Romandan
köşəyə…
Yazarlar
niyə romandan köşə
yazılarına keçdilər?
Ötən il
xeyli sayda romanlar yazıldı. Həmin romanlar haqqında ədəbiyyat
aləmində maraqlı
fikirlər yürüdüldü,
müzakirələr olundu.
Amma nədənsə birdən-birə
roman yazılışı səngidi. Roman yazan müəlliflər isə köşə yazmağa başladılar.
İndi yazarların çoxu köşə yaradıcılığı
ilə məşğul
olurlar. Bu dəyişikliyin
səbəbini öyrənmək
üçün aşağıdakı
sualla onlara müraciət etdik:
Nəyə görə roman yazılışı səngidi,
indi yazarların çoxu köşə yazmaqla məşğuldurlar?
İradə Musayeva: Əvvəla roman adına çap
olunan əsərlərin
hamısı roman çıxmadı.
Hətta irihəcmli hekayələrə de roman dedilər...
İkinci, roman kompaniyasında geriçəkilmələr ona
görə çox oldu ki, həmin
müəlliflər romançılar,
roman ustaları deyildilər.
Roman ağır janrdır. Tolstoy kimi
yazıçının anasını
ağladırdı, bir
cümləni yüz dəfə vurub-çıxırdı,
yox, bu roman cümləsi deyil... Bizdə romanı nəinki roman tefəkkürlü yazıçılar
yox, publisistlər yazdı. Ölçüsüz-biçisiz bütün sözləri
qurtarandan sonra döndülər köşələrinə.
Səlim Babaullağolu:
Roman yazanların daha çox köşə yazarı kimi görünməsinə mən
normal baxıram. Həmişə roman yazmaq olmaz. Xüsusən o ölkədə ki, kitab satışının
vəziyyəti ürəkaçan
deyil. Köşə yazarlığı onların gündəlik işidir. Bu iş onları maddi nöqteyi-nəzərdən saxlayır.
Başqa
tərəfdən həm
də formada saxlayır. Qələmdən ayrı düşmürlər.
Həm də yaşadıqları
çağın problemlərinin
içində qalmağa
müvəffəq olurlar.
Markes də köşə yazırdı. Umberto Eko indiyə qədər yazır.
Dmitriy Bıkov da yazır.
Bu şeylər məncə normaldır...Yazmamaq da normaldır.
Amma gərək yazmamaq üçün yaşayış minimumların
ola...
Aysel Əlizadə:
Bir romanlıq fikri bir köşədə
demək mümkündürsə,
niyə də olmasın? Düşünürəm ki, uzunçuluq
dövrü bitdi.
İndi ən lokal söz
deyə bilən yazarların dövrüdür.
Köşə öz özünün
ortaya atmayıb, zaman yetişdirib bu janrı. Getdikcə sözlər azalır, adamlar nə qədər az danışsa
bir o qədər yaxşıdır. Bir gün
gələcək ki, adamlar sadəcə baxışacaqlar, romanlar da yazılacaq amma lokal və
qlobal. Bir vaxtlar Dostoyevskinin
də vaxtı bol idi, oxucuların
da. Amma idi elə deyil. Onu da deyim ki,
qısa bir roman yazmışam, bu roman köşədən bir az uzun söhbətə hazır
olanlar üçündür.
Rəbiqə Nazimqızı:
Yəqin, formada qalmaq üçün köşə yazıları
yazırlar. Hər gün roman yazmaq
olmur, amma hər gün nəsə yazmaq lazımdı. Digər tərəfdən,
adamlar çörəkpulu
qazanmalıdırlar - bu
çox vacib amildi, yazar romanından
qazana bilmir, məcbur olur, saytlara, qzəetlərə
köşə yazır
ki, evinə pul aparsın. Bir də, bu gündəmdə
qalmağa, diqqət mərkəzində qalmağa
hesablana bilər.
Hesab edirəm ki, ümumilikdə yazar üçün publisistika
lazımdır, amma hər gün köşə yazmaq - romanın bir cümləsinin, bir abzasının, bir səhifəsinin enerjisini və vaxtını alır. Bir də ki, qabiliyyət
məsələsi də
var. Məlum oldu ki, şair kimi
özlərini təsdiqləmiş
adamların əksəriyyəti
romana keçəndə
köşə yazarlığından
o yana gedə
bilmirlər. Bəlkə də, özləri
də bunu anladılar. Yəni səbəblər çoxdu...
Kəramət Böyükçöl:
Yazıçı heç
nə yaza bilməyəndə köşə
yazır. Köşə yazmaq üçün
məgər adama istedad lazımdır?
Məncə, yox. Yazarların çoxu
dolana bilmirlər və məcbur olurlar ki, saytlara
nəsə yazıb pul alsınlar. Bunu anlamaq elə çətin deyil. Bu daimi bir işə çevrilib, vərdiş ediblər.
Neyləsinlər axı? İnanmıram ki, kimsə kefindən köşə
yazsın. Fərdi hisslərini,
düşüncələrini, başlarına gələn
əhvalatı yazırlar.
Ona görə yazıların
çoxunda ideya yoxdu. Hansın dindirirsən deyir,
o yazını pul üçün yazmışam.
Guya kişinin oğlu öz böyük ideyalarını belə yazılarda yazmır, romanı üçün
saxlayır. Bu adamların çoxunun vaxtı ilə roman yazmağı zarafat idi və gördülər
ki, onlar uzaq başı bir dəfə zarafat eləyə bilərlər. Lap olsun iki dəfə.
Heç
üç dəfə
zarafat eləmək də hələ yazıçı olmaq deyil. Bu artıq
şit-şit zarafatlaşmaqdı.
Fərid Hüseyn
Kaspi.-
2012.- 13-15 oktyabr.- S.24.