Kafkanın “Məhkəmə”si
Bakıda çap olundu
Dünya şöhrətli
yazıçı Frans Kafkanın “Məhkəmə”
romanı “Qanun” nəşriyyatı tərəfindən
Bakıda nəşr edilib.
Zavallı bəşər
övladının dərkolunmaz sirli qüvvələr
qarşısında acizliyi, həmişə onların
qurbanına çevrilməsi Frans Kafkanın “Məhkəmə”
(1914) romanının əsas ideyasını təşkil edir.
… Otuz yaşı tamam olan günü,
heç bir günah işlətməsə də, vicdanlı,
işgüzar bank məmuru Yozef K. həbs olunur və iş
gedib məhkəməyə çıxır. Yozef K.
günahsız olduğunu bilsə də, baş verənlərə
soyuqqanlılıqla yanaşmağa çalışsa da, bu xəbərdən
sonra nə yaşadığı evdə, nə də işdə
rahatlıq tapa bilmir, daim bu gizli, qeyri-adi məhkəmə barədə
düşünür. Sirli məhkəmə çoxmərtəbəli
bir binanın çardağında yerləşir,
işçilərinin, eləcə də mühakimə etdiyi
adamların sayı-hesabı yoxdur. Burada hamı
günahkardır və heç kəsin günahı
üzünə oxunmasa da, hamı cəzasını çəkməlidir.
İlk günlər bu məhkəmədən lap tezliklə
canını qurtaracağına əmin olan Yozef yalnız
özünü müdafiə etməklə kifayətlənmir,
oradakıları cəsarətlə tənqid edir, “qanun
keşikçilərini” qanunsuzluqda günahlandırır.
Lakin daxilində baş qaldırmış etiraz hissləri tədricən
zəifləməyə başlayır və o da axırda bu
müəmmalı məhkəmənin sehrinə
düşür, sakit, rahat həyatı öz məcrasından
çıxır, daxilində baş qaldırmış
narahatçılıq, günah hissləri onu hətta
çağırılmayanda da ora aparır, çünki bu
gözəgörünməz məhkəmə artıq onun
iradəsini, ağlını əlindən alıb, sehrləyib,
öz əsirinə çevirib…
Əsəri almancadan Vilayət
Hacıyev tərcümə edib.
Kitabı 6 manata şəhərin kitab
mağazalarından əldə etmək olar.
Kaspi.-
2012.- 22-24 sentyabr.- S.14.