Soyqrımı və yaxud
Üzeyir
Hacıbəylinin uzaqgörənliyi
Bəzən elə düşünürük ki, mart faciəsi birdən-birə baş verdi. Lakin Üzeyir Hacıbəylinin 1905-1907-cı illərdə qələmə aldığı məqalələri ilə tanış olarkən bir daha əmin olursan ki, 1918-ci ildə baş verən mart faciəsi 1905-1907-ci illərdə baş verən soyqrımın davamıdır. Uzaqgörən publisist yalnız öz dövrünü deyil, həm də gələcəyi düşünərək yazırdı. Onun ermənilərlə bağlı dediyi və yazdığı məqalələr nəyinki, yarım əsr, heç on beş il belə gözləmədən, 1918-ci ildə özünü bir daha təsdiq etmiş oldu. Amma çox təəssüf ki, Azərbaycan xalqı sadəlövlük göstərərək bu qanlı faciələri tez unutdu və bu da onun sonrakı illərdə yeni-yeni faciələrə məruz qalmasına səbəb oldu.
Qeyri-adı
istedada malik olan Üzeyir Hacıbəyli xalqımıza
çoxşaxəli, əbədiyaşar zəngin bir irs qoyub
gedib. Bu irsə sahib çıxmaq, onu təbliğ etmək
müqəddəs borcumuz və vacib vəzifəmizdir.
Millət
fədaisi olan Üzeyir bəy erməni-müsəlman hadisələrinin
hər bir detallarını öz publisistikasında geniş
şəkildə əks etdirib. Çünki, hələ təkcə
20-ci yüzilliyin iki on illiyində, 1905-1907, 1918-1920-ci illərdə
baş verən bu faciələrin şahidi olan,
acılarını yaşayan Üzeyir bəy
publisistikasının əsas mövzusu idi milli məsələ.
İstedadlı publisist bu yazılarında
qırğının baş vermə səbəblərini,
Rusiya siyasətinin əsl məqsədlərini, xalqa izah edərək
onları qəflət yuxusundan oyatmağa
çalışır və mübarizəyə
çağırırdı. Həmin yazıları oxuduqca o
dövr hadisələrinin əsl mahiyyəti bizim
üçün açılır, azərbaycanlıların
əzəli və əbədi düşməni olan ermənilərin
ta qədim zamanlardan bizlərə qarşı törətdikləri
alçaq əməllərindən hali oluruq. Və bir daha
şahidi oluruq ki, bu hadisələrdən əsrlər
keçməsinə baxmayaraq, bədnam erməni əməlləri,
xisləti heç də dəyişməyib. Əksinə
daha da
azğınlaşıb, daha da amansızlaşıb.
Məlumdur
ki, ermənilər uzun illərdi “Böyük Ermənistan”
xülyaları ilə yaşayırlar. Bu
xülyalarını həyata keçirmək
üçün fürsəti əldən vermədən
öz çirkin əməllərini həyata keçirirlər.
Bunun üçün
də hər zaman onlara havadar
olan ruslardan istifadə edirlər.
Üzeyir
bəy bu haqda 1906-cı ilin iyul ayında “İrşad” qəzetində
təəssüf hissi
ilə yazırdı ki: “Qoloşçapovun Qarabağa vali təyin edilməsi müsəlmanları daha da əndişəyə saldı. Çünki Şuşada yenə
də qırğın
törədilmişdi. Qarabağ müsəlmanları canişinə
müraciət etsələr
də, yarım milyona qədər camaatın səsinə səs verən olmadı. Qoloşçapov
top və tüfəngi
ilə Qarabağa yollandı. Yollanıb da o gündən
Qarabağ müsəlmanlarının
onsuz da qara günlərini zülmət içinə
qərq etməyə başladı. Şüşa şəhəri dörd tərəfdən yanmaqdadır.
Neçün, nə üstə?
Çünki general Qoloşçapovun Qarabağ müsəlmanlarına
qarşı olan ədavətidir ki, onun ucundan bütün
şəhər böylə
dəhşətli zərərə
uğraşır”.
Üzeyir bəy bir necə
publisistik məqaləsində,
felyotonunda Qoloşçapovun
rəhbərliyi nəticəsində
Şuşada müsəlmanların
ağır bir şəraitdə yaşamasından
ürək ağrısı
ilə söhbət açırdı. “Ordan-burdan sərlövhəli, “Filankəs”
imzası ilə yazdığı məqalədə
müəllif Qoloşçapovun
çirkin əməllərindın
bəhs edərək yazırdı ki: “general Qoloşçapovun provakator
olduğunu sübuta yetirmək buna oxşar ki, qatığın ağ olduğunu sübuta yetirəsən. Çünki general Qoloşçapov erməni tərəfdarı
olub müsəlmanları
qırırdı”.
Uzaqgörən müəllif erməni-müsəlman
münaqişəsinin səbəbkarlarının
o dövr hakimiyyət
nümayəndələrinin olduğunu əksər məqalələrində açıq
şəkildə göstərirdi. Müəllif qeyd edirdi ki,
ruslar öz hakimiyyətlərini möhkəmləndirmək
üçün milli
qırğından istifadə
edərək erməniləri
əllərində “oyuncağa”
çevirərək istədiklərini
edirdilər. Ermənilər də yaranan bu vəziyyətdən istifadə edərək öz arzularını gerçəkləşdirmək üçün fürsəti
fota vermirdilər.
Üzeyir bəy təəssüflə
qeyd edirdi ki, nəticədə hər iki tərəf
öz mənfur, çirkin əməllərini
reallaşdırmaq üçün
müsəlmanları bu
yolda qurban verirdilər.
Müəllif bu mövzuda olan yazılarılarının
əksəriyyətində ermənilərin yalanlarını,
iftiralarını, hiyləgərliyini
bütün açıqlığı
ilə bəyan edirdi. Hətta müsəlmanların tanınmış, millətpərəst
və vətənpərvər
oğullarını nüfuzdan
salmaq üçün
də iftira dolu yazılar yazırlar, şaiələr
danışırdılar. Xüsusən də “İrşad”
qəzetinin redaktoru, “Difai” təşkilatını
yaradan Əhməd bəy Ağaoğlu haqqında. Çünki, Əhməd bəy
erməni silahlı dəstələrini və
onlarla həmrəy olan çar silahlı dəstələrinin
hücumunu dəf etmək üçün
1906-cı ildə gizli
“Difai” təşkilatını
yaratdı. Bu təşkilat sözün
əsl mənasında
xalqını düşməndən
qorumaq üçün
silahlı müdafiə
funksiyasını yerinə
yetirirdi. Ona görə
də ermənilər
və çar hakimiyyəti Əhməd bəyi və firqənin digər fəal üzvlərini xalq arasında nüfuzdan salmaq üçün geniş təqib kampaniyasına başladılar. Təbii ki,
bu işdə onlara dəstək olan ermənipərəst mətbuatdan daha çox istifadə etdilər.
Bu haqda Üzeyir bəy “İrşad”ın
30 avqust 1906-cı il tarixli sayında yazırdı: “Məlum olduğu üzrə erməni politikasının bir iqtizası da budur ki, müsəlmanlar
həmişə töhmətləndirilsin
və nüfuzları
azalsın. Müdirimiz Əhməd bəy
Ağayev haqqında bütün erməni aləminin böhtan və iftiralar deyib zurnalarında cürəbəcürə mahnılar
çalmağı məlumdur”.
Ermənilər hər sahədə olduğu kimi dövlət dumasından da Ə.Ağaoğlu, H.Zərdabi, Ə.M.Topçubaşov,
İ.Ziyadxanov kimi vətənpərvər oğullarımızın
uzaqlaşdırılması üçün hər çürə iftiralara əl atırdılar. Müsəlman vəkillərinin dumada kı, cıxışları
çox vaxt bəzi millətlərin (xüsusən rus və erməni) nümayəndələri tərəfindən
qəzəb və ya kinayə ilə qarşılanar, xoşlarına gəlməzdi.
Müəllif yenə də
1906-cı ildə “İrşad”da
yazırdı: “”Alik” qəzetinin Ziyadxanova bərk acığı tutubdur və necə də tutmasın ki, yazıq “Alik” böylə güman edirdi ki, cənab
Ziyadxanov gedib dumada kəmali-ədəb
və ərkan ilə oturub dodaq-dodaqdan tərpətmiyəcəkdir
çünki “müsəlman
nədir dumada danışdı nədir”.
Yox.
Yenə də qaidə üçün bir-iki söz danışsa da deyəcəkdir: Ay cəmaət
nə ki, təqsir var hamısı biz müsəlmanlardadır”.
Burada bir haşiyə çıxmaq
istərdim. 1970-80-ci illərin söhbətidir.
Orta məktəbdə oxuyurdum.
Televizorda Azərbaycandan Moskva
Ali Sovetinə seçilən
deputatlarlarla bağlı
verliş gedirdi.
Deputatların əksəriyyəti çoban, sağıcı
və ya pambıqcı idi. Onların arasında yalnız biri əlinə yazılıb verilən kağızı üzündən
düz oxuya bildi. Dəfələrlə atamdan soruşdum
ki, niyə bizdən secilən deputatlar adətən belə savadsızlar olur? Axı onlar mərkəzdə
milləti təmsil edir. Atam rəhmətlik hər
dəfə bu sualımı cavabsız qoyardı. Uzun illər sonra
anladım ki, bizdən Ali Sovetə (istər mərkəzə,
istər yerli) seçilən deputatların
savadsız-təhsilsiz olması
elə hökumətin
tapşırığı imiş. Sən demə bizim
“deputat”larımızın orada
işi yalnız hamı əl əalanda əl calmaq, duranda-durmaq, oturanda-oturmaq imiş.
Çünki yazıqların əksəriyyəti
öz ana dillərində yazıb oxumağı bacarmırdılar,
nəyinki rus dilində. Mərkəzə
də belə “çoban”lar sərf edirdi.
...Nə isə. Qayıdaq yenə Üzeyir bəyə. Yuxarıda qeyd
etdik ki, müəllif ermənipərəst
mətbu orqanlarının
açıq-açığına yalan yazdığını
məqalələrinin əksəriyyətində
qeyd edirdi.
“Filankəs” imzalı “Ordan-burdan” sərlövhəli
3 iyul 1906-cı il “İrşad”da çap olunan məqaləsində
müəllif bu dəfə Qafqazda çıxan “Tiflisski listok” qəzetinin ermənilərə tərəfgirlik
etdiyini göstərir
və layiqli cavabını verirdi:
“Haman “Tifliski listok” qəzetəsinin “doğruçu”
yazıçlarından biri
bizim “İrşad”ın
da yalanını tutubdur! Yazıçımız
Fərhad Ağayevin “Dövlət dumasında Qafqaz vəkilləri” sərlövhəli məqaləsindən
xoşu gəlməyib...
Biz “İrşad”çların
hamısına məsləhət
görür ki, daha bir də
“yalan” sözlər yazmayaq”.
Atalar
burda deyiblər ha, “oğru elə bağırdı ki,
doğrunun bağrı partladı”. Üzeyir bəy də bu
tipli yazıların müəlliflərini “quyruq”
adlandırırdı: “Cənab “quyruq” məsumanə bir tərzdə
deyir ki, Dövlət dumasına erməni vəkillərinin
adına tel göndərilməsində nə var ki? Bu təbii
bir işdir!”.
Müəllif
çox haqlı olaraq bildirir ki, ermənilər və ermənipərəst
qüvvələr dumaya yalan teleqramlar göndərməkdə
olduqca təcrübəlidirlər: “Doğrudan da cənab
“quyruğun” bu sözləri həqdi. Məsələn, cənab
quyruğun özü götürüb dumaya yazar ki, ay
hürriyyət bahadırları! Müsəlmanlar
xüliqandırlar! Amma ermənilər məzlum quzudular,
özləri də “svoboda” istiyorlar, amma xuliqan müsəlmanlar
ona razı olmayıb, bu məzlum quzuları hər yerdə
qırırlar!”.
Yazımı
tamamlamaq istərkən N.Nərimanovun “Bəsirət” qəzetinin
5 iyul 1914-cü il tarixli sayında çap olunan “Əqidə”
adlı yazısından iki cümləni xatırladım: “Əqidə-inanılan
şey, etiqad, imkan deməkdir. Yəni insan bir şeyə
inanır, ona ibadət edir, onu hər şeydən müqəddəs
bilib ruhunu, ağlını, tam vücudunu onun yolunda sərf
etməyə çalışır...”. Bəlkə biz də
bu gün bir millət olaraq bütün vücudumuzu toplayaraq,
Üzeyir bəy demiş “özümüzü bu “əqrəb”lərdən
qorumaq” üçün Milli birliyimizi yaradaq və bunun nəyə
qadir olduğunu bir daha düşmənə göstərək!
Amma
bunun üçün gərək bir əsr bundan əvvəl
Ceyhun Hacıbəylinin müdrikcəsinə söylədiklərinə
əməl edək: “...yalnız o xalq, o cəmiyyət tərəqqi
edir ki, onlar bir-birinə möhkəm arxa durmaqla, sarsılmaz təməl
əsasında mənəvi cəhətdən sıx birləşərək
yaşayılar”.
Görəsən
biz bir millət olaraq haçansa cəsarət və fədakarlıq
göstərərək buna nail ola biləcəyikmi?
Qərənfil
Dünyaminqızı,
BDU-nun Mətbuat tarixi
kafedrasının müəllimi,
Filologiya üzrə fəlsəfə
doktoru
Kaspi.-2013.-2 aprel.-S.15.