Fərdi mənzil tikintisiindi və gələcəkdə 

 

Yeni Tikinti və Şəhərsalma Məcəlləsinin qəbulu bu prosesi xeyli sadələşdirə bilər

 

Azərbaycanda uzun müddətdir ki, fərdi yaşayış mənzilinin tikintisi problemə çevrilib. Hələ sovet dönəmindən mənzil tikintisi üçün rəsmi icazənin alınması müşkül məsələ olduğundan vətəndaşlar qanunsuz ev tikintisinə üstünlük veriblər. Təəssüflə qeyd etməliyik ki, bu problem hələ də qalmaqdadır. Hazırda qüvvədə olan qanunvericilik fərdi mənzil tikintisini xeyli çətinləşdirir.

 

Mövcud qanunvericilik

 

Bu prosesdə ən asan prosedur torpaq sahəsinin əldə edilməsidir. Bunun üçün vətəndaş ya torpaq sahəsini digər şəxsdən pulla alır, ya da torpaq sahəsinin alınması üçün bələdiyyəyə müraciət edir. Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri hərracların keçirilməsi qaydası ilə alınır. Sonra həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləmək üçün müvafiq sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim edilməlidir.

Daşınmaz əmlak (burda torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport plan-ölçü) verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu tutulur. Sonrakı mərhələdə layihəçəkmə üçün lisenziyası olan peşəkar qurum ya şəxs tərəfindən evin layihəsi çəkilir. Layihənin çəkilməsi adətən 200-300 manata başa gəlir. Bu məbləğ evin quruluşuna görə dəyişirlayihə mürəkkəbləşdikcə qiymət artır. Bu prosesMemarlıq fəaliyyəti haqqında”, “Şəhərsalmanın əsasları haqqındaAzərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Layihə tikinti aparılacaq ərazinin yerləşdiyi icra hakimiyyəti orqanının memarı ilə razılaşdırılır təsdiqlənir. Daha sonra icra hakimiyyətində layihənin ekspertizası aparılır, ətrafa uyğunluğu, konstruktiv quruluşu, möhkəmliyi s. qiymətləndirilir. Növbəti mərhələ isə BŞİH Memarlıq Şəhərsalma İdarəsindən tikintiyə icazə sənədinin alınmasıdır. Bu orqan evin tikintisinə ya icazə verir, ya da səbəbi göstərilməklə bundan imtina edir. Vətəndaş burda göstərilən iradları aradan qaldırmaqla yenidən müraciət edə bilər.

Ev tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı ilə qaz, elektrik enerjisi, su, kanalizasiya xətləri üçün texniki şərtlər alınır. Texniki şərtlərin alınması üçün müvafiq rüsum tələb olunur. Vətəndaş bunların hər biri üçün təxminən 30-40 manat vəsait ödəyir. Bu proses Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən aparılır. Texniki şərtlər alındıqdan sonra vətəndaş rayon icra hakimiyyətinə müraciət edib istismar haqqı alır. İstismar haqqıtikinti zamanı memarla ilkin razılaşdırılmış plandan kənara çıxılmaması ilə bağlı zəmanətdir. Razılaşdırılma prosesi vətəndaşa pulsuz başa gəlir.

Evdən istifadə hüququnun alınmasından sonra növbəti addım ünvan alınmasıdır. Daşınmaz əmlak obyektlərinə ünvan verilməsiAzərbaycan Respublikasında ünvan reyestrinin aparılması daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarıilə tənzimlənir. Ünvanların verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi Reyestri Xidməti tərəfindən aparılır. Daşınmaz Əmlak obyektlərinə ünvanlar daşınmaz əmlakın növündən asılı olmayaraq eyni qaydada verilir. Ünvan alınması prosesi 3 günü çəkir. Daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi ilə bağlı 20 manat, əmlakın ünvanı barədə məlumatların verilməsi ilə bağlı 10 manat xidmət haqqı tələb olunur.

Sonuncu mərhələ yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatı çıxarışın alınmasıdır. Bunun üçün torpaqayırma sənədləri ilə birlikdə ərizə; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu; eskiz-planı; tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi, tikilinin istismara qəbul aktı ya tikilinin istismara yararlı olduğu ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı; dövlət rüsumunun ödənilməsi barədə qəbz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə təqdim edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış 20 gün ərzində tərtib olunur. Bu çıxarış mülkiyyət hüququnun təminatı deməkdir. Yəni vətəndaş bu sənədi əldə etməklə evin tamhüquqlu sahibinə çevrilir.

Göründüyü kimi, mövcud qanunvericilikdə fərdi mənzil tikintisi ilə bağlı prosedur xeyli çətindir.

 

Təklif edilən sadələşmə

 

Parlamentin müzakirəsində olan Yeni Tikinti Şəhərsalma Məcəlləsinin qəbul olunması vəziyyəti xeyli dəyişdirə bilər. Məcəllə qədər tez qəbul edilsə, bu cür problemlər o qədər tezliklə həllini tapar. Belə ki, parlamentdə hazırlanan qanunvericiliyə əsasən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər ciddi surətdə sadələşdiriləcək. Sənəddə nəzərdə tutulan yeni prosedur normativ qaydalar fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməsinə istifadəyə verilməsinə imkan verəcək.

Məcəllədə xüsusilə tikintiyə icazə qaydalarının maksimum sadələşdirilməsi nəzərdə tutulur. Fərdi evlərin tikilməsi prosedurundasusmaq razılıqdırprinsipi tətbiq olunacaq, yəni bəzi obyektlərin tikintisi üçün icazə tələb edilməyəcək. Yeni sənədə əsasən, fərdi yaşayış evlərinin tikintisinə isə icazə tələb olunmayacaq. İndiyədək fərdi evlərin tikintisi üçün müvafiq icra hakimiyyətindən icazə tələb olunurdusa, məcəllədə bu, “məlumatlandırma icraatıilə əvəz olunub. Yəni ev tikmək istəyən vətəndaş onun layihəsini hazırlayır həmin layihəni ərizə ilə birlikdə tikintiyə icazə verən quruma göndərir. Tikintiyə icazə verən qurum layihəni nəzərdən keçirir onun şəhərsalma planına uyğun olub-olmadığını yoxlayır. Layihəni alan qurum tikinti sahibinə iradını 30 gün müddətində bildirməlidir. Lakin irad bildirmə tikintiyə icazə verməmək deyil. İrad bildirən müvafiq qurum layihənin şəhərsalma planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır. İrad əsasında göstəriş tərtib olunur şəxs bu göstərişi yerinə yetirdikdən sonra işə başlayır. İrad olmadığı halda isə, şəxs 30 gün sonra tikintiyə başlaya bilər. Amma bu qayda istənilən fərdi ev üçün yox, yalnız mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinə aiddir.

Düzdür, məcəllənin parlamentdə müzakirəsi zamanı heç birmənalı fikirlər səslənmədi, bir sıra deputatlar ayrı-ayrı məqamlar üzrə etirazlarını bildirdilər. Lakin məhz fərdi evlərin tikintisi proseduru ilə bağlı fikirlər yekdildir. Ekspertlər hesab edirlər ki, qeyd edilən dəyişikliklər fərdi ev tikintisində mövcud olan subyektiv amillərin aradan qalxmasına xidmət edəcək. Həmçinin yeni məcəllə qəbul olunduqdan sonra fərdi yaşayış evinin tikinti xərcləri azalacaq. Mütəxəssislərin hesablamalarına görə isə fərdi evin inşası üçün çəkilən xərclərin 45-47 faizi tikinti materialları, 14 faizi torpağın alınması, 23-25 faizi ustanın əmək haqqına yönəldilir. Yerdə qalan vəsait isə digər xərclərə sərf edilir. 

 

 

Kaspi.- 2012.- 25 yanvar.- S.11.