlər uğurla həyata
keçirilir.
Bütün
bu nailiyyətlər millət fədaisi Həsən bəy Zərdabinin
qabaqcadan görmüş olduğu arzuların çiçək
açması, ruhunun şad olması deməkdir.
Ruhun
şad olsun, ey millətinin mənəvi atası dahi Həsən
bəy!
Eldəniz Həsənov
Kaspi.-2012.-28 noyabr.-S.12.