Dostoyevskinin  sevdiyi qadın 

 

Dostoyevskinin adı çəkiləndə qarşımızda rus ədəbiyyatının ayrı bir səhifəsi açılır. Psixoloji məqamları əsərlərində yüksək sənətkarlıqla sərgiləyən yazıçını Azərbaycan oxucusu “Cinayət və Cəza”, “İdiot”, “Karamazov qardaşları”, “Ölü evdən qeydlər”, “Bəyaz gecələr”, “Yoxsul insanlar” romanları ilə tanıyır. Özü ayrıca bir ədəbiyyat olan Dostoyevski hər zaman çağdaş, hər zaman yenidir.

Bu yazıda isə əsərlərindən deyil, yazıçının özündən danışılır. Onun həyatından götürülmüş kiçik parça Dostoyevskinin bir fikrini, doğrudan da, təsdiqləyir: “Həyatı olduğu kimi yazmaqda acizik, bu yazılsa belə, həyat qədər ağır təsvir etmək mümkün olmayacaq”.

 

İstedadlı uşaq

 

Polina SuslovaDostoyevskinin sevdiyi qadın kəndli ailəsində anadan olub. Uşaq vaxtından içindəki adını bilmədiyi istedadı araşdıran Polina, Dostoyevskinin əsərlərinin vurğunu idi. rəsm çəkmək, mahnı oxumaq artıq onluq deyildi. Polina anladı ki, Dostoyevksini ona bağlayan içindəki yazmaq hissidir. Bəli, Polinanın istedadı yazmaqla üzə çıxmışdı. Qadın hər dəfə vərəqdə cızma-qara eləyəndə hərflərin oradakı düzülüşündən zövq alardı. Yazmaq onun həm istedadını üzə çıxardı, həm sevgiyə gedən bir yol açdı...

 

Tanışlıq...

 

1860-cı illər idi. Artıq onda Feodor Mixayloviç Dostoyevski məşhur bir yazıçı kimi tanınırdı. Həmin dönəmdə PolinaÖlü evdən qeydlərromanını oxuyub böyük təsirə düşür qərara alır ki, yazıçı ilə görüşsün. Boyu-buxunu, əndamı, iri qonur gözləri, eləcə , hördüyü kürən saçları ilə diqqəti çəkən qadın, gözəlliyi ilə hər şeyə nail olacağını düşünürdü...

Onda qadının 22, Dostoyevskinin isə 40 yaşı olardı. Bu, yazıçının həyatında qarşılaşdığı ilk sevgi hadisəsi sayılsa da, onun xəstə arvadı vardı. Lakin tez-tez özünün dediyi kimi, xanımı ona kiçik bir sevgi işartısı belə bəxş edə bilmirdi. Halbuki Dostoyevski kimi nəhəng birisi böyük uzun sürəcək, içini didib-dağıdacaq bir sevgi axtarırdı.

Polina ilə görüşdükdən sonra qadının cazibəsindən çıxa bilməyən yazıçı ona qəribə bir məktub yazır. Öz hisslərini ifadə edən yazıçının məktubu bərbad gündə deyildi. Hər şey bu yazılanlarda aydın eləcə , obrazlı təsvir olunmuşdu. Yazıçının məktubu qadına təsir eləyir, sonradan isə onlar bir-birini dəlicəsinə sevən iki sevgili adı qazanırlar. Dostoyevski, həmin anlarda anlayır ki, onun hal-hazırdakı həyat yoldaşı, Mariya İsaeva artıq yazıçıya heç bir romantik hisslər yaşatmır.

Bu, Polina idi. Özünə güvənən, indakar, ehtiraslı... İstedadlımı? Bu, elə vacib deyil, əsas odur ki, qadın Dostoyevskini sevirdi...

 

Hər şeydə günahkar Dostoyevskidir

 

İki il boyunca Dostoyevski həmin qadınla tez-tez görüşür, ehtiraslı etirafları ilə qadını bihuş edir. Onların odlu-alovlu sevgisi özlərini belə çaş-baş salır. Bütün bunlardan sonra isə bir gün Polina Suslova Parisi gəzmək üçün yola düşür. Qadın, yazıçının da onunla bərabər gəlməyini arzu edir. Ancaq Dostoyevski bunu edə bilməzdi. İşləri, pulunun azlığı qadının arzusunu puça çıxardır. Dostoyevski Parisə yalnız üç aydan sonra gələ bilərdi. Artıq onlar birgəliklərinin son günlərini yaşayırdılar. Suslova Paris küçələrində bir ispan gənci ilə qarşılaşır aradan xeyli vaxt keçdikdən sonra onu sevdiyini anlayır. Birdən-birə azadlığın qollarına atılan cavan qız hələ başa düşmürdü ki, 40 yaşlı bir qoca kişi ilə necə sevgi əlaqəsi yaradıb. Ancaq bununla belə, Suslova düşünürdü ki, olub-bitən hər şeyin günahkarı Dostoyevskidir. Uzun müddət düşüncələrə daldıqdan, düşdüyü situasiyadan xilas olmaq istəyən qız axır ki, Dostoyevskiyə öz içini boşaldır: “Bizim aramızdakı hər şey artıq bitib. Sən özün günahkarsan. Nəyə görə sən məni bu qədər vaxt tək buraxdın?”

 

Yazıçının düşündüyü kimi olur...

 

Dostoyevski bu məktubdan sarsılır. Onun düşüncəsinə görə, üç ay elə böyük bir zaman kəsimi deyil. Bu vaxt ərzində dəyişən olmuşdu, görəsən? Dostoyevski bu cür fikirlərlə hər gün başını daşdan-daşa döyür, ancaq bir nəticəyə gələ bilmirdi.

Sonradan məlum oldu ki, Fransada, Paris küçələrinin birində qarşılaşıb sevdiyi gənc ispan, qadını yalnız buraxıb. Dostoyevskinin sevgilisi ayrılan kimi ümidsizliyə yuvarlanır, səhv etdiyini anlayır. Üç ay gözləmək olarmış, ancaq bir ömür yox... Dostoyevskinin düşündükləri həyatda öz təsdiqini tapmışdı artıq.

 

Gəlməsən, özümü öldürəcəm...”

 

Qadının ümidsizliyə düşməyinin tək səbəbi ispan gənci ilə ayrılmaq deyildi. O, həm içindəki sıxıntını Dostoyevskiyə danışa bilməyəcəyindən ehtiyatlanırdı. Bəli, qadın yenidən yazıçıya qayıtmaq istəyirdi. Hətta ona məktub yazıb, yalvar-yaxar eləmişdi ki, Dostoyevski onun yanına gəlsin. Gəlməsən, özümü öldürəcəyəm...” – məktub bu cümlə ilə bitirdi. Ancaq yazıçıya bu hədə artıqdı. Dostoyevski romantik duyğulara qapılıb öz-özünə deyirdi ki, qızın saçını geri eləyib ona baxması qayıtmağı üçün bəs edərdi. Dahaintihar deməkdir? Dostoyevski üçün geri dönmək, sən deyən, böyük bir sevinc gətirmədi. Əvvəl yazıçı üçün bu dünyalara dəyərdisə , indi xırda bir şey kimi görünürdü. Ancaq buna baxmayaraq, qayıtmağı qərara aldı.

 

Sevgidə bədbəxtlik

 

O illərdə Dostoyevskinin rəsmi nikahında olan xanımı Mariya vəfat edir. İndi yazıçı tamamilə azad idi. o, heç bir şey düşünmədən, Suslovaya evlənmək təklifi etməyi qərara alır. Lakin qəribədir ki, qadın buna razılıq vermir. Suslovanın ürəyi obrazlı desək, artıq şüşə koleydoskop içində idi, hissləri emosiyaları başqalaşmışdı. Sonralar qadın, özünün dediyi kimi, “zəhlətökən sevgilisiilə əlaqəsini gündəliyində bu cür aydınlaşdırır:

Mən, sadəcə, ona nifrət edirdim. O, mənim içimdəki əzablı boşluğu doldurmuşdu. İndi hiss edirəm görürəm ki, sevə bilmərəm, sevgidə xoşbəxtliyə çata bilmərəm. Çünki heç bir kişinin nəvazişi əzab-əziyyəti, həqarəti yadıma salmayıb”.

Onun əzab-əziyyətini kim tamamladı? Öz tanıdığı adama görəmi? Yoxsa başqa səbəblər vardı? Bu sualları cavablandırmaq çox çətindi. Polina ilə Dostoyevskinin sirli, anlaşılmaz sevgisini müşahidə etsək , heç birini tamamilə dərk etməyimiz mümkün deyil.

 

ayrılıq...

 

Bir neçə il Dostoyevski ilə Suslova bərabər yaşadılar. Ancaq aralarında normal münasibətdən söhbət gedə bilməzdi. Yazıçının ona fiziki yaxınlıqdan imtina etməsini Polina masqaraya, gülüş hədəfinə çevirirdi. Bu da araya gərginlik salırdı.

Dostoyevski bu sıxıntıları yalnız yazmaqla içindən ata bilirdi. Bir-birinin ardınca yazdığı əsərlərdə Polinanın obrazını yaradır, onun portretini çəkirdi. Bəlkə qadına qarşı içində yaranan nifrəti bu cür dəf edirdi. Məsələn, “Qumarbaz” (“İqrok”) romanındakı Appolinari xasiyyətcə Suslovaya bənzəyirdi.

Lap axırda vəziyyət daha da çətinləşdi. Artıq bərabər olduqları hər gün dava-dalaş ilə nəticələnir, böyük mübahisələr doğururdu. Nifrət sevgini çoxdan ötüb keçmişdi. Beləliklə, onlar bütün bu gərginliyi aradan götürmək üçün ayrılırlar. Dostoyevski, heç vaxt itirmədən stenoqrafçı qadın Anna Snitkinlə evlənir. Bu, onun sonuncu sevdiyi qadın olaraq qalacaqdı...

 

 

Ayxan Ayvaz

 

Kaspi.- 2012.- 29 sentyabr – 1 oktyabr.- S.15.