Muğam üçün yaşamağa dəyər... 

 

Arif Babayev: “Bizim Qarabağda muğam hər yerə, hər şeyə hopub, bu diyarda ayaq tutan başlayır oxumağa

 

Azərbaycan xalqının təsəvvüründə muğam sənəti əslində ən böyük mənəvi dəyərdir, milli mənliyinin və milli şüurunun təməllərindən biridir. Muğam ifaçısının ustalıq səviyyəsinə çatıb əsl peşəkar olması üçün 20-25 il vaxt lazımdır. Lakin təkcə vaxt bəs etmir, çünki Şərq mədəniyyətinin bu qədim və nadir nəğmə sənəti yalnız ona xas dərin fəlsəfi məzmunu dərk etməyi bacaranlara öz sirlərini açır.

Elə məşhur xanəndələrimizdən Azərbaycan Milli Konservatoriyasının solo ifaçılıq kafedrasının müdiri, xalq artisti, professor Arif Babayev də muğamı məhz bu yolla dərk edə bilib. Arif müəllim ustalığa aparan yollar haqqında “Kaspi” qəzetinin əməkdaşı ilə söhbətində bəhs etdi.

 

- Artıq on illərdir muğam ifa edirsiniz. Yaradıcılıq yolunuz haradan başlayıb?

- 1938-ci ildə dünyaya gəldiyim Ağdamın Sarıhacılı kəndindən. Oxumağa lap tez, 7-8 yaşımda başlamışam. Bəzən yaxınlardan, qohumlardan biri kiminsə toyunda oxumaq xahiş edər, mən həvəslə bu xahişi yerinə yetirərdim. Bəs necə, bizim Qarabağda muğam hər yerə, hər şeyə hopub, bu diyarda ayaq tutan başlayır oxumağa. Mənim atam da oxuyub, babam da. Səsim ata tərəfdəndir. Çox gözəl səsi vardı! Ağdam şəhərinin 5 nömrəli orta məktəbində oxumuşam, məktəb illərində dərnəkdə, müxtəlif müsabiqələrdə, təftişlərdə, bayramlarda, tamaşalarda, təntənəli tədbirlərin musiqi hissəsində oxuyurdum. Səsim eşidildi. Bizim toylarda Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov tez-tez oxuyardılar... O dövrün böyük ustaları idilər, onlarla bir yerdə çıxış etmək böyük şərəf sayılırdı. O illərin toyları əsl ustalıq məktəbiydi. Əlbəttə, asan olmayıb, amma öhdəsindən gəlirdim, çoxları deyirdilər ki, gedib Bakıda oxumalısan.

- Siz buna əməl etdiniz. Bəs başqa peşənin dalınca getmək, məsələn kosmonavt olmaq arzusuna qapılmadınız ki?

- Yox, başqa arzum olmayıb. Axı biz başqa səmtə uçurduq (gülür). Gözüm açılandan bəri həmişə Cabbar Qaryağdıoğlu kimi oxumaq arzusunda olmuşam. Biz tərəflərdə onun haqqında rəvayətlər qoşur, muğamın peyqəmbəri deyirdilər ona. Yaşıdlarım kimi mən onu təqlid edirdim. Bəlkə kimsə Yuri Qaqarini özünə nümunə sayırdı, mənim üçünsə ustad Cabbar Qaryağdıoğlu nümunə olub. 1961-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) musiqili komediya aktyoru fakültəsinə qəbul olundum. Oxumaqla yanaşı çalışmalı da oldum, ikinci kursdan M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti idim. 1963-dən 1966-cıl ilədək məşhur muğam ifaçısı, xalq artisti Sara Qədimova ilə birlikdə respublika rayonlarına çoxlu qastrol səfərlərimiz oldu. Quba, Şuşa, Şamaxı, Gəncə şəhərlərində konsertlər verdik. Yaxşı məktəb oldu. 1965-ci ildə Seyid Şuşinskinin vəfatından əvvəl ustadla bir daha görüşdük. Onun səsi işıqlı, dağ bulağı kimi tərtəmiz, ilham mənbəyiydi. Son görüşümüz yadıma gəlir: ciddi görkəmli, yaşa dolmuş, əynində kostyum direktorla bir yerdə filarmoniyanın dəhlizilə keçirdi. Mehribanlıqla salamlaşdıqdan sonra dedi ki, bu bizim muğam ağlasığmaz bir şeydir, bir çay qaşığı qədər içəndə hər birimizdə mövcud olan gözəllik, saflıq şəfqətin sonsuz aləminə qərq olursan. Amma muğamı axıradək dərk etmək mümkün deyil, ondan ancaq qurtumlamaq olar.

- Elə bu sözlər Məcnun surətini yaratmanıza kömək edib?

- Bəs necə? 1966-cı ildə artıq Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti olmuşdum. Orada Üzeyir HacıbəyovunLeyli Məcnunoperasında əsas partiyanı, “Əsli Kərəm”də Kərəm, Zülfüqar HacıbəyovunAşıq Qəriboperasında aşıq Qərib, Müslüm MaqomayevinŞah İsmayıloperasında şah İsmayıl, həmçinin Şəfiqə AxundovanınGəlin qayasıoperasında Camal partiyalarını ifa etmişəm. Bütün bunlar milli klassikamızdır, amma Məcnun onun şah əsəridir, opera sənətinin incisidir, bu əsər hələ yüzillər sonra da qürur mənbəyimiz olacaq.

- Bəs müəllimliyə necə başladınız? Gənc istedadlarla çalışmaq çətin deyildimi?

- Həyatda heç bir şey asan başa gəlmir. Vaxtilə teatr solisti olmuş, bizim klassik operamızın əsas partiyasını oxumuşam hələ uzun müddət oxuya bilərdim, amma 1980-cı ildə görkəmli rejisorumuz professor Mehdi Məmmədovun tövsiyyəsilə cavanlara meydan verib çəkildim. Məni uşaqları dinləyən bədii şuranın tərkibinə saldılar. Respublikanın bütün rayonlarından Bakıya gənc istedadlar axışırdı onlarla işləmək lazım gəlirdi. 1982-ci ildən Bülbül adına musiqi məktəbində dərs deməyə başladım, orada ilk dəfə muğam sinfi açılmışdı. 1984-cü ildə isə belə bir sinif Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) da açıldı mən orada baş müəllim oldum. Sonradan muğam sinfi muğam ifaçılığı kafedrasına çevrildi. 1990-cı ildə respublikada muğam sənətindən ilk professor oldum. 2001-ci ildə yaradılan Azərbaycan Milli Konservatoriiyasına məni solo ifaçılığı, yəni xanəndə kefadrasına müdir gətirdilər. Hələ Xəzər Universitetində qırx tələbəm var ki, bu da muğamın böyük həvəskarı bilicisi professor Hamlet İsaxanlının zəhmətidir. Mənim üçün müəllim olmaq böyük şərəfdir.

- Bu gün muğamın ictimai şüurumuzdakı yerini necə görürsünüz?

- Təəssüflər olsun ki, bu gün Azərbaycanda hətta yeddi muğamın adını da çoxları bilmir. Eyni zamanda Milli Konservatoriyamız var, on ildir fəaliyyətdədir. Gözəl Muğam Teatrımız var, bizimMuğam dünyasıfestivallarımızın keçdiyi Beynəlxalq Muğam Mərkəzimiz var. Səkkiz diskdən ibarətAzərbaycan muğamı” multimedia toplumu yazılıb, onların sayı da artır. Muğam ensiklopediyası işıq üzü görüb, “Muğamdərgisi nəşr olunur. 2003-cü ildə Azərbaycan muğamı bütün dünyada tanınaraq UNESCO-nun qeyri-maddi mədəniyyət inciləri siyahısına daxil olundu. Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva da Azərbaycanın böyük muğam ustalarının səslərini əbədiləşdirmək, milli musiqimizin böyük irsini qorumaq təbliğ etmək, gənc istedadları üzə çıxarmaq üçün nəhəng işlər görür bütün bunlar adamı fərəhləndirməyə bilməz.

- Sizdən Qarabağı da soruşum. Ağdamda hansısa bir həmyerlinizin toyunda oxumaq istərdiniz?

- Böyük məmnuniyyətlə, qoy bir torpaqlarımız qayıtsın. Orada dünyaya göz açmışam. Bizim yerləri tez-tez yuxuda görürəm, doğma evimizi görürəm, doğma insanları görürəm, vaxtilə məktəbə getdiyim küçəni görürəm... Mənim üçün cənnət oradır!

- Ürəyinizdə oxuduğunuz, ən çox xoşladığınız muğam hansıdır?

- Bütün muğam dəsgahlarını ifa etmişəm. Hamısı yazılıb Azərbaycvan Dövlət Teleradio Komitəsinin fondunda saxlanır. Sizə deyim ki, muğamların hər biri başqa cür gözəldir. Xanəndə şeirləri seçə bilər, amma ifa etdiyi əsərin musiqi xüsusiyyətlərini nəzərə almalıdır. Məsələn, işıqlı koloritə malikRastmuğamı üçün seçilən qəzəllərHumayun”a uyğun gəlməz. Qaldı ki, hər bir xanəndə ürəyində oxumalıdır, əks halda dinləyicilə ünsiyyət yaranmaz, deməli, muğam da olmaz. Elə buna görə ən çoxSegah”ı sevirəm, əbədi məhəbbət nəğməsi kimi incə şairanə səslənir. Ümumiyyətlə isə muğam damarımda axan qandır, muğam üçün yaşamağa dəyər.

 

 

Nelli Atəşgah 

 

Kaspi.- 2012.- 10 oktyabr.- S.11.