“START”a
start verildi
Bakıda sayca 8-ci dəfə
keçirilən Beynəlxalq
film festivalı başladı
Hər il mütəmadi
olaraq keçirilən
Gənclərin “START” Beynəlxaq
Film Festivalı özünün
8-ci ömrünü yaşayır.
Belə ki, noyabrın 28-də Nizami Kino Mərkəzində
bu ilki yarışma
açıq elan olundu. Festivalın əsas məqsədi
beynəlxalq ölkələr
arasında gənclərin
rejissorluq baxımından
özlərini sınaması
və özlərinə
inam qazanmalarıdır.
Hər dəfə maraqlı filmlər təqdim olunan bu festivalda
elə bizim yerli gənc rejissorlarımızın da
filmləri təqdim olunur və onlar əcnəbi filmlərdən heç də geri qalmır.
Festivalın aparıcısı Kamilə
Babayeva və səhnə arxasından səsi ilə tədbiri idarə edən Qurban Mənsimov tamaşaçıları
salamlayıb builki
festival barədə tamaşaçıları
bilgiləndirdi.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev festivalın ənənəvi
layihəyə çevrildiyini
vurğuladı: ”Festivalın keçirilməsi
istedadlı gənclərin
ikinci respublika toplantısına təsadüf
edir. Bu festival filmdə çalışan
gənclər arasında
böyük bir təcrübədir. Bir
neçə il öncə bu festivalda 3-4 əcnəbi film nümayiş
olunurdusa, indi 20-dən
çox xarici film nümayiş olunacaq. Bu özü də
bir irəliləyişdir.
İnanıram ki, 9-10-cu “START” film festivalında daha çox əcnəbi filmin nümayişi gerçəkləşəcəkdir. Azərbaycan gənclərinin böyük
yaradıcılıq potensialı
var. Dövlət qurumlarının
üzərinə düşən
əsas vəzifə isə həmin gənclərə lazımi
şəraiti yaratmaqdır”.
İranlı rejissor, ssenarist,
jüri qismində çıxış edən
Təhminə Milani Azərbaycanın öz vətəni olduğunu, burada belə festivalın keçirilməsini
yüksək qiymətləndirdiyini
bildirdi: ”Bu gün çox xoşbəxtəm. Çünki 8 yaşımda öz vətənimi, Azərbaycanı
tərk etmişəm.
İndi mən öz vətənimdəyəm, sevincimin
həddi-hüdudu yoxdur.
Vətən həsrəti ilə yaşayan bir insanın doğma vətəninə jüri
kimi gəlməsi necə bir
hissdirsə, indi mən o
hissləri yaşayıram. İnanıram ki,
festivalın sonunda ədalətli seçim edəcəyik və layiqli
namizəd qalib olacaq”.
Kamilə
Babayeva festivalda Şəfiqə Məmmədovanı
tamaşaçılara təqdim edərkən onu da qeyd etdi
ki, o öz obrazlarında Şəfiqə xanımın jestlərindən
istifadə etməyə çalışıb, baxmayaraq ki,
tamaşaçılar bunu hələ də hiss etməyib.
Azərbaycanın
xalq artisti Şəfiqə Məmmədova festivalın Qəmər
Salamzadəyə ithaf edilməsi və bu münasibətlə
də jüri heyətinin qadınlardan təşkil
olunması barədə danışdı: ”Artıq bir
neçə gündür ki, mən bu gənclərin içərisində
özümü gənc kimi hiss edirəm. İndi mənim tələbələrim
xalq artisti, əməkdar artistdirlər və mən bununla fəxr
edirəm. İndi gənclərə böyük meydan
açılıb, bütün bu festivallar onların özlərini
realizə etmələri üçündür. Sonda ədalətli
nəticələrin olmasına da heç kəsin
şübhəsi olmasın. Onların əziyyətini
yüksək qiymətləndirirəm. Ən böyük arzum
isə filmlərimizin dünyada nümayiş
olunmasıdır”.
Festivalın
rəsmi hissəsi bitdikdən sonra festival
iştirakçıları estrada ulduzlarımız
Çingiz Mustafayev və Elnarə Xəlilovanın
ifasında musiqilər dinlədilər. Sonda isə Xəyyam
Abdullayev və Elməddin Alıyevə məxsus olan “Ağ
qan” filmi tamaşaçılara təqdim olundu.
Qeyd
edək ki, 3 gün davam edəcək pulsuz kino günləri
Nizami Kino Mərkəzində öz seyrçilərini
gözləyir.
Xəyalə Rəis
Kaspi.-2012.-30 noyabr.-S.16.