Bir kitab
haqqında düşüncələr
Yoxsulluq və diktaturadan fərqli
olaraq, inqilabları zəruriləşdirən ən
mühüm amil ədalətsizlikdir
Bu
yaxınlarda «Trafford» beynəlxalq nəşriyyat evində fəlsəfə
elmləri doktoru, professor Rafiq Yəhya oğlu Əliyevin daha bir
kitabı İngilis dilində çapdan çıxıb. Bu, «Poverty,
Dictatorship, Injustice» (“Yoxsulluq, diktatura, ədalətsizlik”
198 səh.) adlı kitabdır. Təsadüfi deyil ki, dünyada ən məşhur amerikalı nəşriyyatçılar məhz
bu işlə maraqlanıblar. Qərb aləmində
bir qayda olaraq, öz ölkələrinin problemlərini
deyil, digərlərinin
siyasi-iqtisadi vəziyyətini
təhlil edirlər.
Məsələn: Cənubi
Qafqazdakı vəziyyət
necədir? Bu strateji cəhətdən mühüm regionda hakimiyyətlə ictimaiyyət
arasındakı əlaqələr
necə formalaşır?
Əlbəttə, Qərb analitik
və tədqiqatçılar
ordusuna dinin siyasətə və ümumi vəziyyətə
təsiri və s. kimi qeyri-münasib sayılan bir çox suallar da verilə bilər. Bu nöqteyi-nəzərdən
deyə bilərik ki, professor R. Əliyevin kitabı həmin tədqiqatçılara və
təhlilçilərə öz düşüncələri
ilə meydan oxuyur.
Bu kitab nə barədədir? Bu suala
cavab vermək asan deyil. Burada müəllif biz və yaşadığımız və
hər an itirə bildiyimiz dünya barədə fikirlərini
bölüşür. Bu, artıq onun
təhlükəsizliyini və
rifahını təmin
edilə bilməyəcəyini
anlayan, lakin yenə də köhnə qaydalara bağlı olan bir insan barədə
ünvanlı deyimlərdir.
Bu, filosofun çağdaş
dünyaya yeni, çox ciddi şəkildə dəyişmiş
tarixi dövr prizmasından baxmaq cəhdidir. Kitab hər bir insana gələcək dünyanın ümumi mənzərəsini görmək
imkanı vermək niyyəti ilə qələmə alınmışdır,
əlbəttə, əgər
müasir insanın ümumiyyətlə xoş
gələcəyi varsa.
Kitab çox
asan dillə yazılıb. Bir çox vacib
fəlsəfi və sosial məsələlərə
toxunaraq, müəllif
onların mahiyyətini,
məğzini ayırır
və onu oxuyucuya asan, başa düşülən
formada çatdırır.
Yəqin,
müəllif üslubunun
ən vacib üstünlüklərindən biri aydın ifadə tərzidir. Müəllif bacarıqlı natiq
kimi oxuyucuya imkan verir ki,
o özü müasir
siyasi və sosial reallıqlarını
düzgün anlaya bilsin.
İdealist əqidəli və romantik ruhlu professor Rafiq Əliyev Qərb demokratiyasının
«yayıcılarının» dağıdıcı hərəkətlərinə
bəraət qazandıran
“azadlıq, insan haqları” adı altında cəmlənən
fəlsəfəsini qəti
qəbul etmir. O, onsuz da həssas olan dünya təhlükəsizliyini pozan
oyunçuların ikiüzlüyünü
və yalanlarını
ifşa edir. O, alternativ inkişaf modellərinin mövcudluğunu
belə qəbul etməyənlərin dillərindən
tolerantlığa, insan
hüquqlarının müdafiəsinə
çağırışı səmimiyyət rəmzi kimi qəbul etmir və əvvəlcədən
iflasa məhkum olan qlobal təhlükəsizliyə
həsr olunmuş beynəlxalq konfrans və simpoziumların təmtərahını və
pafosunu dəstəkləmir.
Müəllif bu mürəkkəb
və ziddiyyətlərlə
dolu dünyadan qaçmır. Əksinə, cəmiyyətin yaşama və yenidənqurması strategiyasını təklif
edir. İnsan və humanizm
dəyərləri ətrafında
qurulmuş strategiya kitabda geniş təhlil edilib oxucuya təqdim olunur.
Professor R.Y. Əliyevin fikrinə əsasən, bəşəriyyət dünya
sivilizasiyasının gələcəyini
müəyyənləşdirəcək yeni təşəkkür
növünün meydana
çıxmasının ərəfəsindədir. Bəs insanların
şüurunu və davranışını hansı
dəyərlər müəyyənləşdirəcəkdir?
İnsanda «heyvani» başlanğıcı ram etmək
və onu ümumi evimizin saxlanılması naminə
məsuliyyət hissini
qaytarmaq üçün
hansı qurbanı vermək lazım olacaq? Avropa ölkələrindəki iqtisadi
böhran, kasıbçılıqla
var-dövlət arasındakı
uçurumun böyüməsi,
«narıncı inqilablar»,
«ərəb baharı»,
- mozaikanın kiçik
və böyük fraqmentlərini toplamaqla müəllif dünyanın
müasir durumunu gördüyü kimi əks etdirmişdir.
Müəllif yazır ki, «demokratiya özünə başını daim yüksək tutub təkəbbürlə gülümsəyən
kübar qadın statusunu götürsə də, elə onlara xas olan
incəliklərlə digərlərinə
tor tikməyini davam etdirir. Lakin etiketin sərt
qaydalara yalnız qəbullarda, yüksək
məclislərdə riayət
edib, insanlar, cəmiyyət və dövləti idarə etmək çətindir və indi bu
qadının kübar
xanım imici gözə çarpacaq qədər korlanıb.
Demokratlar artıq öz
ideallarının üstünlüyünü
sübut etməyi və mövqelərini demokratik yolla qorumağı “bacarmırlar”.
Qərb demokratiyanın qurbanları
olmuş ölkələrin
timsalında o, demokratiya
ilə diktatura arasında olan sərhədlərin daha dumanlı olduğu haqqında mövqeyini irəli sürür. Müəllifin fikrinə görə, bu şərtlərdə üstünlüyü yalnız
əminamanlıq və
sabitlik üçün
məsuliyyət daşıyanlar
tərəfindən söylənilən
həqiqətə tab gətirə
bilən cəmiyyətlər
alır.
Hərdən insana elə gəlir ki, professor R. Əliyevin idealizmi onun dünyagörüşündəki
zəif bənddir. Ola bilsin, belə bir təsəvvür var-dövlətin daha ədalətli bölüşdürülməsi
barədə düşüncələrini
oxuyan bir çox insanlarda yaranıb. Yəqin ki, artıq
hazırkı kitabın
nəşrindən sonra
Kiprdə baş vermiş maliyyə böhranı bu təsəvvürün aldadıcı
olduğunu sübut etdi. Bütün bu dəyişikliklər müəllif tərəfindən
hələ üç
il əvvəl
onun məqalələrində
proqnozlaşdırılmışdır. Kiprdə baş vermiş hadisələr bizi bir daha sosial
bərabərsizlik barədə
düşünməyə və müəllifin nə qədər haqlı olduğunu etiraf etməyi vadar edir. Problem ondadır ki,
müasir insan hər şeyi sadələşdirməyə o qədər alışıb
ki, özünü çətin düşüncələrlə
yormaqdansa bəzən
yanlış və çirkin olanı qəbul etməyə razı olur. Lakin məişətimizin ayrı-ayrı
tərəflərinin sadələşdirilməsi
insanlar, dövlətlər,
dinlər və dünya xalqları mədəniyyətləri arasındakı
əlaqələri asanlaşdırmır.
Müəllif düşünür ki, bunların hamısının aralarında
bağlılıq var. Ona
görə də xalqların taleyinə cavabdeh və məsul olan insanlar çətin suallardan qorxmamalı, məsuliyyətdən qaçmamalı
və həqiqətdən
üz döndərməməlidirlər.
Həmin
səbəbdən bu kimi fəlsəfi yazıların nəşr
olunması və müxtəlif dillərə
tərcümə edilməsi
çox vacibdir.
Bu, hazırkı kitabın
müəllifinin mülahizəsinin
davamı olaraq, yeni diskussiyalar və ideyaların yaranmasına səbəb ola bilər.
Bu isə hamı
üçün çox
vacibdir. Müəllifin ən ciddi və
məntiqi əsası
olan fikri “yalnız ədalətsizlik
insan şüurunu dəyişə bilir və onu dağıdıcılığa
yönəldir. Belə insanların
qarşısında bütün,
hətta silahlı müqavimətlər belə
tab gətirmir”, əsərin
mahiyyətini və vacibliyini göstərən
ən mühüm amildir. “Yoxsulluq
və diktatura yox, məhz ədalətsizlik inqilabların
yaranmasına səbəb
olur” deyən professor
R. Əliyev bu prinsipə diqqəti yönəldir və vəziyyətdən çıxış
yolunu ədalətə
qayıtmaqda gördüyünü
iddia edir.
Biz
isə professor Rafiq Əliyevə arzu edirik ki, insanlara
çatdırdığı humanistik ideyalar, müasir
dünyamızın reallıqları o cümlədən
dövlətimizin də qarşısında duran siyasi, sosial və
iqtisadi məsələlərin həllində, dövlət
quruculuğu və idarəetməsində, insanların hərəkətlərində
əksini tapsın.
Elmir Quliyev,
fəlsəfə elmləri üzrə
fəlsəfə doktoru
Kaspi.-2013.-24 fevral.-S.9.