Təbriz
zindanında yazılmış şeirlər
Küçə-küçə
düşüb heç
kimi gəzdim
Anam üçün
Bir qab su idim ki,
içdilər məni,
Yaşıl
zəmi idim, biçdilər məni.
Elə
yer idim ki, ayaq dəyməmiş,
Tapdaya-tapdaya
keçdilər məni.
Dərdin
özün tapıb özünü
dözdüm,
Küçə-küçə
düşüb heç
kimi gəzdim,
Bir Allah sevgisi qaldı canımda
Bir ana sevgisi
qaldı canımda.
Özgə sevgiləri canımdan üzdüm.
Ta mənə günəşdən
pay düşməz, ana,
Qoy sənin kölgənə qısılıb
ölüm.
Dolanım dünyanın dörd bir yanını,
Gəlib ayağına yıxılıb ölüm.
Yox-yox uzaq elə
özündən məni.
Sən məndən biryolluq küssən yaxşıdı.
Hara dərd səpsələr
orda göyərrəm.
Sən məni kökümdən kəssən
yaxşıdı.
Eh, sənə bir oğul ola
bilmədim.
Şeirlə, söz ilə baş qatıram mən.
E... sizsiz bir ömür
yaşamıram ki,
Hər gün əcəlimi yubadıram mən.
Sənin həsrətini elə gəzmişəm
Elə yeri yoxdu
ayaq dəyməmiş,
Mənim həyatımın nəticəsi bu:
Ölmək ölməməkdən
nə gözəl imiş.
Quşlar buludları sevdi, nolsun.
Hamısı torpağın qucunda öldü.
Elə sözüm vardı sənə deyəsi,
Demədim, dilimin ucunda öldü.
Özüm öz ölmümə
qara kağızam,
Gəlib çatmamışam
əlimə hələ.
Mən daha dünyadan
küsdüm biryolluq
Diş qıcaram bütün gözəlliklərə.
Ah niyə atlarım kəndir çeynəyir,
Qara gözlərimə kədər insafmı?
Bax bu giliz
dərdlər, bu giliz dərdlər,
Hər gün ürəyimi gəzər,
insafmı?
Bu kor gözlərimə mənzərə dünya,
Bu kar qulağıma səs sala bilməz,
Bütün pillələrim üzüaşağı.
Ta heç kəs gözümdə ucala bilməz.
Ay ana, hayana üz
tuturamsa,
Bədbəxtlik dalımca elçi yollayır.
Mən hansı budaqdan yapışıramsa,
Dar ağacı olub kəndir sallayır.
Qollarım boş qalıb, elə boş qalıb:
Yanıram saçımdan dırnağımacan.
Hər gecə yuxumda yarımı görrəm.
Deyirəm “gələcəm”, deyir ki, “haçan?”
Susuram, susuram, susuram, ana.
O qıza bir cavab
verə bilmirəm.
Bu gücsüz canımla dəmir dərdləri,
Dişimi sıxıram, əyə bilmirəm.
Dörd fəsil ömrüm var, dördü də payız.
Bax sonra demə
ha, saraldı getdi.
Bir gün soruşarsan hardadı oğlum?
Deyərlər “ay xala, dərd aldı getdi”.
Ölmədi şair
Kəsdilər şairin dilin dibindən
Amma ki, dilini
kəsmədi şair.
Baxdı ki, bu
dünya yuxu dünyadı.
Dünyaya şeirlər əsnədi şair.
Asdılar şairi ayaqlarından.
Yeri göydə gördü, göyü də yerdə.
Afərin, şairin son nəfəsidi.
Şeir gilələnir əcəl tərində.
Çatdız arzunuza, axır ki, çatdız.
Öldü şair öldü, nə gözəl öldü.
Ölmədi, ölmədi, ölmədi şair.
Allaha uzanan bir
cüt əl öldü.
Mənə deyən lazım
Natiq Məmmədliyə
Bu dəli yollara iz salmamışam
Yollar özü gəlib izimə sarı.
Mən ki, öz
sözümü deyə
bilmədim,
Gedirəm Allahın sözünə sarı.
Elə öyrətmişəm
səsə dünyanı.
Şeir misra-misra sözümə gəlir.
Diz qoymuram bu gedişsiz yollara.
Əyilləm səcdələr dizimə gəlir.
Sədləri yolumdan götür, İlahi.
Yollarım dirənib səhra dağına.
Mənə deyən lazım bu qara
bəxtnən
Niyə düşürdün
ki, yolun ağına?!
Gündüz ağrıları
Səbinə xanım üçün
Məni kimsəsizlik dağına zəncirləyiblər,
Ciyərimi həsrət qartalı didir,
Hər gecə ayrılıq odun atır sənsizliyimə
Hər gecə bir az da alovlanıram.
Qəhrəmanları sevməyən qadınlar qəhrəmandı,
Sağ ol, sən
də məni sevdin,
Mən sənə şeir yazmıram,
sənsizliyimi kağıza köçürürəm burda,
Mənim qollarımdakı qandalın ağrısı
köçüb
Sənə aldığım bilərziyə,
sənin də qolların
ağrıyır orda,
Sən min yol Qızıl
balıqdan ancaq məni istəmisən,
Nişan yaylığını
nəzir demisən mənə,
Adının hər hərfinə qonub ürəyim,
Adını tufan sirkələsə
uçmaram,
Sevgin silah dirəyib
alnıma,
Həsrətin qorxudur, qaçmıram.
Quşlar dimdikləyər deyə havaya tullamıram öpüşlərimi,
Sənə ağlayanda göz yaşımı ovcuma silirəm,
Demə “niyə gəlmirsən?”
Hər gecə ayaqlarımı söyürəm,
Sənə gəlməyəndən
bütün ağılarım
ayaq ağrısına
çevrilib,
Qanım göz yaşına,
Sevmədiyim mahnılara ağlamağı öyrənmişəm,
Qaranlığa oyanıb kor olmuşam bəzən
Qollarım qucaq deyilmiş
sənsiz,
Sənsiz divar imiş
ömrün sonu...
“Xəstə” gündəliyi
“Vəba xəstəsiyəm”
gəl gör günümü,
Siçovul həsrətin hər yandan gəlir.
Bir qələt: incitdim sənli günləri.
Min qələt: sənsizlik burnumdan gəlir.
“Vəba xəstəsiyəm”,
üşüyür canım.
Min həkim çağırsan
sağaltmaz məni.
Əlində bərkimiş qum topasıyam,
Yüz çəkic çalsalar dağıtmaz
məni.
“Vəba xəstəsiyəm”,
ay qara gözlüm.
Hər səhər oyanıb qan tüpürürəm.
Allah elə əlçatmaz eləyib səni
Elə bil it olub
Aya hürürəm.
“Vəba xəstəsiyəm”
üşüyür canım.
Gəl məni gözünün odunda yandır.
Tüstüm gözlərinə dolar, gözəlim,
Bir zəhmət, bir qədər aralıda dur.
Mənim ipim bərk
yerindən qırılıb
Bir quş qanadına yetirib məni,
Hara uçurmusan göylərdən
soruş.
İçi-çölü dağıdılmış
adamam.
Halımı xaraba evlərdən
soruş
Heç bilirsən nə çəkdi qara oğlan?
Hey ağladı heç kəs gözün silmədi.
Get yollarla hesab çürüt, gözəlim.
De ki, “niyə gedən bir gün gəlmədi?”
Soruş məni, “denən haçan gələcək?
Haçan yığım yollarından gözümü?”
Denən “onsuz heç
özümdə deyiləm.
Nə vaxt gələr,
mən taparam özümü?”
Mənim ipim bərk
yerindən qırılıb,
Gələmməsəm, yollarımdan küsərsən.
Dünya sən tək çoxlarını
kiridib.
Ağlayarsan, ağlayarsan kəsərsən.
Zindan gecələri
Gecələr bütün ağrılar yerbəyer olur bədənimdə
Gedə bilməməyim ayaqlarıma çökür.
Sevdiyim ürəyimə,
Göz yaşlarıma çökür anam.
Yumruğuma bükülüb ovcuma sığıram.
Qollarımda gücsüzlüyüm
ağrınır,
Tənhalıq höcətləşir
canımla,
Dil tapmıram, çənə-boğaz oluram
ayrılıqla.
Bütün canımı gəzmişəm,
Bədənimdə bircə unutmağa yer yoxdu.
Bədənim bir qadındana
qalmış xatirədi
ancaq.
Ürəyim döyünümür,
ürəyim deyinir sizsiz.
Dəyqədə altmış dəfə narazıdı
həyatdan.
Zindan ağrıları
1
Nəsimi qanı sevgin, Zahid barmağı
ürəyim var.
Sevgi bəzən namərd edir adamı.
Tale heç də həmişə bacı dilində “can qardaş” olmur.
Mariya düz demişdi: “əvvəldən-axıra
it quyruğuna düyünlənib
ömür...”
Toyuma gecikmişəm,
bütün ömrüm boyu gözükölgəliyəm
yarımdan
Telefonda ağlaya-ağlaya “ağlama” deyirdi mənə
Ölsəm də çıxmaz
yadımdan
2
Anamın bayram səsi
nə vaxdır?
Təqvimə salın anamın səsin,
Gilas nübar elədim bu gün
Vətənimdən şişə-şişə,
ən qatı göz yaşları durulub gözlərimdə,
Dərdimin gözəlliyi körpələrin xəbərsiz
olmasıdı məndən.
Hamı halıma
yanarkən,
gülümsəyir qardaşımın oğlu, şükür.
3
Atam bütün ömrü boyu bir qəbir boyda yer elədi
özünə
Sonra bir səhər
getdi və heç vaxt gəlmədi,
Atamın getdiyi yollarda
ümidsizliyə çevrildi
ayaq izləri
4
Həyat bax beləcə
divara dirəyir adamı,
Qaça bilmədiyin yerə “alın yazısı” deyirsən,
Mən göz yaşlarımla ağrılarımı
zəncirləyirəm,
Sənsə baxıb ağlama deyirsən.
Fərid Hüseyn
Kaspi.- 2012.-
22-24 sentyabr.- S.15.