Totalitarizm müəyyən incəliklərlə... 

 

 Oleq Tabakovun rəhbərliyi ilə Moskva teatrı rejissor Aleksandr Koruçekovun quruluşunda, Bertold Brextin pyesi əsasında “III İmperiyada qorxuyoxsulluq” tamaşasını nümayiş edib.

Əslində, “QorxuyoxsulluqBrextin pyesi deyil, müəllifin 27 kiçik pyesi əsasında yazılmış əsərdir. Və bu əsər heç bir vaxt tamaşaya qoyulmayıb, əsas səbəb də bu əsərin ən uzun teatr gecəsinə belə sığmamağıdır. Rejissor Aleksandr Koruçekov isə ən dəyərli fraqmentlərdən ibarət tamaşa təqdim edib.

Rejissor rəssamla (Polina Lifers) birgə vahid zamanı göstərməkdən imtina edərək Brexti bizim zamana deyil, bu günki teatral sistemə gətirirlər. “Qorxu və yoxsulluq...” tamaşasında ümumi ritmik və ideoloji epiqraflardan və tamaşaçıya ünvanlanmış ictimai tələblərdən imtina edilmişdir.

Ümumilikdə, tamaşa ayrı-ayrı psixoliji etüdlərdən ibarətdir. Əminliklə demək olar ki, tamaşanın sonunda seyrçilər rejissorun təqdim etdiyi zamanın qorxusunu hiss edib, duya bilirlər.

 

 

Aygün

 

Kaspi.-2013.-6-8 aprel.-S.9.