Subay qızam, qorxub-çəkinəcəyim heçyoxdur

 

Gənc aktrisa Nigar Bahadirqızı: “Yetər artıq, tamaşaçının istəyi ilə oynamayaq. Bir dəfə də tamaşaçı bizim göstərmək istədiyimiz tamaşanı izləsin”

Aprelin 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanmış, quruluşçu rejissoru Bəhram Osmanov olan tamaşanın premyerası keçirildi. Premyeradan əvvəl tamaşada əsas rolların ifaçılarından Nigar Bahadirqızı ilə qrim otağında görüşdük. Azərbaycanın gənc və fəal aktrisası kimi ötən ilin yaddaşında qalan N.Bahadirqızı tamaşaöncəsi təəssüratlarını bizimlə bölüşdü.

 

Çılğın insanam

 

- Tamaşada fərqli obraz yaradacağınız söylənilir.

- İlk dəfədir ki, səhnədə psixoloji obraz canlandıracağam. Tamaşanın mövzusu müharibənin törətdiyi fəsadlardan - ailələrin dağılmasından, insanların həyatlarının məhv olmasından bəhs edir. Müharibənin törətdiyi hadisələr sonrakı nəsillərin yetişməsində öz təsirini göstərir. Tamaşada əsas rollardan biri hesab olunan Beninanı canlandıracağam. Bu obrazı çox bəyənirəm və sevərək oynayacağam. Benina 16 yaşında, yeniyetmə qızdır. O, uşaqlığından imtina edib və vaxtından əvvəl böyüyüb. Ailəsini saxlamaq üçün başqa yola əl atmağa məcbur olub. Yaradacağım obraz öz həyatından belə vaz keçmək istəyir. Hər kəs elə düşünür ki, başqa bir yerdə yaşasaydı, yəqin ki, həyatı fərqli olardı. Əslində, mən də elə düşünürəm. Halbuki, insan hara gedirsə-getsin, hər yerə özünü, içindəki o insanı aparır. İnsan öz-özündən heç zaman qaça bilmir.

- Canlandıracağınız obraz psixoloji üslubdadır. Obrazın həyatınıza təsiri varmı?

- Tamaşaçı gözü ilə baxdıqda tamaşa çox təsirlidir. Heç bir zaman obrazlarımın xüsusiyyətləri mənə təsir etməyib. Yalnız səhnədə mən o ab-havaya düşürəm, səhnənin arxasına keçdikdə isə obrazı unudub, Nigar Bahadirqızı oluram. Heç zaman o hisslərlə yaşamamışam. Oynayıramsa, deməli səhnədəyəm. Səhnədə hərdən gözləmədiyim halda müəyyən hərəkətlər edirəm, amma sonradan onu təkrarlaya bilmirəm. O hərəkətləri də düşünərək etmirəm. Ümumiyyətlə, yaratdığım obrazların üzərində düşünməyi sevmirəm, içimdən necə gəlirsə, elə də ifa edirəm.

- Müharibə mövzusunda çəkilmiş “Xoca” filmi də sizə uğur gətirdi. Deyəsən, müharibə elə sizin mövzunuzdur?

- Aktrisa kimi həmin film mənim debütum idi. Xocafilmi kino sahəsində özümü təsdiqləmək üçün bir sınaq oldu. O film Azərbaycanı bir çox ölkələrdə təmsil etdi. Onun sayəsində digər ölkələrin vətəndaşları da Xocalı soyqırımından xəbərdar oldular. Filmdəki obrazım mənə yuxu kimi görünür. Elə filmdə rol alacağımı gözləyirdim ki, illər boyu tamaşaçı onu sevərək izləsin uzun müddət seyrçilərin yaddaşından silinməsin. İstəyimə nail oldum. İnanıram ki, o film illərlə insanların yaddaşında qalacaq. Ümumiyyətlə, müharibə mövzusu mənim üçün çox uğurlu olub. Bu yaxınlarda müharibə mövzusu ilə bağlı bir təklif almışam, hələ ki düşünürəm. Müharibə ağır mövzudur.

Tamaşaçılarımız müharibə mövzusuna xüsusi diqqət yetirir. Həmin mövzu da mənim ifamda uğurlu alınır. Gələcəkdə xaricdə ya başqa bir ölkədə tanınmış aktrisa olsam, deyəcəklər ki, bu qızXocafilminə çəkilmiş aktrisamızdır.

 

Bacarırsa yaratsın

 

- Xaricdə filmlərə çəkilməyi düşünürsünüz?

- Təkliflər gəlib, amma hələ gözləyirəm. Əslində getməyi düşünürəm, amma teatrı heç nəyə dəyişə bilmirəm. Məni burada saxlayan təkcə teatrdır. Teatrı çox sevirəm və burada tamaşaçılarım var. Hələ ki obrazlarımı atıb gedə bilmirəm. Teatrın mənim aktrisa kimi formalaşmağımda böyük rolu olub. Məni filmə çəkilməyə dəvət ediblərsə, teatra görə dəvət ediblər. Bu sahəyə gələndə təcrübəm az idi, teatr məni böyütdü, aktrisa kimi formalaşdırdı. Teatrı efirdən daha çox sevirəm və teatr mənim ikinci evimdir. Baxmayaraq ki, efirə çıxdıqdan sonra məşhurlaşdım. Həm də qonorar cəhətdən daha sərfəlidir. Filmdə oynamaq çətin deyil. Teatrda iş prosesi çox ağırdır. Hər tamaşada başqa obraz yaratmaq və ya dəfələrlə eyni tamaşanı oynamaq aktrisa üçün çətindir. Ancaq sonda tamaşaçıların alqışları, obrazlarımın sevilməsi mənim üçün böyük fərəhdir. Hər film də “Xoca” kimi uğurlu alınmır. Başqa filmdə çəkilsəydim, inanmıram ki, belə tanınardım. Hazırda başqa filmlərin təcrübə üçün (sitqom-müəllif) çəkilişlərinə dəvətlər alıram. Serialların çəkilməsinin bir növ teatra da xeyri çox olur. Belə ki, getdikcə teatra tamaşaçı axını çoxalır. Tamaşaçıların seriallarda gördükləri aktyor və ya aktrisalar hazırda teatrlarda fəaliyyət göstərir. İzləyicilər də məhz onları canlı görmək üçün teatrlara üz tuturlar.

- Teatrda hər zaman şıltaq, çılğın qız obrazını canlandırmısınız. Obrazınızın birdən-birə belə dəyişməsi sizin üçün çətin deyilmi?

- Aktrisa obrazdan-obraza girməyi bacarmalıdır. İstər həyatda, istər efirdə. Eyni tipdə, janrda işləyən aktrisa ya aktyoru sevmirəm. Əgər bu tamaşada mənim ifamda ciddi obraz uğurlu alınıbsa, ömrümün sonuna kimi bu obrazı yaratmaq onu diqqət mərkəzində saxlamaq kimi fikirlərin formalaşmasına qarşıyam. Dəyişilməyi sevirəm. Həyatda şən, çılğın optimist insanam. Hər şeyi normal qarşılayıram. Düzdür, hanısısa bir sözü ürəyimə salıram, ancaq səhnəyə çıxanda o çılğınlıq həyatdakından daha çox özünü büruzə verir. Teatrda, filmlərdə istənilən rolu oynamağa hazıram, onun üçün yaxşı rejissor lazımdır. Yaxşı rejissor olan yerdə aktyor dəyişilə bilir. Misal üçün rejissor aktrisaya baxıb deyir ki, bundan Cülyetta alınmaz. O zaman mən təqsiri aktrisada deyil, rejissorda görürəm. Əgər bacarırsa, o aktrisadan Cülyetta yaratsın. Cülyetta obrazını yaratmağa var ki? 15 yaşındakı bir qızı səhnəyə çıxarsan belə, o da Cülyettanı oyana bilər. Söhbət tək bu obrazdan getmir. Artıq hamı onun sözlərini, hərəkətini əzbər bilir. Hazır tipajı gətirib ondan obraz yaratmaq asan sadədir. Misal üçün, bu tamaşada Roza İbadova tam dəyişildi. O, bu günə kimi oynadığı tamaşalarda elə gözə görünməyib. Bu, onda ilk fərqli üslubda bir obraz oldu. Bu artıq rejissorun uğurudur. Yaxşı rejissor istənilən aktrisadan istənilən obrazı yarada bilər. Əgər o aktrisanın içi boş deyilsə. Aktyor fərqli obrazları ilə sevilir. Mənsə həyatda da dəyişilməyi sevirəm.

- Ötən ilin ən fəal gənc aktrisası seçildiniz. Buna necə nail oldunuz?

- Bu mükafata layiq görülməyim mənim üçün gözlənilməz oldu. Əjdaha ilindənəm və öz ilim özümə düşərli oldu. 2012-ci il başlayandan mən durmadan gecə-gündüz çalışdım. Günüm ancaq çəkilişlərdə və teatrda keçirdi. Həmin ilə “Xoca” filmi ilə başladım, uğurlu tamaşalarım oldu, ilin sonunda ən fəal gənc aktrisa seçildim. O zirvəyə çatmaq məqsədim var idi. Bilirdim ki, nə zamansa o səviyyəyə qədər yüksələcəm. 5 il vaxt qoymuşdum özümə və bu iş 5 ilə tamam oldu.

 

Yetər artıq!

 

- İndi məqsədiniz nədir?

- İndi də 5 ilim var. 30 yaşıma kimi yalnız sənəti düşünəcəyəm. Şəxsi həyatım neçə illərdir ki, yoxdur. Şəxsi həyat mənim üçün artıq dostlarımdır. Sənətimi sevirəm, daima öz üzərimdə işləyirəm. 10 ildən sonra özümü başqa səviyyədə, başqa yerlərdə, daha cəsarətli layihələrdə görürəm. Yaşıdlarımın içində ən uğurlu aktrisa olmağa çalışmışam və istəyimə də nail olmuşam.

- Filmdən sonraAğabəyovlarserialında da rol aldınız. Ancaq serial çəkilişlərinizin ardı gəlmədi

- Serial hələ efirdədir, ancaq serialın çəkilişləri bitib. Xocafilmində iştirak edən aktyorların əksəriyyəti o serialda iştirak edirlər. Bu mənim bir növ, ANS televiziyasına Bakı Film Kinostudiyasına təşəkkürüm idi. Başqa serialdan yüksək qonorarla təklif gəlmişdi, ancaq mən buna razılıq vermədim. Artıq o kollektivə öyrəşmişdim. Təkliflər çoxdur, seçim etməyə çalışıram. Çünki fərqli bir obraz gözləyirəm. Avqustda yeni seriallar çəkiləcək. Həmin filmlərdə fərqli obraz canlandırmağı təklif etsələr, düşünərəm. Rejissorlar yeni bir obraz yaratmaq istəyirlərsə, mən buna hazıram.

- Ötən ay media işçisi ilə probleminiz yarandı. Məhkəmə prosesi necə oldu?

- Mənim hamıya böyük hörmətim var, ancaq savadsız şəkildə, ucuz reklama üz tutan, reytinq dalınca qaçan insanları başa düşmürəm. Həmin jurnalist öz əməlindən peşman oldu. Düz etməmişdi, yəqin ki, özünü reklam etmək istəyib. Yazıya filmdən öpüş səhnəsi qoyubsevgilidirləryazması ayıbdır. Bunu mənim özümdən soruşsaydı, mən ona sevgilim olub-olmadığını deyərdim. İlqarın 3 övladı gözəl ailəsi var. Onlarla dostuq, qonşuyuq. Mənə fərqi yoxdur, mən subay qızam. Qorxub-çəkinəcəyim heç yoxdur. İlqarın ailəsi üçün problem ola bilərdi. Onun xanımının ürəyinə xal düşə bilərdi. Çox vaxt çəkilişlərdə bir yerdə oluruq. O ailəyə hörmətim sonsuzdur. O, müxbiri məhkəməyə vermək istəyirdim. Dedilər ki, dəyməz. Mənim arxamda bütün aktyor heyəti durdu. Sonradan da vaxtım olmadı ki, bu işlə məşğul olum.

- Deyirlər, bu qalmaqal sizin reklam olunmağınıza zəmin yaratdı...

- Mənim reklama ehtiyacım yoxdur. Mənə elə ucuz reklam lazım deyil reklam dalınca qaçan aktrisa da deyiləm. Bizim kütlə qalmaqalı, söz-söhbəti daha çox sevir. İncəsənətdəki 90% aktrisa mənim dostumdur. O yazını oxuyanda özümü alçalmış hiss etdim. MənimFacebboksəhifəmdə hamı ilə şəklim var. Bu o deməkdir ki, mən hamı ilə sevgiliyəm? Bu, absurd düşüncədir. Tamaşa nümayiş olunanda da ola bilsin ki, bu tamaşanı bir çoxları başa düşməsin. Yetər artıq, tamaşaçının istəyi ilə oynamayaq. Bir dəfə tamaşaçı bizim göstərmək istədiyimiz tamaşanı izləsin. Tamaşaçı bunu qəbul etsin teatra gəlib, fərqli bir tamaşa izləsin. Kütlə bizi öz arxasınca aparmasın, biz kütləni özümüzlə aparaq.

- Bəlkə ucuz gülüş insanları daha çox əyləndirir?

- İnsanları da günahlandırmaq olmur. Hər kəs indi başını qatmağa, əylənməyə bir məkan axtarır. Hər gün işləyirlər. Bir gün istirahətləri olur, onda da dərdlərini xatırlamaq deyil, günlərini xoş keçirmək istəyirlər. Amma bəsdir bu qədər gülmək. Bir az da düşünərək gülək.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-16 aprel.-S.13.