“Dünyanın sonuna kimi yaşamaq
istəyirəm”
Habil Əliyev 85 yaşın hələ
az olduğunu və
insanın yaşadıqca yaşamaq istədiyini
deyib
Dünən xalq artisti, kamança ustası Habil Əliyevin 85 illik yubileyi təntənəli şəkildə Dövlət Filarmoniyasının səhnəsində qeyd olundu. “Şöhrət” və “İstiqlal” ordenli Xalq artistinin yubiley tədbirinin bu ilin iyun ayında Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılsa da, ustad sənətkarın öz xahişi ilə payızda keçirilməsi qərara alınıb.
Şərqdə virtuoz kaman improvizatoru kimi məşhur olan sənətkar 85 yaşın hələ az olduğunu və insanın yaşadıqca yaşamaq istədiyini deyib. Keşməkeşli yol keçən ustadın qazandığı nailiyyətlər bu gün onu yaşadır. Bütün nailiyyətlərinin başında isə, kamançası durur: “Övladlarımı çox istəyirəm, amma hansının qulağını dartsam, küsüb, mənlə danışmazlar. Kamançamın qulağını isə artıq 70 ildir bururam. Hələ də üzümə qayıtmayıb” – deyə Xalq artisti bildirib.
Arzularına gəldikdə, isə Xalq artisti dünyanın sonuna kimi yaşamaq
istəyir ki, görsün
bu dünyanın axırı nə olacaq?
Kaspi.-2012.-18 oktyabr.-S.16.