“Eurovision-2012”də
iştirak edəcək ölkələrin
adları açıqlanıb
43
ölkə arasında Ermənistanın da
adı var
Avropa Yayım Birliyi
Bakıda keçiriləcək “Eurovision”
yarışmasında iştirak edəcək
ölkələrin adlarını açıqlayıb. 43
ölkə arasında Ermənistanın da
adı var. “Eurovision” mahnı müsabiqəsi “Bakı
2012”-nin işçi qrupunun verdiyi məlumata
görə, ümumiyyətlə, bu il keçiriləcək “Eurovision-2012”
mahnı müsabiqəsində iştirakçı ölkələrin
sayı 2008 və 2011-ci ildəki rekord həddədir.
Qeyd edək
ki, 57-ci “Eurovision-2012” mahnı müsabiqəsində
iştirak etmək üçün 43 ölkə müraciət edib. Bunların sırasında müsabiqəyə
ötən il qayıtmış İtaliya, Macarıstan, Avstriya
da var. Həmçinin,
“Eurovision-2012” mahnı müsabiqəsində son
3 ildə iştirak etməyən Monteneqro da builki
yarışmaya qatılıb.
“Eurovision-2012”
mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand yarışmaya
40-dan artıq ölkənin qatılmasından məmnunluq hissi duyduğunu bildirib: “Bu ölkələr
may ayında Azərbaycanı və onun xalqını daha
yaxından tanımaq və əlbəttə ki,
dünyanın ən möhtəşəm şousunun
bir hissəsi olmaq üçün Bakıda toplaşacaq”.
“Eurovision-2012”-də
iştirak edəcək ölkələrin
siyahısı.
1. Albaniya
2. Ermənistan
3. Avstriya
4. Azərbaycan
5. Belarus
6. Belçika
7. Bosniya və Herseqovina
8. Bolqarıstan
9. Xorvatiya
10. Kipr
11. Danimarka
12. Estoniya
13. Finlandiya
14. Fransa
15. Makedoniya
16. Gürcüstan
17. Almaniya
18. Yunanıstan
19. Macarıstan
20. İslandiya
21. İrlandiya
22. İsrail
23. İtaliya
24. Latviya
25. Litva
26. Malta
27. Moldova
28. Monteneqro
29. Niderland
30. Norveç
31. Portuqaliya
32. Rumıniya
33. Rusiya
34. San Marino
35. Serbiya
36. Slovakiya
37. Sloveniya
38. İspaniya
39. İsveç
40. İsveçrə
41. Türkiyə
42. Ukrayna
43. Böyük Britaniya
Təəssüf
ki, Polşanın ictimai yayımçısı
TVP Avropanın bu məşhur televiziya şousuna bu il qatılmayacağına
qərar verib. Yan Ola Sandın sözlərinə
görə, Polşanın
bu ilki müsabiqəyə
qatılmaması 2012-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi etməsi ilə bağlı TVP-inin işinin gərginliyi ilə əlaqədardır.
Kaspi.- 2012.-
18 yanvar.- S.15.