Müasir Azərbaycanşünaslığın
ünvanı
Qarşımda şeirlərini
sevə-sevə oxuduğum və bədii
yaradıcılığına yüksək dəyər verdiyim şairə Gülayə Rzayevanın
«Vəfadarlıq – Akademik Ramiz
Mehdiyevin elmi-nəzəri
araşdırmaları əsasında» adlı dərin məzmunlu
tədqiqat kitabı var. Əsər müəllifin
ciddi elmi, tarixi və fəlsəfi
araşdırmanın nəticəsi hesab oluna bilər. Lakin
kitabın kifayət qədər samballı elmi-fəlsəfi
məziyyətlərindən daha çox məni adı və bütün
yaðadıcılıq boyu
müəllifin sərgilədiyi səmimiyyət heyran etdi. Vəfalılıq,
etibarlılıq, vəfa anlayışları bəşər
cəmiyyətinin bütün inkişaf mərhələlərində
yüksək dəyərləndirilən, yaşadılan, qorunaraq inkişaf etdirilən
və cəmiyyətdəki sosial proseslərin
təməlinə qoyulan əsas məhək
daşlarından biri
sayılmışdır. Hər bir
xalqın, etno-sosioloji birliyin
həyatında “vəfalılıq” və “etibarlılıq” kimi dəyərlərin üstünlük
təşkil etməsi, nəticədə bu
birliklərin daxili həyatının
milli-mənəvi, sosial-siyasi, iqtisadi və s. sahələrində
təzahür edir, milli
yaddaşının formalaşmasında,
inkişafında, millətin tarixin sərt
sınaqlarından üzüağ
çıxmasında böyük rol oynayır. Həm də “vəfalılıq”
və “etibarlılıq” anlayışları şəxsi «mən»lərin
fikir və ya rəy
prizmasını aşaraq milli
yaddaş, geniş anlamda ictimai minnətdarlıq
hissini formalaşdırır. Bu proseslərin baş verməsi
üçün həm də tarixi və taleyüklü
hadisələr zamanı millətin həyatında fövqəladə
rol oynan tarixi şəxsiyyətlərin meydana çıxması, yetişməsi vacib şərtdir. Mənə görə tarixin müxtəlif millətlərə bəxş
etdiyi böyük
şəxsiyyətlər həmin millətlərin həyatında
zəruri hadisələri yaratmaq,
onları çətin sınaqlardan qurtarmaq
üçün Tanrı tərəfindən
göndərilir. Məhz Tanrının bəxş
etdiyi bu şəxsiyyətlər
öz millətinin, bütöv
insanlığın taleyüklü məsələlərini
«olum və ya ölüm» məqamında çiyinlərinə
götürür və həlledici proseslərin
bəşəri qəhrəmanına çevirirlər.
Onlar həmin
anda bütün
mübarizə məqamlarının çətinliklərini-
öz dərin ağılları, qlobal düşüncələri, sistemli yanaşmaları, operativlikləri ilə,
siyasi çeviklik nümayiş etdirməklə, həyatlarını
mənsub olduqları xalq və böyük ideyalar yolunda qurban verməklə
tarix səhnəsinə daxil
olur və tarixə qovuşur.
Siyasi ustalıqları və intellektlərinin
hüdudsuzluğu, möhkəm milli iradələri ilə bütün
sınaqlardan üzüağ
çıxaraq Ümummilli liderə
çevrilirlər.
Ümummilli
lider kimdir və bu mənəvi zirvəni tarixdə kimlər
fəth edib?» sualına cavab olaraq Azərbaycan xalqının
xilaskarı, müdrik və dahi siyasətçi, əvəzolunmaz
MİLLİ LİDER- Heydər Əliyevin həyat və fəaliyyətinə
nəzər salmaq kifayətdir.
Heydər
Əliyev sağlığında Azərbaycan xalqının
canlı əfsanəsinə çevrildi. Onun siyasəti
bütün siyasilərdən, iqtisadiyyatı
iqtisadçılardan, hərbi təfəkkürü və
biliyi hərbçilərdən, incəsənət və mədəniyyət
duyumu bu sahənin mütəxəssislərindən, millət
və cəmiyyət haqqındakı bilikləri və təsəvvürü
cəmiyyətşünaslıqla məşğul
olanlarınkından daha mükəmməl idi. O, bütün
qeyd olunan sahələrin ən sanballı mütəxəssislərinə
belə inkişaf məsələləri üzrə məsləhət
və tövsiyələr vermək qüdrətində idi.
Ulu öndər Heydər Əliyev sözün əsil mənasında
LİDER idi. Unikal intellekt və yaddaşı, təkrarolunmaz əzmi
və iradəsi, özünəməxsus milli dəyanət və
liderlik keyfiyyətləri ilə Heydər Əliyev milli
liderlik zirvəsini fəth etdi və həmin zirvədə əbədi
yaşayacaq!
G.
Rzayevanın akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi
araşdırmalarından çıxış edərək
Ulu Öndərin zəngin siyasi irsini tədqiq etməsini də
təsadüf hesab etmək olmaz. Azərbaycan siyasətşünaslığında
bir elm sahəsi olaraq – Əliyevşünaslığın əsasını
qoyan və bu sahəni inkişaf etdirən əsas simalardan
biri məhz akademik Ramiz Mehdiyev olmuşdur. Onun Heydər Əliyev
haqqında çoxsaylı elmi, siyasi və fəlsəfi tədqiqatları
mövcuddur.
Ramiz
Mehdiyevin həm sanballı elmi-fəlsəfi, siyasi-nəzəri
bilikləri, həm uzun illər Ulu Öndərin rəhbərliyi
altında işləməsi, xüsusən müstəqillik
qazandıqdan sonra Azərbaycan Respublikasında həyata
keçirilən milli dövlət quruculuğu proseslərinin
bütün sahələrində onunla çiyin-çiyinə
çalışması, əsas hadisələrin
iştirakçısı olması, fikrimizcə onun Heydər
Əliyev haqqındakı əsərlərinin dəyərini
artırır. Müəllifin sözləri ilə ifadə
etsək: «Əliyevşünaslığın akademik səviyyədə
ilk yaradıcısı Ramiz Mehdiyevdir». Bununla yanaşı, bir
silahdaş, sədaqətli, vəfalı və səmimi insan
kimi- Heydər Əliyev haqqındakı minnətdarlıq dolu
etirafları və xatirələri Ramiz Mehdiyevin özü
haqqında da əsl ziyalı, mərd azərbaycanlı
obrazı yaradır və bu nümunəni gələcək nəsillərə
ərməğan edir.
Kitabda
Ramiz Mehdiyevin əsərlərindən gətirilmiş
nümunələrlə, müəllif Heydər Əliyev
siyasətinin mahiyyəti, fəlsəfəsi, ümummilli dəyərlərin
qorunub saxlanması və yaşadılması sahəsindəki
xidmətləri, ümumxalq məhəbbətinin Ulu Öndərə
gətirdiyi məsuliyyətin onun tərəfindən liderlik səviyyəsində
dərki, gərgin fəaliyyət meydanında həmin məsuliyyətin
ona verdiyi enerji və s. kimi ideyalar ardıcıllıqla təhlil
olunaraq oxuculara çatdırılır.
G.Rzayeva
Ramiz Mehdiyevin “Əliyevşünaslıq” sahəsinə daxil
olan elmi məqalə və iri həcmli əsərlərinin təhlili
zamanı Azərbaycan mediasında, ayrı-ayrı
ziyalıların, ictimai-siyasi xadimlərin məqalələrində
əks olunan fikir və mülahizələrə də
müraciət edir ki, bu da oxucunu ondan öncə bu mövzuda
yazılan əsərlərlə tanış edir.
Ulu
Öndər Heydər Əliyevin bütün dövlət idarəçilik
fəaliyyəti və siyasi baxışlarının
elmi-siyasi təhlilini verməyə çalışan müəllif,
Ramiz Mehdiyevin tutarlı fikirlərini sitat gətirərək,
öz mülahizələrinin daha düzgün, məzmunlu
olmasına nail olur. Məsələn, «Deyirlər ölkələr
də insanlar kimidir. Tale onları bəzən sevincdən, səadətdən
məhrum edir, sərt sınaqlara çəkir. Ölkələr
məzlum vəziyyətə düşür, xalqlar təhqir
və həqarətin acısını dadır, məhvedici
parçalanma mərhələsinə daxil olur, hansı səmtə
gedəcəyini bilmir… Belə bir siyasi durumun məngənəsində
çabalayan Azərbaycan Ulu öndər Heydər Əliyevin
yenilməz iradəsi, zəkası sayəsində dünyaya
günəş kimi doğdu», Ramiz Mehdiyevə məxsus bu
fikir belə nümunələrdən sayıla bilər. ( Bax:
R.Mehdiyev «Əsil vətəndaş, böyük şəxsiyyət
və qüdrətli lider haqqında bəzi düşüncələr.
Bakı, Azərnəşr). Yaxud, yenə də həmin əsərdən
başqa bir fikri olduğu kimi qeyd edərək, müəllif
R.Mehdiyevin- Heydər Əliyevlə hər gün iş
prosesində görüşən, tapşırıqlar alan,
birgə çalışan etibarlı bir silahdaşın dili
ilə Ulu Öndəri belə dəyərləndirilir:
«Franklın Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll
kimi Heydər Əliyev də sağlığında canlı əfsanəyə
çevrilmişdi”.
Gülayə
xanımımın əsərini oxucuda nəinki ümummilli
liderin siyasi portreti haqqında müfəssəl fikir
yaradır, eləcə də Azərbaycan xalqının
müstəqillik yolunu, azadlıq mübarizəsini, azad,
demokratik dövlət quruculuğu prosesini Heydər Əliyevin
respublikaya rəhbərliyi fonunda təhlil edir, onun
ayrı-ayrı mərhələlərinin
xarakteristikasını verir. Müəllif Heydər Əliyevin
Azərbaycana rəhbərliyi dövrünü milli tariximizin
yeni bir epoxası adlandırır və bu fikrini əsaslı,
tutarlı, elmi, fəlsəfi faktlarla izah edir. Müəllifin
fikrincə Heydər Əliyev epoxası tək Azərbaycan
Respublikasının həyatının müxtəlif sahələrində
quruculuq və inkişafla məhdudlaşmır, həm də
dövrünün əsl azərbaycanlı obrazını,
milli iradəli vətəndaşını, azad
düşüncəli, demokratik fikirli şəxsiyyətini,
mübariz düşüncə nümunəsini
formalaşdırdı. Bu epoxanı Ramiz Mehdiyev Heydər Əliyev
epoxası adlandırmışdır.
Ön
sözün girişində qeyd etdiyim kimi, (Gülayə
xanım özü bu kitabın ərsəyə gəlməsində
fikrini çox səmimi izah etmişdi) kitabın müəllifi
çox istedadlı bir şairədir.
Özünün
dediyi kimi nə siyasətçidir , nə də tarixçi.
Amma məsələlərə dərin təhlillərlə
yanaşması siyasi hadisələrə
ardıcıllıqla , məntiqlə münasibət bildirməsi
onu siyasətçi və tarixçi kimi təqdim edir.
Kitabın səmimiyyət və həm də yeri gəldikcə
bədii notlara keçməsi onun şair səmimiyyətinin
bəhrəsi kimi kitabı daha dəyərli etmişdi. Səmimiyyətinin
arxasında böyük ziyalılıq, vətəndaşlıq,
hadisələrin şərhinə dərin intuisiya ilə
yanaşması imkan verdi ki, mən bu qənaətə gəlim;
bundan əvvəl və sonralar da R.Mehdiyevin əsərlərində
Əliyevşunaslığı və Azərbaycan dövlət
quruculuğu məsələlərini araşdırıblar və
araşdıracaqlar, amma ola bilsin ki, onların heç biri “vəfadarlıq”
terminini işlətməyəcəkdir. Çünki bu təhlilləri
qələmə alan ilk olaraq milli irsimizdə kişiliyin, mərdliyin,
qəhrəmanlığın simvolu olan etibarı, vəfanı,
siyasi müstəvidə araşdırır. Bu dəyərlər
itəndə cəmiyyətdə də, dövlətdə də,
tarixdə də hərc-mərclik baş qaldırır, xaos
hökm sürür. Ən böyük cəza Tanrıdan qəlir
– qədirbilməzliyin cəzası !
Müəllif
“Vəfadarlıq” kitabında üç müstəvidə
Milli dəyərlər sistemimizin əsasında duran vəfa,
etibar, qədirbilənlik, minnətdarlıq və onun tarixi ənənəyə
çevrilməsi məsələsinin izah etməyə
çalışıb.
- Ulu
öndər H.Əliyevin Azərbaycan xalqı, milləti,
dövləti , qarşısında tarixi xidmətlərini
elmi şəkildə araşdıran sahəsinin – Əliyevşunaslığın
yaranması;
- Əliyevşunaslığın
ilk elmi yaradıcısı olan Ulu Öndərin yaxın
silahdaşı akademik R.Mehdiyevin özünün
araşdırmalar apararaq tarixi-fəlsəfi münasibətlərinin
toplumu kimi geniş tarixi əsərlər mənbəyinin
yaranmasi;
-
Çagdaş ictimai siyasi quruculuq fəaliyyətində
R.Mehdiyevin dəsti–xətti ilə tarixi minnətdarlıq, qədirbilənlik,
unutmamaq, özündən əvvəlki, siyasi irsə dərin
ehtiram anlayışlarının fəlsəfi tədrisinə
başlamaq;
-
Unutqanlığın, nankorluğun, mənəmliyin siyasi fəaliyyətdə
özünü məhvə gətirməsi mesajının
verilməsi;
- Vəfadarlığın
cəmiyyətin, dövlətin, insanlığın
böyük tarixini yazmaq üçün fəlsəfi
düşüncə anlayışı səviyyəsinə
ucaldılması.
Əsərlə
tanışlıq belə qənaətə gəlməyə
əsas verir ki, bir şairənin – Gülayə Rzayevanın
Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev
haqqında, Ramiz Mehdiyevin- bir ictimai-siyasi və dövlət
xadiminin fikirləri əsasında qələmə
aldığı və ərsəyə gətirdiyi, elmi-siyasi
təhlil xarakteri daşıyan bu kitab müəllifin səmimiyyətinin,
əsl vətəndaş mövqeyinin, ümummilli liderə dərin
sevgi və ehtiramının ifadəsi kimi böyük
alqışa layiqdir.
Sona Vəliyeva,
Filologiya elmləri üzrə
fəlsəfə doktoru
Kaspi.-2012.-30 oktyabr.-S.4.