Ana dili - milli dövlətçiliyin başlıca rəmzi
Dövlət
Proqramı Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı
surətdə yaxşılaşdırılmasını təmin
edəcək
Bu
gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi,
ölkədə dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın
sürətlə inkişaf etdiyi hazırkı qloballaşma
dövrü ana dilimizin zənginləşməsi və tətbiqi
imkanlarının genişləndirilməsi istiqamətində
aparılan işlərin yeni səviyyəyə
qalxmasını zəruri edir.
Prezident
İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
sərəncamı da bu zərurətdən irəli gəlib.
Dövrün tələbi
Qeyd edək ki, ölkədə dil siyasətinin birmənalı şəkildə
formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi
və dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu
və nüfuzunun yüksəlməsi
ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır.
Müstəqil
Azərbaycanın 1995-ci ildə qəbul olunan
Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan
Respublikasının dövlət dili kimi təsbiti ilə
yanaşı, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” fərmanlar
imzalanıb. Həmçinin “Azərbaycan Respublikasında
dövlət dili haqqında” qanun və dil siyasəti sahəsində
nor¬mativ hüquqi aktlar və digər tədbirlər ölkəmizdə
dilçilik sahəsinin hüquqi əsaslarını və
icra mexanizmini müəyyən edib.
Prezidentin
“Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında” və “Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” sərəncamlarına əsasən, latın
qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin,
elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat
nümunələrinin çap olunaraq istifadəyə verilməsi
milli ədəbi dilin daha da zənginləşməsi
baxımından əhəmiyyətli olub. Bu addım, həmçinin
dilçiliyin əsaslı inkişafına da təkan verib.
Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi və
azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli
inkişafı baxımından gənc nəslin ana dilinə
sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi
dilin normalarına ciddi surətdə əməl edilməsi, o
cümlədən dilçilik elminin müxtəlif sahələri
üzrə yüksəkixtisaslı kadrların
hazırlanması dövrün tələbi olaraq qalır.
Dövlət
Proqramının məqsədi nədir?
Ölkə
başçısının “Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun
maddi-texniki bazasının gücləndirilməsi
haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurla
həyata keçirilməsində mühüm
fəaliyyət sənədləridir. Bu
Dövlət Proqramı da həmin sərəncamlardan
irəli gələn məsələlərin həllinə
yönəlib və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur.
Dövlət
Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə
və tədqiqinə dövlət qayğısının
artırılmasını, dilin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsini,
ölkədə dilçilik araşdırmalarının əsaslı
surətdə yaxşılaşdırılmasını təmin
etməkdir. Dövlət Proqramı, həmçinin
dilçiliyin aparıcı istiqamətlərində
fundamental və tətbiqi tədqiqatların
inkişafına yönəldilmiş yaradıcılıq səylərinin
birləşdirilməsini və dilçiliyin
müasir cəmiyyətin aktual
problemləri ilə əlaqələndirilməsi məqsədini
qarşıya qoyur.
Dövlət
Proqramında yer alan əsas vəzifələr sırasına
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun inkişafı, qorunması,
elektron məkanda daha geniş istifadəsi və ölkədə
dilçiliyin inkişaf etdirilməsi mexanizminin
yaradılması, dilçilik sahəsində yüksəkixtisaslı
kadrların hazırlanmasının təkmilləşdirilməsi
məsələləri daxildir.
Həmçinin
dünya dilçilik elminin müasir inkişaf meyllərini nəzərə
almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin
müəyyənləşdirilməsi, dilçilik sahəsində
dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın
inkişaf etdirilməsi, dilin inkişafı və tədrisi məsələlərinin
uzlaşdırılması və təkmilləşdirilməsi
məsələləri sənəddə yer alıb. Eləcə
də dilçi alimlərin müasir informasiya və
kommunikasiya texnologiyalarının yaradılmasında
iştirakının təmin edilməsi, dil (ədəbi dil)
və mədəniyyət tarixinin daha əsaslı tədqiqini
təmin etmək üçün qədim dillərin tarixinin
öyrənilməsi vəzifələri qarşıya qoyulub.
Dilin inkişafını və ədəbi dil
normalarının qorunmasını təmin edən
qanunvericilik bazasının təkmilləşdirilməsi, dil
və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan
dilinin lüğət tərkibinin və qrammatik
normalarının sistemləşdirilməsi, Azərbaycanda dil
situasiyalarının və dil əlaqələrinin öyrənilməsi
də sənəddə yer alan vəzifələrdir.
Təhsilin bütün pillələri
üzrə yeni standartlar
Dövlət Proqramının icrasına
dair Tədbirlər Planında həyata keçiriləcək tədbirlərin
adı və icraçılar da qeyd olunub. Belə ki,
dövlət dilinin
elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə
dair təkliflərin hazırlanması məsələləri,
Azərbaycan dilinin tədrisi metodikasının
təhsilin bütün
pillələri üzrə
yeni standartlarının,
Milli transliterasiya standartlarının hazırlanması
qeyd olunub. Azərbaycan dilinin dövlət dili kimi inkişafında
və dilin təmizliyinin qorunmasında,
eləcə də ədəbi dilin normaları¬na əməl olunmamasının, reklamlarda,
ictimai iaşə obyektlərində dilin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının
alınmasında ictimaiyyətin
iştirakının təmin
edilməsi və operativ tədbirlər görülməsi məqsədilə
qaynar xəttin yaradılması göstərilib.
Tədbirlər planında küçə
adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının
qarşısını almaq
məqsədilə zəruri
tədbirlərin həyata
keçirilməsinin təmin
edilməsi ilə bağlı məsələlər
yer alıb.
Azərbaycan dilinin tədrisinin
genişləndirilməsi ölkəmizin
xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar,
diaspor nümayəndələri
və digər maraq göstərən şəxslər üçün
təsərrüfat hesablı
Azərbaycan dili kurslarının yaradılmasına
dair təkliflərin hazırlanması, ali təhsil müəssisələrində
müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin
tədris olunmasının
təmin edilməsi məsələsini qarşıya
qoyub. Eləcə də dövlət
idarəçiliyində Azərbaycan
dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə
tədbirlərinin və
treninqlərin təşkil
edilməsi məsələləri
Tədbirlər Planında
yer alıb.
Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi isə
ölkədə tədrisin
digər dillərdə
aparıldığı ümumtəhsil
müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi, qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi
üçün yeni layihələrin hazırlanması
və həyata keçirilməsini nəzərdə
tutub. Türk dillərinin fonetika,
leksika və qrammatikasının müqayisəli
tədqiqi sahəsində
işlərin intensivləşdirilməsi,
ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması
məsələləri də
Tədbirlər Planına
daxil edilib. O cümlədən, Azərbaycan
dilinə daxil olan yeni elementlərin
öyrənilməsi, sistemləşdirilməsi
və tətbiqinin genişləndirilməsi ilə
bağlı tədbirlərin
həyata keçirilməsi,
ana dilimizin müxtəlif dialekt və şivələrinin
müasir dövrün
tələblərinə uyğun
olaraq öyrənilməsinin
təmin edilməsi də sənəddə yer alıb.
KİV-də
dövlət dilinin təbliği
Tədbirlər Planında, həmçinin
qeyd edilib ki, qloballaşma şəraitində
Azərbaycanda dil situasiyasının və
dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
intensivləşdirilməli, ölkəyə idxal
olunan malların etiketlərində və
adlarında istehlakçılar üçün
Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət
edilməli, küçə adları, afişa
və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması
hallarının qarşısını almaq
məqsədilə zəruri tədbirlərin həyata
keçirilməsi təmin edilməlidir. Həmçinin milli transliterasiya
standartları əsasında Azərbaycan əlifbasından digər
əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatı hazırlanmalıdır.
Azərbaycan
dilinin öyrənilməsi və təbliği sahəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə
bağlı Azərbaycan dilinin dövlət dili kimi ümumi
informasiya bazasının yaradılması, ana dilinin təkmilləşdirilmiş
yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə,
ensiklopedik və tezlik elektron lüğətlərinin
hazırlanması qeyd olunub. O cümlədən, Azərbaycan
dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin
yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi,
AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan
istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların
elektron kitabxanası”nın və internet portalının
yaradılması məsələləri sənəddə yer
alb. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya
sisteminin və Azərbaycan dilində antiplagiat sistemin
yaradılması, Azərbaycan dilinin daha geniş istifadəsinin
təmin edilməsi üçün internet
texnologiyalarının, maşın tərcüməsi sistemlərinin
və digər müasir tətbiqi linqvistik texnologiyaların
yaradılması və inkişaf etdirilməsi də Tədbirlər
Planına daxildir.
Azərbaycan
dilinin təbliği ilə bağlı KİV-in də
qarşısına müəyyən məsələlər
qoyulub. Belə ki, KİV-də dövlət dilinin təbliğinin
gücləndirilməsi, televiziya və radio verilişlərində,
yazılı və elektron mətbuatda Azərbaycan ədəbi
dilinin normalarına əməl olunmasını təmin etmək
məqsədilə teleradio şirkətləri və KİV
sahəsində çalışan mütəxəssislərin
dil hazırlıqlarının yüksəldilməsinin təmin
edilməsi, həmçinin teleradio şirkətlərində
dil və nitq mədəniyyətinin qorunması
üçün bədii şuraların yaradılması məsələləri
sənəddə yer alıb. Həmçinin QHT-lərin,
kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar,
televiziya və radio verilişlərinin təşkil edilməsi
qeyd edilib.
Qeyd
edək ki, Tədbirlər Planında yer alan məsələlərin
icrası AMEA, Təhsil Nazirliyi, Milli Televiziya və Radio
Şurası, Mətbuat Şurası, Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və QHT-lər tərəfindən
həyata keçiriləcək.
Təranə Məhərrəmova
Kaspi.-2013.-11 aprel.-S.6.