Qədim dilimizin müasir məsuliyyəti 

 

 Dil milləti formalaşdıran amillərdən biridir. Dilimizə hörmət özümüzə hörmətdir

 

Bu yaxınlarda hələ çap olunmamış bir kitabdan oxudum ki, sovetlər dönəmində dilimizə qarşı haqsızlıqlara dözməyərək hətta Mərkəzi Komitəyə belə anonim məktublar yazılırdı.İndi Bakıda heç bir idarə ana dilində işləmir... Azərbaycan dilində danışan adamlara bir növ avam, qeyri-mədəni adam kimi baxılır. Özünü sevən heç bir xalq, qədər balaca olsa da, bu vəziyyətlə razılaşmaz. İmza Nizami, Füzuli bütün Azərbaycan xalqı”. Bu o dövr idi ki, Azərbaycan böyük bir imperiyanın əsarətində idi onun diktəsi ilə hərəkət edirdi. Bəs indi...

Təbliğat istənilən ideyanı insanların şüuruna hakim etdirə bilir. Bu işdə kütləvi informasiya vasitələri olduqca mühüm imkandır. Lakin hazırda bu imkandan lazımınca istifadə olunmur, bu səbəbdən daha aktual məsələlərin işıqlandırılmasına çox az rast gəlinir. Televiziyalarda tamaşaçıların zövqünü oxşamaq, reytinq, nəticə etibarilə maddi mənfəət əldə etmək üçün daha çox əyləncə mətbəx proqramlarına üstünlük verilir. Vərdiş xarakteri almış bu cür verilişlər milli şüurun passivləşməsinə, bir millət kimi özümüzü dərk etmək üçün vacib olan məsələlərin arxa plana keçməsinə kömək edir. Bu baxımdan dilimizin KİV-lərdə işgüzar üslubdakı (məişətdəki) vəziyyəti istər bu dilin sahibləri, istərsə ölkəmizə gələn xarici vətəndaşlar üçün heç həmişə ürəkaçan olmur.

Dillə bağlı problemlər zaman-zaman mövcud olub. Hər dövrdə bu problemi müşahidə edən, ona qarşı əzmlə mübarizə aparan dilimizin xilaskarı olan ziyalı cəmiyyətimiz fəaliyyət göstərib. Dilimizin bu gün mövcud olmasına görə onlara borcluyuq. Tarix dönə-dönə təkrar olunur. Keçən əsrin əvvəllərindəAnamın kitabı” o dövrün mənzərəsini əks etdirirsə , sanki, bu gün üçün yazılmışdır . Əsər tamamilə bu günlə səsləşir hazırkıGülbaharlardilimizin inkişafına olan ümidlərimizdir. Günümüzün əsərdəkindən fərqli cəhəti yalnız fars dilinin hal-hazırda ingilis dili əvəz olunmasıdır. Uşaqdan tutmuş böyüklərə qədər hər kəsin leksikonunda dilimizdə qarşılığı olduğu halda, həmişəki kimi rus, artıq ingilis, türk sözlərindən istifadəyə rast gəlinir.

Hal-hazırda mövcud olan problemlərdən məsələn bunu göstərmək olar: Bəzən paytaxtımızın mərkəzində gəzərkən əcnəbi buranın Azərbaycan şəhəri olduğuna şübhə edər. İlk olaraq ana dilində yox, başqa dillərdə danışan yerlilərə daha çox rast gəlinir. Doğma dilimizdə danışmağa utanırıq, ya da ana dilində danışmaqkübarlığımızaxələl gətirir.

Digər tərəfdən, şəhərimizdə bir sıra öndəgedən obyektlərin adına diqqət yetirək. Free Style, Enjoyment, Beatrice, Bella bu kimi adlarla fəaliyyət göstərən, sayı artmaqda olan, təbliğatı televizorlardan düşməyən məkanların adının Azərbaycan dilində olan sözlərlə əvəzlənməsi elə çətin deyil. Lakin əksər hallarda əcnəbi sözlərə üstünlük verilir nədənsə hesab olunur ki, bu sözlər Azərbaycan dilində deyil, digər dillərdə daha gözəl səslənir. Dilimizdə qarşılığı olduğu halda əcnəbi sözlərin istifadəsi, xüsusən televiziyalardakı rəsmi verilişlərdə belə sözlərə yer verilməsi yolverilməzdir. Funksiya sözündə “s” əvəzinə rusö”-sinin səslənməsi artıq adi hal alıb, həm bu qüsurlar yalnız məişətdə deyil, qeyd etdiyimiz kimi, rəsmi xarakterli verilişlərdə, hətta xəbərlərdə səsləndirilir.

Hal-hazırda daha çox müraciət olunan informasiya mənbəyi kimi çıxış edən müxtəlif sayt İnternet səhifələri dilimizin inkişafında müəyyən rol oynamaqdadır. Lakin hədsiz bol sürətli informasiya məkanı olan İnternetdə mətnin formasınadüzgün yazılış qaydalarına, dilimizə məxsus qanunlara, söz sırasının ardıcıllığına s. o qədər önəm verilmir. Geniş oxucu kütləsinin nitqinə təsir baxımından bu mətnlərin dilinə diqqətlə yanaşmaq vacib məsələlərdəndir.

Dilimizin qorunması üçün uşaqların yetişməkdə olan yeni nəslin nitqinin düzgün inkişafı əsas şərtlərdəndir. Bu baxımdan dərsliklər, bədii əsərlər dilin normalarını özündə əks etdirməlidir. Aydın məsələdir ki, uşağın tərbiyəsi ilk olaraq ailədən başlayır, sonra isə geniş cəmiyyət arasında cilalanır. Nəticədə ailə cəmiyyətin yazılmamış qaydaları insanın davranışını, dəyərlərə münasibətini hər bir millətin öz mentalitetinə uyğun şəkildə formalaşdırır.

Bu gün uşaqların dilində türkcə kəlmələrə rast gəlirik. Bu da onların türk kanallarında baxdıqları cizgi filmlərinin, uşaq proqramlarının təsirinin nəticəsidir. Ekranlarımızda uşaqların diqqətini çəkəcək yerli filmlərin verilişlərin azlığı da bu cür vəziyyətin inkişafına şərait yaradır. Nəzərə alsaq ki uşaqlar gələcəyimizdi, deməli, dilimizin gələcəyi onlardan asılıdır. Lakin bu işdə hələlik əsas məsuliyyət böyüklərin üzərinə düşür. Bu baxımdan övlad nəvələrini dünyaya inteqrasiya etdirmək üçün türk, rus ingiliscə danışmağa məcbur edənlər məktəbdənkənarmüəllimliyinhər zaman faydalı olmadığını bilməlidirlər.

 

 

Gültəkin Yusifova,

tədqiqatçı-dilçi

 

Kaspi.-2012.-16 oktyabr.-S.15.