3 saylı Uşaq Musiqi Məktəbinin gənc istedadları 

 

Səbail rayonu ərazisində yerləşən Cövdət Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbi gənc nəslin mədəni tərbiyəsində fəal rol oynayan musiqi məktəblərindən biridir. Rayonda keçirilən tədbirlərdə daim aktiv iştirak edən musiqi məktəbində bir-birindən istedadlı uşaqlar təhsil alır. Layihə çərçivəsində təqdim etdiyimiz yazımızda həmin məktəbin iki istedadlı şagirdi haqqında söhbət açacağıq.

 

Fleytanın istedadlı ifaçısı

 

Məktəbin Orkestr alətləri şöbəsində, fleyta ixtisası üzrə təhsil alan VI sinif şagirdi Əliyev Rəsul Eldar oğlu məktəbin qabaqcıl şagirdlərindən biridir. Öz musiqi alətini sevən Rəsul seçdiyi ixtisasa çox ciddi münasibət bəsləyir. Bu yolla onu məktəbin qabaqcıl, savadlı, novator müəllimi Vasif Hüseynov aparır. Rəsul hələ təhsilinin ilk illərindən özünü bacarıqlı şagird kimi göstərməyə başlayıb. O müəllimin göstəriş və tapşırıqlarını düzgün anlamağa çalışır və gələcəkdə istedadlı bir ifaçı olmağa daim can atır. Müəllimlə şagirdin birgə gərgin əməyi yüksək nəticələr əldə etməyə zəmin yaradıb. Belə ki, R.Əliyev məktəbdaxili konsertlərdə uğurla çıxış etməklə yanaşı, ümumşəhər tədbirlərində, festival, müsabiqə və konsertlərdə də müvəffəqiyyətlə çıxış edib. Belə ki ,2011-ci ilin aprel ayında Bakıda keçirilən nəfəs və zərb alətləri ifaçılarının II Respublika müsabiqəsində Rəsul uğurlu ifasına görə müsabiqənin diplomantı olub. İslam ölkələri təşkilatının Bakıda keçirdiyi beynəlxalq festivalın iştirakçısı olub. Rəsulun repertuarı artıq zənginləşmə fazasındadır. Hal-hazırda onun repertuarına K.Briçaldının “Venesiya karnavalı”, G.EneskununKantabilepresto” Y.Vanhalın “Sonata( G-dur) III hissə, Q.QarayevinYeddi gözəl” baletindən “Təlxəklərin rəqsi” , F.Əmirovun “Noktürn” ,T.QuliyevinKiçik skerso” , P.LeninVenesiya karnavalı”, R.StamişKonsert” (G-dur) I hissə, J.BizeninKarmenoperasının motivləri əsasında bəstələnmiş “Fantaziya” və digər əsərlər daxildir. 2013-cü ildə həm Rəsul Əliyev üçün, həm müəllimi Vasif Hüseynov, həm də onu daim müşayət edən istedadlı, qeyri-adi müşayiətetmə qabiliyyətinə malik olan işgüzar, öz işinə qəlbən bağlı olan pianoçu-konsertmeyster Səadət Məmmədova üçün, necə deyərlər, heçsakit il deyil. Belə ki, aprel ayında Slovakiyanın Bratislava şəhərində “Flautiada” adlı fleyta aləti üzrə keçiriləcək müsabiqəyə bir an belə dayanmadan böyük məsuliyyətlə hazırlaşırlar. Bratislavadan qayıdan kimi R.Əliyev Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin keçirdiyi ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsində iştirak edəcək. Onu da qeyd etmək lazımdır ki, Rəsulun bu nailiyyətləri əldə etməsində məktəbin direktoru Məhin xanım Orucovanın çox böyük əməyi var. Məhin xanım onun təhsil prosesini daim nəzarətdə saxlayır, bir ifaçı kimi inkişaf etməsi üçün mütəmadi maraqlanır, ona və müəlliminə lazım olan bütün mənəvi və əməli köməklikləri göstərir. Məktəbin kollektivi Rəsulun musiqi gəcələyinə böyük ümidlə baxır.

 

Gələcəyin məşhur bəstəkarı

 

Musiqi məktəbinin digər istedadlı şagirdi Qobadi Fidan Abdullah qızı 2002-ci ilin noyabr ayının 15-də Bakı şəhərində anadan olub. 5 yaşında olarkən hələ məktəbə getməyən balaca Fidanın valideynləri musiqiyə olan həvəsini hiss edib onu Cövdət Hacıyev adına 3 saylı Uşaq musiqi Məktəbinə gətiriblər. Keçirilən qəbul imtahanları zamanı balaca qızcığazın fitri istedadını hiss edən məktəbin rəhbərliyi onu elə 5 yaşından fortepiano ixtisası üzrə I sinfə qəbul edib. I sinifdən indiyə qədər fortepiano şöbəsinin müdiri Lalə Mahmudovadan dərs alır. Fidan I sinifdə oxuyarkən ilk çıxış etdiyi tədbirdə belə bir bənd söyləyib:

 

Musiqini sevirəm

Notları öyrənirəm

Pianoçu olmağa

Sizlərə söz verirəm

 

Əlbəttə, bu sözlərlə balaca bir qızın nə dərəcədə ciddi olub-olmadığı o zaman üçün inandırıcı olmasa da, sonralar həqiqətən də, bu sahədə müəyyən bir istedad sahibi olduğunu sübut etməyə başlayıb. Öz çalışqanlığı və musiqiyə olan həvəsi ilə yaşıdlarından seçilərək, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin Direktorlar Şurasının təşkil etdiyi “Səhnəyə ilk addım” adlı konsertdə R.Behbudov adına Dövlət Mahnı teatrının səhnəsındə ilk çıxışını edib. Fidan yaşına uyğun olmayan ciddiliyi ilə də həmişə seçilir. Həm 2010-cu ildə, həmdə 2011-ci ildə o, məktəbin M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi hesabat konsertlərində Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxışlar edib. Fidan Qobadi 2012-ci ilin iyun ayında Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Gənc pianoçuların II Respublika müsabiqəsində laureat adını qazanıb. Həmin ilin dekabr ayında isə Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilən, Vyana klassik məktəbinin ustadlarından biri, görkəmli Avstriya bəstəkarı Yosef Haydın 280 illiyinə həsr olunmuş musiqi festivalında qalib olaraq, Alman-Azərbaycan mədəniyyət mərkəzi olan Kapelxausda yekun konsertdə çıxış edərək festivalın təşkilat komitəsi tərəfindən laureat diplomu ilə təltif edilib. 2013-cü ilin fevral ayında Səbail Rayon İcra Hakimiyyətində, rayon rəhbərliyinin fəal şagird və gənclərə göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olaraq ən fəal şagird kimi qiymətli hədiyyə ilə mükafatlandırılıb. F.Qobadi yalnız musiqi məktəbində deyil, orta ümumtəhsil məktəbində də dərs əlaçısıdır. Yalnız musiqini sevdiyi üçün ona daha çox vaxt ayırır, klassik musiqini dinləməyi xoşlayır və özünün söylədiyi kimi gələcəkdə məşhur bəstəkar olmaq arzusundadır.

 

 

Anar MİRİYEV

 

Palitra.-2013.-6 aprel.-S.11.