Nicat
Kazımov: “Bizim tamaşalarımızda olan temperament
Avropa
tamaşalarında yoxdur”
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktyoru və rejissoru
Nicat Kazımovun Çexiyanın Pilsen şəhərində
keçirilən ”Fandime-Divadlu” XX Beynəlxalq
Teatr Festivalında münsif qismində iştirak edib. Nicat
Kazımovla bu tədbirlə bağlı müsahibə
götürməyə getsəm də söhbətimiz
geniş alındı:
Teatrın
fanatları
-
Çexiyanın Pilsen şəhərində keçirilən
”Fandime-Divadlu” XX Beynəlxalq Teatr Festivalında münsif
heyəti kimi çıxış etmisiniz. Festival barədə
təəssüratlarınız....
- May ayında mən Moldovada keçirilən
“Ejen İonesko” Bianelli Teatrı X Beynəlxalq Səhnə sənəti
Festivalına fəxri qonaq kimi dəvət almışdım.
Orada bəzi teatr biliciləri ilə
tanışlıqlar, münasibətlər meydana gəldi.
Festival ərəfəsində tanış
olduğum Çexiyalı teatrşünas Vakxa xanım məni
bu festivala dəvət etdi. O, uzun müddət Moskvada
Çexiya səfirliyində mədəniyyət üzrə
şöbə müdiri vəzifəsində
çalışıb. Festivalın adı ”Fandime-Divadlu”
adlanır, yəni mənası teatrın fanatları deməkdir.
XX Beynəlxalq Teatr Festivalında əsasən
Avropa ölkələri iştirak edirlər mən də
Mübariz müəllimlə məsləhələşib
Çexiyaya getdim. Onu da qeyd edim ki,
Çexiya teatr üzrə çox inkişaf etmiş bir
ölkədir, hətta bir neçə teatr jurnalı nəşr
olunur, dünya teatrları ilə sıx əlaqədədir.
Gedərkən elə
düşünürdüm ki, sadəcə olaraq qonaq kimi dəvət
olunmuşam, ancaq tamaşalar bitdikdən sonra mənə
müraciət etdilər ki, tamaşalara qiymət verim. Tamaşaların qiymətləndirilməsində isə
mən Bakıya qayıdıb gələndən sonra
balları yazıb göndərdim. Yaxın
günlərdə festivalın nəticələri festival
çərçivəsində dərc olunan jurnalda çap
olunacaq. Ballar əsasən 1-dən 5+a qədər
hesablanırdı, ən böyük bal 5+
idi. XX Beynəlxalq Teatr Festivalında Londonun,
Sankt-Peterburqun, Çexiyanın, İranın, Avstrayanın ən
yaxşı teatrşünasları iştirak edirdilər.
Müxtəlif səpkidə olan tamaşalar
potensial və bədii tərtibat baxımından da
seçilirdi. Gün ərzində
üç və ya dörd tamaşa nümayiş etdirilirdi.
Festivala tamaşa ilə getməmişdik, sadəcə
münsif qismində çıxış etdim. Ən əsası da bu idi ki, mən Avropada Gənc
Tamaşçılar Teatrını təmsil etmirdim, Azərbaycanı
təmsil edirdim, bu mənim üçün çox önəmlidir.
Ekzotik təsiri
- Siz
festivalda Avropa teatrlarının tamaşalarına
baxmısınız, necə düşünürsüz bizim
tamaşalarımız Avropa tamaşaları ilə rəqabətə
girə biləcək səviyyədədirmi?
- Festival daxilində tamaşaların
içində zəif tamaşalar da vardı, amma bədii-estetik
cəhətdən səviyyəli, maraqlı tamaşalar
çox idi və bu tamaşalar insanı
düşündürməyə, təccüblənməyə
vadar edirdi. Müqayisə etməyin özü
düzgün deyil, çünki bizim özümüzdə də
çox yaxşı və çox zəif tamaşalar var. Bu
faktdır, belə də olmalıdır, çünki bu
normal göstəricidir. Sadəcə, Azərbaycan
mentallığını nəzərə alsaq, oyun
maneralarımıza əsasən fərqliliklər çox
idi. Mən Çexiyaya gedərkən
oradakı teatrşünaslara tamaşalarımızı
nümayiş etdirmək üçün öz
tamaşalarımızın disklərini aparmışdım,
teatrşünaslar bu əsərləri izləyib Azərbaycan
tamaşalarının onlara bir ekzotika təsiri
bağışladığını söylədilər.
Bizim tamaşalarımızda olan temperament Avropa
tamaşalarında yoxdur, onlar üçün də məhz
tamaşalarımızın bu ekzotikliyi maraqlı gəlir.
Amma Avropa teatrlarında çox gözəl, sözlə ifadə
olunmayacaq dərəcədə gözəl tamaşalar var. Mən
Azərbaycanın özündə belə, hər hansı teatrın
tamaşası ilə digər teatrın tamaşasının,
rejissorlarımızın tamaşalarının müqayisə
edilməsinin tərəfdarı deyiləm.
-
Aldığm məlumata görə 2013-cü ildə ölkəmiz
bu festivalda münsif qismində deyil, tamaşa ilə
çıxış edəcək. Festival
üçün xüsusi tamaşanın hazırlanması nəzərdə
tutulurmu?
- Bu haqda dəqiq bir söz deyə bilmərəm,
amma onlara mən ən son hazırladığım “Qoca Kloun”
tamaşasının diskini vermişdim, bu tamaşanı
çox bəyənmişdilər. Bir də ki,
mən belə düşünürəm ki, “Qoca Kloun”
tamaşanın səfərə aparılması daha
uyğundur. Çünki, çox sadədir,
bundan başqa iştirakçıları da çox azdır.
İndi hər şey maliyyədən
asılıdır, buna mən qərar verə bilmərəm.
“Şəhzadeyi-Xəzər”
- Sizin ən
son quruluş verdiyiniz “Şəhzadeyi-Xəzər”
tamaşası ilə qastrola çıxmağı
düşünürsünüzmü?
- Şəhzadeyi-Xəzər yerli
tamaşaçı üçün nəzərdə
tutulmuşdur, həm də o uşaqlar üçün
hazırlanmış tamaşadır. Bu
tamaşada 30 aktyor iştirak edir, 30 aktyorun yol xərci, xarici
ölkədə yerləşdirilməsi və s. kifayət qədər
vəsait tələb edir. Festival tamaşaları daha ciddi
olamlıdır, məsələn biz “Pəri cadu”, ”Xeyir və Şər”, ”Ana qaz”
tamaşasıyla festivallara getmişik. Çünki
həmin tamaşalar fərqli üslubda, hamının
anlayacağı üslubdadır. ”Qoca
Kloun” da məhz elə festival üçün yararlı
tamaşalardandır. Bu tamaşa psixoloji
üslubdadır, həm də burada aktyorun öz məharətini
göstərməyə imkanı var.
-
“Şəhzadeyi-Xəzər” tamaşası deyəsən
teatrşünasların tənqidinə məruz qaldı?
- Bəli, hər bir tamaşada olduğu
kimi tənqidə məruz qaldı. Ümumiyyətlə,
mən sağlam tənqidi normal qəbul edirəm. Teatrşünasların dedikləri qüsurların
demək olar ki, əksəriyyətini özüm də bilirəm,
ancaq məndən asılı olmayan proseslər var.
Çalışdım ki, uşaqlarda əsl nağıl
atmosferi yarada biləcək bir tamaşa hazırlayım.
Tamaşada əsas məqsədim o idi,
uşaqların nağıl dünyasını genişləndirim.
Quruluşçu rejissor olmağımla bərabər
tamaşanın kostyumlarının əksəriyyətini
özüm hazırlamışam. Yəni
divlərin geyimləri, bütün papaqlar, çalmalar,
kostyumların üzərində gördüyünüz o
naxışlar, kəmərlər və s... bunların üzərində
mənim böyük rolum olub.
Aktyor
olmaq daha rahatdır
-
Hazırda yeni tamaşa üzərində işləyirsinizmi,
daha hansı layihələriniz var?
- Hələ ki, yeni layihəm yoxdur,
heç bir tamaşa üzərində işləmirəm. “Qoca Kloun” tamaşasını məzuniyyətdən
əvvəl hazırlamışdım. Bu əsər
digər tamaşalarıma bənzəmir, tamam fərqli
üslubdadır. Burada aktyorun qocaldıqdan
sonrakı faciəsi, yararsızlığı ön plana
çəkilir. Doğrudan da elədir, nə
qədər ki, sən formadasan teatra, sənətə
lazımsan, formadan düşən kimi artıq rejissora, səhnəyə
yararsız olursan. İndi hazırda onun
yenidən məşqləri gedir. Mən
çalşıram ki, müxtəlif üslublarda tamaşalar
hazırlayım, çünki tamaşaya baxadıqda bunun
kimin yaradıcılğına aid olduğu, kimin əsəri
olduğu hiss olunur. “Qoca Kloun”da istifadə
etdiklərimi növbəti tamaşalarımda işlətmək
istəmirəm. İndi nə dərəcədə buna nail olmuşam bilmirəm, bunu
tamaşaçılar yəqin ki, məndən yaxşı
bilir.
- Nicat
Kazımov üçün aktyor olmaq daha rahatdır yoxsa
rejissor?
- Həyatda asan peşə yoxdur, hər
iksinin çətinlikləri var. Anacaq mən deyərdim ki,
aktyor olmaq daha rahatdır, ona görə ki, mən
özümü idarə edirəm, təkcə özümə
cavabdehəm, aktyorluğun da da pis tərəfi odur ki,
başqa rejissorun dediyini etməyə məcbur olursan. Rejissorluğun çətinliyi ondadır ki,
bütün komandanın yerinə düşünürsən,
tamaşanın yükü demək olar ki, bir növ
insanın çiyinlərində olur. Bu elə də
asan iş deyil.
Teatr mənim
birinci, əsas iş yerimdir
-
Əvvəllər sizi səhnədən çox televizya
verlişlərində görürdük, indi necə televiziya
ilə bağlı yeni layihələriniz varmı?
- 1991-ci ldən televizyadayam, yəni teatra gəldiyim
gündən televizyada da olmuşam. Televiziyada
davamlı surətdə, uzun müddət verlişlər
aparmışam. Hətta elə dövlər
də oldu ki, televizyada bir neçə verliş apardım,
tamaşaçı məni daha çox efir vasitəsilə
görürdü. Teatrda fəaliyyətim
o zaman da var idi, onda teatrda aktyor kimi çıxış
edirdim. Ümumiyyətlə
tamaşaçıya səhnədə görünən insan
maraqlıdır. Amma indi rejissor kimi fəaliyyətə
başlayandan isə səhnədə az
görünürəm, çünki səhnə arxasında
oluram. 5-6 il fasilə verdim televizya
verlişlərinə. Keçən
mövsüm ATV-kanalında “Söz oyunu” verlişini
apardım, indi o verliş artıq dayanıb. Mən heç vaxt gedib kiminsə qapısını
döyüb deməmişəm ki, mənə verliş verin,
mənə tədbir həvalə edin təqdim edim. Kimə lazım olacamsa məni o proqrama dəvət
edəcək, məni qane edəcəksə gedib verliş
aparacam, etməyəcəksə yox. Teatr mənim birinci,
əsas iş yerimdir. Teatrda həmişə
olmuşam və yenə dəolmaq niyyətliyəm. Keçən mövsüm 5 tamaşa
hazırlamışam, bu, rejissor üçün rekorddur.
- Seriallara necə
dəvət alırsınız?
- Seriallar təzə-təzə
başlıyanda 3-4 seriala dəvət almışdım. Maraqlı ssenarisi, yaxşı qonorarı olan serila
çəkilərəm, bizim serialları tənqid etmək
niyyətim yoxdur. Bilirsinizmi, insan səhv edə-edə
formalaşır, püxtələşir. Serail
da elədir, sonda yaxşı nəticə əldə etmək
üçün haradansa başlamaq lazımdır ki, orada
işləyənlər də inkişaf edə bilsinlər.
Elə götürək qonşu Türkiyəni,
əvəllər onların serialları pis vəziyyətdə
idi, ancaq indi türk serilları dünyanın yaxşı
serillarından biridir. Biz də gələcəkdə
gözəl serial çəkə bilərik, o zaman məni dəvət
etsələr gedib çəkilərəm.
- Sonda
tamaşaçılara sözünüz...
- Bütün
teatr tamaşaçılarını Gənc
Tamaşaçılar Teatrına dəvət edirəm. Qəzetiniz vasitəsilə teatra əməyi
keçən bütün insanalara minnətdarlığımı
bildirirəm.
Xəyalə
Rəis
Kaspi.- 2012.- 29 sentyabr - 1 oktyabr.- S.23.