Hallalıq,
insanlıq
(Hekayə)
Mahmud
kasıbyana yaşayan bir ailədə
böyümüşdü. Atası Hüseyn kişi cümə
günlərində övladlarının əlindən tutub
müqəddəs İbey-İbrahim ocağına ziyarətə
aparar, halallığın, təmiz insanlığın,
doğma ocağa məhəbbətin, müqəddəsliyinin
məhz inam-inanc cığırından keçdiyini və hər
kəsin ömrü boyu bu halallığı
daşımalı, əməl etməli olduğunu
anladırdı.
Hər
şeyin zamana ehtiyacı olduğu bəllidir. Mahmud təhsil
aldı, iqtisadçı oldu, paytaxtdakı ticarət mərkəzinin
bir qolu təbiətən düzlüyü,
doğruçuluğu, haqqı itirməməzliyi
ömrünün yaşam tərzi hesab edən insan kimi ona
etibar etmişdilər. Cavan olsa da, hər işdə sərrast
bir gənc olan Mahmud piştaxtanın yanına söykənmiş
qadın çantasını görəndə, onu təlaş
bürüdü, gicgahlarından soyuq tər axdı. Xidmətçiləri,
ətrafdakıları səslədi.
-
Buradakı çanta kimindir? Unudulub qalıb?
Hayına
səs verən olmadı. Bəziləri istədilər ki,
müdaxilə etsinlər, o, imkan vermədi.
- Əgər
sizindirsə, yazılı olaraq içərisindəki əşyaları
və pulları dəqiq, adba-ad bildirin, dedi.
Mövcud vəziyyəti müdiriyyətə, hüquq-mühafizə orqanlarına bildirsə də, yazın gəlişinədək xəbər-ətər çıxmadı. Mahmud çantadakı xeyli miqdarda pulu və zinət əşyalarını bir neçə vətəndaşın iştirakıyla sənədləşdirib, seyfin dərin yerinə qoydu.
Küllü miqdarda tapılan sahibsiz pulların sədası qohum-əqrabaya yayıldı. Toran qovuşmamış Roza və yeznə Sahib şad-şalayın gəldilər. Böyük bacısı Roza bahalı tortu kətilin üstünə qoyub, Mahmudun yanında simsar oturdu.
- Bajın sənə qurban, çoxdandı gəlmək istəyirdik, amma vaxt tapa bilmirdik. Qız-gəlindən xəbərimiz var, ay başımızın tacı, özün necəsən? Bilirsən ki, qardaşlarımın kiçiyi olsan da, ürəyim daha çox səni tutub, Mahmudu qucaqlayıb, kövrəldi.
- Bilirəm, bilirəm bajı, sağ ol.
Roza və əri Sahib sezonda Rusiya bazarlarında al-ver edər, Dubay, Türkiyə mallarının satışını
hər tərəfə
yaymışdılar.
- Bajın qurban,- tort kəsdi, çayı Mahmudun qarşısına düzdü.-
o sahibsiz pullardan verəsən fırladaq. Neynək, yiyəsi tapılan kimi, sən deyəndə qaytarariq.
Əlli min olsa, bizim üçün çox böyük şey deyil...
Mahmud sərt çevrildi.
- Nə danışırsan
bajı, sizi çox istəyirəm, amma üz vurmayın.
Sizdən əvvəl
əziz kirvəmiz Mürsəl gil
də gəlmişdilər.
Bizim nəsil həmişə halal haqla yaşayıb,
əmanətə xəyanəti
heç ilahi də bağışlamaz.
Özgə malıdır, xəyanət
etsəm ailə namusumuza, şəxsiyyətimə
xələl gələr.
Şəxsi ləyaqətimisə
heç kimə bağışlamaram!
Yeznə
Sahib yasaladı:
- Mahmudun xasiyyətini bilirsən də...
Qapının zəngi çalındı. Vaxtsız gəliş
hamını təəccübləndirdi.
Mahmud çaparaq özü durdu.
Hay-küylü xaloğlu
Süleymanla öpüşüb-görüşdülər.
- Əziz qohumlar
gəl-get etməyəndə,
yadlaşırlar. Dedim, gedək, uşaqlar da bir-birlərini tanısınlar, küçədə
qarşılaşıb birdən
höcətləşərlər, heç olmazsa qohumluğu bilsinlər, Süleymanın gur səsi evi başına
götürdü.
- Çox xoş gəlmisiniz! Maşallah, uşaqlar da
yekəlişiblər. Mahmud birdən-ikiyə gəlməyən,
bu karsız, sözlü qohumlara da mehribanlıq göstərdi.
- Dayısı, ikisi də instituta sənəd verəcək.
Mahmudun dalağı
sancdı. Bunlar adamı heç
vaxt itirib-axtaran deyillər. Havayı pul iyi alıblar, hərəsi bir oyun qururlar.
Keçməz! Təzə qonaqları
süfrə başına
dəvət etdi.
Gecədən xeyli keçsə
də, heç kim əsil
məqsədləri barədə
söhbət açmırdı.
Uşaqların əsnəşdiyini görən qonaqlar nəhayətki qalxdılar.
Şirin
sağollaşdılar. Xaloğlu Süleyman ayaq saxladı.
- Xaloğlu, imkanın var, mənə əl tut, uşaqları instituta qoyum. Eşitdiyimə görə səndəki
o pullar qalıb orada. Əziz qardaş, xalanın
adı haqqı, bir sorağınla götürüb gələcəyəm.
- Süleyman, o, özgə malıdır. Çoxları gəlib, üz
vurub, verə bilmərəm. Qoy uşaqlar
yaxşı oxuyub, instituta qəbul olunsunlar, ölkəmizin gələcəyi bəs necə olacaq?!
Süleyman burnunu yan tutub,
başını buladı.
Ticarət mərkəzində Mahmudu
əlimyandıda axtardıqlarını
dedilər. Uşaqlıq dostu Fazil əmioğlu onun otağında şad-xürrəm
əyləşmişdi. Böyük işlər görən Şirkətin sahibi Fazilin sorağı yayılmışdı. O, heç bir qohumla oturub-durmazdı. Mahmudu görcək:
Bay, bay əmioğlu! Dəstə-tifaq alış-verişə gəlmişdik. Dedim, sənə
də bir baş çəkim. Sən Allah, yadındadı,
payızın ay işığında
mal-qoyun otarmağımız?
Bir dəfə az qalmışdı
çayda boğulasan,
son anda səni mən xilas elədim. Bostan oğurluğuna getməyimizi
hələ unutmamısan?
Mahmud razılıqla təsdiqlədi.
Fazil özündən razı,
sözgəlişi, əlini
oynada-oynada çözələyirdi:
Getmişdim Peterburqa, oradan uçdum Şanxaya, İstanbulda cəmi üç gün qaldım, Antaliyada bir həftə dincəlib, qayıtmışam. Təzə markalardan
hansı maşını
istəsən, karqoynan
gətirdim.
Minnətdaram.
Bilirsən də, gədələrin ikisi də Hollandiyada oxuyurlar. Mahmud canı, bir az ləng tərpənsəydim
basacaqdılar əsgərliyə.
Maya qoyub, çıxardım
aradan. Vətənpərvərlik bizə qalıb
bəyəm?
Mən elə düşünmürəm Fazil!
Bəs, qucağında
boya-başa çatdığımız
ana torpağı, müqəddəs yerləri
yağılardan kim qorumalıdır, Fazil?!
Başını burax, el dərdini çəkən
tapılacaq. Mən dedim ildən artıqdır ki, görüşmürük, həm
ticarət, həm ziyarət. Sənin də dediyin
həmişəki kimi
dedikdi. Qulaq as, mənim milyonlarım
dünya ölkələrində
dövr edir, yaxşı gəlir gətirir. Qalır hərliyib, fırladasan.
Batanı da olur, gəlir gətirənisə
çoxdur. Bir də
görürsən ki,
dələduz Avropalılar
süni forsmajor yaratdılar, müsəlmanları
həriflədilər, bankrot
adıyla milyardlarımız
silindi. Nə deyəcəksən? Açıb
donqili pulları desələr, ölkədə
caamat bilsə, hay-küy qopacaq ki, nə bilim
xalqın malıdı,
görün kimlər
nə qədər oğurlayıb. Birdəki qara
camaat indi heç kimdi. Bədbaxtlar bilmirlər ki, hələ o tərəflərdə
nələr gəlib-gedir.
Arada bir gedib yerbəyer
eliyirik, bəzən başqa, daha sakit ölkələrin banklarına daşıyırıq.
Xaricdəki pullara görə
çoxlarının canı
oddadı. Birdə ki
alınlarının tərini
silməyiblər ki.
Bir yerdə batsa da, başqa banklardakılar və villalar qalır, bəs edər. Elə qurulub ki, göydəki
də mətəl qalır. Birdəki
Mahmud, mənim kimisinə
səndən istədiyim
heç semiçka pulu da deyil!.. Məni qurdalama, eşidib-bilən
olar, başımı
əkərlər, nəslimi
kəsərlər. Mahmud,
mənə əlavə
pul lazımdı, həm də qoy lap faizilə olsun. Bu arvadlar
Siqanların poçtalyonundan
da becit işləyirlər, eşitmişəm
səndə sərbəst
pullar var. İkicə
yüz minini götürüm, fırladaq,
dolanışığımıza bəsdi. Düzdür, bu, dəryada
bir damladı, amma işdi dəəə.
Fazil, bilirsənki mənim qazancım yalnız ailə-uşağa yetərlidir. Tələbələrin də ki, ehtiyacı adamı qovurur. O dediyin pullar mənə məxsus deyil. Görünür haram, əyri adamların malı olduğu üçün, sorğu-suala görə, heç dalınca gələn də olmayıb. Mən bütün yerlərə bildirmişəm. Əgər, bu ayın axırına qədər yiyəsi çıxmasa, siyahılaşdırmışam, qərara gəlmişəm ki, paylayacağam yetim evlərinə, yaxşı oxuyan, lakin imkansız tələbələrin təhsil haqlarını bağlayacam, qocalar evindəkilərə, xəstə uşaqlara, müalicəyə ciddi ehtiyacı olan, qapılarda qalanlara paylayacağam. Belələri təəssüf ki, o qədərdi ki! Görünür, tapılan bu çantadakı pullar da əhvalı yelli, qudurğanların birinin, ya da sponsoru olan gözəlçələrin olub. Belə oğurluq pullar kaş həmişə düşəydi mənim əlimə, paylayardım millətimizin zəlillərinə. Allaha da, insanlığa da xoş olardı.
Fazilin ağzının bir tərəfi qulağının dibinə çatmışdı. Nifrətli baxışlarla yerindən atıldı:
Əəəə, sən düzələn
deyilsən!..
Oqtay Əliyev
Kaspi.-2013.-13-15 aprel.-S.20.