BSU-da
Cavad Heyətlə görüş
keçirilib
Oktyabrın 12-də Bakı Slavyan
Universitetinin (BSU) Azərbaycanşünaslıq tədris-mədəniyyət
mərkəzinin təşkilatçılığı ilə
görkəmli alim, tanınmış türkoloq, “Varlıq” dərgisinin
baş redaktoru, Paris Cərrahlar Akademiyasının fəxri
üzvü doktor Cavad Heyətin “Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda” kitabının təqdimat mərasimi
keçirildi.
Universitetin tədris işləri üzrə
prorektoru professor A.Hacıyev çıxış edərək
tədbir iştirakçılarını salamladı. Dr.
Cavad Heyətin həyat və fəaliyyəti haqqında
danışaraq, “Dilimiz, ədəbiyyatımız və
kimliyimiz uğrunda” kitabını dilimiz, mədəniyyətimiz,
ədəbiyyatımız, ümumiyyətlə,
türkçülüyün qiymətli əsəri
adlandırdı. Çıxışında universitetin
rektoru professor Kamal Abdullayevin təbriklərini professora
çatdıraraq onun universitetimizin fəxri qonağı
olduğunu bildirdi.
Pedaqoji fakültənin dekanı prof.
E.Piriyev çıxışında “Varlıq” dərgisinin əhəmiyyətindən
söhbət açdı. “Dilimiz, ədəbiyyatımız
və kimliyimiz uğrunda” kitabına dilçilik aspektindən
yanaşaraq onu Azərbaycan dilçiliyi üçün son dərəcə
qiymətli əsər olduğunu söylədi.
Kaspi.-
2012.- 13-15 oktyabr.- S.17.