“I am
Free”-nin təqdimatı keçirildi
Eldar Qasımov: “Əsas o deyil ki, rejissor
məşhur olsun, əsas odur ki, nə istədiyimi,
duyğularımı, azadlığımı
tamaşaçılara çatdıra
bilsin”
“Mənim üçün bu mahnı hisslərimi, duyğularımı tamaşaçıya
çatdırır.
İstəyirəm ki, mahnını
dinlədikdə hamı
özünü azad
hiss etsin”. Bu fikirləri
“Eurovision-2011” Mahnı Müsabiqəsinin
qalibi Eldar Qasımov dünən Beynəlxalq Mətbuat Mərkəzində yeni “I
am Free” (Mən azadam) mahnısının Ukraynada
çəkilən klipini
təqdim edərkən
səsləndirdi.
E.Qasımovun sözlərinə görə, bu layihə bütünlüklə
Ukraynanın məşhur
Euomedia Group şirkətinin
komandası tərəfindən
həyata keçirilib.
Klipin rejissoru və ideya müəllifi Denis Qamzinov, operatoru Dmitri Peretrutovdur. Klipin hazırlanmasında 200 nəfərin
əməyindən istifadə
olunub: “I am free” klipində
qapalı gecə klubunun və açıq səhnənin
interyeri, həyatında
əsaslı dəyişikliklər
yaşayan qəhrəmanın
emosional vəziyyəti
təsvir edilir. Klip boyu qəhrəman sevgisini tapmaq üçün yol gedir, sevgisinə çatdıqda isə sevdiyi insan illüziyaya
çevrilir.
Təqdimat mərasimində iştirak
edən “Eurovision-2012” mahnı
müsabiqəsinin aparıcısı
Leyla Quliyeva Eldarın son illərdəki
uğurlarından, yaradıcılığı
ilə bağlı nailiyyətlərindən danışaraq,
onun vətənimizdən
kənarda da sevildiyini, musiqisinin dinlənildiyini vurğuladı.
Media işçilərinə
klip barədə açıqlama verən Eldar Qasımov ilk solo klipi olduğu üçün çox həyəcanlı olduğunu
bildirib: “Mən yalnız bir mahnı ifasından kənara çıxmaq istəyirəm, təkcə
bir duet oxumaqla kifayətlənmək istəmirəm.
“Runing
Scared” mahnısının ancaq
bir hissəsi mənə aiddir, bu mahnını biz duet şəklində ifa etmişik, yəni mən burda özümü tam şəkildə
ifa edə bilməmişəm. Bu
klipimdə öz solo ifamı da tamaşaçılara
nümayiş etdirmək istəyirəm”. Müğənninin
sözlərinə görə, bu mahnının
kompozisiyası Azerilife Music Entetainment prodüser mərkəzi
ilə birgə yazılıb, eyni zamanda DJ və prodüser
Aligee və Rasif Babayevin də köməyindən istifadə
olunub.
Media işçilərinin “niyə məhz
ilk solo klipinizi xarici rejissora həvalə etdiniz?”
sualını isə Eldar Qasımov belə cavablandırıb: ”Klip çəklişi üçün
tender elan olundu və həm azəri rejissorların, həm də
xarici rejissorların işlərinə baxdıq. Mən Denis Qamzinovun çəkdiyi klipləri
çox bəyəndim, həm də onun
yanaşdığı mövqe mənim mahnıma çox
uyğun gəlir. Baxmayaraq ki o, Ukraynada elə
də məşhur rejissor deyil, mənimçün bu elə
də əsas şərt deyil. Əsas odur
ki, mənim istədiyimi, mahnımda olan duyğularımı,
azadlığımı tamaşaçılara aydın şəklidə
çatdıra bilsin. Bunu da mən Denisdə
gördüm və klipimi ona əmanət etdim”.
Klipdə Eldar Qasımovun rəqsi də
media işçilərinin diqqətindən yayınmayıb.
Bu barədə açıqlama verən Eldar
bildirdi ki, klipdəki rəqsinin qurulmasında “Vabank”
şou-baletinin böyük rolu olub. Belə ki, rəqs
“caz-fank” üslubunda hazırlanıb: “Mən həmişə
lirik musiqilər ifa etdiyimə görə rəqsimi
tamaşaçılara təqdim etməmişdim, onu da
xatırladım ki, mənim rəqs qabiliyyətim çox
yaxşıdır”. Eldar Qasımov klipin məşhur
telekanallarda, eyni zamanda Polşa, Yunanıstan televiziyalarında
yayımlanacağını, həmçinin bu yönümdə
Rusiya ilə danışıqların davam etdiyini qeyd edib:
“Çalışacağam ki, bundan sonra da Azərabaycanı
Avropada yüksək səviyyədə təbliğ edim”.
“Eurovision” qalibimiz klipin hansı qiymətə
başa gəlməsi barədə sualı cavablandırmaqdan
imtina etdi: “Əgər sənətçi puldan
danışırsa, onun sənətinin dəyəri, kimliyi
itir məncə. Qiymət burda əsas rol
oynamır. Mən dəqiq bilmirəm, bu
klip üçün nə qədər pul xərclənib.
Bu layihənin sponsorluğu ZQAN Holding tərəfindən
həyata keçirilib”.
Yaradıcılıq planlarından
danışan müğənni Azərbaycan dilində İsa
Məlikovun sözlərinə mahnı
hazırladığını, yaxın gələcəkdə
həmin mahnını da tamaşçılara təqdim edəcəyini
bildirdi. Sonda Eldar Qasımov klipin
çəlişində zəhməti olan hər kəsə təşəkkürlərini bildirdi
və klipə yenidən baxış keçirildi.
Xəyalə Rəis
Kaspi.-
2012.- 14 sentyabr.- S.16.